Son xəbərlər

 

Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimində evdən çıxma icazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və ya olduğu yeri tərk etmələri icazə əsasında həyata keçirilir.

“Report” xəbər verir ki, icazələr təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar verilir.

Belə ki, 1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir).

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Report”a bildirilib ki, gün ərzində 1 indeks üzrə alınan icazələrin sayına görə məhdudiyyət nəzərdə tutulmayıb. Qeyd olunub ki, 1 rəqəmindən icazələrin sayına təxirəsalınmaz tibbi zərurətlə əlaqədar olduğu üçün məhdudiyyət tətbiq edilməyib.

“Çünki vətəndaşın gün ərzində qrafik üzrə bir neçə dəfə müalicə alması mümkündür”, – deyə məlumatda bildirilib.

2 rəqəmi vasitəsilə icazə isə ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.

Bundan başqa, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 20-də keçirilən brifinqində gün ərzində SMS icazə sistemi vasitəsilə 1 kodundan istifadə edən şəxsin 2 kodundan da istifadə edə bilməsinin mümkün olduğunu vurğulayıb. Dövlət Agentliyinin sədri bununla yanaşı, vətəndaşları sui-istifadə hallarına yol verməməyə, yalnız zəruri hallarda və təyinatı üzrə SMS icazə sistemindən istifadə etməyə çağırıb. Sui-istifadə hallarına yol verilməsinin isə karantin rejiminin pozulması kimi qiymətləndiriləcəyi və bununla bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilib.

Bundan əlavə, koronavirus testinin cavabı pozitiv çıxdığı üçün evdə müalicəyə cəlb olunan və özünütəcrid rejimində olan şəxslərin SMS icazə sistemindən istifadəsi mümkün olmayacaq.

Həmin şəxslərin siyahısı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Dövlət Agentliyinə təqdim edilib.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilib.

14 İyul 2020 Koronavirusda immunitet qalıcı deyil, qrip kimi dəfələrlə XƏSTƏLƏNƏ BİLƏRİK
14 İyul 2020 Bu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA
14 İyul 2020 Pandemiyadan sonra şəkər və xərçəng xəstəliklərinin sayı kəskin artacaq — İnsanların immun sistemi məhv edildi
11 İyul 2020 SOS! 5 il sonra dünyanı dəhşətli təhlükə gözləyir
11 İyul 2020 Koronavirus sonsuzluğa səbəb olurmu? — AÇIQLAMA
10 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Elektron siqaretlər ölümcül təhlükəlidir — XƏBƏRDARLIQ
09 İyul 2020 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
09 İyul 2020 Koronavirusa qarşı immunitet bu yolla da qazanılır — Alimlərdən ŞOK KƏŞF
08 İyul 2020 Tarixdə QİÇS-dən sağalan 3-cü insan
07 İyul 2020 Bakıdakı dözülməz üfunət qoxusunun episentrindən VİDEOREPORTAJ
07 İyul 2020 "Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzov
07 İyul 2020 “TikTok” a daha bir ZƏRBƏ — ABŞ-da ləğv olunur?
07 İyul 2020 Bakı haqqında 52 il əvvəl çəkilmiş və heç vaxt görmədiyiniz film — VİDEO
02 İyul 2020 "Kəskin istidən soyuq otağa daxil olsanız..." — Kardioloqdan XƏBƏRDARLIQ
02 İyul 2020 Koronavirus zamanı immuniteti gücləndirmək üçün 20 qəpiklik çarə — Hər gün yeyin!
29 İyun 2020 ANS-in 2013-cü ildə koronavirus haqda hazırladığı süjet — VİDEO
29 İyun 2020 Orqanizmdə vitamin C çatışmadıqda nə vaş verir? — Acı fəsadları
29 İyun 2020 COVID-19 peyvəndinin təhlükəli nəticələri — AÇIQLANDI
27 İyun 2020 Koronavirusun təsvirinə üç yeni simptom əlavə edildi
27 İyun 2020 Qarpızın insan orqanizminə faydaları
25 İyun 2020 Koronavirusun qida yolu ilə ötürülürmü? — Çinli ekspert danışdı
23 İyun 2020 Karantin dövründə toylar necə keçirilməlidir? — Maraqlı TƏKLİFLƏR
22 İyun 2020 Kondisionerlər sizi koronavirusa yoluxdura bilər ? — VİDEO
22 İyun 2020 Koronavirus əlamətləri hiss edirsizsə, bunları edin
20 İyun 2020 Çoxlu su için: koronadan qoruyur — Professor
20 İyun 2020 Maskasız həyat tərzimiz olmayacaq – TƏBİB rəsmisi
19 İyun 2020 Koronavirusun müalicəsi necə başlayır? – Türkiyədə çalışan azərbaycanlı həkim
17 İyun 2020 Baxış sayına görə TikTok YouTube-u keçmək üzrədir
16 İyun 2020 “WhatsApp”da yeni maraqlı funksiya işə salınır