Son xəbərlər

 

Sağlamlıq əslində sağlam və qatqıların olmadığı qidalardan başlayır. Sağlam qidalanmanın əsasını təşkil edən komponentlərdən biri lifli qidalardır.

Aparılan tədqiqatlara əsasən gün ərzində hər kəsə 12-33 qram arasında lif qəbul etmək məsləhət görülür. Lifli məhsullarla qidalanma qan təzyiqini normaya salır, xolesterol səviyyəsini tənzimləyir, həmçinin mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir göstərir. Meyvə-tərəvəz və paxlalı bitkilərdə olan bəzi lif növləri orqanizmdə kalsium kimi əhəmiyyətli mineralların sorulmasına kömək edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov deyib: "Lifli qidalar əsasən avakado, əncir və paxlalı bitkilərin tərkibində daha çox olur. Artıq çəkidən azad olmağa, hormonal sistemin tənzimlənməsinə kömək edir. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin lifli qidalar qəbul etməsi gün ərzində metobolizmi sürətləndirir".

Lifli qidaların bir xeyri də insanı tox tutmasıdır. Onun sayəsində həm də düzgün qaydada artıq kilolardan xilas olmaq mümkündür. Qəbul edilən hər 1000 kalori üçün 14 qram lif tövsiyə olunur. Bu növ qidalar maddələr mübadiləsini yaxşılaşdırır, eyni zamanda ürək xəstəliklərinin inkişafının qarşısını alır.

Mütəxəssislər gündəlik qida rasionunda lifli qidalara yer ayırmağın vacibliyini qeyd edirlər. Onların fikrincə, bu növ məhsullara üstünlük vermək sağlam həyat tərzi sürməyə səbəb olur.

20 Yanvar 2021 Peyvənddən öncə belə qidalar yemək lazımdır
20 Yanvar 2021 Mərcimək şorbasını belə hazırlayın - VİDEO
20 Yanvar 2021 Braziliyalı aktrisa Türkiyə vətəndaşı olacaq
20 Yanvar 2021 Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı - Maraqlı faktlar
20 Yanvar 2021 Özbək aşı - VİDEO
20 Yanvar 2021 Nigar və Aygün şəhidlərimiz üçün oxudu - Video
20 Yanvar 2021 Pizza hazırlanması - VİDEO
19 Yanvar 2021 Məşhur aktyor tanınmaz halda - FOTO
19 Yanvar 2021 Osmanlı şahzadəsi vəfat etdi
18 Yanvar 2021 Çiyələkli keks - VİDEO
18 Yanvar 2021 Üç bacı dolması - VİDEO
18 Yanvar 2021 Nağıl tortu - VİDEO
18 Yanvar 2021 Feysbuk Türkiyədə nümayəndəlik açır
17 Yanvar 2021 Nevroz və əsəbə qarşı - UCUZ RESEPT
17 Yanvar 2021 Bu içkilər ürək üçün təhlükəlidir
17 Yanvar 2021 Gəncəvi Qumda doğulub? - İranlı mirzənin saxtakarlığı
16 Yanvar 2021 Günün qoroskopu: güc və qüvvəniz artsa da, izafi emosional olsanız, işinizin effektivliyi azalacaq
16 Yanvar 2021 Həm dadlı, həm asan salat resepti - VİDEO
16 Yanvar 2021 İblis köməyə gəldi: Hacıqabul sərgüzəşti bitdi və Bakıya...
16 Yanvar 2021 “Qarışqa yuvası” tortu - VİDEO
16 Yanvar 2021 Lahmacunu evdə necə bişirək? - Asan və tez hazırlanma üsulu
16 Yanvar 2021 “Anna Pavlova” tortunu belə hazırlayın - VİDEO
16 Yanvar 2021 Qaydasız döyüşlə məşğul olmaq icazəlidirmi?
16 Yanvar 2021 Həkimlərin USM müayinəsinin proqnozu niyə düzgün çıxır?
16 Yanvar 2021 Qiyаmət günü insаnlаrа nümunə göstəriləcək üç şəxs
16 Yanvar 2021 İmam Baqir və zahidin nəsihəti
15 Yanvar 2021 Yarpaq formasında bulkanın hazırlanması - VİDEO
15 Yanvar 2021 "Çətin ölüm" franşizasının yeni hissəsi çəkilə bilər
15 Yanvar 2021 Yayla şorbası - VİDEO
15 Yanvar 2021 Ətli tərəvəz yeməyi - VIDEO