Son xəbərlər

 
Azərin şousu, “Xəzər”in qara siyahısı, Afətin kanalı, Sevdanın ərə getməsi....

"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (7-ci say) təqdim edir.

Deyir Azər Zahidin villasında oğurluq ediblər, evi soyublar, unitazı belə aparıblar. Bu da etmə tənbəllik, bunu videoya çək, sosial şəbəkədə paylaş. Keçmə bu şou nümayəndələrinin həyatlarının hər anlarını gözlər önünə sərgiləməklərindən.

Pakizə xala da deyir ay bala Azər şou əhli deyil e, jurnalistdir, səhv yazmısan.  Bu yerdə məşhur “Trumanın şousu” filmindəki qəhrəman yadıma düşdü. O da yadınızdadırsa nə müğənni idi, nə aktyor, sadəcə bütün həyatını canlı yayımda yaşayırdı, yəni şouda oynayırdı. Bu yerdə yenə Pakizə xala işə qarışır. Deyir ay bala, sabah inəyim doğacaq, bəlkə “İnstagram”da canlı yayıma çıxaq?

Keçən həftə Xəzər televiziyasına baş direktor təyin olunan Murad Dadaşov bəzi müğənnilərə efir qadağası qoyub.

Bunlar da bütün günü efirdə yatıb-duranlar idi. Son zamanlar hətta  soyuducunu açanda da onlar oxuyurdular. Bir vaxtlar rəhmətlik Habil Əliyev demişkən  “soyuducunu açıram Aygün oxuyur” kimi. Pakizə xala da buradan nigarandır. Soruşur bəs indi Şəbnəm Tovuzlu “qara siyahıya” düşdü, həcisindən harada danışacaq?  Deyirəm ay Pakizə xala, sən işində ol. “İnstagram”nan “Youtube”un canı sağ olsun. De, Afət Fərmanqızı, deyib ki, “Xəzər” Tv-ni neyləyirəm ki, onsuz orada məndən pul istəyirdilər, mən də efirə çıxmırdım. Mənim ondan üstün efirlərim var, “Youtube” kanalım var. Deyirəm, bu “Xəzər”ində əlinin duzu yoxdu e. Bu müğənnilərə nə qədər edir, yenə qədir-qiyməti yoxdur. Afət nə tez unutdu ki, elə o efirdə ona “pərəstişkarı” avtomobil hədiyyə etmişdi.

Bu səfəri “qara siyahı” uzun olub. Damla, Pərviz Bülbülə, Türkan, Manaf Ağayev, Mətanət Əsədova və digər meyxanaçılar. Vallah, burada ancaq “Bağlı qapınız tezliklə açılsın” deməkdən başqa əlimizdən heç nə gəlmir.

Sən demə, Mətanət İsgəndərli də ərini ilk dəfə toy gecəsində görüb, bunu mən demirəm, atası deyir. Deyir cavan idim, nə yaşım vardı ki, qızıma elçi gəldilər verdim, getdi. Mətanətin də heç 18 yaşı olmayıb, elə deyiblər dur gedək, soruşub ay ata hara, deyiblər ki, yaxşı yerdi, narahat olma, oppalara gedirik.

Günay İbrahimli yenidən “Şoumız”ın siyahısındadır. Sənətçi bu dəfə geyim və əşyaları ilə deyil, dünyanı cənginə alan koronavirusla gündəmdədir. Sən demə, bu virus müğənniyə nə qədər ziyan vurub, yox səhv başa düşdünüz canına yox, cibinə. Nə qədər toyları, məclisləri təxirə düşüb.

Müğənni Sevda Yəhyayeva isə ərə gedir, özü də oğlan həkimdir. Deyirəm də bu “İnstagram” hamının həyatını xilas edir. Sevda da gələcək həyat yoldaşı ilə orada tanış olub, oğlan yazdığı sözləri ilə qızın ürəyinə yol tapa bilib. Allah xoşbəxt etsin.

Deyirəm, indi sosial şəbəkədə oturan “qaqaşlar” bu xəbərdən sonra bir xeylam ümidlənəcəklər ki, bizim də bəxtimiz bir gün belə gətirəcək. Bəxtimizi sınamağa davam edək. O dəfə baxıram ki, kitab mağazasının önündə növbədir. Soruşuram nə məsələdir, satıcı deyir bilmirəm nədəndir, ancaq  1 həftədir kitab oxumağa yaman həvəs artıb. Gələn-gələn qalaq-qalaq kitab alır,  hamısı da romantik şeir kitablarıdır. Bu yerdə barmağımı dişlədim, dedim hə, deyəsən Sevdanın etirafı işə yarayıb, oxuyurlar ki, yaxşı qafiyə tapsınlar.

Deyir Amerikada bir model koronavirusa görə küçədə soyunub, nə söhbətdir?

Vüsalə Balayeva

15 İyul 2020 “Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı” – Generalın oğlu+Video
15 İyul 2020 “Beş aydır evə gəlmirdi, gəlişi belə oldu” - Video
15 İyul 2020 “Komandir də yatarmı, ay oğul?!” - Video
14 İyul 2020 Məşhurlardan şəhidlərlə bağlı PAYLAŞIMLAR — FOTOLAR
13 İyul 2020 18 yaşlı şəhidimizin fotosu...
09 İyul 2020 Mehriban Əliyeva ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə götürdü
08 İyul 2020 “Bəhram artıq oturur və aktiv hərəkətlərə cəhd edir”
08 İyul 2020 Elza tərziylə yenə müzakirə yaratdı - Video
07 İyul 2020 Bu iki azərbaycanlı məşhur koronavirusa yoluxub? — Bizdə koronavirus... - FOTO
07 İyul 2020 "Bizim Millətimiz çox qudurğan millətdir" — Məleykə Əsədova
06 İyul 2020 Hər şey elə bil yuxu imiş — Rəqsanə
06 İyul 2020 Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
06 İyul 2020 Baku TV karantin qaydalarını pozan Mələk Heydərovanı işdən uzaqlaşdırdı
06 İyul 2020 Təranə Qumralın kürəkənini BİABIR ETDİLƏR — HƏR GÜN... – FOTO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi — VİDEO
06 İyul 2020 Kamil Zeynallı "ölü" tapıldı — Ağsuda – VİDEO
06 İyul 2020 Röya ikinci dəfə “Altın Kelebek” aldı — FOTO
04 İyul 2020 Bəhram Bağırzadənin son telefon danışığı — Görün kimə zəng edib... - VİDEO
04 İyul 2020 Bəhram Bağırzadənin vəziyyəti necədir? — Həkimi danışır
04 İyul 2020 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu — FOTO
03 İyul 2020 Nura Suridən AzTV-yə sərt sözlər - — "Demokratiya sözünün mənasını bilirsiniz?
03 İyul 2020 Göyçək Fatimə dəniz kənarında belə DİNCƏLDİ
03 İyul 2020 Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi — FOTO
03 İyul 2020 Leyla Əliyevanın doğum günüdür
02 İyul 2020 Aygün Kazımovadan cazibədar RƏQS
02 İyul 2020 Bəhram Bağırzadə komadan ayılıb — SON DƏQİQƏ!
01 İyul 2020 Dörd aydır qızımı GÖRMÜRƏM — Almaz Ələsgərli
01 İyul 2020 “İşçilərimin maaşını vermək üçün 3 maşınımı satdım”
01 İyul 2020 Onu döyən sevgilisini polisə şikayət etdi
01 İyul 2020 Həkimindən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA