Son xəbərlər

Baxış sayına görə TikTok YouTube-u keçmək üzrədir

Tədqiqatlar nəticəsində məlum olub ki, 4 yaşdan 15 yaşadək uşaqlar günün orta hesabla 80 dəqiqəsini TikTok-da keçirirlər.
Ted.az bildirir ki, YouTube-da bu göstərici 85 dəqiqədir.

Tədqiqat üçün keçirilən sorğuda ABŞ, Böyük Britaniya və İspaniyadan 60 000 ailə iştirak edib.

Nəzərinizə çatdıraq ki, 2020-ci ildə karantin dönəmində populyar platformanın uşaqlar arasında istifadə faizi 200% artıb.

“WhatsApp”da yeni maraqlı funksiya işə salınır
“Facebook” “WhatsApp” mesajlarına aid olan mübadilə üçün proqram platformasında elektron ödənişlər xidmətinin işə salınmasına başlayıb.

Bu barədə “Facebook” şirkətinin banisi və rəhbəri Mark Çukerberq bildirib. 

O, qeyd edib ki, proqramın yeni imkanlarını ilk olaraq Braziliyadan olan istifadəçilər qiymətləndirəcəklər.

"Bu gün biz Braziliyada “WhatsApp” istifadəçiləri üçün ödənişlərin işə salınmasına başlayırıq. Göndərilmə və pulun alınması footların mübadiləsi kimi sadə olacaq. Biz həmçinin kiçik biznesə birbaşa “WhatsApp”da satışları həyata keçirməyə icazə verəcəyik", - o özünün “Facebook”dakı səhifəsində yazıb.

Bakını bir də belə görün...
Koronavirus pandemiyası ilə əlaqədar ikigünlük sərt karantin rejimi tətbiq olunduğundan Bakı küçələri tamamilə bomboş qalıb.

Qafqazinfo xəbər verir ki, adi günlərdən fərqli olaraq, indi paytaxt küçələrində insana tək-tük halda rast gəlmək olur. Onlar da ya müvafiq icazəsi olanlar, ya da itlərini gəzdirmək üçün küçəyə çıxanlardır.














2020-ci il Avstraliyadakı meşə yanğınları ilə başladı və fərqli dəhşətlərlə var gücü ilə davam edir.
 
Bir müddət əvvəl sosial şəbəkələrdə maraqlı video yayılıb. Belə ki, “Zenlocc” adlı İnstagram hesabının 21 aprel 2015-ci ildə paylaşdığı videoda 2020-ci il olduğu kimi təsvir edilib. Milyonlarla insanın izlədiyi video 1 dəqiqədən qısadır.
 
Video Azadlıq heykəlinin ağzı maskalı görüntüləri ilə başlayır. Daha sonra maskalı həkimlər və “Nəfəs ala bilmirəm” yazılı kadrlarla davam edir.
 
Video sürətlə yayıldığı üçün hesabın sahibi məcburən açıqlama verib. Bildirib ki, sözügedən animasiyanın orijinal versiyası “High Def” tərəfindən “2014 in One Minute” adı ilə yayımlanıb:
 
“Mən sadəcə həmin videodan müəyyən hissələr götürərək, dünyanın vəziyyətini əks etdirmişdim. Həmin illərdə də dünyanın gündəmi Ebola və oxşar etirazlar idi. Yəni mən zamanda səyahət etmirəm və ya gələcəyi görə bilmirəm. Oyanın insanlar. Tarix təkrarlanır!”
 

“WhatsApp” messencerinin yaradıcıları mesajı tarixə görə tapmağı imkan verəcək yeni funksiyanı yoxlayırlar.

Bu barədə xarici mətbuat xəbər verir.

Yenilik axtarışın keyfiyyətini artıracaq.

Xüsusilə, istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini seçməklə istədiyi mətni tez bir zamanda tapa biləcəklər.

Bundan əvvəl, “WhatsApp” messenceri qrup zəngləri istifadəçilərinin limitini iki dəfə artırıb.  /Modern.az/

“Bəzi ölkələr COVİD-19 pasportu tələb edəcəyi ilə bağlı məlumat verib”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.

Arif Məmmədova görə, pandemiya dövründə uçuşlarla bağlı bir sıra qaydalar qəbul olunub:

“Mayın 27-də COVID-19 pandemiyası dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar hazırlanıb. Artıq bir sıra ölkələrdə “COVID-19″ pasportunun olacağı qeyd edilib. Lakin sərnişinləri karantinə götürəcək dövlətlərdə bu karantinin kimin hesabına olacağı bəlli deyil”.  /Yenicag.az/

Pandemiya dövründə dondurma yemək məsləhət deyil
Hazırda yay fəslində koronavirus pandemiyası dövrü də paralel getdiyi üçün artıq dondurma mövsümüm gəldiyini görən insanlar az qala hər gün dondurma yeyir. Dondurma nəinki təkcə soyuq qidadır, həm də çox miqdarda şəkər mənbəyidir.

Medicina.az bildirir ki, həkimlər hazırki durumla bağlı dondurmanın boğaz ağrısı, qıcıqlanma, allergiya, iltihab, öskürək, bəzi hallarda zəif insanlarda zökəm, qripə bənzər vəziyyətlər yaratdığını nəzərə alaraq, onu bacardıqca az yeməyi tövsiyə edir.

"Dondurma bədən temperaturunu kəskin salır, boğazda iltihabi ocaq yaradır, səsi tutur, angina, laringit, digər xəstəliklər yaradır. Bu zaman insan koronavirus infeksiyasına daha həssas olur,immuniteti düşür, xəstəlik simptomları bir-birinə bənzəyir.

Həm insan özü, həm də həkim koronavirusdan şübhələnir. Bu zaman test götürmək lazım gəlir. Ona görə lazımsız problemlərlə üz-üzə gəlməmək üçün, bu ərəfədə buzlu qidalardan uzaq durun, bədən temperaturunu normal saxlayın, bədənin və ayrı-ayrı orqanların soyumasına imkan verməyin".

Dünyanın gözlədiyi sevindirici xəbər

Elmi araşdırmalar göstərir ki, koronavirus zəifləyir.
Cebhe.info xəbər verir ki, bu sevindirici xəbəri Milan Universitetinin prorektoru, virusoloq Massimo Klementi ararılan elmi araşdırmaların nəticəsinə istinadən deyib. O bildirib ki, bu, payzıda virusun ikinci dalğasının olmayacağını söyləməyə ümid yaradır.

Klementinin sözlərinə görə, kəskin vəziyyətdə olan xəstələrin sayı azalır. Həmçinin xəstəxanalardakı şəxslərin də sayında azalma qeydə alınır. Buna baxmayaraq, virusu daha yüngül keçirənlərin, evdə müalicəylə kifayətlənənlərin sayı artır.

Araşdırmalar mart və mayın ikinci yarısındakı göstəricilərə əsasən aparılıb. Məlum olub ki, martda virus maydakına nisbətən onlarla dəfə artıq olub:

“Bu, onu demeyə əsas verir ki, virus zəifləyir. Müxtəlif ölkələrdən aldığımız məlumatlar da bunu təsiqləyir”.

Klementi bildirib ki, virus digər koronavirus infeksiyaları kimi son həddə qədər zəifləyə bilər. Bu isə insan həyatı üçün ciddi təhlükə yaratmaz:

“Belə olarsa, payızda ikinci dalğa olmayacaq”.

Koronavirusun gətirdiyi “MƏCBURİ DƏB”: Evdən işləməyin müsbət və mənfi tərəfləri
“Əgər işçi evdə və ya ofisdə kompyuter qarşısında eyni işi görə bilirsə, deməli, məkanın elə də ciddi əhəmiyyəti yoxdur”.

Bu sözləri yenicag.az-a açıqlamasında koronavirus pandemiyası dövründə əksər insanların evdən işləməsinin faydalılıq əmsalına təsirlərini şərh edən “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı deyib.

Lalə Mehralının fikrincə, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan cəmiyyəti əmək fəaliyyətini evdən həyata keçirməyə hazır olmamaqla yanaşı, həm də bunda maraqlı deyil. Çünki işləyən insanlar psixoloji olaraq, evdən işləməyin onların maaşlarının azalmasına səbəb olacağını düşünürlər:

“Dünyanın bir çox ölkələrində evdən işləmək rejiminə daha çox üstünlük verilir. Çünki bu halda ofis xərcləri minimuma endirilir, işçinin yol və gündəlik yeməyə pulu çıxmadığı üçün onlara daha az məvacib verilir.

Əgər işçi evdə və ya ofisdə kompyuter qarşısında eyni işi görə bilirsə, deməli, məkanın elə də ciddi əhəmiyyəti yoxdur. Lakin Azərbaycanda evdən işləmək rejiminə soyuq yanaşılır. Çünki əksər insanların evdən işləmək üçün uyğun şəraiti yoxdur.

Məsələn, şəxsi kompyuter və ya sürətli internet əlçatan olmaya bilər. Həmçinin yaşadığı mənzildə özünə iş masası ayırmaq imkanı olmayan şəxslər də evdən işləməyə çətinlik çəkirlər.

Digər tərəfdən, evdən işləyən işçinin əməkhaqqının kəsilmə ehtimalı da onu daim narahat edir. Karantin dövründə gördük ki, bir sıra şirkətlərdə işçi evdən işlədiyi üçün maaşının 40, 50, yaxşı halda isə 70 faizi ödənilir.

Ona görə də Azərbaycanda evdən işləməyin sərfəli olmadığı qənaəti yaranıb. Amma yenə deyirəm, münasib şərait olduğu halda, faydalılıq baxımından, ofisdən və ya evdən işləmək arasında ciddi fərq yaranmır”.

ÜST-ün Covid-19 üzrə sözçüsü Tarik Jasareviç koronavirusun mutasiyaya uğraması ilə bağlı deyilənləri təkzib edib.

Sözçü REAL TV-yə müsahibəsində virusun daşıyıcısını öldürmək marağında olmadığını deyib:

“İndiyədək virusun özündə heç bir dəyişiklik görməmişik. Virus insan orqanizminə adaptasiya olur və bu adaptasiya elə gedir ki, əksər hallarda orqanizmə az zərər vurur. Virus daşıyıcını öldürmək marağında deyil. Çünki daşıyıcını öldürəcəyi təqdirdə, oradan başqa yerə gedə bilməyəcək. Belə ki, hələlik heç bir mutasiyadan söhbət gedə bilməz. İndiki halda virusa qarşı ya ictimai tədbirlər sayəsində, ya da tədqiqatlar sayəsində çarə tapmağa diqqət etməliyik ki, hazırda da bu proses davam edir”.