Son xəbərlər

 

Əgər bir şəxs özündə və ya ailənin bir üzvündə yeni COVID əlamətlərindən birini hiss edərsə, yoluxmasına şübhələnərsə, iş yerində və ya ünsiyyətdə olduğu insanlardan kimdəsə virus aşkarlanarsa, dərhal özünü evdə təcrid etməlidir və aşağıdakı tədbirləri görməlidir.

Medicina.az vəziyyətə uyğun davranış və yardım bəndlərini tərtib edib.

Dərhal, gözləmədən və gün itirnədən 103 və 1542(TƏBİB) qaynar xətlərinə (yaxşı olar ki, şəhər telefonu ilə zəng edəsiz, uzun növbələr var) zəng edib, virus əlamətləri keçirdiyini bildirib, test tələb edirsiz. Özünüzü növbəyə yazdırın və gün ərzində təcili yardıma dəfələrlə zəng edib, özünüzü xatırladın. Zaman itkisinə yol verməyin.

Təcili yardım gecəyarı da test üçün gələ bilər. Əgər qeydiyyatda olduğunuz ərazi üzrə təcili yardım stansiyasının nömrəsini bilirsizsə, ora da məlumat verin.

• Daha sonra qeydiyyatınız üzrə poliklinikaya zəng edib, sizin yaşayış yeri üzrə sahə həkimi və terapevti tapın, məlumat verib, ilkin tibbi müdaxilə və müalicə sxemi istəyin. Sizi qeydə alsın və nəzarətdə saxlasın.

• Təcili yardım gələnə kimi özəl klinikalardan birinə (ikiqat maska, əlcək taxmaq və tək getmək şərtilə) gedib, ilk rentgen etdirin. Hər ehtimala qarşı ümumi qan, qanda C reaktiv zülal analizi verdirin.

Əgər rentgen nəticəsində pnevmoniya aşkarlanarsa, yubatmadan KT müayinədən keçib, sonra evə qayıdın.

Xəstəxanaya gedib gələrkən ictimai nəqliyyatdan istifadə etməyin.

KT və rentgen cavablarınızı ailə içindən olmayan biri götürüb, öncədən danışdığınız pulmonoloqa apararaq (özəl klinikada da olar) ödənişli də olsa, göstərib, müvafiq müalicəni yazdırmaq və o reseptə uyğun müalicəyə başlamaq lazımdır.

• Təcili yardım gəlmədikdə onlara zəng edib, testin nə vaxt olacağını soruşun, tezləşdirin. Eləcə də Təbib və bütün digər qaynar xətlərə yenidən zəng edin

• Ailə içində yaşlı, xroniki xəstəliyi olan nənə-baba, ana-ata varsa və ayrı bir bağ evi, qeydiyyatda olduqları rayon evi olarsa, onları ora göndərib, izolə edə bilərsiz.

• Evin içində dəsmal, sabun, qab, stəkan, əşyalar, yataq, otaq ayırın. Otağınız daim havalı olmalıdır, pəncərələri açıq saxlayın.

• Siz və ailə üzvlərinizdən heç kim market, aptek, poçt, banka getməməli, qonşu və qohumlarla ünsiyyəti dayandırmalıdır.

• Ərzaq və ya dərmanlarınızı almağı qonşulardan xahiş edə bilərsiz. Onlar zənbili qapıya qoyub gedə bilər. Dərmanları onlayn sifariş edin. Kuryerə 1 metrdən çox yaxınlaşmayın

• Test götürülənə və cavab çıxana qədər vəziyyətinizə uyğun bu spesifik müalicəni edə bilərsiz:

– Qızdırma varsa, Parasetamol – gündə 2 dəfə
– Gecə yatmazdan əvvəl Nimesil – iltihab əleyhinə

– Bol ət bulyonu (sadə), meyvə suları, kompot, limonlu zəncəfilli çay, bitki çayı, dəmləməsi və s. Içmək
– Çox uzanmamaq, idman, tənəffüs gimnastikası etmək. Gecələr çıxıb hava ala, gəzə bilərsiz.

– Gündə 5 dəfə hərarəti və təzyiqi ölçüb qeyd etmək (yazın)

– Sakitləşmək üçün valerian və ya digər əsəb sakitləşdirici dərman için

– Virusa qarşı immun dəstəkləyici Arbidol (tapılsa), olmasa Ergeferon. Gündə 2 tablet- dil altında sovurmaqla

– Polilinikadan tibb bacısı çağıra bilirsizsə (o xüsusi geyimdə olmalıdır), gündə 1 dəfə sistem: Vitamin C yüksək doza, dimedrol, ringer məhlulunda. Yoxdursa, ailədən kimsə əzələ daxili Vitamin C inyeksiyası etsin.

– Sink preparatı – immunitet üçün

– İtburnu dəmləməsi – su əvəzi için

– Burunu və boğazı qarqara etmək, yumaq gündə 5 dəfə – duzlu su. sodalı su. natri xlor

– Apteklərdən Tamiflyu adlı preparat tapa və əldə edə bilsəz, qəbul edə bilərsiz – bu dərman donuz qripi dövründə müalicə üçün təyin olunurdu

– Pnevmoniya varsa, antibiotik mütləqdir. Onu da ya sahə həkiminiz, ya da özəl olaraq müraciət etdiyiniz həkim pulmonoloq yazacaq. Amma daha çox Azitromisin 500 dozalı antibiotik istifadə olunur.

– Ağciyərlərdə bəlğəm və alveolların dolması varsa, ACC toz halında dərmanı içə bilərsiz, o bəlğəmin yumşalmasını təmin edir.

– Boğulma, nəfəs darlığı. 3-5 gün ərzində yüksək hərarət, göyərmə, yataqdan qalxa bilməmək kimi ağırlaşma zamanı dərhal təcili yardımı çağırıb hospitəlizə olunmalı. Xəstəxanaya getməkdən qorxmayın, əksinə bunu tələb edin

Əlavə qeydlər:

– Testin gec götürüldüyü məlumdur, 103 götürdüyü testin cavabı 3-4 günə çıxa bilər. Əgər maddi imkanınız varsa, özünüzə görə narahatsızsa və hər şeyin tez həll olmasını istəyirsizsə, özəl laboratoriyalarda yaxma testi verdirib, 24 saata cavabı ala bilərsiz

– İmkan varsa, inhalyasiya aparatı alıb, təlimatına uyğun ağciyər problemlərində evdə istifadə edin, o zaman boğulma və nəfəs tıxanması azalacaq

Eləcə də imkan varsa elektron termometr, tonometr (təzyiq ölçən aparat), eləcə də imkan varsa, apteklərdə satılan Pulse Oximeter adlı mini cihazı ala bilərsiz.

Bu cihaz qanda oksigenin miqdarını göstəririr. Normal fəaliyyət göstərən ağciyərlərdə bu göstərici 95-100 olur.

Bütün bunlar hər bir xəstə üçün lazımi kiçik cihazlardır, hansı ki, hər kəs üçün əlçatandır.

Çalışın sağlam qalın, sağ qalın!

14 İyul 2020 Koronavirusda immunitet qalıcı deyil, qrip kimi dəfələrlə XƏSTƏLƏNƏ BİLƏRİK
14 İyul 2020 Bu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA
14 İyul 2020 Pandemiyadan sonra şəkər və xərçəng xəstəliklərinin sayı kəskin artacaq — İnsanların immun sistemi məhv edildi
11 İyul 2020 SOS! 5 il sonra dünyanı dəhşətli təhlükə gözləyir
11 İyul 2020 Koronavirus sonsuzluğa səbəb olurmu? — AÇIQLAMA
10 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Elektron siqaretlər ölümcül təhlükəlidir — XƏBƏRDARLIQ
09 İyul 2020 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
09 İyul 2020 Koronavirusa qarşı immunitet bu yolla da qazanılır — Alimlərdən ŞOK KƏŞF
08 İyul 2020 Tarixdə QİÇS-dən sağalan 3-cü insan
07 İyul 2020 Bakıdakı dözülməz üfunət qoxusunun episentrindən VİDEOREPORTAJ
07 İyul 2020 "Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzov
07 İyul 2020 “TikTok” a daha bir ZƏRBƏ — ABŞ-da ləğv olunur?
07 İyul 2020 Bakı haqqında 52 il əvvəl çəkilmiş və heç vaxt görmədiyiniz film — VİDEO
02 İyul 2020 "Kəskin istidən soyuq otağa daxil olsanız..." — Kardioloqdan XƏBƏRDARLIQ
02 İyul 2020 Koronavirus zamanı immuniteti gücləndirmək üçün 20 qəpiklik çarə — Hər gün yeyin!
29 İyun 2020 ANS-in 2013-cü ildə koronavirus haqda hazırladığı süjet — VİDEO
29 İyun 2020 Orqanizmdə vitamin C çatışmadıqda nə vaş verir? — Acı fəsadları
29 İyun 2020 COVID-19 peyvəndinin təhlükəli nəticələri — AÇIQLANDI
27 İyun 2020 Koronavirusun təsvirinə üç yeni simptom əlavə edildi
27 İyun 2020 Qarpızın insan orqanizminə faydaları
25 İyun 2020 Koronavirusun qida yolu ilə ötürülürmü? — Çinli ekspert danışdı
23 İyun 2020 Karantin dövründə toylar necə keçirilməlidir? — Maraqlı TƏKLİFLƏR
22 İyun 2020 Kondisionerlər sizi koronavirusa yoluxdura bilər ? — VİDEO
22 İyun 2020 SMS icazə ilə bağlı VACİB AÇIQLAMA
20 İyun 2020 Çoxlu su için: koronadan qoruyur — Professor
20 İyun 2020 Maskasız həyat tərzimiz olmayacaq – TƏBİB rəsmisi
19 İyun 2020 Koronavirusun müalicəsi necə başlayır? – Türkiyədə çalışan azərbaycanlı həkim
17 İyun 2020 Baxış sayına görə TikTok YouTube-u keçmək üzrədir
16 İyun 2020 “WhatsApp”da yeni maraqlı funksiya işə salınır