Son xəbərlər

 
Karantin dövründə toylar necə keçirilməlidir?

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən əsas tədbirlərdən biri də toy mərasimləridir. Bu dövrdə gizli toy mərasimlərinin keçirilməsi və yaxud sadəcə nikah bağlamaqla yeni ailələlər qurulmasını görürük.
Qaynarinfo məlumatına görə, məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, Dünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələrin mütəxəssisləri də qeyd edib ki, koronavirus pandemiyası hələ bir müddət davam edəcək:

"Biz artıq epidemiya şəraitində yaşamağa öyrəşməliyik və həyat tərzimizi ona uyğun qurmalıyıq. Ona görə də biz 400-500 nəfərlik toylardan artıq imtina etməliyik. Təbii ki, toy insanların bir arzusudur və bunu uzun müddət təxirə salmaq olmaz. Ancaq əvvəlki təmtəraqlı toyların keçirilməsi indiki vəziyyətdə mümkün deyil. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah bu şəraitə uyğun təlimatlar hazırlaya, normalar müəyyən edə bilər.

Misal üçün, toyda iştirak edəcək insanların sayı, buna uyğun yemək sifarişi və toyun davam etmə müddəti müəyyən edilməlidir. Çünki virus qapalı məkanda müəyyən zaman daxilində yolxucu konsentrasiyanı toplaya bilir. Məsələn, toya 30 adam gəlibsə və onun biri virus daşıyıcısıdırsa, həmin şəxs asqırdığı və ya öskürdüyü zaman dərhal yanındakı insanı yoluxdura bilər, Hətta asqırıb-öskürmədiyi halda belə tənəffüs vasitəsilə 50 dəqiqə ərzində ətrafındakı insanları yoluxdura bilər. Ona görə də toylar üçün müəyyən bir vaxt qoyulmalıdır və məclisə az sayda insan cəlb olunmalıdır, sosial məsafə gözlənilməlidir".

Toyların maska ilə keçirilməsini təsəvvür edə bilmirəm. Bu qədər çağırışlara və cərimələrə baxmayaraq, insanlar küçələrdə və marketlərdə maska taxmırlar, o ki qaldı toya maska ilə gedəcəklər. Bu, bir az real deyil. Ancaq insan sayını azaltmaq, ən azı girişdə insanların hərarətinin ölçülməsi, burun-boğazda axıntı və ağrıların olmasını müəyyənləşdirmək də vacibdir. Bir də toyda iştirak edənlərin siyahısı olmalıdır və onlar da toydan sonra bir neçə gün ərzində nəzarətdə saxlanılmalıdır".

Komitə sədri hesab edir ki, digər bir metod toyların ayaqüstdə keçirilməsidir: "Yəni vacib deyil ki, insanlar gəlib saatlarla oturub musiqi dinləsinlər. Tutaq ki, 15-20 nəfər testdən keçmiş ailə üzvləri və yaxın qohumlar toyda iştirak edir, qalan insanlar isə qısa müddətə gəlib bəylə gəlini təbrik edib və öz hədiyələrini verib gedir. Bu və ya digər şəkildə toyları keçirmək olar".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva isə bildirib ki, bu elan olumamış koronavirus müharibəsində bütün dövlətlər təxirəsalınmaz tədbirlər həyata keçirir:

"Azərbaycanda da bu istiqamətdə tədbirlər görülür və bütün bunlar əlbəttə ki, insanların sağlamlığını qorumaq məqsədi daşıyır. Belə bir dövrdə insanların gündəlik həyata nə şəkildə davam edəcəkləri ilə bağlı müəyyən nüanslar ortaya çıxır. Bu nüanslardan bir də toylardır.

İstər-istəməz həyat davam edir və toylar da bir şəkildə tənzimlənməlidir. Düşünürəm ki, toylar az sayda insanın iştirakı, ara məsafəsinin qorunması ilə nikah bağlanması formasıda keçirilə bilər. Artıq Türkiyədə və bir sıra ölkələrdə bununla bağlı proqramlar hazırlanıb.

Bura da vətəndaş məsuliyyəti də çox önəmlidir. Dövlət tərəfindən lazımi tədbirlər görülür, qaydalar qoyulur və tövsiyələr verilir, ancaq mən düşünürəm ki, birinci növbədə insan özü-özünü qorumalıdır. Vətəndaşlar öz məsluliyyətini dərk etməli və müəyyən müddət həmişəki alışqanlığından qaçmalıdır. Bəlkə təmtəraqla deyil, az adamın iştirakı ilə toylar keçirilə bilər. Qaydalarla bərabər, insanların da buna şüurlu şəkildə getmələri vacibdir. Qaydalara əməl etməklə toy mərasimləri keçirmək olar. Çünki görünən odur ki, bu virus hələ bizimlədir. Buna görə də düşünürəm ki, müəyyən məsələlər var ki, onları da həyatımızda tənzimləmək lazımdır".

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, indiki şəraitdə Operativ Qərərgahın tövsiyələrinə və təlimatlarına əməl etməliyik:

"Həyatımızı pandemiya dövründə bu qaydalara uyğun dəyərləndirməliyik. Biz ətrafdakılarımızı da düşünməliyik. İnsan özü virus daşıyıcısı ola bilər, onda heç bir əlamət hiss edilməyə bilər, ancaq onun yoluxdurduğu insan ağır vəziyyətə düşə, ölə bilər. Ona görə də bu məsələyə məsuliyyətlə yanaşmalıyıq. Xüsusən, Azərbaycan toylarının formatı elədir ki, orada nə sosial məsafə qorumaq mümkün olacaq, nə də insanlar maska taxacaq. Ona görə də Operativ Qərərgah hansı qərarı verirsə, hər bir vətəndaş vəzifəsindən asılı olmayaraq ona riayət etməlidir".

14 İyul 2020 Koronavirusda immunitet qalıcı deyil, qrip kimi dəfələrlə XƏSTƏLƏNƏ BİLƏRİK
14 İyul 2020 Bu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA
14 İyul 2020 Pandemiyadan sonra şəkər və xərçəng xəstəliklərinin sayı kəskin artacaq — İnsanların immun sistemi məhv edildi
11 İyul 2020 SOS! 5 il sonra dünyanı dəhşətli təhlükə gözləyir
11 İyul 2020 Koronavirus sonsuzluğa səbəb olurmu? — AÇIQLAMA
10 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Elektron siqaretlər ölümcül təhlükəlidir — XƏBƏRDARLIQ
09 İyul 2020 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
09 İyul 2020 Koronavirusa qarşı immunitet bu yolla da qazanılır — Alimlərdən ŞOK KƏŞF
08 İyul 2020 Tarixdə QİÇS-dən sağalan 3-cü insan
07 İyul 2020 Bakıdakı dözülməz üfunət qoxusunun episentrindən VİDEOREPORTAJ
07 İyul 2020 "Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzov
07 İyul 2020 “TikTok” a daha bir ZƏRBƏ — ABŞ-da ləğv olunur?
07 İyul 2020 Bakı haqqında 52 il əvvəl çəkilmiş və heç vaxt görmədiyiniz film — VİDEO
02 İyul 2020 "Kəskin istidən soyuq otağa daxil olsanız..." — Kardioloqdan XƏBƏRDARLIQ
02 İyul 2020 Koronavirus zamanı immuniteti gücləndirmək üçün 20 qəpiklik çarə — Hər gün yeyin!
29 İyun 2020 ANS-in 2013-cü ildə koronavirus haqda hazırladığı süjet — VİDEO
29 İyun 2020 Orqanizmdə vitamin C çatışmadıqda nə vaş verir? — Acı fəsadları
29 İyun 2020 COVID-19 peyvəndinin təhlükəli nəticələri — AÇIQLANDI
27 İyun 2020 Koronavirusun təsvirinə üç yeni simptom əlavə edildi
27 İyun 2020 Qarpızın insan orqanizminə faydaları
25 İyun 2020 Koronavirusun qida yolu ilə ötürülürmü? — Çinli ekspert danışdı
22 İyun 2020 Kondisionerlər sizi koronavirusa yoluxdura bilər ? — VİDEO
22 İyun 2020 Koronavirus əlamətləri hiss edirsizsə, bunları edin
22 İyun 2020 SMS icazə ilə bağlı VACİB AÇIQLAMA
20 İyun 2020 Çoxlu su için: koronadan qoruyur — Professor
20 İyun 2020 Maskasız həyat tərzimiz olmayacaq – TƏBİB rəsmisi
19 İyun 2020 Koronavirusun müalicəsi necə başlayır? – Türkiyədə çalışan azərbaycanlı həkim
17 İyun 2020 Baxış sayına görə TikTok YouTube-u keçmək üzrədir
16 İyun 2020 “WhatsApp”da yeni maraqlı funksiya işə salınır