Son xəbərlər

 
“TikTok” istifadəçilərinə BƏD XƏBƏRDünyada 1 milyarddan çox “TikTok” istifadəçisi var. 75 dildə, 150-dən çox bazarda mövcud olan “TikTok” ötən il ən çox yüklənən tətbiqlərdən olub. İndi isə “TikTok”da 1,5 mlrd nəfəri yaxından maraqlandıran təhlükəsizliklə bağlı boşluq aşkar edilib.

Belə ki, “Check Point” şirkətinin mütəxəssislərinin sözlərinə görə, cinayətkarlar istifadəçilərin hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

ARB TV-nin “Günə doğru” verilişində məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.

Rəşad Əliyev – Ekspert: “Sizin telefon sizin şəxsi məlumatlar olan bir “device”dır. Onun içində sizin şəxsi çəkdiyiniz şəkillər, sizin kontaktlar, sizə aid olan məlumatlar var. Həmin o məlumatları insan əlinə keçirə bilər. Onları istifadə edərək, sizə hədə-qorxu gələ, sizi təhdid edə bilərlər”.

Mövcud boşluqlara görə, proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi təhlükə altındadır. Platformada aşkar edilən təhlükəsizlik boşluqları, xakerlərin hesabları ələ keçirib kontenti dəyişdirməsinə, videoları silməsinə, videolar yükləməsinə, gizli videoları hər kəsə açıq etməsinə səbəb ola bilər. Həmçinin özəl e-mail adresləri kimi hesaba əlavə edilən şəxsi məlumatları ortaya çıxara bilər.

Rəşad Əliyev – Ekspert: “Proqramı yükləyərkən, sizdən hər hansı icazə istəyir. İcazələr nə ola bilər, sizin smsləri oxumaq, sizin telefon nömrənizi istifadə etmək, sizin adınızdan sms göndərnək, sizin kontakt listinizə icazə olması. Bu tipli icazələr olur, ona görə də o sizin nömrənizi, kontaktlarımızın nömrəsini bilir. Rahatca sizin adınızdan sms göndərmək imkanı əldə edir”.

Nurlan Quluzadə - Proqramçı: “Əsasən ən çox itifadə etdiyi öz şəxsi şifrələrini verməməsi daha məqsədəuyğundur. Hansı ki bunlardan birinci “Google” və “Facebook” kimi avtorizasiya sistemləri var ki, bu xidmətlərdən istifadə etsə daha yaxşı olar. Yalnız sosial media hesabları vasitəsilə qeydiyatdan keçə bilərlər və bu zaman öz şəxsi məlumatların ikinci şəxsin əlinə keçməsinin qarşısını ala bilərlər”.

“TikTok”dan isə deyirlər ki, onlar istifadəçilərin məlumatlarını qorumaq üçün diqqətlə çalışırlar. Platforma rəhbərliyi dünya miqyasında çalışan təhlükəsizlik mütəxəssislərini bundan sonrakı təhlükəsizlik boşluqlarını aşkar etmək üçün köməyə çağırıb. İstifadəçilərə tətbiqin son versiyasını yükləmək tövsiyyə olunur. Bu halda bütün problemlər aradan qalxacaq”.

25 Fevral 2020 Azərbaycanda koronavirusla bağlı şok “WhatsApp” yazışması – FOTO
25 Fevral 2020 Pərviz Abdullayev "Survivor”un qalibi ola bilər — SORĞU
24 Fevral 2020 Koronavirus immuniteti zəif olanları məhv edir — İmmun sisteminizin vəziyyəti necədir?
21 Fevral 2020 Avtomobilin içinə düşən qəpikləri toplayıb “Cek pot” uddu
21 Fevral 2020 Bunları səhərlər yeməyin — ZƏRƏRLİDİR - VİDEO
20 Fevral 2020 Restoranda bəxşişi də kartla ÖDƏYƏCƏYİK-YENİLİK
18 Fevral 2020 Bir qadının dəyəri 5 manat - Azərbaycanda qadın qul bazarı — VİDEO
14 Fevral 2020 Azərbaycanda ölüm səviyyəsi azalıb
13 Fevral 2020 Gündə 2 yumurta yeməyə 7 səbəb — Şoka düşəcəksiniz
11 Fevral 2020 Münasibətlərdə sərinlik yaranarsa, onu aradan qaldırmaq asan olmayacaq — Günün qoroskopu
08 Fevral 2020 Saçların erkən ağarmasının səbəbləri
07 Fevral 2020 “WhatsApp”ı kompüterdə işlədənlər üçün təhlükə yaranıb
05 Fevral 2020 Bağırsaqlarda qaz və köp yaradan 12 qida
05 Fevral 2020 Bu günün HAVA PROQNOZU
04 Fevral 2020 Azərbaycan əhalisinin sayı artır, Ermənistanda isə azalır — STATİSTİKA
03 Fevral 2020 Tətil başa çatdı
03 Fevral 2020 Mədə-bağırsaq xərçənginin dərmanı — YARPIZ haqqında maraqlı məlumat
30 Yanvar 2020 Təcili yardım maşını çağıranda ödəniş edilməlidir? – AÇIQLAMA
30 Yanvar 2020 Dünyanı sarsıdan, yüzmilyonlarla insanın həyatına son qoyan EPİDEMİYALAR – TARİX
30 Yanvar 2020 Zəlzələ çantasında nələr olmalıdır?
29 Yanvar 2020 "WhatsApp" fevralın 1-dən bu telefonlarda işləməyəcək
28 Yanvar 2020 DİQQƏT: Telefondan silinməyən virus peyda oldu
28 Yanvar 2020 Soğan qabığının inanılmaz FAYDALARI
28 Yanvar 2020 Naftalanda turistlərin rahatlığını təmin etmək üçün ödənişsiz nəqliyyat xidməti fəaliyyətə başlayıb – VİDEO
27 Yanvar 2020 Qrip olmamaq üçün BUNU EDİN
27 Yanvar 2020 Tez-tez sümük bulyonu içməyə 10 səbəb — Ailənin sağlamlıq sirri
24 Yanvar 2020 Prostat xərçənginin əsas ƏLAMƏTLƏRİ — MÜTLƏQ OXUYUN!
21 Yanvar 2020 Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır
21 Yanvar 2020 “Quran”dakı bu adları uşaqlara qoymaq olmaz
21 Yanvar 2020 Qripə yoluxmamaq üçün bunlara ƏMƏL EDİN