Nazirlər təqdimatda

"Bugünkü görüş böyük bir tapşırığın həyata keçirilməsinin başlanğıcıdır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev "Kreativ Azərbaycan" portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda keçirilmiş paneldə deyib.

Bildirib ki, kreativ sənayeyə təkan vermək bu tədbirin əsas məqsədidir:

"Bakı dizayn şəhəri adlandırılıb ki, bu ada layiq olduğumuz sübut olunmalıdır. Bu işdə hər kəs fəal iştirak etməlidir. Bu gündən etibarən işlərə start veriləcək. 

Tarix boyu Azərbaycan xalqı çox yaradıcı olub. Elə Qobustan da bunun əsas sübutudur. Qısa müddət ərzində  YUNESKO-nun mədəni irs siyahısına 13 ad daxil olub. Dövlət şərait yaratmalıdır ki, insanlar yaradıcı sahəyə doğru getsin. Gəlir isə artıq iqtisadi məsələdir".

Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, gələcəkdə trendə uyğun peşə ixtisası üzrə tədrisin aparılması nəzərdə tutulub:

"Biz yaradıcı sənayedən danışırıqsa, bunun arxasında kreativ düşüncə durmalıdır. Ayrı-ayrı fənlər yox, bütün təlim tərbiyə prosesinin əsasında yaradıcı baza durur. Aşağı yaş qrupunda olan uşaqlar barədə danışırıqsa bu zaman kreativ tənqidi yanaşma vacibdir. 42 məktəbimizdə bu gün yeni layihə tətbiq olunur. Müəllimlərimiz hazırda İsraildə təlimdədirlər və gələn ildən biz məktəblərin sayını artırmaq istəyirik. Layihənin tərkib hissəsi olaraq məktəblərə 3D printerlər paylanılıb. Müasir dünyada peşə və ixtisaslar çox tez dəyişir. Növbəti tədris ilində universitetlərə qəbul yeni təsnifatla aparılacaq".

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir: "Burada imkanlar çox genişdir və birmənalı olaraq dəstəklənməsi gərəklidir. Statistikaya əsasən ölkədə işsizlik 4,9 faizdir. Bu gün əmək bazarında ciddi artım müşahidə olunur. Bu gün ölkədə yaradıcı sahənin böyük əksəriyyəti fərdi qaydada fəaliyyət göstərir. Yaradıcı sənaye əlilliyi olan şəxslər üçün çox geniş potensial daşıyır. Biz də məşğulluq zamanı bu sahəyə köklənmişik və 1500-dən çox inkluziv fərdi sahibkar yaratmağı düşünürük".

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova hazırda ölkə iqtisadiyyatının qarşısında duran əsas iki çağırış var: "Onlardan biri iqtisadi artımdır. İqtisadi artım göstəriciləri bizi qane etmir. İkimcisi isə ölkədə məşğulluğun təmin olunması məsələsidir. Əsas çağırış layiqli əməklə vətəndaşların təmin olunması durmalıdır, nəinki insanları işlə təmin etmək. Hazırda dünya üzərində də işsizlik baxımından gənclər xüsusi diqqət çəkir. Kiçik və orta sahibkarların iqtisadiyyatdakı yerinin növbəti onillikdə 70% artması nəzərdə tutulub".

Günel Hacı

Fotolar: Nuran Məmmədov

 






 
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto
07 Mart 2024 Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi
07 Mart 2024 Dumada tələb: Puqaçova xarici agent sayılsın!
07 Mart 2024 Tanınmış rejissor 72 yaşında vəfat etdi
07 Mart 2024 Məşhur xalq artisti Şuşaya köçür - Video
06 Mart 2024 Sərdar Ortac Bakıya gəlir: konsertə biletin qiyməti...
06 Mart 2024 Narkotikdən meyxana deyən tarix müəllimi...
05 Mart 2024 Rasim Balayev yeni yaradılan qurumun sədri seçildi
05 Mart 2024 "Milyonçu" şousunda maraqlı anlar: “9-4” sualı cavabsız qaldı - FOTO
04 Mart 2024 “Əlimdə pul olsun deyə qarajımı satdım” - Faiq Ağayev
04 Mart 2024 Yerindən duran deyir ki, pul ver... – Xalq artisti
03 Mart 2024 "Axundların evi məsciddən qəşəngdir, utanırsınız?"
03 Mart 2024 Erməni müğənni: Baxmutun taleyini yaşayacağıq
03 Mart 2024 Puqaçova elan etdi: Qayıdıram!
02 Mart 2024 Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi, sevdiyi qadına görə bıçaqlandı
23 Fevral 2024 Xalq artistinin vəsiyyəti: cənazəsi yandırılır, külü...
22 Fevral 2024 Mövlud Süleymanlı Şamaxıda dəfn olundu
11 Yanvar 2024 89 yaşlı məşhur aktyor vəfat etdi
26 Oktyabr 2023 Xalq artistinin şəhid atası olan qardaşı qəza törətdi: ölən var
27 Fevral 2023 Qazinin bu ifasına münsiflər dönmədi - Peşman oldular - VİDEO
17 Fevral 2023 Ortaq yayıma hər kəsdən fərqli gəldi, müzakirə olundu
15 Noyabr 2022 Türkiyə qisas əməliyyatı planlaşdırır