Son xəbərlər

 
Mehriban Əliyevadan koronavirusla bağlı xalqa — MÜRACİƏT

Azərbaycanın Birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı əhaliyə müraciət edib.
Həmin müraciəti təqdim edirik:

“Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb.

İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür.

Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.

“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.

Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.

Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.

İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.

Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.

Əziz həmvətənlər!

Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq.
Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır.

Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.

Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.

Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.

Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar!

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.

Hər birinizə dualar və sevgi ilə,

Sizin MEHRİBAN”.

 

 
28 Mart 2020 Azərbaycanlı məşhur aparıcının xalası da KARANTİNƏ ALINDI — FOTO
26 Mart 2020 Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi — Göz yaşını saxlaya bilmədi - VİDEO
23 Mart 2020 Faiq Ağayev: "Biz müğənnilər yiyəsizik"
20 Mart 2020 Azərbaycana bahar gəldi
20 Mart 2020 Azərbaycanda Novruz bayramı qeyd edilir
20 Mart 2020 Bayram tətili başladı
19 Mart 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi
18 Mart 2020 Bayramda qonaq getməyin, səfərləri təxirə salın — Mütəxəssisdən TÖVSİYƏ
17 Mart 2020 Səidə Dadaşovadan KƏDƏRLİ PAYLAŞIM — Atalar heç zaman ölmür - FOTO
16 Mart 2020 Rafael Dadaşovun harada dəfn olunacağıyla bağlı NAZİRLİKDƏN AÇIQLAMA
16 Mart 2020 Xalq artisti VƏFAT ETDİ — AÇIQLAMA
16 Mart 2020 Azərin şousu, “Xəzər”in qara siyahısı, Afətin kanalı, Sevdanın ərə getməsi.... — ŞOUMIZ
14 Mart 2020 Murad Dadaşov Xəzər TV-yə ilk onu gətirdi – FOTO
13 Mart 2020 Afət Fərmanqızından “Xəzər” Tv-yə sərt ittihamlar — “Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım” - FOTO
12 Mart 2020 İçərişəhərdə Novruz tədbirləri ləğv edildi
12 Mart 2020 Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb — VİDEO
12 Mart 2020 Daha 3 məşhura Xəzər TV-də efirə çıxmağa qadağa qoyuldu — VİDEO
12 Mart 2020 Azərbaycanın əməkdar artisti vəfat etdi — FOTO
12 Mart 2020 Nazilə Səfərli efirdən uzaqlaşdırıldı
08 Mart 2020 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
06 Mart 2020 Prezident Lalə Məmmədovaya ev verdi
06 Mart 2020 Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
06 Mart 2020 Şəhidimiz ingilis dili müəllimi imiş — FOTO
05 Mart 2020 "Seçkidən əvvəl bəzi partiyalar mənə təklif etdilər ki..." — Elza Seyidcahan SİRLƏRİ AÇDI
04 Mart 2020 Mətanət Əsədova məşhurlar tərəfindən TƏNQİD EDİLDİ
03 Mart 2020 Röya konsertinin vaxtını dəyişdi — Koronavirusa görə
02 Mart 2020 Məleykənin 3 milyonluq villası, Natəvanın Dadodan küsməsi, Teymur əminin “maç-maç, quc-quc”u — ŞOUMIZ
29 Fevral 2020 Ağaxan Salmanlı ilə vida mərasimi — BU ÜNVANDA KEÇİRİLƏCƏK
27 Fevral 2020 Xalq artisti ARXİV FOTOSUNU PAYLAŞDI — Şər böhtan atan, ayağının altını qazan bir cəmiyyət olduq...
26 Fevral 2020 613-cü qurban — Mən Xocalıyam...