Son xəbərlər

Qoç – günün ilk yarısı xeyli məhsuldar zamandır. Başladığınız işləri məhsuldar şəkildə yerinə yetirə bilərsiniz. Bununla belə, fəaliyyətinizdə ciddi dönüşə bel bağlamayın.

Mübahisələrə qatılmayın. Dəyişə bilməyəcəyiniz situsiyalara emosiyalarınızı sərf etməyin.

Günün ikinci yarısında tərəfdaşlarınız müxtəlif cəbhələrdə irəliləməyə çalışacaqlar. Fəqət, onların layihələrindən birini siz tamamlamalı olacaqsınız.

İstənilən formada təzyiqə və kənar müdaxiləyə kəskin reaksiya verin. Rəqiblər sizi zəif saymasınlar.
Axşam saatlarında enerjinizi faydalı məsələlərin həllinə yönəldin.

Süst olmayın.

Buğa – ev işləri yetərincədir. Səbrli, soyuqqanlı olun. Kəskin hərəkət etməyin, sərt danışmayın. Düşünülməmiş qərarlar verməyin.

Kölgəyə çəkilmək, olayların episentrindən uzaqlaşmaq alınmayacaq. Fəaliyyət arealında qayda yaradın. İşləri nizamlayın.

Alış-verişdə yalnız zəruri əşyaları alın.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Əkizlər – genişmiqyaslı layihəyə başlamaq üçün uğurlu zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür. Emosional baxımadan zəngin vaxtdır. Müxtəlif mənbələrdən yeni xəbərlər ala bilərsiniz.

Müzakirələr üçün əlverişli zamandır.

Günün ikinci yarısında məişət problemləri və ailə qayğılarının həlli vaxtınızı alacaq. Çətinlikləri aradan qaldırararkən rutin metodlardan, aktuallığını itirmiş taktikadan istifadə etməyin.

Ümumi plan və ya maraqlarınız olan insanlarla aktiv ünsiyyətdə olun.

Xərçəng – günün ilk yarısı məhsuldar olacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Yazışmalarda hisslərə qapılmayın.

Proseslərin konkret kursu görünmür. Fəaliyyətinizin sonucları sizi tam razı salmayacaq. Emosiyalar çox, nəticə azdır. Münaqişə, mübahisə istisna deyil.

Günün ikinci yarısında yersiz etiraflar baha başa gələ bilər. Olayların süjeti sizi təlaşa sala bilər.

Bir yerdə problemi aradan qaldıran kimi digər məqamda çətinliklər formalaşmağa başlayacaq. Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik yolverilməzdir.

Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Şir – xırdalıqlara fikir vermək asan olmasa da, detalları nəzərdən qaçırmayın. Qəfil xəbər və ya gələn informasiya narahatlıq, nigaranlıq yarada bilər. Ətrafınızda baş verənlərdən nəticə çıxarın.

Yeni ideya və planları situasiyada maraqlı insanlarla bölüşə bilərsiniz. İşdə rəhbərliklə təmaslarda diqqətli olun. Maddi təminat və ya ödəniş olmadan əlavə tapşırıq ala bilərsiniz.

Günün ikinci yarısında romantik hisslərə qapılaraq kobud səhvlərə yol verməyin. Şəxsi münasibətlərdə yaxşı zamandır. Yeni tanışlıqlarla bağlı ciddi gözləntiləriniz olmasın.

Qız – retroqrad insanlardan uzaq durun. Yeni işlərə başlamaq istəyirsinizsə, onlara bel bağlamayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin.

Ünsiyyət, danışıqlar, məlumat mübadiləsi, dostlara yardım, təkliflər olacaq. Sınanmış metodlardan istifadə edin. Aktiv, mütəhərrik olun. Danışıqlarda mövqelərinizi qoruyun.

Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin. Əks mövqeni dinləməyi bacarın.

Dəyər verdiyiniz insanın diqqət izharına, pozitiv dəyərləndirməyə, tərifə ehtiyacı var.

Tərəzi – önəmli istiqaməti intuitiv olaraq seçə bilərsiniz. Cari işlərə ciddi diqqət ayırın. Yeni layihəyə başlamaq, ciddi problemin həllinə start vermək üçün münasib zaman deyil.

Günün ikinci yarısında əməkdaşlıq təklifini qəbul edin. Planları müzakirə etmək, məsləhətləşmələr aparmaq olar. Xəbərləri izləyin, reaksiyanızı nəzarətdə saxlayın. Şəxsi münasibətlərlə bağlı narahatlıq istisna deyil. Qəfil hadisələr, hətta vidalaşma ola bilər.

Axşam saatlarında spontan yaradıcılıq həlləri mümkündür.

Əqrəb – emosional olmayın, hisslərinizi cilovlayın. Narazılıq, təlaş və diskomfortun öhdəsindən gəlməyə çalışın.

Hadisələr sürətlə inkişaf edir. Olaylarda müəyyən nizamsızlıq, hətta xaos ünsürləri müşahidə olunur.

İstiqamətləri sürətlə müəyyənləşdirin. Dəyişikliklərin hamısı yaxşı deyil. Xoşagəlməz “kəşf”lərə qapılmayın.

Günün ikinci yarısında həddən artıq aktivlik etməyin. Baş verənləri diqqətlə müşahidə edin, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Mövqeləriniz əvvəlki dövrlərlə müqayisədə o qədər də güclü deyil.

Oxatan – günün məcrası səhər saatlarında müəyyənləşəcək. Dəyər verdiyiniz insanlarla aktiv ünsiyyətdə olun. Emosiyalarınıza nəzarət edin. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Güzəştlərə meylli olun.

Gərginlik hiss olunan sahələrdə nizamlama və qaydaya salma əməliyyatlarına başlayın. Situasiya sizi sürətləndirəcək.

Günün ikinci yarısında yaşananları təhlil edin, bundan sonra atacaq addımlarınızı bəlirləyin. Gərəkli informasiyanı arayın. Perspektivdə gərəyiniz ola biləcək, faydalı nə isə tapa bilərsiniz.

Axşam saatları səfər üçün əlverişlidir.

Oğlaq – mürəkkəb, qarışıq zamandır. İşlərdə hiperaktiv olmayın. Səhər saatlarında diqqətli olun. Cari işlərlə bağlı olmayan müzakirələr və danışıqları təxirə salın. Sərt tələblər, işdə rəhbərliklə həmkarlarınızın tələbləri sizi qıcıqlandıra bilər.

Şərtləri sərtləşdirməyin. Hansısa mövzunu ifrata çatdırmayın.

Günün ikinci yarısı önəmli qərar qəbul etmək üçün münasibdir. Aktiv olun, hərəkət edin. Bəzi olayların perspektivləri əlverişli olmadığından bir qədər gözləyin. Təfərrüatlara fikir verin.

Qəfil etiraflara, yaşamınıza daxil olan mövzulara diqqətli yanaşın. Şəxsi münasibətlərdə qısqanclıq problemlər yaratmamalıdır.

Axşam saatlarında normal istirahət edin.

Dolça – uzun müddətdən bəri sizi narahat edən suala cavab tapa bilərsiniz. Təşviş, əməllərinizdən bədgümanlıq, ətrafdakı insanlardan narazılıq istisna deyil. Kənar təsirlər baş verənlərin mənzərəsini dəyişə bilər. Stress olacaq.

Günün ikinci yarısında hər şey o qədər də pis deyil. Aldığınız xəbərləri, yaranan problemləri təhlil edin. Hər şey o qədər də pis deyil. Nevroz insan təsiri bağışlamayın. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyət planlarına zəruri əlavələr edin.

Axşam saatlarında münasibətlərdə sərinlik yaratmayın.

Balıqlar – yaxın ətrafınızdakı insanların emosional durumuna fikir verin. Yaşamınızda yeni mövzu peyda ola bilər. Yeni maraq da istisna deyil.

Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Enerji tonusunuz ünsiyyət və təmaslar üçün əlverişlidir. Sizi maraqlandıran suallara cavab almağa, perspektivləri dərk etməyə can atın.

Günün ikinci yarısında mənafelərin toqquşduğu məkanda mübahisələr yarana bilər. Seçim edəndə emosiyaların əsirinə çevrilməyin. Sağlam məntiqlə hərəkət edin. “Bu, mənə lazımdırmı?” sualını səsləndirin.

Milli.Az

Qoç – günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər.

Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar.

İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsəlləəri başqalarına həvalə etməyin.

Buğa – məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil.

Aramla davranın, yüz ölçüb bir biçin.

Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər.

Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın.

Tənqidi ifrat aqressivliklə qarşılamayın.

Əkizlər – günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın

Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz.

Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın.

Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng – əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər.

Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil.

Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın.

Şir – yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin.

Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin.

İradəli, hətta zərurət yaranarsa sərt olun.

Qız – yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xahiri görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir.

Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın.

Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi – günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın.

 

Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edisə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın.

İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın.

Əqrəb – dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın.

Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar.

Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir.

Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz.

Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər.

Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız.

Oxatan – günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin.

Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil.

Oğlaq – günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın.

Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Dolça – şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilrə. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır.

Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var.

Axşam saatlarını özünüzə həsr edin.

Balıqlar – bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın.

İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər.

Ona görə də enerji, əzm və qətiyyətlə işləyin.

İşi yarımçıq qoymayın.

Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi.(Milli.Az)

Qoç – günün ilk yarısı intensiv dialoq, son məlumatların və informasiyaların mübadiləsi üçün əlverişlidir. İşgüzar səfər, ezamiyyət istisna deyil.
Çalışdığınız kollektivdə rəhbərliklə açıq danışın.
Günün ikinci yarısında fəaliyyət şəraitinizin yaxşılaşdırılması üçün konkret addımlar atmaq olar. Yeni biliklər əxz edin, təcrübənizi artırın.
Sevdiyiniz adam maraqlarınızı bölüşəcək. Mübahisə etməyin.

Buğa – yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyacınız var. Maraqlı ideyalar və kreativ fikirləriniz az deyil. Onlar sizə gəlir və mənəvi rahatlıq vəd edir. Həmin ideyaları həyata keçirməyin, rifahınızı yüksəltməyin yollarını düşünün.
Günün ikinci yarısında mübhəm xəbəri paylaşmasın. Bələd olmadığınız insanlara sirr verməyin. Maliyyə məsələlərində diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.
Ailə büdcəsinin qayğısına qalın.

Əkizlər – cari hadisələrin çərçivəsində darıxa bilərsiniz. Gərginlik və narazılıq qəti addımlar atılmasını tələb edir.
Mahiyyət etibarilə sizə indi, sadəcə, “tətiyin çəkilməsi”, qəfil etiraf, informasiya gərəkdir. Bundan sonra dəyişiklikərin zəncirvari reaksiyası başlanacaq.
Olduğunuz mövqelərin laxlamasının qarşısını alın.
Yaxınlarınızla söhbətlər və müzakirələrin önəmi artır. Dəstəyə nail olmaq üçün səbrli və müdrik olun.

Xərçəng – önəmli qərarlar qəbul etməzdən əvvəl nüfuzlu insanların mövqelərini araşdırın. Onların məsləhətlərini qulaqardına vurmayın. Dostlar və tanışlarla qayğıkeş davranın. Maddi rifahınızın inkişafında maraqlı insanları özünüzdən kənarlaşdırmayın.
Günün ikinci yarısında büdcənizə zərər vurmayın. Bədxərclik etməyin. İnternet vasitəsilə nə isə ala bilərsiniz.
Yaxınlarınızın qayğılarından, problemlərindən hali olun.
Laqeyd insan təsiri bağışlamayın.

Şir – konstruktiv dialoq sayəsində məqsədlərə çata bilərisniz. Uğurlar sizi gözləyir. Ən müxtəlif insanlarla ünsiyyətdə radikal olmayın. Mövqelərinizi möhkəmlətmək üçün bütün addımları atın.
Günün ikinci yarısında bütün işlərin öhdəsindən müstəqil gəlməyə can atmayın. Kollektiv fəaliyyətdə xeyir var. Bəzi məsələlərdə fikir müxtəlifliyi ilə barışın.
Sevdiyiniz insanın qəfil sualları sizi naqolay vəziyyətdə qoymamalıdır. Açıq söhbətə hazır olun.

Qız – tapşırıqları qulaqardına vurmayın, səlisliyə can atın. Əsas diqqəti bilavasitə səlahiyyətlərin yerinə yetirilməsinə yönəldin. Hadisələrlə gəngin, aktiv, parlaq gündür. Passiv olmayın, yeniliklərə can atın.
Günün ikinci yarısında inzibati işlərdə səhvlərə yol verməyin. İntensiv ünsiyyət zamanıdır. Dostlar arasında mübahisədə sizdən şahidlik etmək istəniləcək. Situasiyadan səbr və təmkinlə hali olun.
Axşam saatlarında dəvət aldığınız yerə yollanın.

Tərəzi – aktiv, mütəhərrik, çevik olun. Görduyünüz işə laqeyd yanaşmayın. İşdə rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında yerinə yetirin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda subordinasiyanı pozmayın. Həddən ziyadə səmimiyyət problemlər vəd edə bilər.
Ailə üzvlərinizin həyatında aktiv iştirak edin. Mühüm məsələləri nəzərdən qaçırmayın.

 

Əqrəb – özünüzü sərbəst hiss etsəniz, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz. Ünsiyyətə açıq olun, yeni tanışlıq imkanlarından yararlanın. Xidməti yazışma məhsuldar olacaq. Maraqlandığınız insanla təkbətək danışın.
Günün ikinci yarısında prinsiplərinizin bəzisinin təftişə və təhlilə ehtiyacı var. Düzəlişlər qaçılmazdır. Yaşamla bağlı mühafizəkar baxışlarınız, ənənələrə və köhnə qaydalara sədaqətiniz qarşı tərəfin xoşuna gəlməyə bilər. Həmin insan eksperimentlərə və yeniliyə meyllidir.

Oxatan – gün ərzində yaşanacaq hadisələr sizdən aktiv olmağı tələb edir. Həyatınızda bundan sonra da əvvəlki təki qalmasının mümkünsüz olduğu nəsnələrə dəyişikliklər etmək gərəkdir.
Vidalaşmaq gərəkdiyi nəsnə və ya insanları intuitiv ayırd edin. Başqa mühüm işlə məşğul olmaq üçün vaxt tapın.
Bu, çətin, amma vacib məsələdir.
Sizi narahat edən məsələlərə praktik müstəvidən baxın.
Sizin üçün mühüm insanlarla münasibətlərdlə böhran yaşana bilər.

Oğlaq – pulunuzun qədrini bilin, bədxərclik etməyin. Maliyyə vəsaitinizlə mənasız risklər etməyin. Xərclər artsa da, gəlirlər dəyişmir. Borcları vaxtında qaytarın, kredit ödənişlərini gecikdirməyin. Maliyyə öhdəliklərinə unutqan yanaşmayın.
Günün ikinci yarısında danışıqlarda, hesabatların tərtibatında ehtiyatlı olun.
Pul məsələsi dostlar və qohumlarla münasibətlərinizi səngidə bilər.
Axşam saatlarında gəzintiyə çıxın.

Dolça – uğurlu, yaxşı gündür. Kommunikasiyaların effektiv olmasına çalışın. İnsan naturasının incəliklərinə bələd olmağa can atın. Danışıqlarda və müzakirələrdə qarşı tərəfi haqlı olduğunuza inandırın.
Günün ikinci yarısında yalanlara aldanmayın, vədləri reallıq qismində qəbul etməyin. Sevdiyiniz insanla münasibətlərdə köhnə mübahisə yenidən alovlana bilər. Mövqeyini anlatmaq üçün arqumentləri normal qaydada seçin. Zəif yerlərə zərbə endirməyin.
Axşam saatlarında normal istirahət edin.

Balıqlar – dəyərlər və hisslərdə konkretləşdirməyə nail olmaq üçnü önəmli görüş, ya da müzakirəyə ehtiyac var. Kənar hadisələrlə yad təsirlərin gücü artır.
Çətin gündür. Özünüzlə bağlı xoşagəlməz etiraf, habelə kiminsə rahatlığınızı və işlərinizi pozmağa çalışması istisna deyil.
Günün ikinci yarısında xoş hadisələr istisna deyil. Borcun qaytarılması, önəmli məsələ ilə bağlı təlaş və ya narahatlığın əbəs olmasına dəlalət edən, çoxdan gözlənilən məlumatın alınması mümkündür.

Milli.Az

“WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər.

“ICTnews” xəbər verir ki, mütəxəssislər indi messencerin “iOS” platformasında işləyən növbəti versiyası üçün bir sıra yeniləmələri sınaqdan keçirirlər.

Məsələn, “WhatsApp” messencerində çatlarda mesajların alınması ilə bağlı problemin mövcud olması barədə bərkidilmiş xəbərdarlıq olacaq. Həmçinin istifadəçilər üçün qəbul edilmiş və ya göndərilmiş multimedia fayllarının sürətli redaktəsi funksiyası əlçatan olacaq.

Yeni funksiya vasitəsilə messencerdən çıxmadan şəkillərə dəyişikliklər etmək mümkün olacaq. Bu yenilik, həmçinin “Android” platformasının idarəetməsi altında işləyən qurğu sahiblərinə də əlçatan olacaq.

Bundan başqa, indi “WhatsApp” komandası “push” bildirişlərdə səsli mesajların ilkin dinlənilməsi imkanı üzərində işləyir.

Qoç – çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz.

Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.

Buğa – seçdiyiniz istiqamətdə hərəkəti davam etdirin, mövqelərinizi möhkəmləndirin. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür.

Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz.

Əkizlər – ətrafınızdakı baş verənlərə obyektiv reaksiya verin. Adekvat olun. Bu və digər səbəblərdən işgüzar mühitdə gərginlik yarana bilər. Həmkarlarınızı bədxah, rəhbərliyi aqressiv saymayın. Səbəbləri özünüzdə arayın.

Günün ikinci yarısında başqalarının dediklərinə çox inanmayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. Onu da bilin ki, ən zülmət qaranlıq dan yeri sökülməzdən əvvəl olur.

Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. İstənilən formada düşünülməmiş addımlardan uzaq olun. Azacıq şübhə yaradan məsələnin çözümü zamanı aramla davranın, tələsməyin. Daxili laübələr və təbəddülatların əsiri olmayın.
Xərçəng – günün ilk yarısı intuisiyanızı işə salın. Fəaliyyətiniz planlaşdırılmış işlərlə bağlıdırsa, diqqətli və sayıq olun. Çevik, şüurlu, hiyləgər insan təsiri bağışlayın.

Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.

Şir – günün ilk yarısında fikirləriniz səlis olsun. Yeniliklər və dəyişikliklər olacaq. Onların nə dərəcədə uğurlu olacağı bilavasitə sizdən, cəhdləriniz və səylərinizdən asılıdır. Qətiyyətli davranın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışına diqqətlə fikir verin. Bəzi məqamlarda soyuqqanlı, bəzi situasiyalarda isə tam əksinə, aktiv davranmaq gərəkdir. Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı davranın. Yeni texnika və avadanlıqla çalışmazdan əvvəl onları yaxşıca sınayın.

Nasazlıqları dərhal aradan qaldırın.

Qız – diplomatcasına hərəkət edin, naqolay vəziyyətə düşməmək üçün səhih davranın. Həmkarlar və şəriklərlə birgə fəaliyyətdə yaranan anlaşılmazlığı müzakirələrlə, danışıqlarla aradan qaldırmaq olar.

Günün ikinci yarısında ani təsadüflər qarşılıqlı anlaşmanı pozmamalıdır. Xoşagəlməz situasiyaların yaranmasını önləmək üçün bir qədər sayıq olmaq yetər. Yaxın ətrafınıza diqqətlə baxın. Sizə bilərəkdən mane olan, işlərinizə pəl vuranlar var.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi – gün bütün mənalarda əlverişlidir. Əsas məsələ yenilik və qeyri-ənənəvilikdən qorxmamaqdır. Bütün kəşflər yaxşı, bütün eksperimentlər uğurlu, bütün ideyalar heyranlığa layiqdir. Diqqət mərkəzində olsanız da, uğurlarınız həsəd yaratmayacaq. Hamı başa düşəcək ki, həm qələbəyə, həm də mükafata layiqsiniz.

Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq.

Əqrəb – daha diqqətli olun, ətrafınızda baş verən hadisələrin mahiyyətindən bixəbər olmayın. Yeni avadanlıq və ya texnika ilə işin ilkin mərhələsində səhvlər, yanlışlıqlar yarana bilər. Nə isə dərhal alınmasa, ruhdan düşməyin.

 

Günün ikinci yarısında passivliyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Aqressiv yox, sərt olun. Mövqelərinizi kimsəyə güzəştə getməyin. Səhhətinizə fikir verin. Dəyər verdiyiniz insanın sağlıq durumunda problem yaranarsa, dərhal həkim çağırın.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Oxatan – məqsədə çatmaq üçün bilik, bacarıq və təcrübənizdən mümkün qədər çox istifadə etməli olacaqsınız. İlk baxışdan xırda, önəmsiz təsir bağışlayan məqamların kölgədə qalan mənasını, problemlərin məzmununu anlamadan irəliləmək mümkün deyil.

Günün ikinci yarısında maliyyə məsələlərində sayıq olun. Vəsaitinizin qədrini bilin. İnsanların gur olduğu yerdə fikirlərinizi aşkar bildirməkdən çəkinin.

Yaxşı tanımadığınız insana borc verməyin. Axşam saatları anlaşma və müqavilələr, yeni iş yerində fəaliyyətə başlamaq üçün münasib zaman deyil.

Oğlaq – hər şeyi mümkün qədər qısa müddətə bitirmək istəyi heç yaxşı məziyyət deyil. Maksimum sürətdən sonra uzunmüddətli istirahətə ehtiyac duyulduğundan fəaliyyət tempini dəqiq müəyyənləşdirin. Bütün işlərdə aktiv olmayın. Bəzi istiqamətlərdə yön dəyişmək olar.

Günün ikinci yarısında hədəf və ya məqsədi yeniləmək olar. Özünütənqidə qapılmayın. Situasiyanı təftiş edin. Yeni layihəyə başlamaq, biznesə start vermək, iş yerini dəyişmək üçün münasib gün deyil. Cərrahiyyə əməliyyatı planlaşdırılıbsa, onu ertələyin.

Sevdiyiniz insana axşam saatlarında xoş hisslər, hədiyyə bəxş edin.

Dolça – hadisələrin gedişatına kənar müdaxilələrə imkan verməyin. Emosiyalarınıza məğlub olsanız, önəmli anda işlərinizdə ləngimə və ya təxirəsalmalar yarana bilər. Diqqətsizlik səhv riskini artırır. Özünüzü ələ alın, soyuqqanlı olun. Başladığınız işi maksimal dərəcədə keyfiyyətlə görməyə can atın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların yardımlarından bəhrələnməyiniz pis olmaz. İşdə rəhbərliklə mübahisə etməyin. Dostların, dəyər verdiyiniz insanların davranışlarında qəribə məqamlar seziləcək. Huşyar olun.

Belə dəyişikliklərin səbəblərini anlamağa cəhd göstərin.

Balıqlar – çalışdığınız kollektivin qeyri-formal lideri olmağa can atmayın. Potensial rəqiblərin davranışlarını diqqətlə izləyin, onların planlarını qabaqlamağa çalışın. Əvvəlcədən seçdiyiniz kursun uğurlu olması ehtimalı azdır.

Problemlərin sayı artacaq.

Günün ikinci yarısında yanlış əməl və ya səhv qərar hesablarda çətinliklər yarada bilər. Ona görə də ən xırda detallara, təfərrüatlara belə, fikir verin.

Köç, yeni layihəyə və ya biznesə başlamaq, alqı-satqı üçün yaxşı zaman deyil.

Axşam saatlarında biliklərinizi və informasiyanı artırın.(Milli.Az)

Qoç – mobil, kreativ və məqsədyönlü olun. Bir çox məsələləri dərhal həll etmək olar.  Bir sıra məsələlər təcili həllini tələb edir. Amma tələskənlik etməyin. Yüz ölçüb, bir biçin. İşdə qaydalara və tələblərə riayət edin.
Günün ikinci yarısında rutin işləri sonuclandırın. Yarımçıq, tam anlamadığınız məsələlərin həllində məsləhətlərdən yararlana bilərsiniz.
Yaşlı qohumlardan biri ilə ünsiyyətdə çətinliklər yaranacaq. Bir qədər mülayim, üzüyola olun.

Buğa – rəqiblər və bədxahlar üzərində qələbə çala bilərsiniz. Mübarizəni müşahidə edən şəxslər sizi dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura bilərsiniz. Bu təmaslar faydalı olacaq.
Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyişlər ola bilər. Durumun az qala ideal olduğunu düşünsəniz də, sizi sevindirəcək məqamlar olacaq.
Axşam saatlarına yaxın yeni tanışlıqlar şansı artacaq.
Əhvalınız pis deyil.

Əkizlər – o qədər də yaxşı gün deyil. İstəklərinizi optimallaşdırın, hədəflərinizi təftiş edin. Ambisiyalarınız irreal olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün resurs və ya qüvvəniz azlıq edə bilər.
Günün ikinci yarısında kəmhövsələ davranmayın. Praktik olun, hisslərin əsiri olmayın.
Yaşam təcrübəniz sizə bir sıra çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Yaxınlarınızdan biri ona xas olmayan davranışla sizi təəccübləndirəcək.

Xərçəng – cari işləri unutmayın, onları vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də bəhrələnməyi bacarın.
Günün ikinci yarısında təmkinli, səbrli olun. Ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qorumağa çalışın. Axşam saatlarında gəzintidə, səyahətdə fayda var.

Şir – olduqca çətin məsələnin həlli ilə məşğul olmaq zamanıdır. Təsərrüfat məsələlərinin çözümünü başqalarına tapşırmayın. Daha çox pul qazanmağa çalışın.
Günün ikinci yarısında fəaliyyət prosesinə tam nəzarət edin. Xırdalıq və detalları nəzərdən qaçırmayın. Qarşınıza qoyulan məsələni, həvalə olunan tapşırığı peşəkarcasına tamamlayın.
Yaxınlarınızla təmaslarda sakit, güzəştlərə meylli olun.
Axşam saatlarında gəzintiyə çıxın.

Qız – realistsinizsə, yaxşı gündür. Situasiyanı obyektiv dəyərləndirin. Cari məsələərin həlli üçün gərəkli yolları və vasitələri arayın.
Emosiyalara əsir olsanız, uğursuzluğun acı dadını hiss edəcəksiniz.
Günün ikinci yarısındakı situasiya planlarınızı tam həyata keçirməyə imkan vermir. Yaxın ətrafınızdakı insanlar sizi əsəbiləşdirəcək, təəssüfləndirəcəklər.
Praqmat olun, yaşananları dürüst qiymətləndirin. Hər şeyi çox yaxşı və ya tam əksinə, çox pis görməyin.

Tərəzi – sərbəstlik, asudəlik və müstəqillik istəklərində ifrata varmayın. Belə davranış pərişanlıq, ruh düşkünlüyü vəd edir. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın.
Günün ikinci yarısında mövcud situasiyanın həddən ziyadə nikbin qiymətləndirilməsi kobud səhvlərə səbəb ola bilər. Evdə və işdə köklü dəyişikliklər zamanı deyil. Təmirə başlamaq, iş və ya yaşam yerini dəyişmək fikrindən vaz keçin.
Yaxın insanlarla söhbətdə artıq kəlmələr söyləməyin.

 

Əqrəb – çevik, mütəhərrik, qıvraq olun. Ambisiyalarınızı başqalarının istəklərinə fəda etməyin. Həddən ziyadə ehtiyatkarlılıq və astagəl olmağınız maraqlandığınız istiqamətdə geriləməyə səbəb ola bilər. Çalışdığınız kollektivdə əsəbləri gərməyin.
Günün ikinci yarısında naqolay vəziyyətə düşməyin. Uzaq səfəri, səyahəti təxirə salın. Sevdiyiniz insanla mübahisə etməyin, çünki belədə dava başlaya bilər. Münasibətləri qoruyun.
Axşam saatlarında yarımçıq işi bitirin.

Oxatan – uğur seçəcəyiniz strategiyadan asılıdır. Ona görə də qəti qərar verməzdən əvvəl ətrafa diqqətlə nəzər salın, şərtləri dəyərləndirin. Tələskənlik etməyin. Maliyyə məsələlərində yalnız intuisiyaya güvənməyin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün kiçik itkilərə və o qədər də əhəmiyyətli olmayan qurbanlara hazır olun. Sevdiyiniz insan sizə dəstək olacaq.
Karyera və biznesdə yeni layihəyə başlamaq olar.
Axşam saatlarında stressdən qurtulmaq üçün əylənin.

Oğlaq – ən çətin, qarışıq situasiyalarda dəmir əsəbli insan kimi davranın. Təmkin və səbr dadınıza çatacaq. Yaxın ətrafınızdakı insanlardan biri ilə qarşıdurma, həmkarların rəqabəti istisna deyil. Çalışdığınız kollektivdə mühitin dəyişməsinin hansı yön alacağını təxminləmək olmur.
Günün ikinci yarısında hisslərin diqtəsi ilə qərar verməyin. Dəyər verdiyiniz insanla söhbətdə ötənləri xatırlayaraq münasibətləri ayırd etməyə çalışmayın. Belədə təmaslar, ümumiyyətlə, kəsilə bilər.

Dolça – bəzi layihələrdən və istəklərdən əl çəkmək məcburiyyətindəsiniz. Fərdi planlar arxa plana keçir. Ən önəmli məsələni çözməyə başlayın. Ağır zəhmət çəkməli olacaqsınız.
Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisində çoxsaylı problemlər yaranacaq. Texnika və avadanlıqda nasazlığın yaranması istisna deyil.
Axşam saatlarını yaxınlarınıza həsr edin.

Balıqlar – uzaqgörən olun, iradəli davranın. Hadisələrlə zəngin gündür. Süstlük, zəiflik, apatiya yolverilməzdir. Emosiyaların qurbanı olmayın. Abstrakt mübahisələrə qatılmayın. Mənasız diskussiyalardan uzaq durun.
Günün ikinci yarısında yeni layihəyə başlamaq fikriniz varsa, kənardan gələn məsləhətlərə qulaq asmayın. Qrupun və ya kollektivin qeyri-formal liderinə çevrilə bilərsiniz. Dəyər verdiyiniz insanla sərt danışmayın. Fikir və ya hisslərinizi ifadə etmək istəyəndə diqqətli olun.

Milli.Az

Qoç – intellektual fəaliyyət üçün əlverişli gündür. Qarşınıza qoyulan çox çətin və mürəkkəb tapşırıqların öhdəsindən gələcəksiniz.

Gərəkli informasiyanı vaxtında xatırlayın, bu məlumatı tətbiq etməyə çalışın.

Danışıqlara başlamaq, yeni müttəfiqlər axtarmaq olar. İdeyalarınızı dəstəkləyən insanlar olacaq.

Bu gün baş tutacaq istənilən tanışlıq sizə sərfəli olacaq. Romantik münasibət başlarsa, çox dinamik inkişaf edəcək.

Nikah təklifi istisna deyil.

Günün ikinci yarısında isə maliyyə itkiləri mümkündür.

Buğa – günün ilk yarısında hadisələrin ənənəvi axarını dəyişməyə çalışmayın. Praktik, realist və zəhmətkeş olun. Qarşınıza qoyduğunuz məqsədlərin hamısına çata bilərsiniz. Bir şərtlə ki, qətiyyətli və iradəli olasınız.

Günün ikinci yarısında istənilən situasiyada müstəqil hərəkət etməyə hazır olun. İfrat aktivliyə qapılmayın. Dostlardan və tanışlardan yardım təklifi olarsa, qəbul edin. Daha təcrübəli, müdrik insanların məsləhətlərindən yararlana bilərsiniz.

Əkizlər – günün ilk yarısında hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. İşlərin gedişatına nəzarət edin. Kontrol rıçaqlarını əldən verməyin. Maliyyə məsələlərində, hesablamalarda səhvlərə yol verməyin. İşdə rəhbərliklə münaqişəyə meylli olmayın.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən birinin problemləri yarana bilər. Həll prosesində mümkün qədər aktiv iştirak edin.

Xərçəng – xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə – nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir.

Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür.

Şir – sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.

Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.

Qız – işlərin mövcud durumundan razılıq hissi yoxdur. Təlaşa qapılmayın, ifrat özünütənqidə varmayın. Vəziyyəti soyuqqanlı şəkildə təhlil edəndən sonra hərəkətə keçin. Süstlük etməyin.

Günün ikinci yarısında yeni işə başlamaq və ya fərqli istiqaməti seçmək üçün yetərincə imkanlarınız, qüvvəniz və potensialınız var. Niyyətinizi reallaşdırmaq üçün cəsarətli olun.

İrəliyə doğru sürətlə addımlayın. Geriyə baxmayın.

Tərəzi – yaşmınızda müsbət dəyişikliklərə can atın. Karyeranızda inkişaf, yaşam yerinin dəyişdirilməsi, daha uyğun arealın seçilməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayın. Öz maraqlarınızı təmin etməmiş başqalarının yardımına tələsməyin.

Günün ikinci yarısında irəliləyişə və ya inkişafa mane ola biləcək hər şeydən imtina edin. Dəyər verdiyiniz insanla təmaslarınızı keyfiyyətcə yeni səviyyəyə yüksəldin.

Axşam saatlarında normal istirahətə can atın.

Əqrəb – baş verənlərin məğzini anlamağa çalışın. Diqqətli olun. Sizə qarşı hazırlanan planı intuitiv olaraq qabaqlamaq məcburiyyətindəsiniz. Özünüzü sığortalayın.

Günün ikinci yarısında sərvaxt davranın. Şəxsi həyatınızdakı problemlərin fəaliyyətinizə sirayət etməsinə imkan verməyin. İmkanlarınızı və şanslarınızı yenidən dəyərləndirin.

Bundan sonrakı hərəkət istiqamətində zəruri korrektələr edin.

Oxatan – səbrli, ehtiyatlı, sayıq olun. Yaşamınızdakı yad elementləri diqqətlə müşahidə edin. Mümkün gəlirlərdən və şanslardan mütləq istifadə edin.

Maliyyə məsələləri xüsusi diqqət tələb edir.

Günün ikinci yarısında vergilər, kredit ödənişlər, borclar məsələsində sayıq olun.

İşdə və şəxsi həyatda ifrat dərəcədə sadəlövh davranmayın. Yalançı, məkrli, saxtakar insanın toruna düşməyin.

Axşam saatlarında gəzintiyə çıxın.

Oğlaq – günün ilk yarısı xoş emosiyalar, nikbinlik vəd edir. Məqsədə doğru aramla, tələsmədən hərəkət edin. Hansısa vəziyyətlə bağlı koqnitiv dissonansın yaranmasına imkan verməyin. Tələsməyin, eyni vaxtda bir neçə işə başlamayın.

Günün ikinci yarısında situasiyanın psixoloji fonu rəvan deyil. Qəzəbli olmayın, panikaya qapılmayın. Yaxınlarınız və ya qohumlarınız arasında kiminsə astagəlliyi aqressiv davranışınıza səbəb olmamalıdır.

Çətinliklərə, anlaşılmazlığa ehtiyatlı reaksiya verin.

Axşam saatlarında stressdən qurtulmağa çalışın.

Dolça – çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər.

Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.

Balıqlar – bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq. Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar sizi himayə edir.

İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya bilər.

Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi həll etməyə razılaşacaq.

Gəlirləriniz arta bilər.(Milli.Az)

Qoç – Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.

Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.

Buğa – Günün ilk yarısında böhranları çözmək olar. Təsadüflərdən yararlanın. İrəliləyişi sürətləndirmək üçün aktiv olun. Yaxın ətrafınızdakı insanlarla təmaslarda fəal davranın. Qeyri-standart olun, problemlərin çözümünə geniş aspektdə nəzər salın. Riskli eksperimentə başlamaq olar.

Günün ikinci yarısında yeni proses pis başlamayacaq. Bununla belə, məhkəmə çəkişməsi və ya ağır müalicə proseduru da ola bilər.

Daşınmaz əmlak, ev və mənzillə bağlı yaxşı perspektivlər var. Evdən uzaqda yaxşıca dincələ bilərsiniz.

Əkizlər – Peşəkar məsələlər xeyli güc tələb edir. Ancaq nə vaxtsa yardım etdiyiniz insanlar köməyinizə gələcəklər. İşləriniz çox olsa da, qeyri-formal ünsiyyət üçün də vaxtınız qalacaq. Bunu əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin üçün aktual olan bir neçə problemi həll edə bilərsiniz.

Qohumlar arasındakı söz-söhbətə son qoya, ədaləti bərpa edə, sizin üçün dəyərli olan insanların arasını düzəldə bilərsiniz. Maliyyə perspektivləri pis deyil. Axşam saatlarına yaxın yeni problemlər yaratmayın.
Xərçəng – Günün ilk yarısında aktiv olun. Vəd etdiyiniz görüşü, müzakirəni, səfəri əsla təxirə salmayın. Tənbəllik və süstlüyü pərdələmək üçün bəhanələr uydurmayın. Yeni məlumatlar əldə etməyə çalışın. Sifarişçilər və müştərilərin, tərəfdaşlar və şəriklərin sayını artırın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə münasibətlərdəki sərinlik aradan qalxa bilər. Dostların xətrinə dəyməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərinə qulaq asın. Axşam saatlarına yaxın işində problemlər yaranmış avadanlığı dərhal təmir edin.

Şir – Cari işlərə diqqət yetirmək çətindir: ürəyiniz böyük layihələr və möhtəşəm qələbələr istəyir. İddialı ideyalarınızı reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir olduğunuzu sübut etdiyiniz adamlar bu işdə sizə yardımçı ola bilərlər. Sizi bu gün xeyli tənqid edirlər, amma bunların heç biri eyninizə deyil.

Gənclərlə ünsiyyət faydalıdır – onların həyatsevərliyi və nikbinliyi sizə də sirayət edir. Özünüzdən cavan bir insanla eşq macəranız başlaya bilər. Muzey və sərgi salonlarına gedin.

Qız – Ampluanı dəyişmək üçün yaxşı gündür. Maraqlı iş axtarırsınızsa, aktiv olun. Yeni ideyalardan biri irəliləyiş və gəlir vəd edir. Maneələri dəf etməkdən usanmayın. İlk cəhddən alınmayan işi başa vurun.

Günün ikinci yarısında planlarınız çərçivəsində hərəkət edin. Aqressiv və kobud davranmayın. Kinli olmayın ki, qarşı tərəf də sizin nə istədiyinizi anlasın. Biliklərlə məlumatlarınızı artırın. İnformasiyalardan bəhrələnin.

Cəsur və çevik insan təsiri bağışlayın.

Tərəzi – Qarşınıza çıxan maneələri aradan qaldırmaq üçün var gücünüzlə çalışın. Səyahət, səfər, təhsil, məlumat və informasiya mübadiləsi üçün əlverişli zamandır. Problemləri qeyri-rəsmi toplantıda və görüşdə müzakirə etmək olar.

Yeni dostlar tapa bilərsiniz.

Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın məsləhətlərinə diqqətlə qulaq asın. Kollektiv fəaliyyətin aktuallığı artacaq.

Müzakirələrə qatılın. Amma mübahisələrdən yan qaçın.

Əqrəb – Cari işlərin bəzilərini dostların və yaxınların yardımları ilə həll etmək mümkündür. Cari resurslardan effektiv istifadə edin. Ümumi ətalət, bilik və ideyalar qıtlığı problemlər yarada bilər. Sərmayə və ümumiyyətlə maliyyə məsələlərində uzaqgörən olun.

Günün ikinci yarısında unutmayın ki, inkişaf irəliyə doğru aramsız hərəkətdir. Situasiyadan asılı olaraq pulu daha məqbul saydığınız layihəyə və ya istiqamətə yatıra bilərsiniz. İnnovasiyalar, axtarışlar, faydalı təmaslar və əlaqələrin reallaşdırılması üçün münasib zamandır. Uğurlarınızdan feyziyab olanda başqalarının səhvlərindən də nəticə çıxarmağı unutmayın.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Oxatan – Bir qədər öncə yaranmış problemlərin fəsadlarını aradan qaldırmaqda tənbəllik etməyin. Əhvalınız yaxşılaşa bilər. Yeni gəlir mənbəyi olacaq.

Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək maneələri dəf edə bilərsiniz. Dəvət aldığınız yerlərə yollanın, ictimai həyatdan kənarda qalmayın.

Guşənişin olmayın.

Günün ikinci yarısında radikal dəyişikliklərə başlamağa tələsməyin. Dəyər verdiyiniz insanla münasibətləri reabilitasiya edə bilərsiniz. Özünüz öyrənməklə yanaşı, təcrübə və biliklərinizi sevdiyiniz insanla da bölüşün. Səfər və informasiya axtarışı uğurlu olacaq.

Yeni tanışlıqlar istisna deyil. Xarici dil öyrənməyə başlayın.

Oğlaq – Yeni işə, layihəyə başlaya bilərsiniz. Yeni gəlir, bilik, informasiya mənbələri arayın. Son xəbərlərdən agah olun. Məlumatsız qalmaq rəqiblər qarşısında zəif mövqelərlə könüllü razılaşmaq anlamına gəlir. İrəliləyiş üçün impulslardan yararlanın.

Günün ikinci yarısında yaradıcılıq ideyalarının bazasını genişləndirin. Əlavə bacarıqlar əxz edin. Yeni, maraqlı təmaslar yarana bilər.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Dolça – Münasibətlərdə qeyri-formal motivlər güclənəcək. Kommunikasiyaları aktivləşdirin. İdeyalarınızı paylaşın, son xəbərləri öyrənin. Genişmiqyaslı layihəni inkişaf etdirmək olar.

Günün ikinci yarısında kompüter texnologiyaları ilə bağlı məsələdə irəliləyiş olacaq. Rutin işlərdən qaçmayın. Bilik və bacarıqlarınızı artırın.

Axşam saatlarına yaxın yaxşı məsləhət ala bilərsiniz. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Balıqlar – Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır.

Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.(milli.az)

Qoç – çalışarkən yaradıcı nüsnaları unutmayın. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Problemlərin həllində trisial olmayın. Düşüncəniz orijinal, qərarlarınız innovativ olsun.
Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlər etməkdən qorxmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Qarşınızdakı insanı anlamağa çalışın.

Buğa – ən başlıca məsələ öz qüvvənizə inanmaq, bədgüman olmamaqdır. Çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Qətiyyət və nikbinlik uğurun yarısıdır.
Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə çalışın. Çətinlikdən qurtulmaq üçün innovativ qərarlara ehtiyac duyulur. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.

Əkizlər – yeni perspektivlər yaranır. Kommunikativ olun, problemlərin həllinə yaradıcı yanaşın. Maraqlarınızı bölüşəcək həmfikirlərin sayı arta bilər. Cari işlərdə sizə dəstək ola biləcək insanı arayın.
Günün ikinci yarısında köhnə tanışlardan biri ilə qarşılaşa bilərsiniz. Kəsilmiş münasibətlər arasında bərpaya ehtiyac duyulanlar var. Hisslərə qapılmayın, emosional addımlar atmayın.
Axşam saatlarında yarımçıq işləri tamamlayın.
Stressdən qurtulmağa çalışın.

Xərçəng – günün ilk yarısından etibarən situasiyada gərgin məqamların sayı artacaq. Nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Hisslərinizə hakim olun.
Günün ikinci yarısında həmkarla və ya şəriklə kəskin mübahisələr etməyin. İmpulsiv davranış durumu ağırlaşdıra bilər. Soyuqqanlı olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Gəzintiyə çıxa bilərsiniz.

Şir – bir müddət əvvəl işlərinizdə başladığınız fasilə artıq başa çatmalıdır. Aktiv olun, irəliyə doğru hərəkət edin. Yaxın ətrafınızdakı insanlarla səmimi davranın.
Günün ikinci yarıında sakit olun, amma mövqelərinizdən əsla geri çəkilməyin. Diqqətli çalışın, xırdalıqlara və detallara fikir verin. Liderlik məziyyətlərinizi nümayiş edirin. Gərəkli insanlarla əlaqələr qurun.
Təcrübəli insanların biliklərindən yararlanın. İradəli olun, zəifləməyin.

Qız – yeni maraqlara aludə olaraq məqsədi unutmayın. İşin zərərinə olacaq addımlar atmayın. Əks halda işdə rəhbərliyin narazılığı, həmkarların qəzəbi ilə qarşılaşa bilərsiniz.
Nəzərdə tutulmayan, qəfil gəlir istisna deyil.
Günün ikinci yarısında əldə etdiyiniz pulları səpələməyin. Bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları yaxşı işə, faydalı layihəyə yatırmaq olar.
Yaxınlarınızla münasibətlərdə soyuqqanlı davranın. Mənşəyi naməlum xəbərlərə inanmayın. Səbrli, sakit olun.

Tərəzi – uzunmüddətli planlar qurmayın. İllüziyalara qapılaraq imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ən yaxın vaxtlara hesablanmış işə başlayın və nəticəyə maksimal dərəcədə sürətlə nail olun.
Günün ikinci yarısında sifarişin və ya tapşırığın öhdəsindən gəlmək üçün təcrübənizə güvənin. Məişət qayğıları sizə axşam saatlarında normal istirahət etməyə imkan verməyəcək. İmkan varsa, evdən çıxın, əylənin.

Əqrəb  – qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli və ötkəm olun. Müvəqqəti çətinliklər sizi ruhdan salmasın. İradəli davranın. Hədəfləri konkretləşdirin, istəklərinizi təftiş edin.
Günün ikinci yarısında nə qədər çox işləsəniz, o qədər sürətli irəliləyişə nail olacaqsınız. Yaradıcılıq üçün gərəkli zamandır. Ailə üzvlərinin qayğılarına biganə qalmayın.
Axşam saatlarında təkbaşına da istirahət edə bilərisniz.

Oxatan – ən mürəkkəb və çətin məsələləri həll edə bilərsiniz. Yeni layihələrə başlamaq, işləri intensivləşdirmək zamanıdır. Biliklərinizi artırın, təcrübənizi daha səbatlı edin.
Günün ikinci yarısında ideyalar mübadiləsi yaxşı nəticələr verəcək. Yeni dostluq əlaqələrinin təməlini qoyun. Mövcud təmaslardakı anlaşılmazlıqları aradan qaldırın.
Ailə üzvləriniz sizi sevindirəcək.

Oğlaq – adi günldərdən fərqli olaraq bu gün ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Mövqeləriniz, fikirləriniz laqeydliklə qarşılanır. Cari işlərin həllində prinsiplərinizə xəyanət etməyin.
Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Proseslər əvvəlcədən nəzərdə tutduğunuz məcrada getməzsə, təlaşlanmayın. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.
Axşam saatlarında ağır fiziki işlərlə məşğul olmayın. Dostlar və qohumlarla birlikdə vaxt keçirin.

Dolça – günün ilk yarısından təcili həllini tələb edən işlərin sayı artacaq. Zaman keçdikcə situasiyada nizamlanma hiss olunacaq, çətinliklərin sayı azalacaq. Uzun müddətdən bəri gördüyünüz işlə bağlı irəliləyişlər müşahidə olunacaq.
Günün ikinci yarısında səfər, ezamiyyət, səyahət istisna deyil. Yaxşı perspektivlər vəd edən tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı əməkdaşlığı gücləndirin. Səmimi, qayğıkeş olun.

Balıqlar – səhər saatlarından etibarən maliyyə məsələlərinin həlli çətinləşə bilər. Maddi problemlərə rəğmən narahat olmayın. Saatlar keçdikcə situasiya sabitləşəcək. Təmkinli və səbrli olun.
Günün ikinci yarısında öhdəliklər və vədlərin yerinə yetirilməsi sizdən əvvəlki vaxtlarla müqayisədə daha çox eneji, zaman tələb edəcək. Ruhdan düşməyin. Hər şey yaxşı olacaq.
Axşam saatları müsbət emosiyalar vəd edir. Sevdiyiniz insanla aranızdakı fikir ayrılıqları aradan qalxacaq.

Milli.Az

Qoç – bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqsınız.

Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də, yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu, elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.

Buğa – çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər.

Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.

Əkizlər – əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu insan sizə kömək edərsə, əla olar.

Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur.

Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın.

Xərçəng – birgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Dedi-qodulara, qeybətə əsla qatılmayın.

Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın.

Şir – uğurlu, düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın, kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin. İstedadınızdan – əgər varsa – bəhrələnin.

Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib perspektivlər vəd edir. Şansı dəyərləndirin, astagəllik etməyin. Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox, dinləyin. Eqoist insan təsiri bağışlamayın.

Dözümlü olun.

Qız – praqmat olun. Hansısa sifarişə və ya işə razılaşmazdan əvvəl konkret mənfəəti, əldə edə biləcəyiniz gəliri düşünün. Dostlar və tanışların maraqlarına zərbə vuracaq addım atmayın. Yanlış qərardan qorunun. Yeni layihəyə başlamaq, əlavə sifariş almaq niyyətiniz varsa, potensialınızı dürüst qiymətləndirin.

Günün ikinci yarısında durumu təftiş edəndə təsir rıçaqlarını görməyə çalışın. Dostlarla təmaslarda onların nə istədiklərini öyrənin. Deyilənləri qulaqardına vurmayın.

Axşam saatlarında səfərə və ya gəzintiyə yollanmaq olar. Müsbət emosiyalardan bəhrələnin.

Tərəzi -yarımçıq qoyduğunuz işləri başa vurun. Problemlərin həlli üçün ekstravaqant yol aramağa lüzum yoxdur. Sınanmış vasitələrdən və indiyədək özünü dəfələrlə doğrultmuş etibarlı metodlardan istifadə edin.

Günün ikinci yarısında toplantı, görüş, müzakirələr normal keçəcək. Anlaşma və ya müqavilə imzalamağa tələsməyin. Yeni tanışlıqlar istisna deyil.

Axşam saatları o qədər də mürəkkəb olmayacaq romantik macəra və ya qısamüddətli gəzinti üçün yaxşıdır.

Stressdən qurtulun.

Əqrəb – hisslərin burulğanında batmayın. Soyuqqanlı davranın. Müəyyən risk olarsa, qəti addım atmaqdan çəkinməyin. Mühüm saydığınız işləri görməyə başlamazdan əvvəl situasiyanı araşdırın. Təhlilsiz fəaliyyət avantüradır.

Yalnız şans və ya uğur sizə rəqibləri üstələməyə imkan verməyəcək.

Günün ikinci yarısında cari məsələlərin həllində alternativ variantlardan yararlanın. Bankdan kredit almaq, borc götürmək üçün münasib zaman deyil. Fəaliyyətin perspektiv istiqamətini bəlirləmək olar.

Alış-veriş zamanı nəzərdə tutmadığınız mal, məhsul və ya əşya almayın. Bədxərclik etməyin.

Oxatan – sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.

Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.
Oğlaq – günün ilk yarısında yaranacaq problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İşgüzar əlaqələri möhkəməndirin. Anlaşmalar və sazişlərdə diqqətli olun, sənədləri diqqətlə oxuyun.

İntuisiyanızdan faydalanın.

Günün ikinci yarısında hadisələrə ciddi təsir imkanlarına malik insanların məsləhətlərindən yararlanın.Cari problemlərin həllində astagəllik etməyin. Məntiqlə davranın, tələsik addımlar atmayın.

Düşünülməmiş sözlər sizi pərt edə bilər.

Dolça – günün ilk yarısında yalnız özünüzə güvənməyin. Yaxın ətrafınızdakı insanların da dəstəyə ehtiyacı var. Sadiq dostlar, etibar etdiyiniz insanların yardımları ilə daha çox işlər görə bilərsiniz. Məqsədə doğru müstəqil hərəkət üçün resurslarınız kifayət qədər deyil.

Günün ikinci yarısında tənha qalmaqdan qorxmayın. Çalışdığınız kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək geri çəkilməyin.

Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var.

Balıqlar – qarşınıza qoyduğunuz məqsədə doğru aparan yolu yenidən təftiş edə bilərsiniz. Belədə nəticədə də pis olmayacaq. Bilik, bacarıq və təcrübənizin yetərincə dəyərəndirilməsi üçün yaxın ətrafınızdakı insanlarla konstruktiv əməkdaşlığa ehtiyac duyulur.

Günün ikinci yarısında tərəfdaş və ya şərikin köməyi ilə işlərinizdə sürətli irəliləyişə nail ola bilərsiniz. Yeniliklərə hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr, sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq.

Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə reallaşdırmağa can atın.(Milli.Az)