Son xəbərlər

 

Özlərini “avtoritet” hesab edən xanım sənətçilərin sayı daha çoxdur

“Anam mənə görə adam döydürüb. Üç nəfər ailəmizin içi kimi idi. Mənə qarşı səhv etmişdilər, anam da paylarını verdi”.

Bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun son müsahibəsində qeyd edib. Gənc sənətçinin bu açıqlaması sosial şəbəkələrdə, mətbuatda müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb. Əksəriyyət müğənni Rəqsanə İsmayılovanın özünü “avtoritet” kimi aparmasını tənqidlə qarşılayıb,  bu cür davranışın cinayət əməli olduğunu qeyd edib.

Qeyd edək ki, buna qədər bir çox sənətçilərin özlərini kriminal avtoritet kimi apararaq adam döydürdüyü, “razborka”ya çağırdığı barədə məlumatlar yayılıb. Məsələn, 2015-ci ildə müğənni Röya Ayxanın “razborka” qalmaqalı uzun müddət gündəmdən düşməmişdi.

Röya razborka ile ilgili görsel sonucu

Belə ki, müğənni özünün “İnstagram” səhifəsində gizli çəkilmiş bir video paylaşmışdı. Videogörüntülərindən belə bəlli olurdu ki, müğənni sosial şəbəkədə onun ünvanına təhqiramiz ifadələr işlədən gənci taparaq, onunla şəxsən “razborka” aparıb. Bundan sonra bir sıra güc strukturları məsələyə qarışaraq, müğənninin qanundankənar hərəkətə yol verdiyi üçün onun cəzalandırılacağını bildirmişdi.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirmişdi. Vəkil müğənninin gizli çəkiliş edib, yaymaqla vətəndaşın konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlamışdı. Bir qədər sonra müğənnini təhqir edən şəxs ondan şikayətçi olmadığını və müğənni ilə barışdığını qeyd etmişdi. Bununla belə, müğənni tələsik olaraq ölkəni tərk etmişdi. İddialara görə, müğənni olaylara tab gətirə bilmədiyindən ölkə xaricinə çıxıb.

Röya razborka ile ilgili görsel sonucu

Röya Ayxanın 2012-ci ildə də “razborka” aparması ilə bağlı məsələ ortalığa çıxmışdı.  Mətbuatda yayılan məlumata görə, məclislərin birində Röya Ayxan və həmkarı Elton arasında mübahisə düşüb. Röya bununla bağlı uzun müddət dostluq etdiyi, hüquq-mühafizə orqanlarında işləyən dostundan Eltonu cəzalandırmasını istəyir.  Həmin şəxs də Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var, desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da şikayət ərizəsi yazdıqdan sonra əməliyyat hazırlanır. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək, idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya hüquq mühafizə orqanında işləyən dostunun vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib. Bundan sonra həmin şəxsin də  “Bandotdel”də ifadəsi alınır və işdən azad edilir. Müğənni Röya Ayxan isə həmin ərəfələrdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirmişdi.  Deyilənə görə, o zaman onun ölkədən getmək istəyi bu hadisə ilə bağlı olub.

İlhamə Quliyeva Flora ile ilgili görsel sonucu

İllər öncə mərhum İlhamə Quliyevanın da dəfələrlə adam döydürdüyü barədə iddialar yayılmışdı. Həmin iddialardan birini məşhur ifaçı Flora Kərimova irəli sürmüşdü. Onun sözlərinə görə, müğənni Teymur Əmrah “Flora Kərimova mənim ustadımdır” deməsinə görə İlhamə Quliyeva onu döydürüb. Teymur da bununla bağlı ATV-də “Çal-çağır” verilişində açıqlama vermişdi. Müğənni Teymur Əmraha bununla bağlı sual ünvanlananda, o, bu barədə danışmaq istəmədiyini demişdi.

Müğənni Manaf Ağayev də ötən il “razborka” qalmaqalının cənginə düşmüşdü. Mətbuatda yayılan iddialara görə, müğənni yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi “razborka”ya çağırıb. Həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb. Yenicag.az-a açıqlama verən M.Ağayev həmin qadının şəhid anası olduğu üçün onun övladını bağışlayıb:

“Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, həmin videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən, sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik”. Lakin müğənni sonradan bu cür açıqlama vermədiyini, dediklərinin təhrif olduğunu demişdi.

İzzət Bağırov ile ilgili görsel sonucu

Müğənni İzzət Bağırovun da 2017-ci ildə restoranda adam döydürdüyü barədə məlumatlar yayılmışdı. İddialara görə, toy məclisində yaranmış insidentə görə müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin mühafizəçisi məclis sahibinin yaxın qohumunu döymüşdü. Məlumata görə, davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar arasında əlbəyaxa dava olub.

Müğənni Afət Fərmanqızı ile ilgili görsel sonucu

Müğənni Afət Fərmanqızı isə ötən il televiziya verilişlərinin birində “El arasında Afətə niyə ”anakonda” deyirlər?” sualına belə cavab vermişdi:

“El arasında mənə ”avtoritet” deyirlər. Mənə deyirlər, filankəs özünü yaxşı aparmır. Mən də bir zənglə həll edirəm. Təbii ki, söhbət şou-biznesdən gedir”.(musavat.com)

21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto
07 Mart 2024 Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi