Son xəbərlər

 

Film izləmək həm mədəni istirahət, həm də əyləncə hesab edilir. Buraya maariflənməni də qatmaq olar. Təbii ki, filmin janrı, ssenarisi izləyiciyə fərqli təsir edə bilər. Elə buna görə də, bütün filmlərdə tövsiyyə edilən və mədudiyyət qoyulan yaş həddi var. 

Filmlərə qoyulan yaş məhdudiyyətinin səbəbi var. Filmdəki səhnələr 20 yaşlı gəncin psixologiyasına normal, 10 yaşlı uşağa isə anormal təsir edə bilər. ABŞ, Avropa ölkələri, o cümlədən qonşu Türkiyə və Rusiyada istehsal etdikləri və ölkəyə idxal olunan filmləri yaş kateqoriyası üzrə müəyyənləşdirən sistem fəaliyyət göstərir.

Sistemə görə “Yaş məhdudiyyəti yoxdur”, “Yeniyetmələr üçün məhdudiyyət. 11 yaşdan 13 yaşa qədər”, “16 yaşa qədər”, “17 yaşlı yeniyetmələr üçün”, “18 yaşdan yuxarı insanlar üçün” və s. kateqoriyalar müəyyənləşib.

Belə ki, hər bir kinofilm üçün xüsusi komissiya yaradılır və çəkiliş qrupunun məhsuluna baxış keçirilir. Baxışdan sonra səsvermə nəticəsində filmin hansı kateqoriyaya aid olması müəyyənləşdirilir. Ekran əsərinin prodüserləri komissiya ilə razılaşmayanda apelyasiya verə bilərlər. Bu zaman təkrar komissiya yaradılır və 14 və ya 18 nəfərin iştirakı ilə keçirilən iclasda film yenidən müzakirəyə çıxarılır. Qərardan sonra film prodüserlərin qərargahına göndərilir. Daha sonra yaradıcı heyət özü qərar çıxarır: ya həmin səhnələri kəsib atmalı olurlar, ya da komissiyanın rəyi ilə razılaşmaq məcburiyyətində qalırlar.

Minval.info xəbər verir ki, bizim ölkəmizdə də həmin təlimatla razılaşdıqda o kateqoriyanı təsdiq edirlər. Kinoteatrlar isə filmə aid olan kateqoriyaya ciddi nəzarət etməlidir. Belə ki, həmin seansa kateqoriyaya uyğun olmayan uşaq gəldikdə o, salona buraxılmamalı, ona bilet satılmamalıdır. Bu, kinoteatrın vəzifəsidir. Amma buna nəzarət edilmir, pul qazanmaq, daha çox bilet satmaq üçün kinoteatrlar qaydaları pozur.

Məsələn, sosial şəbəkə istifadəçisi Nigar Nazim adlı xanım bir müddət öncə oxşar hadisədən gileylənib. N.Nazim bildirib ki, “Metro Park” TM-də yerləşən “Park Cinema” kinoteatrında ağır psixoloji yükü olan “Joker” filminə baxıb:

“Film uşaqlıq travmalarından bəhs edir. Amma filmə “18 yaşdan yuxarı insanlar üçün” məhdudiyyəti olmağına baxmayaraq zalda balaca uşaqlar var idi. Çıxanda bilet yoxlayanlardan soruşdum ki, niyə uşaqları zala buraxırsınız? Çaşbaş qalıb dedi ki, “Tək buraxmırıq ki, yanında böyük olur”. Ayıbdır, 20-30 manata görə belə hərəkət etmək olmaz”.

Paylaşımın şərh bölməsində bir çox istifadəçi kinoteatr haqqında bənzər sözlər yazıb, yaş məhdudiyyəti olan filmlərə uşaqların buraxıldığının şahidi olduqlarını yazıblar.

“Park Cinema”  şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev “Minval.info”ya deyib ki, burada qadağadan söhbət getmir: “Yaş məhdudiyyətini biz təyin etmirik. Nazirlik və studiyalar təyin edir. Bu da ölkədən-ölkəyə dəyişir. Hər bir ölkədə bu tövsiyyə xarakterlidir. ABŞ-da belə bu belədir, Avropada da.. Biz heç kimə filmə baxmağa qadağa qoya bilmərik. Yaş məhdudiyyəti qadağa demək deyil, tövsiyyə xarakterlidir”.

05 Avqust 2020 Polad Həşimov küçəsi...
04 Avqust 2020 Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... — VİDEO
03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTO
28 İyul 2020 Türkiyədə erməni müğənninin konserti və müqaviləsi LƏĞV OLUNDU
28 İyul 2020 Aybəniz Haşımova qızının erməni ilə olan fotosundan danışdı…
27 İyul 2020 Bəhram Bağırzadə xəstəxanadan görüntülərini paylaşdı - FOTO
23 İyul 2020 SON DƏQİQƏ:Azərbaycan mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ — Görkəmli aktrisamız VƏFAT ETDİ - VİDEO
22 İyul 2020 Aygün Kazımova fərqli OBRAZDA — FOTOLAR
22 İyul 2020 Bakıda müğənninin sevgilisi evinə basqın etdi — Həyat yoldaşını döydü.../ VİDEO
22 İyul 2020 Mehriban Əliyeva jurnalistləri təbrik etdi
22 İyul 2020 Anar Kərimov kollektivə təqdim olundu
22 İyul 2020 Milli mətbuatın 145 illiyi münasibətilə poçt markası hazırlandı
22 İyul 2020 Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
21 İyul 2020 Azərbaycan mədəniyyətinə ağır İTKİ — Teatrın direktoru koronavirusdan VƏFAT ETDİ - FOTO
21 İyul 2020 Azərbaycanlı müğənni həmkarlarını "yıxıb-sürüdü" — Biri hərbi paltar geynir, biri əlinə silah alır...
21 İyul 2020 “Atamla şəhid olmamışdın 2 gün öncə danışdım...” - Video
21 İyul 2020 Toyunda vağzalı əvəzinə “Əsgər marşı” səsləndirən şəhid mayorumuzun evindən — VİDEOREPORTAJ
20 İyul 2020 Bu gün Anar Məmmədxanovun doğum günüdür
20 İyul 2020 Prezident Xalq artistinə doğum günündə mənzil bağışladı — FOTO
20 İyul 2020 "Müharibə olsun demək dildə asandır, səngərdə olub, güllə səsi eşitsəniz" — Vüsalə Əlizadə
20 İyul 2020 Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi - Foto
20 İyul 2020 Roza Zərgərli koronavirusa yoluxub
20 İyul 2020 Elçibəy Polad Həşimovu və Raquf Orucovu Türkiyəyə göndərir – TARİXİ VİDEO
20 İyul 2020 “Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm”
18 İyul 2020 Bəhram Bağırzadədən xəbər var — FOTO
17 İyul 2020 “Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim” - Generalın anası
17 İyul 2020 Rusiyadakı məşhurlarımızdan Azərbaycana dəstək
16 İyul 2020 Prezidentə yazırlar: “Sizə və Azərbaycan ordusuna inanırıq” — MƏKTUBLAR
16 İyul 2020 Türkiyəli müğənnidən ŞƏHİD OLAN GENERALLA BAĞLI PAYLAŞIM — FOTO
15 İyul 2020 “Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı” – Generalın oğlu+Video