Son xəbərlər

Qoç – Günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.

Normal istirahət edin.

Buğa – Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.

Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun.

Ötənləri xatırlayıb köks ötürməyin.

Əkizlər – Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını artırmayın. Yeniliklərə də aludə olmayın.

Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın.

Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq olar.

Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları alış-veriş üçün əlverişlidir.

İntuisiyanızın səsini dinləyin.

Xərçəng – Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda tərəfdaşınıza yardım edin.

Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar.

Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin.

Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı olacaq.

Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş olun.

Şir – Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Manevr imkanlarınızdan bəhrələnin.

Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın.

Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin.

Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin.

Qız – Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı hərtərəfli şəkildə təhlil edin.

Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız istiqamətdə qətiyyətlə hərəkət edin.

Problemli sahəni maneələrlə sədlərdən təmizləyin.

Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına yaxın dəyişəcək.

Kollektivdəki situasiya sizi qıcıqlandıra bilər. Sərt reaksiya verməzdən əvvəl təfərrüatlardan hali olun.

 

Tərəzi – Süst olmayın, laqeydliyə qapılmayın. Apatiya bu gün sizin düşməninizdir. Başladığınız işləri yarımçıq qoymayın. Yaşananları diqqətlə müşahidə edin. Emosiyalara qapılmayın, güzəştlərə meylli olun.

Genişmiqyaslı fəaliyyət anına ciddi hazırlaşın.

Günün ikinci yarısında yaxın perspektivə hesablanmış fəaliyyətin variantlarını şərik və tərəfdaşlarla müzakirə edin. Təşəbbüskar olun, lider mövqelərinə yiyələnin. Mövqeləriniz güclü olarsa, rəqibləri geridə qoya bilərsiniz.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb – Hər şey göründüyü qədər sadə deyil. Buna rəğmən uğur vəd edən zamandır. Gərəkli işləri sürətlə başa vurmaq üçün var qüvvənizlə çalışın. Məsələləri vaxtında həll edin. Maraqlandığınız məsələlərlə bağlı mümkün qədər çox, geniş məlumatlar əldə edə bilsəniz, özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz.

Günün ikinci yarısında ideyalarınızı tərəfdaşlarınızla müzakirə edin. Bəzi layihələrə yenidən qayıtmaq olar. Öhdəlikləri və görüləsi işləri paylaşın. Mümkün qədər çox fiziki iş görməyə can atmayın. Ehtiyatlı, sayıq olun.

Əmlak, maliyyə, vərəsəlik məsələlərini həll etmək olar. Yardıma ehtiyac duyana kömək edin.

Oxatan – Heç nədə ifrata varmayın. Maliyyə məsələlərində qənaətli olun. Emosiyalarınıza nəzarət edin. Mübahisəyə, şayiələrə, münaqişələrə qatılmayın.

Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Üzrxahlıq xətadan betər olmamalıdır.

Anlaşmaları yerinə yetirin.

Günün ikinci yarısında zidd maraqların toqquşması qaçılmazdır. Problemlərin həlli mövcud situasiyanın göstərdiyindən də dərindədir. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və dəqiq qərarlar qəbul etməlisiniz.

Axşam saatlarında duruma nəzarət edin.

Oğlaq – Günün ilk yarısında işlərinizdə aktivləşmə müşahidə olunacaq. Cari mükəlləfiyyətlər və işlər çərçivəsində qalın. Resurs qıtlığı yarana bilər.

Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Səhhətinizə fikir verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər.

Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır. Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün.

Fiziki işlərdə xeyir var. Əhvalınız dəyişəcək. Təşəbbüskar olun, toplantı və müzakirələrə qatılın. Daxili protestinizə effektiv izhar yolu seçin.

Hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın.

Dolça – Günün ilk yarısı karyera məsələləri ilə məşğul olmaq üçün əlverişli zamandır. Müəyyən proseslər dəyişir. Yeni ideyalar, təmayüllər və təklifləri nəzərə alın.

Yaxın ətrafınızdakı insanların müqavimətini hiss etsəniz, təkid və təzyiq etməyin. Çalışdığınız şəxslərlə işbirliyini möhkəmləndirin.

Günün ikinci yarısında kollektivdə aktivlik artacaq. Yerdəyişmələr, xəbərlər az deyil. Maraqlarınızın təminatına çalışın. Xəbərlərin müzakirəsinə və mübahisələrə çox vaxt ayırmayın.

Əlverişli situasiyada süst davranmayın. Oyun qaydalarına riayət edin, öhdəlikləri unutmayın. Vədlərinizi gerçəkləşdirin.

Balıqlar – Günün ilk yarısında qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər.

Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.(Milli.Az)

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş “FaceApp” tətbiqi haqqında yayılmış iddialara cavab verib.

TASS-ın məlumatına görə, proqramın yaradıcısı Yaroslav Qonçarov məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.

“Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir”, – deyə Qonçarov bildirib.

O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: “FaceApp” üzərində iş görülən fotoların böyük hissəsini “buludlar”da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir”.

Qeyd edək ki, ABŞ Senatında demokratların lideri Çak Şumer “FaceApp” tətbiqinin insanların məlumatlarını üçüncü tərəfə satması ilə bağlı iddia ilə çıxış etmişdi.(bizimyol.info)

Qoç – günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil.

Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır.

Buğa – yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.

Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Əkizlər – sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın.

Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin.

Axşam saatlarında stressdən qurtulun.

Xərçəng – günün ilk yarısından etibarən tələsmədən fəaliyyət göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın.

Maraqlarınızı kimsəyə qurban verməyin.

Sayıq olun.
Şir – günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə nizamlayın. Süst, ətalətli olmayın.

Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.

Qız – emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək.

Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun. Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış çıxmayın. Maddi durumunuza tam nəzarət edin.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi – fərdi yaşamınızla bahəm, işgüzar fəaliyyətinizdə problemlər yarana bilər. Çətinlikləri dərhal həll etməyə çalışmayın. Səbrli, təmkinli olun. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Ötən zamanların bir daha qayıtmayacağını düşünərək nisgilə qapılmayın.

 

Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil.

Riskli anlaşmalara, avantüralara qatılmayın. Maliyyə imkanlarınızı olduğundan artıq göstərməyə çalışmayın.

Əqrəb – hisslərinizi kontrolda saxlayın. Əməlləriniz əvvəlcədən hazırlanmış plan çərçivəsindən çox kənara çıxmamalıdır. Sayıq olun, qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin.

Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun.

Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın. Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat sərtlik yolverilməzdir.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Oxatan – təşəbbüslər və yeni layihələr üçün uğurlu zaman deyil. Texnika, avadanlıqla bağlı məsələlərdə maksimum diqqətli davranın. Ehtiyatsızlıq ciddi travmalara səbəb ola bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi yarada bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Oğlaq – parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır.

Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Dolça – günün ilk yarısından etibarən neqativ hisslər sizi çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz. Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın.

Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz, aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın.

Axşam saatlarını özünüzə həsr edin.

Balıqlar – ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz.

Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin – bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.
(Milli.Az)

Qoç – Hisslərin əsiri olmayın. İşgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilati fəaliyyətlə bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları müzakirə etmək olar.

Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi mövqeyi tutmayın.

Problemlərin həllində qeyri-standart variantları seçin.

Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumlar və uşaqlarla təmaslar sizə müsbət emosiyalar verəcək.

Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş, həssas olun. Belədə fikir ayrılığı və ixtilaf riski minimuma enəcək.

Buğa – İmkanlarınızı və resurslarınızı qoruyun. İşdə başladığınız layihəyə iddialılar peyda ola bilər. Pulunuzu, fəaliyyət arealınızı, maraqlarınızı qoruyun. İddiaların sayı arta bilər. Yaxın adamlardan biri qısqanclıq üçün səbəb yaradacaq.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən biri ilə münasibətlərdə anlaşılmazlıq yarana bilər. Mövqelərinizi qoruyun, amma ifrata varmayın. Eqoist və xudpəsənd insan təsiri bağışlamayın. Situasiyanı real dəyərləndirin, adekvat qərarlar qəbul edin.

Hadisələrə təsir imkanlarına malik insanla təmasları passivləşdirməyin.

Əkizlər – Günün ilk yarısında asan işlərin çətinləşməsi istisna deyil. Sadə variantlar yoxdur və onları da aramayın. Səbrli olun. Hadisələrin tempi sizin gözlədiyiniz sürətdən aşağı olacaq.

Bütün diqqəti işə yönəldin.

Günün ikinci yarısında laqeydlik işlərdə zəruri effektin əldə edilməsinə maneələr yaradacaq. İş yerində yeni intriqa yaranacaq. Gündəlik işlərin, rutin qayğıların artımı istisna deyil.

Başqalarının işlərini görməli olacaqsınız. Pulsuz olduğunu düşündüyünüz nəsnənin pullu olduğunu axşam saatlarında anlayacaqsınız. Səhhətinizə fikir verin.

Köhnə ağrıların residivi ola bilər.

Xərçəng – Günün ilk yarısı mahiyyət etibarilə uğurludur. Situasiyaların əksəriyyətində intuisiyanız dadınıza çata bilər. Hisslərinizi sözlərlə pərdələməyin. Dəyər verdiyiniz insanla aranızda tam qarşılıqlı anlaşma olmalıdır. İşgüzar fəaliyyətinizdə ən kiçik detallara fikir verin. Təşəbbüskar olun, yaxın ətrafınızdakı insanların ideyalarından yararlanın.

Günün ikinci yarısında xərclərə, gəlirlərə, sərmayəyə fikir verin. İstəklərinizə nəzarət edin. Hisslərinizi cilovlayın, soyuqqanlı olun. Reallıq hissini itirməyin.

Şir – Günün ilk yarısından etibarən emosional gərginliyin artması, əsəblərin tarıma çəkilməsi istisna deyil. Müvəqqəti çətinlikləri dəf edin. Maddi və məişət problemlərini vaxtında çözün. Ötənlərdəki məğlubiyyətlərdən birinin fəsadlarını indi hiss etməyə başlayacaqsınız.

Günün ikinci yarısında ailə üzvlərindən birinin problemi, yaxud da mənzil və ya daşınmaz əmlakla bağlı məsələ başağrısına çevriləcək.

Hər şeyi müftə əldə etməyin mümkün olmadığını unutmayın. İddialı, aqressiv olmayın. Emosiyalarınızı nümayiş etdirməyin. Axşam saatlarında alış-veriş və daşınmaz əmlakla əməliyyatlar məsləhət deyil.

Qız – Məntiqli davranın. Qərarların qəbulunda emosiyaların əsirinə çevrilməyiniz bütün işlərinizə zərbə vura bilər. Diqqətdən qaçan xırdalıqlar ciddi problemlərə çevrilməməlidir. Təxəyyülü reallıq saymayın.

Sizi anlayan insanlarla ünsiyyətdə olun. Yaxşı tanımadığınız insanlara inanmayın. Düşünülməmiş addımlar atmayın.

Günün ikinci yarısında təmaslarda qarşılıqlı anlaşmanın əhəmiyyəti artacaq. Kiçik məsələləri böyütməyin. Yerinə yetirə bilməyəcəyiniz işi bitirəcəyinizi vəd etməyin.

Tərəzi – Düşünülməmiş addımlar atmayın. Şirnikləndirici təkliflərə aldanmayın. Fərdi potensialınızı olduğundan artıq dəyərləndirməyin. Başqalarının işini görmək istəyirsinizsə, ilk əvvəl öz maraqlarınızı düşünün.

Günün ikinci yarısında dəbdəbəyə meylli olmayın. Hər deyilən sözə aldanmayın. Maliyyə vəsaitinizin qayğısına qalın. Həddi keçməyin. Özünüzün və yaxın ətrafınızdakı insanların imkanlarını real qiymətləndirmədən maliyyə əməliyyatlarına başlamayın.

Əqrəb – Gerçəkdən də, qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaq. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az olacaq. Süst və ətalətli davranmayın.

Əyləncəni ixtisara salmaq olar.

Günün ikinci yarısı nüfuzlu insanlarla görüş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli deyil. Romantik görüş də pis alınacaq. Bu səbəbdən də ciddi səhvlərə yol verməməyə çalışın.

Oxatan – Səhhətiniz, maliyyə durumunuz, ailəvi durumunuzla bağlı köhnə komplekslər sizə mane olacaq. Sizi ifşa etmək istəyən insanlar var. Əməyinizin bəhrəsini görmək istəyirsinizsə, tənqidlərdən çəkinməyin.

Günün ikinci yarısında fəaliyyət sahənizi kənar müdaxilələrdən qoruyun. Karyera inkişafına can atın. Nüfuzunuzu qoruyun. Ötənlərdəki olayların fəsadlarının bundan sonrakı hadisələrə mənfi təsirinə imkan verməyin. Mühüm addımlar barədə geniş məlumatlar verməyin. Sirr saxlamağı bacarın.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq – İntuisiyanıza və şəxsi təcrübənizə güvənə bilərsiniz. Bələd olduğunuz insanların yeni tələlərini əvvəlcədən görün, onlardan yan keçin. Ciddi işə başlamaq istəyirsinizsə, əməllərinizə nəzarət edin. İstəkləriniz absurd olmamalıdır.

Günün ikinci yarısında hisslərə aldanaraq yanlış qərarlar verməyin. Maraq dairənizdən asılı olaraq yeni fəaliyyətə başlamaq olar. Şəxsi həyatdakı yenilikləri dəyərləndirin.

Maraqlarınızın təminatına çalışın.

Axşam saatlarında yaradıcılıqla məşğul olun.

Dolça – Hisslərin əsiri olmayın. Qisas və ya inciklik çox pis məsləhətçilərdir. Rəqibi mütləq şəkildə üstələmək, zəhmətinizin bəhrəsini görmək istəyi yaranacaq. Bədxahları geridə qoyun və onlardan daha yaxşı olduğunuzu göstərin.

Tərəfdaşlarınızdan birinin xudpəsəndliyi sizi sinirləndirməsin.

Sevdiyiniz insanın qədrini bilin. Təxribatlara uymayın, əks təqdirdə əsla gərək olmayan işlərə pul və vaxt sərf etməli olacaqsınız. Dəbdəbə istəyinə uymayın. Hələlik hazır olmadığınız uğurlar istəyindən əl çəkin.

Balıqlar – Günün ilk yarısından etibarən müxtəlif situasiyalarda fərqli insanlarla çalışmalı olacaqsınız. İşdə həmkarlarınız, rəhbərlik və hətta əsla tanımadığınız insanlar sizdən sui-istifadə etməyə çalışa bilərlər. Mövqelərinizin zəiflədilməsinə, planlarınızın alt-üst olmasına can atan insanların fəallaşmasına imkan verməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun. Ağır işlərə başlamayın. Qüvvənizə və resurslarınıza qənaət etmək üçün axşam saatlarında tək qalın.

Normal istirahətə can atın.(Milli.Az)

Qoç – Məhsuldar gündür. Müəyyən işlər düşərlidir. Bəxt üzünüzə güləcək. Danışıqlarda rahat ünsiyyət formatını seçin. Hadisələri dəyərləndirəndə analitik təhlilə əl atın.

Yeni tanış olduğunuz insanı işinizə və ya layihənizə cəlb etmək üçün diplomat olun.

Günün ikinci yarısında hadisələrin axarına süni təsir etməyin. Yaşam sizi nədənsə imtina etməyə, daha maraqlı təsir bağışlayan işlərlə məşğul olmağa vadar edəcək. Həmkarlarla münasibətlərdə diqqətli olun.

 

Az danışıb çox iş görün. Kollektivdə sizə ağır iş həvalə ediləcək. Bu missiyanın öhdəsindən gəlmək üçün bütün vasitələrdən yararlanın. Sonuclar sizinçün yetərincə önəmli ola bilər.

 

Buğa – Qəfil hadisələr baş verə bilər. Ətrafınızdakı proseslərə diqqətlə baxın. Nişanələr və siqnalları görün. Maraqlandığınız insanlarla əlaqədə olun.

 

Əməkdaşlıqla birgə fəaliyyətin yeni formalarının təməlinin qoyulduğu gündür. Fərqli təmayülü dəstəkləməzdən əvvəl üzərinizə düşən yüklə qarşılaşa biləcəyiniz riskləri qiymətləndirin.

 

Günün ikinci yarısında dəyişikliklərlə yeniliklərin destruktiv və ya konstruktiv olduğunu situasiya, alınan xəbərlər, təkliflər, habelə yaranan problemlər göstərəcək.

 

Ehtiyatlı olun. Ən xırda, mənasız saydığınız təfərrüata da fikir verin.

 

Axşam saatlarında normal istirahət edin.

 

Əkizlər – Yaxın gələcəklə bağlı planlaşdırdığınız işlərə indi başlamaq olar. Perspektiv üçün çalışın. Görüş, ünsiyyət, yazışma və müzakirələr üçün uğurlu zamandır.

 

Təmasları saf-çürük edin, münasibətləri tənzimləyin. Xidmət və informasiya mübadiləsini unutmayın. Mövqeyinizi kiməsə anlatmaq istəyirsinizsə, təzyiq yolunu seçməyin. Təzyiq göstərməyin.

 

Diqqətinizə ehtiyacı olan insanlarla, xüsusilə də ailə üzvləri ilə aktiv təmasda olun. Səhhətinizə fikir verin. Həddən ziyadə çalışaraq özünüzü yormayın.

 

Enerjiniz və emosiyalarınız çoxdur. Bu səbəbdən də ünsiyyət çevrənizi axşam saatlarında yanlış seçməyin.

 

Xərçəng – Təmkinli və səbrli davranış bir sıra ağır situasiyalardan çıxış yolunu tapmağa təkan verəcək. Anlaşma, razılaşma və kompromislərə üstünlük verin.

 

Alış-verişdə bədxərclik etməyin.

 

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizinlə birgə fəaliyyətə hazırdır. Bunu unutmayın. Mühüm görüş və ya yazışmada hərdəmxəyallıq etməyin.

 

Çoxdan tanıdığınız insanlarla işbirliyinə üstünlük verin.

 

Münaqişəli vəziyyətlərdə nümayişkaranə şəkildə müqaviməti seçməyin. Aldığınız informasiyanı təhlil edin.

 

Şir – Ünsiyyət, danışıqlar, təhsil və səfər üçün münasib zamandır. Can atdığınız məqsədə çatmaq üçün var gücünüzlə çalışın. Yenidənqurmanı kosmetik prosedurla əvəzləməyin.

 

Yaxın ətrafınızdakı proseslər aktivləşib. Buna diqqət yetirin.

 

Günün ikinci yarısında kiminləsə vidalaşmağınız istisna deyil. Məqsədlər və niyyətlər dəyişə bilər. Narazılıq, eqoizm artır. Problemləri həll etmək üçün əməkdaşlığın yeni sxemlərini reallaşdırın.

 

Axşam saatlarında əylənmək üçün yaranmış imkanlardan istifadə edin. Çətinlikləri dəf etmək olar – təlaşa qapılmayın.

 

 

Qız – Cari məsələlərin həlli ilə məşğul olun. Situasiya uğurludur. Şərtlərdən yararlanın, durumu dəqiq qiymətləndirin. Yaşamınızdakı problemlərin bəzilərini həll etmək olar. Sürətlə irəliləmək üçün qüvvə toplayın.

 

Günün ikinci yarısında tərəfdaşlıq münasibətlərində və ya əməkdaşlıq əlaqələrində sərinləşmə yarana bilər. Xoşagəlməz hisslərin güclənməsinə dəstək olmayın. Davranışınıza nəzər salın. Münasibətlərin çalarlarına fikir verin, yeni nüansları görün.

Axşam saatlarında istədiyiniz kimi istirahət edin.

Tərəzi – Səhər saatlarındakı qeyri-müəyyənlik nigaranlıq və təşviş hissləri yarada bilər. Ailə üzvlərinin rifahının qayğısına qalın, evdəki problemləri həll edin. Yaşam arealında qayda yaradın. Fəaliyyət sahənizi nizamlayın.

Ehtiyat və imkanlarınızı yenidən dəyərləndirin.

Günün ikinci yarısında hədəflərlə məqsədləri təftişə uğratmaq olar. Ünsiyyət çevrəsini elə seçin ki, münaqişə riski minimuma ensin. Sizə qarşı iradlarla çıxış edən insanların dediklərinə qulaq asmayın.

Axşam saatlarına yaxın alış-verişə yollanmaq olar. Tanımadığınız məkanda, yaxud insanların gur olduğu yerdə istirahət etməyin.

Əqrəb – Hadisələrin mahiyyətini anlamağa çalışın. Pozitiv, sakit zamandır. Maliyyə maraqlarınızın təminatı ilə məşğul olun. Əməkdaşlığı genişləndirin. Hadisələrə təsir imkanlarına malik nüfuzlu şəxs sizə yardım edəcək.

Günün ikinci yarısında özünüzə həddən ziyadə güvənməyin. Sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın.

İndiyədək sizinlə normal davranan insanın qəflətən tərsliyi tuta bilər.

Gərgin və qarışıq vəziyyətə rəğmən təmkinli, səbrli və soyuqqanlı davranın. Çalışdığınız insanların vəziyyətini instinktiv olaraq hiss edin. Borc hissi ilə bağlı yalanlara aldanmayın.

Oxatan – Kollektiv fəaliyyətə üstünlük verin. Həmkarlarla münasibətlərdə yeni ideyalar yarana bilər. Sizi narahat edən suallardan birinə cavab taparaq çətin situasiyadan çıxış yolunu müəyyənləşdirəcəksiniz. Ətrafınızdakı insanlar əməkdaşlığa hazırdırlar.

“Təsadüfi olmayan təsadüf” adlandırıla biləcək olay yaşanacaq.

Günün ikinci yarısında yaşam sizi seçim qarşısında qoyursa, praqmat olun. Sizə təzyiq etmək istəyənlərin qarşısını alın. Başqalarının işini görməyin.

Vəziyyətə nəzarət edin. Spontan hadisələrdən yararlanmağa çalışın. Xırda məsələlərə görə emosiyalarınız vulkan təki partlamasın. Hisslərinizə nəzarət edin. Söhbət əsnasında tələsməyin. Qarşı tərəfin fikirlərinin izharına imkan yaradın.

Oğlaq – Yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Karyeranızla məşğul olun. Danışıqlar aparın, tərəfdaşlığı intensivləşdirin. Köhnə tərəfdaş və ya şəriklərdən biri ilə yeni istiqamətdə birgə fəaliyyətə başlamaq olar.

Günün ikinci yarısında bütün təmaslarda birbaşa təsir yolverilməzdir. Səbrli və təmkinli davransanız, səbəbsiz problemlər yaranmayacaq, yaxın ətrafınızdakı və kollektivdəki insanlarla ünsiyyəti yaxşılaşdıracaqsınız.

Cari işlərlə məşğul olun. Nigaranlıq üçün yeni obyekt aramayın. Mənasız əlaqələr və gərəksiz əşyalardan qurtulun.

Dolça – Maraqlı gündür. Şanslardan faydalanın. Eyni vaxtda bir neçə işi yerinə yetirməyə çalışsanız, məqsədlərə çatmaya bilərsiniz. Praqmat olun, praktiki məsələlərə üstünlük verin. Uğur xırda məsələlərin həllindədir.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara qarşı irad və tənqidlərin sayının artması münasibətləri korlaya bilər. Sürprizlərin, qəfil olayların yaşanma ehtimalı artır. Əməkdaşlıq etdiyiniz insanla təmasları tarazlayın.

Axşam saatları səfər, uzaq dostlarla təmaslar üçün əlverişlidir. Tərəfdaşlıq formatını genişləndirin. Alış-veriş üçün pis zaman deyil.

Balıqlar – Günün ilk yarısından aktiv çalışmağınız tələb olunur. Diqqət mərkəzində olmaqdan çəkinməyin. Münasibətlərdə və əlaqələrdə sürprizlər də yarana bilər.

Daha yaşlı və təcrübəli insandan üstün olmaq üçün qeyri-adekvat addımlar atmayın. Yaşıdlarınız, həmkarlarınız və dostlarınızla təmaslarda yeni ideyalar yarana bilər. Yaxşı bələd olmadığınız məsələlərin müzakirəsinə qatılmayın.

Günün ikinci yarısında bəzi məsələlərdə qapalı gərginlik hiss olunacaq. Münasib şəraiti, əlverişli çevrəni seçin.

Yaradıcılıq üçün pis zaman deyil. Sayıq olun. Yeni tanışlara etibar etməyin. Tanıdığınız insanlarla əməkdaşlığa üstünlük verin.

Milli.az

Bu içkilər xərçəng riskini artırır.

Fransalı elm adamlarının apardığı araşdırmaya görə, gün ərzində 100 mq-dan çox şəkərli içki xərçəng riskini 18 faiz artır.

Minval.info medicina.az-a istinadən bildirir ki, Sorbonne Universitetinin alimlərinin araşdırmasına görə, şəkərli içkilər, hətta 5 faiz şəkər ehtiva edən meyvə şirələri belə xərçəng riskini yüksəldir.

Bura eneji içkiləri, meyvəli süd, şəkərli çay, qəhvə və s. daxildir.  Sözgedən araşdırma üçün mütəxəsislər 100 mindən çox insanı 5 il izləyib. Bu araşdırmada yuxarıda qeyd olunan nəticə əldə edilib.

Sonda iştirakçılardan min nəfərdən 26-da xərçəng izinə rast gəlinib. Elm adamları şəkərli içkilərin xərçəng riskini artırmasının səbəbinin qanda şəkərin miqdarının çoxalması ilə əlaqələndiriblər. Lakin alimlər bu istiqamətdə daha çox araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Qoç – Günün ilk yarısında xırda problemlər nigaranlıq yaradacaq. Çoxdan bəri həllini tələb edən məsələ yenidən gündəmdədir. Tələsik davranmayın, düşünülməmiş qərarlar verməyin. Ünsiyyətdə əsla qarşı tərəfə təzyiq göstərməyin.

Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin.

Fəaliyyət arealında qayda yaradın. Vədlərə əməl edin. Borcların bir qismini qaytarın. Şəxsi münasibətlərə yetərincə vaxt ayırın.

Axşam saatlarında planlar qəflətən dəyişə bilər.

Buğa – Emosional, gərgin gündür. Şəxsi planlarınızı reallaşdırmaq üçün müstəqil çalışaraq tək qala bilməyəcəksiniz. Yaxınlarınız sizdən diqqət gözləyirlər. Ailə üzvlərinin yardım istəklərinə soyuq yanaşsanız, münaqişə istisna deyil. Situasiyaya bir qədər fərqli baxın.

Günün ikinci yarısında ümidlər və gözləntilər real olmalıdır. Anlaşma uğurun yarısıdır.

Fəaliyyətin sırf maddi formatlı variantlarına üstünlük verin.

Emosional baxımdan stabil olun. “Arxa cəbhə”ni hazırlayın.

Axşam saatlarında əyləncəyə yollanın.

Əkizlər – Bilik və bacarıqlarınızı tam nümayiş etdirin. Ətrafınızdakı insanlar sizdən təşəbbüskarlıq, təşkilatçılıq bacarığının izharını və ümumi məqsədlərə çatmaq üçün pozitiv davranış gözləyirlər. Əhvalınızda kəskin dəyişikliklər ola bilər.

Günün ikinci yarısında hisslərə qapılmayın, illüziyalara aldanmayın. Baş verənlərin zahiri təzahürlərinə aldanmayın. Hirsli insan təsiri bağışlamayın. Fəaliyyət istiqamətində yeniliklər etmək olar.

Danışıqlar, müzakirələr, anlaşmalar və sövdələşmələr üçün əlverişli zamandır.

Cari vəziyyətdə effektiv olmayan əlaqələrdən imtina edin. Sürətli və dürüst qərarlar qəbul etməsəniz, vəziyyətə nəzarət imkanlarını əldən verəcəksiniz.

Xərçəng – Diqqət mərkəzində olacaqsınız. Narahatlıq və təlaşa qapılaraq fəsadları ağır ola biləcək səhvlərə yol verməyin. Emosiyalarınızın izharı üçün əlverişli vaxtdır.

Günün ikinci yarısında münasibətlərdəki problemləri aradan qaldırmaq üçün təşəbbüskar siz olun. Sözlər indi hisslərin düşmənidir. Gərgin situasiyadan çıxış yolunu daha fəal şəkildə arayın. Artıq-əskik danışan insandan uzaq durun. Dəyər verdiyiniz insanla münasibətləri inkişaf etdirin.

Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Emosiyalar sizi gərəksiz əşya almağa sürükləyə bilər.

Şir – Emosiyalarınız artacaq, hissləriniz aktivləşəcək. Öz mövqeyini absolyut həqiqət sayan insanlarla ehtiyatlı davranın. Yalnız peşəkar fəaliyyət müstəvisində mübahisələr etmək olar. Gərəkli məlumatı arayın, mürəkkəb məsələləri həll edin. İntellektual məsələnin çözümü zamanıdır.

Günün ikinci yarısında tərəfdaşlar və şəriklərin aktivliyini gərəkli istiqamətə yönəltmək olar. Maddi bazanızı möhkəmləndirin. Fiziki iş üçün əlverişli zamandır. Məqsədə mümkün qədər tez, sürətlə çatmaq üçün daha fəal olun.

Ailəniz sizə dəstək olacaq. Ümumi problemin həllinə başlayın.

Qız – Eyni vaxtda bir neçə işə başlamayın. Yalnız təcili həll tələb edən, cari məsələlərlə məşğul olun. Gecikmə, təxirəsalma, çalışdığınız insanların qeyri-dəqiqliyi istisna deyil.

Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin.

Günün ikinci yarısında böyük, genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək.

Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın.

Tərəzi – Hadisələrə süni təkan verməyin. Spontan olayların məcrasında hərəkət etməyin. Bununla yanaşı, situasiyanı nəzarətdə saxlayın.

Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Kollektiv fəaliyyət sayəsində daha sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər.

Axşam saatlarında sakit ortamı seçin. Səhhətinizə fikir verin.

Əqrəb – Qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Qətiyyətli, iradəli və əzmkar olun. Dürüst kursla irəlilədiyinizə əmin olun. Peşəkarlığınızı nümayiş etdirin. Situasiyanı tam kontrol altında saxlayın.

İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin.

Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin. Başqalarının işlərinizə kobud müdaxilələrinə imkan verməyin.

Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.

Oxatan – Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Muxtariyyətdə xeyir var. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Vurnuxma ən asan, ən rahat işi korlaya bilər.

Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. İşinizdən həzz almağa çalışın.

Şəxsi münasibətlərdə aktiv maraq formalaşır. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq – Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini ön plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.

Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın.

Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.

Dolça – Daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.

Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.

Balıqlar – Rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.(Milli.Az)

Niyə evlənmirsən?

Aşağıda yazacaqlarım artıq 30 ildir məşğul olduğum bioloji elm olan təbabətdə öyrəndiklərimin nəticəsidir. Burada iddia etdiklərimi hərhansı bir məqalədə vəya mənbədə birmənalı göstərə bilmərəm...

Dediklərimə əsas istəsəniz...sizə 30 ildə oxuduqlarımın hamısını göstərərəm.

Bu isə çoxdur.

Nə isə....yaxın oturun.

Niyə evlənmirsən?

Bu sualı çoxunuz eşidibdir.

Əksəriyyət bu sualın obyekti də olmaqdan asılı olmayaraq əslində evlənmək də.....hətta övlad sahibi də olmaq istəyir.

Çoxumuz övlad sahibi olmağın təbii, vazkeçilməz bir dürtü, instinkt olduğunu düşünür.

Əslində, bir az elədir.

Amma tam olaraq elə deyil.

İnsan övladı öz ətrafında öz qohumlarını axtarır. Bunu isə ətrafındakı insanların qoxusuna görə anlayır.

Bəli, qoxusuna.

Biz artıq köpək və digər heyvanlar kimi qoxu ayırma qabiliyyətinə malik olmasaq da, emosiyalarımız hələ də qoxulara bağlıdır.

İnsan öz qohumunu qoxudan anlayır. Qohumbazlığın, yerlibazlığın kökü insanın artıq şüur altına keçmiş bu qabiliyyətindədir.

İnsan öz qohumunun reproduktiv, yəni nəsilartırma qabiliyyətini artırmasını arzulayır.

Çünki biologiya üçün məhz sizin övlad sahibi olmağınız vacib deyil. Siz özünüzün qohumunuza nəsilartırmada yardımçı olsanız, sizin emosiyalarınız sakitləşəcək, özünüzü konfort sahəsində hiss edəcəksiniz. Çünki sizin qoxunuzu verən sizin genlərinizdir. Sizin genləriniz qohumlarınızda da olduğu üçün...onların qoxusu sizə bənzəyəcəkdir.

Bəziləri uşaq vaxtı bələndiyi əskini və ya alt paltarını niyə qoxlayır?

Sakitləşmək üçün.......

Yəni. "Qardaş, sakitləş... Hələ sağsan... Sənin genlərin hələ həyatdadır" hissini aşılamaq üçün.

Evlənmək, övlad sahibi olmaq istəməyən insanların əksəriyyəti çox rahatdırlar.

Həqiqətən də, ailə həyatı, xüsusilə də uşaq baxmaq kifayət qədər eqomuzu aşan, zəhmətli işdir.

Bəzilərimiz, sırf bioloji olaraq uşaq baxmaqdan zövq alırıq. Amma bəzilərimiz bundan əziyyət çəkirlər.

Amma biologiyada hər bir parametrin həmən qonşu parametri gəlir.

Biologiyada bir var əlamət, bir də var əlamətin şiddəti.

Məsələn, mən ağız marçıldadan insanları sevmirəm. Öz rəhmətlik atam marçıldadaraq şorba yeməyi sevirdi. Mən isə bundan nifrət edirəm.

Öz atama hardasa 2 dəfə pis reaksiya verərək marçıldatmağını dayandırmağını söyləmişəm.

İkisində də kefim heç yox idi.

İnsan anadangəlmə emosiyalarını gizlədə bilməz. O emosiyaların eşiyi 100 üzərindən 95 ola bilər. Sizə gələn qıcıqlandırıcı faktor 80 olarsa, buna dözəcəksiniz.

Amma müəyyən strees və qorxu halları bu eşiyi azaldır.

Normal, özünü rahat hiss edən insanda müəyyən qıcığa reaksiya qabiliyyəti 100-dürsə, qorxu halında bu eşik artıq 40 ola bilər.

Əsəbi olduğunuz zaman daxilinizdəki emosiyaları daha rahat çölə vurursunuz.

Normal halda marçıldatmağa dözürdünüzsə, əsəbi halda dözməyəcəksiniz.

İndi gələk əsas mövzuya.

Uşaq sahibi olmaq istəməyən, evlənmək istəməyən biri ətrafında öz qoxusunu almaqdan məhrum olsa, hətta onun qohumlarının sayının azaldığını hiss etsə, o dəqiqə hərəkət planını dəyişir. Özü uşaq sahibi olmağa çalışır.

Əvvəllər demək olar ki, hər kəsdə öz nəslinin kəsiləcəyi qorxusu var idi. Aclıq, kütləvi xəstəliklər, padşahın kefindən çıxan müharibələr ucbatından qardaşının 10 uşağı olsaydı belə, sabah onların heç olmasa 1-nin sağ qalacağına zəmanət yox idi....

Amma indi?........

Əşşii, kef elə....

P.S. Mən özüm uşaq baxmağı sevən biriyəm. Mənim üçün qohumlarımın istər min uşağı olsun, özüm uşaq baxmasam, çox narahat oluram. Məhz bu səbəbdən, klublara getməyi, axşam gec saatlara qədər oturmağı sevmirəm. Bir yerin dadını çıxarmaq üçün orada uşaqlarımla olmalıyam....

Özümü hərdən kürt yartmış toyuq kimi hiss edirəm.

Qoç – Günün ilk yarısından etibarən kiçik iş və məişət problemlərini həll edin. Tələskənliyə qapılaraq önəmli məsələlərdən birini unutmayın. Qərarı başqa günə ertələmyin.

Günün ikinci yarısı sənədləşdirmə və müqavilələr üçün əlverişlidir. Müzakirələrdə diqqətli, sayıq olun. İşdə rəhbərliyin sizə yeni tapşırığı olacaq. Baş verənləri dəyişməyə çalışmayın. Vəziyyəti dürüst qiymətləndirin.

Axşam saatlarında həssas davranın.

Buğa – Sizi maraqlandıran məsələnin təfərrüatını öyrənin. Soyuqqanlı şəkildə çalışaraq məqsədə doğru addım-addım yaxınlaşın. Önəmli məsələlərin çözümü zamanı tələsməyin. Razılaşmadığınız məqam, qəbul etmədiyiniz detallarla bağlı fikrinizi açıq bildirin.

Günün ikinci yarısında mühüm işi təxirə salmaq yanlış qərardır. Səhvin nəticələri ağır ola bilər. Peşəkar inkişaf üçün yaranmış şansı dəyərləndirin. İşgüzar mükalimələrdə qarşı tərəfin mövqelərini nəzərə alın. “Gərəkli” insanla görüşməyi unutmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər – Prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəqlik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.

Xərçəng – Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.

Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.

Axşam saatlarında evdən uzağa yollanmayın.

Şir – Peşəkar maraqlarınızı təmin edə biləcək sərfəli imkanlar yaranacaq. Təklif edilən yeni şərtlərlə razılaşmağa tələsməyin. Situasiyanı diqqətlə araşdırın, təklifi dəyərləndirin.

Yeni layihəyə başlamaq olar.

Günün ikinci yarısında görüşdə maraqlarınızı müdafiə edin. Yaşlı qohumlardan birinin sizinlə aqressiv danışdığı təqdirdə geri çəkilməyin. Romantikaya qapılmayın. Rifahınızı düşünün, maraqlarınızı təmin edin.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Qız – Günün ilk yarısından etibarən bütün diqqəti peşəkar fəaliyyətə yönəldin. Gərəkli bacarıq, informasiya və təcrübənin olmadığını hiss etsəniz, daha təcrübəli tərəfdaşdan məsləhət almaqdan çəkinməyin.

Situasiya barədə maksimum informasiyaya yiyələnin.

Günün ikinci yarısında fəaliyyət sahəsini və ya iş yerini dəyişməklə bağlı fikirlər yaranarsa, təşəbbüsün sonuclarını nəzərə alın. Tələsik qərarlar verməyin.

Sayıq davranın.

Tərəzi – İndiyədək üzə çıxmayan mübhəm problemlər aşkarlanacaq. Onları mərhələlərlə həll edin. Ətrafınızdakı vurnuxmaya aldanmayın. Sizi tələsdirən insanlara qulaq asmayın. Hüquqlarınızı sonadək müdafiə edin. Yaşam tonusunun səviyyəsi aşağı düşə bilər.

Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Müsbət emosiyalar əldə etməyə can atın. Yeni işə sınanmış, etibarlı insanla başlayın. Əsas məsələ qarşılıqlı etimad və inamdır.

Mənasız şübhələr fəaliyyətinizdə əngəllər yaratmamalıdır.

Əqrəb – Karyera məsələləri xüsusi aktuallıq kəsb edəcək. İşdə rəhbərliklə kəskin mübahisə etməyin. Həmkarlarınızla birgə fəaliyyətin üstün cəhətlərindən yararlanın. Peşəkarlarla işləyin.

Günün ikinci yarısında ləyaqətsiz insanlardan uzaq durun. Motivasiyaya ehtiyac yoxdur. Təkbaşına da işləyə bilərsiniz.

Yaxınlarınızdan birinin sizə praktik yardım təklifi olarsa, müsbət dəyərləndirin. Heç bir halda başqasını hansısa əməldə zorla müdafiə etməyin.

Oxatan – Mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.

Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.

Ailə üzvlərinin qayğısına qalın.

Oğlaq – İnformasiya, rəqəmlər, faktlar və mətnlərlə diqqətlə çalışın. Mümkün qədər diqqətli davranın, işlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin. Hər şeyi eyni vaxtda görməyə çalışmayın. Tələsmədən, vurnuxmadan irəliləyin.

Günün ikinci yarısında düşünülməmiş qərarlar sizin ən pis düşməniniz olacaq. Maraqlandığınız sahədə aramla addımlayın. Rəhbərlikdən yeni tapşırıqlar alsanız, həmin işi dərhal görməyə can atmayın. Sizdən konkret olaraq nələr istəndiyini araşdırın, gözləntiləri təhlil edin.

Dolça – Mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Balıqlar – İşgüzar münasibətlərinizi sürətlə inkişaf etdirin. Tərəfdaşlarla əməkdaşlığınızın səviyyəsi sizdən asılıdır. Kommunikativ imkanlarınızı intensivləşdirsəniz, daha sürətlə irəliləyə bilərsiniz.

Kibertəhlükəsizlik şirkətləri “FinSpy” casus proqramının yeni versiyasını aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, ziyanverici proqram istifadəçinin mobil cihazda demək olar ki, bütün hərəkətlərini izləyir.

Bildirilir ki, “FinSpy” hətta təhlükəsiz sayılan mesajlaşma proqramları ilə göndərilən məxfi ismarıcları belə oxuya bilir.

“Bu proqram artıq “Telegram”, “WhatsApp”, “Signal” və “Threema” kimi şifrələmədən istifadə edən mesajlaşma proqramlarından məlumat toplaya bilir” – şirkət deyib.

Ekspertlər qeyd edir ki, cinayətkar “FinSpy” proqramını qurbanın cihazına giriş əldə etməklə yükləyə bilər. Bundan başqa, ziyanverici proqram SMS mesaj, elektron məktub və ya “push” bildirişlərlə göndərilir.

“FinSpy” smartfon və ya planşetlərdən müxtəlif məlumatları oğurlayır: bura cihazın kitabçasında olan nömrələr, elektron məktublar, mesajlar, təqvim qeydləri, “GPS” məlumatları, şəkillər, cihazın yaddaşında saxlanılmış fayllar və mesajlaşma proqramları ilə göndərilən ismarıclar daxildir.