Son xəbərlər

 
 

"Firefox" brauzerinin hazırlanması ilə məşğul olan "Mozilla" şirkətinin nümayəndəsi bildirib ki, populyar brauzer 2021-ci ilin yanvarından "Adobe Flash Player" proqramını dəstəkləməyi tamamilə dayandıracaq.

 

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Firefox 84" versiyası brauzerin "Adobe Flash Player" texnologiyasını dəstəkləyən son versiyası olacaq. Şirkət yanvarın 26-da "Firefox 85" versiyasını çıxarmağı planlaşdırır, artıq bu versiyada "Flash Player"in dəstəklənməsi dayandırılacaq. Bu halda 2017-ci ildən etibarən başlanğıc ayar kimi "Firefox" brauzerində "Adobe Flash Player" dəstəyi deaktiv edilib.

Məlumat üçün bildirək ki, 2017-ci ilin yayında "Adobe" şirkəti elan etmişdi ki, 2020-ci ilin sonunadək "Flash Player" platformasını yeniləməyi və dəstəkləməyi dayandıracaq. Şirkət bu qərarını "HTML5", "WebGL" və "WebAssembly" daxil olmaqla, başqa standartların inkişafı ilə izah etmişdi.

"Adobe Flash" - 1996-cı ildə yaradılmış texnologiyadır və 2005-ci ildə "Macromedia" şirkətinin satın alınması nəticəsində "Adobe" şirkətinə məxsus olub. Bu texnologiya veb-səhifələrdə animasiya və səsli multimedia interaktiv məzmunu yaratmağa imkan verir. Əvvəllər "Flash" texnologiyası əsasında sayt və oyunlar yaradılırdı. Eyni zamanda, "Symantec" şirkətinin araşdırmasına görə, "Flash" bazarda mövcud olan məhsullar arasında ən çox boşluğa malikdir.

04 Dekabr 2020 Koronavirusdan sonra mütləq qaraciyəri yoxladın - Professor
04 Dekabr 2020 "Keçi südü COVID-19-a qarşı effektli ola bilər" - Türkiyəli alimlər
04 Dekabr 2020 Sami Yusif Qarabağda konsert vermək istəyir
03 Dekabr 2020 Qırmızı soğan suyu haqqında bilmədikləriniz
03 Dekabr 2020 Xəstəliklərin qənimi olan möcüzəli dərman
03 Dekabr 2020 Fərdi kompüterlərin 64%-i “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir
03 Dekabr 2020 COVİD 19-a qarşı qara zirədən məcun - RESEPT
03 Dekabr 2020 Koronavirus nəticəsində erkən yaşlanmanın qarşısını necə almaq olar?
03 Dekabr 2020 Halitoz - ağızdan pis qoxunun gəlməsi
03 Dekabr 2020 Talassemiya
03 Dekabr 2020 Qanlı göz yaşları
03 Dekabr 2020 Donma
03 Dekabr 2020 Qırmızı qurd eşənəyi
03 Dekabr 2020 Vampirlərin xəstəliyi
03 Dekabr 2020 "Volkan kimi çox kişi var"
03 Dekabr 2020 Gizem Karaca məşhur serialda
02 Dekabr 2020 Günün qoroskopu: həmfikir və ya müttəfiqlə ümumi maraqlar yarana bilər
02 Dekabr 2020 İngilis həkim: Korona mövsümi xəstəlik kimi qalacaq
02 Dekabr 2020 Britaniyada Santa Klausa maska taxmamağa icazə verildi
02 Dekabr 2020 Boğaz üçün bu tabletlər koronavirusdan qoruyur - Məşhur həkim
02 Dekabr 2020 Koronavirusa qalib gəlməyə kömək edən qidalar
01 Dekabr 2020 Süni qidalanma nədir?
01 Dekabr 2020 Günün qoroskopu: dəyişikliklər zamanıdır
01 Dekabr 2020 Qanvermənin faydaları və zərərləri
01 Dekabr 2020 Koronavirusun daha bir fəsadı ortaya çıxdı
01 Dekabr 2020 Telefonun insanın boyun fəqərələrinə zərəri
01 Dekabr 2020 İosif Stalin haqqında miflər və əfsanələr
01 Dekabr 2020 Qaynar çay içməyin zərərləri
01 Dekabr 2020 Ağcaqanaddan necə qorunmalı?
01 Dekabr 2020 Yavaş yeməyin 5 faydası