Son xəbərlər

 
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
8 may planetin hansı hissəsində yaşamasından asılı olmayaraq, azərbaycanlılar üçün milli faciə - işğal günüdür. Bu gün bu faciəli hadisənin 28-ci ili tamam olur. Əslində, ötən müddətdə Dağlıq Qarabağın mərkəzində yerləşən, tarixi Qarabağ xanlığının siyasi, Azərbaycanın isə musiqi, mədəniyyət paytaxtı, yer üzünün cənnəti olan bu kiçik şəhərin necə, kimin günahı, cinayəti ucbatından itirildiyi dəfələrlə müzakirə olunub, yazılıb, canlı debatlar, məhkəmə proseslərinin mövzusu olub. Deyiləcək yeni bir söz yoxdur.

Əlimizdə qalan işğalın acı statistikasıdır. Şuşada dağıdılıb talan edilən 279 dini, tarixi-mədəniyyət abidəsi, o cümlədən Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, eləcə də 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, səkkiz mədəniyyət evi, dörd texnikum, iki institut filialı, yeddi uşaq bağçası, dörd kinoteatr, beş mədəniyyət və istirahət parkı, iki sanatoriya, turist bazası, iki mehmanxana, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi olub. 

Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və sair abidələr Şuşada itirdiyimiz maddi-mədəniyyət xəzinələridir.

Və əlbəttə ki, Şuşanın işğalı ilə ev-eşiyini itirən 25 min azərbaycanlı... Şuşa digər azərbaycanlılar üçün vətənin bir parçası idisə, onlar üçün ev, doğma şəhər, tanış küçə, ata-baba torpağı, əzizlərin məzarı demək idi.

Şuşanın işğalı hər bir azərbaycanlını həm də ona görə yandırır ki, 18-ci əsrin ortalarında iqamətgahını Bayat qalasından dağlar qoynunda, dəniz səviyyəsindən 1300 metr yüksəlikdə yerləşən Şuşaya köçürən Pənahəli xanın əsas hədəflərindən biri də şəhəri daha yaxşı müdafiə etmək, düşmən hücumu qarşısında qorumaq imkanını yüksəltmək idi. Buna görə də hər bir azərbaycanlının şüurunda Şuşa alınmaz qala, Qarabağın simvolu idi. 

Və bu səbəbdən azərbaycanlılar hələ də Şuşa haqqında “verilib”, “xəyanət qurbanı” ifadəsi işlədirlər. Halbuki Şuşanın işğalı daha əvvəldən planlanıb, böyük hazırlıq həyata keçirilib, hücum əməliyyatı nəticəsində itirilib. Əlbəttə, burada həmin vaxt ölkədəki siyasi çaxnaşma, mərkəzi komandanlığın olmaması, təcrübəsizlik kimi faktorlar da öz işini gördü. Şuşaya xəyanət edənlər çox oldu. 

Amma Şuşa müqavimətsiz təslim olmayıb. Şəhər uğrunda bir neçə gün ağır döyüşlər davam edib. Şuşaya 11 minlik hərbi qüvvə ilə hücum edən ermənilər bir neçə gün davam edən döyüşlərdən sonra daxil olurlar.

Şəhərdəki Azərbaycan ordusunun əsgərləri, yerli özünümüdafiə könüllüləri mayın 8-dək müqavimət göstərdikdən sonra Bakıdan kömək gəlmədiyi üçün Şuşanı tərk ediblər. Ermənilər isə azərbaycanlıların gizli müqavimətindən qorxduqları üçün Şuşaya yalnız mayın 9-da daxil olurlar. O zaman artıq şəhər boşalmışdı.

Şuşa şəhəri ilə yanaşı, Canhəsən, Kosalar və Qaraqaya işğal olunur. Partizan savaşından ehtiyat edən ermənilər yalnız mayın 9-da gecə saat 4-də şəhərə daxil olurlar.

Şuşanın müdafiəsi döyüşlərində 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.

Şəhər uğrunda gedən döyüşdə 500-ə yaxın soydaşımız şəhid olur, 1860 nəfər isə yaralanır. Əlbəttə, əgər zamanında mərkəzi komandanlıq Şuşanın müdafiə planını hazırlasa və bunu həyata keçirsəydi, sayları 11 min deyil, daha çox olsaydı belə, erməni qüvvələrinin Şuşanı tutması mümkün deyildi. Çünki şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə, dağlar qoynunda yerləşirdi və çox məhdud sayda girişi vardı. Bu səbəbdən də yaxşı hazırlanmış və təchiz olunmuş qüvvələrin Şuşanı uzun müddət müdafiə etməsi mümkün idi.

Ancaq Bakıda həmin vaxt mərkəzi komandanlığın olmaması, pərakəndəlik və siyasi hakimiyyətin qərarsızlığı Şuşanı qorumaq üçün lazımi müdafiə tədbirləri həyata keçirməyə mane oldu. 

Digər tərəfdən, Şuşanın işğalı həm də erməni məkri və hiyləgərliyinin nəticəsi idi. Belə ki, Şuşanın işğalı günlərində Tehranda Azərbaycan və Ermənistan dövlət başçıları arasında sülh danışıqları aparılırdı və rəsmi olaraq atəşkəs qüvvədə idi.

Ancaq ermənilər razılaşmaya xəyanət edərək, Azərbaycandakı hərbi-siyasi vəziyyətdən yararlanmaqla Qarabağın simvolu olan Şuşanı ələ keçirdi. Bu mənada Şuşa xəyanətin qurbanıdır. Bu xəyanatdə bütün tərəflərin hər birinin öz payı vardı. 

İşğalın ən böyük zərbəsi Azərbaycan xalqına dəydi. Şuşa yalnız bir rayon mərkəzi, qədim şəhər deyildi, həm də Qarabağın simvolu idi. Təsadüfi deyil ki, bu gün də Qarabağın azadlığı ilə bağlı bütün çağırışların mərkəzində Şuşa dayanır. Çünki Şuşa Azərbaycan üçün Qarabağ deməkdir. Və istisnasız hər bir azərbaycanlı inanır ki, bir gün Şuşaya qayıdacaq. 

Ermənilər də bu müddətdə boş oturmayıb. Şuşada minimum da olsa məskunlaşma həyata keçirilib, kilsə inşa olunub. Eyni zamanda, Şuşanın simvolu olan Gövhərağa (Cümə) məscidi təmir olunub və fars abidəsi kimi təqdim olunur. Halbuki bu tarixi cəhətdən mümkün deyil. Çünki 1750-ci illərdə Şuşa şəhəri ilə eyni vaxtda inşa olunan Yuxarı Gövhərağa məscidi və Qarabağ xanlığının fars etnik qrupu ilə hər hansı bağlılığı yox idi. Çünki Şuşa faktiki müstəqil olan Qarabağ xanlığının paytaxtı idi.

İkincisi isə həmin dövrdə İranda türk olan Əfşar, daha sonra isə Qacar sülaləsi hakimiyyətdə olub. Şuşa və onun abidələri tam olaraq Azərbaycana aiddir. Ermənilər sadəcə, növbəti dəfə tarixi təhrif etmək, Azərbaycan izlərini silməyə çalışır. Bu isə mümkün deyil.

Ötən 28 ildə nə qədər ağır və ümidsiz zamanlar olsa belə, Azərbaycan xalqı heç bir zaman Şuşaya qayıtmaq ümidini itirməyib. Bu isə savaşda ən mühüm amildir. Çünki Şərq müdriklərinin dediyi kimi, məğlubiyyətlə barışmayana qədər məğlub deyilsən. Biz isə sadəcə döyüşü uduzmuşuq, özü də qeyri-bərabər vəziyyətdə, xaincəsinə, hiylə nəticəsində. Müharibə isə hələ bitməyib. /oxu.az

02 İyun 2020 Azərbaycanlı müğənni villasını 300 minə KİRAYƏ VERİB — VİDEO
02 İyun 2020 Murad Arifə vəzifə verildi — AÇIQLAMA
02 İyun 2020 Könül Xasıyevaya ağır itki — FOTO
02 İyun 2020 Məşhur bloger Mehman Hüseynovda xərçəng aşkarlandı — FOTO
01 İyun 2020 Mübariz Tağıyevin səhhəti qəfil PİSLƏŞDİ — ƏMƏLİYYAT EDİLDİ
30 May 2020 Təranə Qumralın kürəkəni arvadının başına vedrə ilə su tökdü — VİDEO
29 May 2020 Cem Yılmaz Serenayın FOTOSUNU YAYIMLADI
29 May 2020 Əməkdar artistin diaqnozu dəqiqləşdi — Koronavirusa aşkarlandı - VİDEO
28 May 2020 Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar - Cümhuriyyətin yaşıdı...
28 May 2020 Bu gün onların günüdür — VİDEO
27 May 2020 Damla Azərbaycana qayıtdı, karantinə alındı — Özü açıqladı
27 May 2020 Xalq artisti beşinci dəfə insult keçirdi — VİDEO
27 May 2020 İlkin Həsənov: "AXC-in yaradılması Xalqımızın Vətənə sevgisinin bariz nümunəsi idi"
26 May 2020 İlyas Səfərov: Hər kəsə bəllidir ki, böyük öndər, dünya şöhrətli siyasətçi, xalqımızın tarixi xilaskarı Heydər Əliyev, respublikamızda reallaşmış əzəmətli işlərin müəllifi və təşkilatçısı olmuşdur
25 May 2020 Azərbaycanda daha bir məhdudiyyət götürüldü
25 May 2020 Əbülfəs Qarayevin vəzifəsini kim icra edir? — AÇIQLAMA
23 May 2020 Həbsdən çıxan Kamili anası və qayınanası belə qarşıladı — VİDEO
22 May 2020 Kamil Zeynallı azadlıqda — FOTOLAR
22 May 2020 "Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar..." — Faiq Ağayev Mədəniyyət nazirliyindən yazdı
22 May 2020 Mədəniyyət naziri vəzifəsini icra edən şəxs MƏLUM OLDU
22 May 2020 Kamil Zeynallıdan XƏBƏR VAR
22 May 2020 "Əbülfəs Qarayev nazir postundan azad edilməsəydi..." — Fazil Mustafa
21 May 2020 "Bunun üçün çox peşman oldum" — Türkan Vəlizadədən səmimi ETİRAF
20 May 2020 “Siz kimsiniz axı, yeni janr yaradasınız?” — Əli Mirəliyevdən Şəbnəm və Üzeyirə SƏRT SÖZLƏR
19 May 2020 Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb
16 May 2020 Tarixi serialla ekrana qayıdır
15 May 2020 Zaur Baxşəliyevə mənzil bağışladığı deyilən iş adamı GÖRÜN NƏLƏR DANIŞDI — AÇIQLAMA
14 May 2020 Musiqiçilər “Türk dünyasının mədəniyyət paytaxtı”nı belə salamladılar – VİDEO
14 May 2020 Flora Kərimovadan Kamil Zeynallının həbsinə SƏRT REAKSİYA
14 May 2020 Azərbaycanlı müğənni Aygünlə Brilliantın bu fotolarını YAYDI