Son xəbərlər

Soyuq havaların ləziz yeməkləri
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.

Modern.az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzu isə "Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?" mövzusunda olacaq.

Azərbaycanın milli mətbəxi dedikdə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbəttə, bu mətbəxi dəqiq araşdırmaq çox da asan deyil. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə digər xalqların mətbəxlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad,  tam keyfiyyətləri ilə dünyada məşhurdur.

Xəmir xörəkləri və kulinar məmulatları isə Azərbaycan mətbəxində xüsusi yer tutur. Yay mövsümündə xəmir xörəklərindən az istifadə etmək daha məqsədəuyğundur. Çünki xəmir xörəklərindən çox istifadə etdikdə insanlarda halsızlıq və  yorğunluğa səbəb olur.

Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir xörəklərindən daha çox istifadə edir-əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən.  Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur. 

Xəmir xörəklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul edildikdə insan orqanizmində ciddi problemlər yarada bilər. Bu yeməklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir xörəklərinin qəbulu tövsiyə olunmur, çünki  həzm prosesi çətinləşir.

Yaxşı olardı ki, həftəlik qida rasionunda xəmir xörəklərindən az istifadə edilsin. Hər həftə mütəmadi şəkildə qutab, xəngəl və un məmulatlarından istifadə məsləhət görülmür. Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Belə qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir. Xəmir xörəklərini hazırlayarkən istifadə edilən una da diqqət yetirmək lazımdır. Xəmir xörəklərində əsasən kəpəkli undan, qara yulaf unundan istifadə etmək tövsiyə olunur. Çünki kəpəkli un buğda unundan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də rahat həzm olunur. Məhz buna görə də, yulaf, çovdar və kəpəkli undan hazırlanan xəmir xörəkləri daha faydalıdır.

Əgər xəmir xörəklərindən düzgün qaydada istifadə edilərsə, insan sağlamlığına heç bir zərər gəlməz.


Qoç – Əyləncə, istirahət, yaxınlarla ünsiyyət üçün yaxşı gündür. Bu gün düşünmək hərəkət etməkdən daha yaxşı alınacaq. Amma bu, qorxulu deyil. İndi fasilə götürə və heç nə etməyə bilərsiniz. Gün səfərlər üçün əlverişlidir. Evdən kənarda sərfəli bazarlıqlar etmək şansınız var.

Qohumlarınız həyatınıza bir qədər narahatlıq gətirəcəklər. Yaranmış problemlərin həllində onlara kömək etməli olacaqsınız. Təəssüf ki, sizin məsləhətlərinizə (yeri gəlmişkən, çox yaxşı məsləhətlərə) heç kim qulaq asmır. Bu, əsəbilik yarada bilər.

 

Buğa – Siz ətrafdakılara çox az diqqət yetirirsiniz. Bu, pisdir. Çünki ətrafda diqqətlə nəzər yetiriləsi adamlar var. Küsəyənlik, tənqidə hədsiz həssaslıq sizin uğur əldə etməyinizə mane ola bilər. İş danışıqları uğursuz keçəcək, kimsə sizi öz iradəsinə tabe etdirməyə çalışacaq.

Gün qonaq, eləcə də uzaqdan gələnləri qəbul etmək üçün münasibdir. Günün ikinci yarısında səfərlər yaxşı alınacaq. Turist göndərişləri, bilet, eləcə də, səyahətlər üçün lazım olan digər şeyləri almaq olar.

 

Əkizlər – Bu gün yaranan bütün problemləri həll etmək üçün o qədər də çox şey lazım deyil. Fantaziyanıza sərbəstlik vermək kifayətdir və o, qarşınızda sizi məqsədinizə doğru aparan yolları açacaq. Münasibətlərin yoluna qoyulması, münaqişələrin həlli üçün əla gündür.

Kadr məsələləri ilə məşğul olmaq, işə adam götürmək və ya kimisə işdən qovmaq tövsiyə olunmur. Bu gün, çətin ki, həmfikir və müttəfiq tapa biləsiniz. Əvvəldən tutulmuş plana sadiq qalmaq çətin olacaq. Şəraitə uyğunlaşmaq lazım gələcək.

 

Xərçəng – Çətin ki, bu gün təklikdə qalmağa və baş verənləri düşünməyə imkanınız olsun. Özü də bir qədər sakitlik və səssizlik pis olmazdı. Amma həyata keçməyəcək şeyi arzulamaq nəyə lazımdır? Yaxşısı budur, çoxsaylı görüşlərə hazırlaşın, maraqlı tanışlıqlar üçün əlverişli məqamdan istifadə etməyə çalışın. Qadınlarla münaqişələr mümkündür. Yaşlı qadın sizə təzyiq etməyə çalışacaq.

Günün mənfi cəhətlərinə emosional fonun qeyri-sabitliyini aid etmək olar. Məhz buna görə ovqatınız korlanacaq.

 

Şir – Asan olmayacaq. Həyatın bütün sahələrində ciddi problemlər yarana bilər. Ən yaxşısı – kiminsə gözünə görünməmək, gizlənməkdir. Amma təəssüf ki, sizi axtarıb tapacaqlar. Ən azı, sövdələşmələrdən, vacib sənədləri imzalamaqdan çəkinin.

Siz çox unutqansınız və əvvəllər verdiyiniz vədləri tez-tez unudursunuz. Üstəlik, hansısa çoxdankı sirrinizin üstü açıla bilər. Pis xəbəri ətrafdakılara necə çatdırmaq barədə ciddi düşünmək lazım gələcək.

 

Qız – Səy göstərsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Hərəkətlərinizdə ardıcıl olun, kiminsə sizə təzyiq göstərməsinə imkan verməyin. Əgər hansısa yeni işə başlayırsınızsa, müttəfiqlərinizin dəstəyini alın. Çətinliklərin öhdəsindən gəlmək asan olmayacaq. Cüzi pul gəliri mümkündür.

Gün ailəvi problemlərin həlli, eləcə də, müxtəlif ev işləri üçün münasibdir. Qonaq qəbul etmək olar.

 

Tərəzi – İş üçün münasib gündür. Bürcün əksər nümayəndələri əhəmiyyətli peşə uğurları əldə edəcəklər, inadkarlıqları sayəsində rəqiblərini qabaqlaya biləcəklər. Kimsə sizə həsəd aparsa da, ziyan vura bilməyəcək. Çünki bu gün düşmənlərinizin sayından çox müttəfiqlər tapacaqsınız.

Həyatınıza təsir edəcək gözlənilməz hadisə baş verə bilər. Sizdən asılı olmayan səbəblərdən ailə həyatınızda nəsə dəyişəcək. Uzaq və riskli səfərlərdən imtina etmək tövsiyə olunur. Zədə almağınız mümkündür.

Əqrəb – İctimai fəaliyyət, ünsiyyət, kübar və siyasi tədbirlərdə iştirak üçün münasib gündür. Tək qalanda özünüzü yaxşı hiss etməyəcəksiniz. Bu günün müsbət keyfiyyətlərinə sizin ətrafdakılarla asanlıqla dil tapmağınızı, yaxınlarınızın gizli arzularını hiss edə bilməyinizi aid etmək olar.

Əqrəblər ağzıbütövlüyə, plan və ideyalarını heç kimlə paylaşmamağa meyllidirlər. Belə sirr verməzlik yaxınlarınızı məyus edə, onlarda şübhə oyada bilər.

Oxatan – İş danışıqlarına başlamaq üçün əlverişli gündür. Hətta heç kimin yola getmədiyi adamlarla da dil tapa biləcəksiniz. Yeni işlərə girişmək olar. Amma siz özünüzə çox güvənirsiniz – bu, təhlükəlidir. Dostlarınızın təklif etdiyi köməyi rədd etməyin.

Yaxınlarınızla ünsiyyət, ailə mərasimləri, qohumların əhatəsində istirahət üçün pis gün deyil. Yeni romanların başlaması az ehtimal olunur. Əhval-ruhiyyəniz buna uyğun deyil. Əvəzində gün maliyyə məsələlərinin həlli üçün çox əlverişlidir.

 

Oğlaq – Həyatınızı, sözün həqiqi mənasında dəyişə biləcəyiniz adi günlərdən biridir. Buna səy göstərmək kifayətdir. Günün başlıca müsbət tərəfi odur ki, siz irəliləməyinizə mane olan şeylərdən imtina etməyə daxilən hazırsınız.

Gün irimiqyaslı biznes layihələri üzərində işə başlamaq üçün çox münasibdir. Bu günə istənilən iş görüşləri və danışıqlarını təyin etmək olar. Cəsarətlə bazarlıq edin. Bu gün hədər yerə pul xərcləməyəcəksiniz.

 

Dolça – Əvvəlki ilə müqayisədə daha uğurlu və xoş gündür. Nəinki yaranan problemlərin öhdəsindən gəlmək, həm də çətin vəzifələri yerinə yetirmək və vacib qələbələr qazanmaq imkanınız olacaq. Şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər mümkündür. İndi intuisiyanıza etibar edə bilərsiniz. O, sizi pis vəziyyətdə qoymayacaq.

Təhsil üçün çox yaxşı gündür. Bu gün mənimsədiyiniz istənilən informasiya faydalı olacaq. Kübar mərasimlərdə parlamaq imkanını əldən verməyin.

 

Balıqlar – Məqsədinizə çatmaq üçün orijinial yollar, istəyinizi əldə etməyin qeyri-adi üsullarını tapacaqsınız. Bürcün bəzi nümayəndələrinin həyatlarını köklü şəkildə dəyişmək şansı olacaq. Gün başqa yerə köçmək və ya daşınmaz əmlak almaq üçün əlverişlidir.

Xoş xəbərlər və vacib informasiya almağınız mümkündür. Təəssüf ki, çətinliklər də istisna deyil. Onlar əsasən, sizin imkanlarınızı olduğundan yüksək qiymətləndirmək və köməyin lazım olduğu işlərə təkbaşına girişmək meylinizlə bağlı olacaq.

 

Milli.Az

Qoç – Səhər çağı xeyli gözlənilməz hadisə baş verəcək ki, bunların ucbatından planlarınızı dəyişməli olacaqsınız. Ailə məsələləri nəzarət altından çıxır, yaxşı olar ki, indi onlarla faydasız mübarizə aparmaq əvəzinə, şəraitə uyğunlaşasınız. Yaşlı kişi qohumlarınızla razılığa gəlmək xüsusilə çətin olsa da, onların da qəlbinə yol tapacaqsınız.

Günün ikinci yarısı isə çox xoşdur. Məhsuldar işləyəcək, bir çox problemləri həll edəcəksiniz. Öz nailiyyətlərinizə özünüz də təəccüb qalacaqsınız. Romantik aludəçilik də mümkündür.

 

Buğa – İşdə münaqişələrdən qaçmaq üçün inanılmaz sülhpərvərlik göstərməyə məcbur olacaqsınız. Sizə elə gəlir ki, qədrinizi bilmirlər (əlbəttə, çox zaman bunda haqlısınız). Belə şəraitlə barışmaq istəmirsiniz, amma seçdiyiniz mübarizə üsulları səmərəli deyil. Özünüzü atəşə atmayın. Bir az fikirləşib düşmənlərinizi yolunuzdan götürmək üçün plan qurun.

Evdə isə vəziyyət başqadır: burada ahəngdarlıq və qarşılıqlı anlaşma hökm sürür. Xanım Buğaları komplimentlər və xoş diqqət gözləyir.

 

Əkizlər – Mənfi tendensiyaların çoxluğu sizi qorxutmur. Əhvalınız əladır, çox nikbinsiniz. Heç bir maneə qarşınızda duruş gətirmir. Yeni layihələrə başlaya, sövdələşmələr qura bilərsiniz. Hətta düşmənlərinizlə də danışıqlar apara bilərsiniz: onları öz tərəfinizə çəkə bilməsəniz də, heç olmasa tərksilah edərsiniz.

İşə köklənmək asan olmayacaq: şəxsi məsələlər, ailə ilə bağlı fikirlər buna imkan verməyəcək. Ancaq bu, elə də ciddi problemlər yaratmayacaq. Ciddi səhvlər buraxmayacaqsınız, xırdaları isə kimlərsə düzəldəcəklər.

 

Xərçəng – İşlər hamar və rəvan getmir. İşgüzar aktivliyinizlə də qürrələnə bilməzsiniz. Faydalı imkanları qaçıra, tənbəlliyiniz ucbatından maraqlı təklifləri rədd edə bilərsiniz. İş ortaqlarınızdan çox şey gözləməyin, üstəlik, əgər onlar gözləntilərinizi doğrultmasalar, inciməyin. Bu, bir çox mümkün xoşəgəlməz situasiyaların qarşısını alar.

Ətrafınızda baş verən bütün hadisələrə çox emosional reaksiya verirsiniz. Əgər yanınızda sizi dəstəkləyən, başa düşən insan varsa, o qədər də narahat olmağa dəyməz. Amma əgər yaxşı sözləri sizə yalnız nəzakət xatirinə deyirlərsə, bu artıq qorxuludur, çünki yalanı, saxtakarlığı dərhal hiss edirsiniz.

 

Şir – Narahatlıq üçün heç bir əsas yoxdur, sevinib şənlənmək üçün isə səbəblər çox olacaq. Nəsə pis alınır, nəsə həddən artıq yaxşı. Ətrafınızdakılar sizin uğurlarınıza sizinlə birlikdə sevinəcəklər. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz çox yaxşıdır, iddialı Şirlər karyerada irəliləyə bilərlər.

Amma xam xəyallar qurmağa çox aludə olmayın. Tez-tez ayağınızın altında torpağın olub-olmadığını yoxlayın: yerdə də xeyli maraqlı hadisə baş verir. Yeni eşq macərasına başlamaq olar: istənilən adamı başdan çıxarmaq gücündəsiniz, ehtiyatı əldən verməyin.

 

Qız – Çox uğurlu gündür. Cazibədar və mehribansınız, yetəri qədər inadcıl, hazırcavab, hədsiz istedadlısınız – əlbəttə ki, bu keyfiyyətlərinizin sayəsində lazımi adamlarda lazımi təəssürat yaratmaq heç də çətin deyil. Hətta ən çətin məsələləri şən, nikbin əhval-rühiyyə ilə müzakirə edir və bununla opponentlərinizə çıxış yolu qoymursunuz: onlar qeyd-şərtsiz təslim olurlar.

Axşam da gözəldir. İstənilən məşğuliyyət faydalı olacaq: istər tədbirə qatılın, istərsə də romantik görüşə gedin, xoş təəssüratlara zəmanət verilir.

 

Tərəzi – Gününüz uğursuz başlayır. Yaxınlarınızla, yaxud rəhbərliklə mübahisələr gözlənilir, iş ortaqlarınızla ciddi fikir ayrılıqları olacaq. Hiss edirsiniz ki, tək qalmısınız, bu isə sizi əzir. Bəzi planlarınız həyata keçirilməmiş qalır: yeganə səbəb isə odur ki, onların öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi düşünürsünüz. Amma nahaq yerə.

Axşama doğru orijinal ideyalarınız yaranacaq. Onları həyata keçirmək üçün özünüzdə cəsarət və qətiyyət tapacaqsınız. Günün sonu romantik görüşlər, sevgilinizlə ünsiyyət üçün əladır.

Əqrəb – Bu gün süstsünüz, imkanınız olsaydı, heç bir işə əl vurmazdınız. Təəssüf ki, belə bir imkanınız olmayacaq. Özünüzü ələ almalı və uzun müddət təxirə saldığınız problemləri həll etməli olacaqsınız. Əvvəlcə iş sizi əsəbləşdirəcək, amma tədricən alışacaq, hətta ondan zövq almağa başlayacaqsınız.

Dövlət orqanlarında, vergi idarələrində işləyən insanlarla təmas qurmaq məsləhət deyil. İri əşyaların alınması üçün də uğurlu gün deyil.

 

Oxatan – Ünsiyyət üçün həddən artıq çətin gündür. Ya çox sərt ifadələr işlədir, ya da lazım olmayan yerdə ürəyiyumşaqlıq edir və nəzakətli olursunuz. İstəyirsiniz ki, yaxşı olsun, əvəzində isə hər şey dağılır. Bunun üçün bircə çıxış yolu görürsünüz – tənhalığa çəkilmək. Amma tək qalanda da vəziyyət barədə, ətrafınızdakıların “necə də pis insanlar” olduqları haqda fikirləşməyə davam edirsiniz. Əlbəttə ki, bu sizi sakitləşdirmir.

Günün ikinci yarısını intellektual əməyə sərf edin. Çox mürəkkəb məsələlərin qeyri-adi və asan həll yolunu tapa bilərsiniz, gözəl ideyalarınız olacaq.

 

Oğlaq – Günün çox hissəsinin mənfi tendensiyaların təsiri altında keçməsi mümkündür. O, lap da korlana bilər, amma əlbəttə ki, siz buna imkan verməzsiniz. Nəzərə alın ki, bu gün çox enerji sərf edirsiniz. Əslində, ətrafınızdakıları da dəstəkləmək lazım olur, amma narahat olmayın, enerjiniz hamıya çatar.

Günün əvvəlində gözəl imkanlarınız ola bilər. Bunları əldən buraxmamağa çalışın. Sübh çağından günortaya qədər məhsuldar işləyə, peşəkar və şəxsi problemlərinizi uğurla həll edə bilərsiniz. Bu müddətdə alış-veriş etmək də məsləhətdir.

 

Dolça – Günü pis adlandırmaq düzgün olmaz, çünki yaxşı ideyalar və sərfəli təkliflər çoxdur. Ancaq pis olan sizin kefinizdir – hər şeyi qara tonlarda görürsünüz. Nikbinliyiniz hara yox olub? Onu təcili tapın, o zaman həyatınız düzələcək.

Günün ortasında uğurlu danışıqlar mümkündür, rəğbət bəslədiyiniz bir insanla ürəkdən söhbət etmək imkanınız olacaq. Bir çox Dolçalar üçün uğur məhz axşam gələcək – unudulmaz bir görüş və yaxud yığılıb qalmış problemləri aradan qaldırmaq şansı yaranacaq.

 

Balıqlar – Neytral gündür, demək olar ki, vacib bir hadisə baş vermir. Həyatın axışı rəvandır, heç bir hadisə sizi çaşdırıb əziyyət vermir. Bütün problemlərinizin həlli var və bunları tapmaq üçün kifayət qədər zamana maliksiniz. Maraqlı təkliflər alacaqsınız: keçmiş ortaqlarınız yenidən peyda olacaqlar.

Ağlınız emosiyalarınızı cilovlayır, odur ki, düşünülməmiş hərəkətlər etməyəcəyinizə arxayın ola bilərsiniz. Yaxınlarınızla münasibətləriniz soyuq olsa da, hamardır.

 

Milli.Az



Qoç
 – ünsiyyətdən qaçırsınız, əsəbisiniz, hətta həmfikirlərinizlə də ortaq nöqtəyə gələ bilmirsiniz. Yox yerdən narazılıqlar yaranır və saatlar keçdikcə böyüyür, ciddiləşir. Səhərçağı hansısa razılığa gəlmək mümkündür, günün ikinci yarısı isə təmasları, ünsiyyəti minimuma endirməyə çalışın.

Şəxsi həyatınızda gözlənilməz dəyişikliklər mümkündür. Bəzi xəbərlər planlarınızı ciddi surətdə dəyişməyə vadar edəcək. İnadcıllıq etməyin: bu gün alternativ çıxış yolu aramaq əvəzinə gücünüzü lazım olmayan yerə sərf etməyə meyllisiniz. Bu gün çiçək almanız faydalı olacaq, həm otaqlarınızı, həm də bağçanızı bəzəyin.

Buğa – tamamilə aydındır ki, uzun bir zamanı fantaziya adlanan gözəl bir ölkədə keçirmisiniz. İndi də sanki sizi oradan deportasiya ediblər və real aləmin çatışmazlıqları ilə barışmalısınız. Üstəlik, bunlar sizə bu gün daha cansıxıcı görünür. Elə də asan deyil, təbii ki.

Öz çətinliklərinizi hamı ilə bölüşməyə hazırsınız, amma kimsə bu yükü daşımaq istəmir. Kədərlənməyin, yaradıcılığa vaxt ayırın. Yaxşı şeir yaza, yaxud gözəl rəsm əsəri yarada bilərsiniz.

Əkizlər – uğurlu, yeni imkanlar və qeyri-adi təsadüflərlə dolu gündür. Həyatınız göz önündə dəyişir və dəyişikliklərin mahiyyəti məhz sizdən asılıdır. Yeni kəşflər edə bilərsiniz. Uzaqdan aldığınız xəbərlər xoş olacaq. Öz istedadınıza layiqli tətbiq sahəsi tapacaq, nəyə qadir olduğunuzu göstərəcəksiniz.

Səhhətinizdən şikayətiniz olmayacaq, əhvalınız isə aktiv istirahət sayəsində daha da yüksələ bilər. Evdə qalmalı olsanız, dərd eləməyin, maraqlı bir işlə başınızı qatın, məsələn, təmirə başlaya bilərsiniz.

Xərçəng – gizlənin, kimsənin gözünə görünməyin. Kim sizi görsə, istər-istəməz bir pislik etmək fikrinə düşəcək. Nə etməli, bu gün də belə gətirib. Pul xərcləmək, iri əşyalar almaq məsləhət deyil. Diqqətsizlik və laqeydlik ucbatından maliyyə itkiləri mümkündür.

Emosional fon qeyri-sabitdir. Gah şən və həyatsevərsiniz, gah da depressiyaya düşürsünüz. Sizinlə dil tapmaq çətindir: yaxınlarınız sizi anlamağa çalışacaq, amma tez təslim olacaqlar. Heyvanlar sizi çətinlikdən çıxarar. İmkan varsa, at belində gəzintiyə çıxın, qucağınıza pişik alın, akvariumda balıqları seyr edin – əhvalınız yaxşılaşacaq.

Şir – mürəkkəb danışıqların aparılması üçün münasib gündür. Özünüzə tərəfdaş kimi görmək istədiyiniz rəqibiniz varsa, bu gün onunla mütləq söhbət etməyə çalışın. Bu şansdan şəxsi məqsədləriniz üçün də istifadə edə bilərsiniz: xoşunuza gələn biri çox əlçatmazdır? Bu gün onu görüşə çağırın.

Pul kisənizə diqqət yetirin. Rastınıza çıxan əşyaları gözəlliyinə aldanıb almayın, çox tezliklə onlar əhəmiyyətini itirəcək. Günün ikinci yarısı səhhətiniz pisləşə bilər.

Qız – uğurlu gündür. Xoş sürprizlər gözləyin. Bəxtinizə inanın: məhz onun sayəsində bir sıra çətin vəziyyətdən asanlıqla çıxa biləcəksiniz. Həmkarlarınızla münasibətləriniz düzəlir, rəhbərliyin və yaxud başqa nüfuzlu bir şəxsin dəstəyini alacaqsınız.

Şəxsi həyatınızda bəzi problemləri aradan qaldıra bilərsiniz. Məsələn, qırıldığı üçün peşmanlıq çəkdiyiniz əlaqələri bərpa edə bilərsiniz. Təşəbbüs göstərməkdən çəkinməyin.

Tərəzi – darıxdırıcı, boz gündür. Şücaət göstərmək, macəralara qoşulmaq, heç olmasa şəraiti dəyişmək arzusundasınız. Amma heyhat: olduğunuz yerdə qalmalı, gördüyünüz işi davam etdirməli və həyatınızda heç nəyin baş vermədiyini düşünməklə vaxt keçirməli olacaqsınız.

Çox hissiyyatlı Qoçlar bu duruma həddən artıq kəskin reaksiya verirlər: səs-küy salır, ətrafdakılarla mübahisə edir, ailə üzvləri və rəhbərliklə münasibətləri aydınlaşdırırlar. Münaqişədən qaçmağa yalnız sizin cazibədarlığınız kömək edir.

Əqrəb – adi günlərdən biridir, elə ən yaxşı cəhəti də sakitliyidir. Bu ərəfədə başladığınız işləri yekunlaşdıra bilərsiniz, kimsə sizi işinizdən ayıraraq diqqətinizi yayındırmayacaq. Alış-veriş edə bilərsiniz, amma daha yaxşı olar ki, pulları biznesə, yaxud da şəxsi təhsilinizə xərcləyəsiniz.

Ziyafətlərə dəvət alsanız, imtina etməyin. Bu gün adam arasına çıxmaq, tanışlıqlar qurmaq sizin üçün faydalıdır. Ancaq başınızı itirməyin: romantik macəra təkcə sevinc gətirməyəcək…

Oxatan – uğur bu gün sizinlədir. Qarşınıza yeni məqsədlər qoyun, onları mütləq əldə edəcəksiniz, heç şübhəniz olmasın. Tərəfdaş və köməkçi tapmaq problem deyil. Onlar böyük həvəs və entuziazmla sizin göstərişlərinizi yerinə yetirəcəklər. Başqalarının məsuliyyətini boynunuza götürməli olacaqsınız, amma görünür, bu sizi elə də narahat etmir.

Yaxınlarınızla asan dil tapırsınız, dostlarınız və valideynlərinizlə fikir ayrılıqları gözlənilmir. Səfərlər mümkündür. Bunlar xoş keçəcək. Hədiyyə ala bilərsiniz. Bunlardan biri isə sizi təəccübləndirə bilər.

Oğlaq – işlər o qədər də rəvan getmir. Xeyli mürəkkəb, birmənalı olmayan situasiyalar yaranır və onlardan çıxış yolunu tapmaq o qədər də asan olmur. Yalnız öz gücünüzə güvənməli olursunuz, bu isə vəziyyəti bir qədər də qəlizləşdirir. Hətta bu gün aldığınız məsləhətlərin də əksəriyyəti yararsız, hətta dağıdıcıdır.

Maliyyə işlərində ehtiyatlı olun. Qədərindən artıq xərcləməyə meyllisiniz. Bəzi Əkizlər şəxsi xarakterli çox çətin seçim qarşısında qalacaqlar. Məntiqi düşünməyə çalışın, tək intuisiyanıza arxalanmayın.

Dolça – uğursuzluq nə qədər çoxalırsa, siz də bir o qədər şansınıza güvənirsiniz. Yalnız öz gücünə güvənən, zəhmət çəkməyə hazır olan Dolçalar yaxşı nailiyyətlər əldə edəcəklər. Ətrafınızdakılara yardım etməyə, onları ardınızca aparmağa hazır olun.

Parlaq emosiyalar, yaddaqalan hadisələr axtarışındasınız, amma şəxsi həyatınızda, təəssüf ki, bir süstlük yaşanır. Sabitliyin də öz üstünlüyü var, ən azından, gələcək planlarınızı götür-qoy edə bilərsiniz. Enerjiniz çoxdur, işlərdən çəkinməyin.

Balıqlar – etiraf edin ki, imkanlarınız hüdudsuz deyil. Əgər bunu qəbul etsəniz, bir çox gərəksiz işlərdən, əziyyətlərdən yaxa qurtara bilərsiniz. Əksinə, inad göstərsəniz, həm vaxtınızı, həm də gücünüzü itirəcəksiniz. Nəticəyə nəzər salmağınız da pis olmaz – bunumu istəyirdiniz, yaxud əldə etdiyinizə bu qədərmi ehtiyacınız vardı?

Tərəfdaşlarınızı və həmfikirlərinizi itirirsiniz. Şəxsi münasibətlərinizdə də bu tendensiya davam edəcək: bəzi əlaqələriniz sizdən asılı olmayan səbəblərə görə dağıla bilər. Özünüzü günahlandırmayın. Olanları sakit analiz etmək indi çətindir, amma sonra bu vəziyyətə yenidən qayıdın, hər şey yerinə oturacaq.//Milli.Az


Qoç
 – gün sizin üçün uğurlu keçəcək. Həm öz işləriniz, həm də başqaları üçün gördüyünüz işlər uğurlu alınacaq. Özünüzü tam bir lider kimi hiss edə bilərsiniz. Sizdə insanları arxanızca aparmaq qabiliyyəti var. İş söhbətləri çox yaxşı keçir. Ola bilsin ki, sizdən yaşca böyük qadınların məsləhəti sizə lazım olsun.
Həyatın hər bir anını izləyin ki, öz şansınızı qaçırmayasız. İnsanlarla ünsiyyətdən qaçmayın, çünki özünüzə köməkçi və tərəfdaş tapa bilərsiniz.

Buğa – bu gün pozitiv fikirlər sizi cənginə alacaq. Bu günün yeganə təhlükəsi – israfçılıq və maliyyə itkiləri ola bilər. Bu da sizin ekstravaqantlığınızdan irəli gəlir. Öz intuisiyanıza inanın! Çünki sizin intuisiyanız çox güclüdür. Adətləri pozmaq lazım deyil, sadəcə aldığınız məsləhətləri düzgün qiymətləndirin.
Yeni eksprimentlərə hazır olun. Öz professionallığınıza və fikirlərinizə güvənin. Ola bilsin ki, mübahisə etdiyiniz şəxslə aranız düzəlsin. Hər şey sizdən asılıdır.

Əkizlər – pis gün deyil, bəzi hadisələr sizi sevindirəcək. Bu günü elə planlaşdırın ki, faydalı işlərlə maraqlı işlər bir-birini əvəz etsin. İşgüzar görüşlər yaxşı keçir, əvvəllər sizin nöqteyi-nəzərinizlə razılaşan insanların dəstəyini qazana bilərsiniz.
Əgər uzağa getməlisinizsə, o zaman hazırlıqlara diqqətlə yanaşın. Səfərlər uğurlu keçəcək. Axşam yeni tanışlıqlar da ola bilər, lakin bu tanışlıqların romantik davamına ümid bəsləməyin.

Xərçəng – öz planlarınıza yenidən baxın, əsas olanları ikinci dərəcəlilərdən ayırmağa çalışın, lazımsızları kənarlaşdırın. Bu gün bir sıra xoş sürprizlərlə qarşılaşacaqsınız. Bəzi vərdişlərinizi tərgitməli olacaqsınız, lakin sonda bu, sizi sevindirəcək.
Qohumlarınızla münaqişələrin olacağı ehtimalı da var. İnsanlarla ünsiyyət zamanı diqqətli olun ki, münaqişələrdən yayına biləsiniz.

Şir – siz doğru yol seçmisiniz və ondan yayınmayın. Öz planlarının üstündə duranların uğur üzünə güləcək. Nə istədiyinizi yaxşı bilirsiniz, bu da sizə kömək edəcək ki, lazımsız narahatlıqlar yaşamayasınız.
Günün ikinci yarısında maraqlı və romantik görüşlər ola bilər. Lakin çox ümidlənməyin ki, sonradan da məyus olmayasınız.

Qız – bu gün uğur qazanmaq istəyirsizsə, az risk edin və tələsməyin. Bu gün uğur qazana bilməyənlər ancaq tənbllər ola bilər. Vaxt itirməkdən qorxmayın. Siz nəyə can atırsız, o, sizdən qaçmayacaq. Dəqiq fənnləri öyrənmək üçün çox əlverişli bir gündür.
Özünüzdən böyük qohumlarınızla mübahisələriniz düşə bilər. Maliyyə məsələlərinə aid söhbətlərdə bir fikrə gəlmək çətin olacaq. Siz digərlərinin fikrinə qulaq asmağa elə də meylli deyilsiz, bu da probelmlərin yaranmasına gətirib çıxaracaq.

Tərəzi – çox çətin bir gündür. Qarşınızda duran sualların çoxuna cavab tapa bilməyəcəksiniz. Hərdən özünüzə inamınızı itirirsiniz. İşlərin sizin xeyrinizə başa çatacağına heç bir ümidiniz yoxdur. Bəzi asılı olduğunuz insanlar var ki, onlarla yola getmək bir az çətin olacaq.
Evdə yaxınlarınız sizi başa düşməyəcəklər. Siz onlara nə istədiyinizi və nə üçün mübarizə apardığınızı yenidən başa salmalı olursunuz. Sevdiyiniz insanla aranızda ciddi problemlər olacaq.

 

Əqrəb – əgər sizin qarşınızda böyük məqsədlər varsa, həmin məqsədi reallaşdırmaq üçün bugünkü böyük şansınızdan istifadə edin. Ancaq bunun üçün çoxlu çalışmalısınız. Böyük insanlarla konfliktlər ola bilər, ancaq maraqlı məqam odur ki, siz bu mübarizədən qalib ayrılacaqsız.
Pullarla bir az diqqətli olun. Pulunuzun miqdarı kəskin sürətdə azala bilər. Sizə əsəb gətirən ünsiyyətlər ola bilər. Ancaq bunlardan dərs götürmək lazımdır.

Oxatan – çətin vəziyyətə düşə bilərsiniz. Problemləri təkbaşına həll etməyi ağlınıza belə gətirməyin. Əgər siz kömək üçün kiməsə müraciət etsəz, vaxta və gücünüzə qənaət etmiş olarsınız. Bu günə vacib görüşləri sala bilərsiniz. Çünki hər şey sizin istədiyiniz kimi olacaq. Əkizlər bu gün həm də iş yerini və ya evini dəyişə bilərlər. Bunun üçün əlverişli bir gündür.
Günün ikinci yarısında çox etibar etdiyiniz şəxslə fikir ayrılığı ola bilər. Əsəbi olarkən heç bir qərar verməyin. Çünki bir az keçəndən sonra başa düşəcəksiz ki, siz səhv fikirləşirdiniz.

Oğlaq – Heç nədən qorxmayın. Bu günün həyəcanı, sınağı sizin nə qədər cəsarətli və əmin olduğunuzu göstərəcək. Əgər siz qarşınıza məqsəd qoysaz, hər bir çətinliyin öhdəliyindən gələcəksiz. Problemlərin həlli üçün yeni yollar axtarmalısınız və gələcək üçün planlar qurmalısınız. Tənbəl şirlər ancaq aza qane olanlardır, amma gözəl vaxt keçirəcəklər.
Sizi xoş sürprizlər gözləyir. Köhnə tanışınızı müsbət mənada yeni imic və formada görəcəksiniz.

Dolça – Gün elə də pis keçmir, amma bir problem ola bilər ki, siz öz bacarıqlarınıza inanmırsız və onları qiymətləndirmirsiz. Buğalar elə bir işdən yapışırlar ki, bu iş onlara görə deyil, qədərini bilmədən sağa-sola pul xərcləyirlər və özlərinə kiçik də olsa, düşmən qazanırlar. Əgər ciddi problemlərlə üzləşmək istəmirsinizsə, bütün işlərə ciddi yanaşın.
Bu gün evdə və ofisdə səliqə salmağın vaxtıdır. Evdə məişət işləri ilə məşğul olacaqsınız. Çalışın qohumlarla mübahisə etməyin. Çünki ciddi bir mübahisə olsa, sonra barışmaq çətin olacaq.

Balıqlar – bu günün əkizlər üçün sürprizlər və gözlənilməz hadisələrlə dolu bir gün olacağı gözlənilir. Çox güman ki, bunlara görə siz öz planlarınızı dəyişəcəksiniz. Evdə texniki məsələlərlə, evin təmiri və digər məişət ilə bağlı problemlər çıxa bilər.
Ancaq gün çox dolu bir şəkidə keçəcək. Yəni bütün günü məşğul ola bilərsiniz. Ola bilsin ki, bəzi tədbirlərə gedəsiz. Siz heç bir əmək sərf etmədən insanları başa düşürsüz və onların simpatiyasını qazanırsız. Maliyyə məsələlərində uğur gözlənilir. Özünüzə zərgərlik əşyaları ala bilərsiz.

Milli.Az

Qoç – Maliyyə məsələlərinə bu gün aydınlıq gətirin. Tanıdığınız və dəyər verdiyiniz insanlara qarşı güc, kobudluq, təzyiqə əl atmayın. Ətrafınızdakı insanlar sizə qarşı deyillər və onlarla müvafiq formada danışsanız, yardım edəcəklər. Bu gün izafi məsləhətlər alaraq, işlərinizi başqalarının göstərişi əsasında qurmayın. Gün ərzində ev üçün nə isə almaq, təcili və təxirəsalınmaz saydığınız əşyaya yiyələnmək, artan iştahınızı təmin etməyə çalışacaqsınız.

Buğa – Bu gün ən xırda təfərrüatlara və detallara diqqət verin. Gəldiyiniz nəticələrdə dəqiq və səlis olun. Bu gün başlayacağınız bir çox işlərdə uğur qazana bilərsiniz. Bir şərtlə ki, məşğul olduğunuz işə maraq göstərəsiniz. Darıxdırıcı, usandırıcı işlərlə məşğul olmayın. Diqqətiniz yayınmasın, səhvlərə yol verməyin.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Son vaxtlar sizi maraqlandıran suallara cavab alacaqsınız. Əvvəllər son qoyulmuş bəzi münasibətlərin bərpası ehtimalı var. Sevdiyiniz adamla mübahisə edibsinizsə, barışmaq çətin olmayacaq.

Əkizlər – İşdə və şəxsi həyatda yeni münasibətlərə başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla dil tapmağa çalışın. Onların sizdən gizlədikləri, söyləmək istəmədikləri məqamları təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın.
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə qarşılıqlı anlaşma və xoş niyyət var.

Xərçəng – Gün maraqlı olacaq. Yeni, cazibədar işlə məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə olmadığını düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları, tanışlar arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa bilər. Qeyri-adi diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün hər şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və dəyərləndirir. Günün emosional fonu çox əlverişlidir.

Şir – Gün ağırdır, gərgindir və yaşanan olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin “fənd”indən istifadə edin, ciddi emosiyaları zəiflədin.
Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa, tərəf-müqabili dinləyin. İn və Yanın arasındakı cığırı taparaq qarşılıqlı münasibətlərin yeni xəttini çəkin.
Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli insana üz tutun.

Qız – Yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.
Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür.
İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Hadisələrə müdaxilə etməsəniz, gün yaxşı alınacaq.

Tərəzi – Bu gün sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edib, başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.

 

Əqrəb – Bu gün qarşınızda çox yaxşı peşə imkanları açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq başlaya bilər. İşdə qərarlar asanlıqla verilir, dinamik çalışırsınız. Yeni müttəfiqlər və tanışlar sizə xoş təsir bağışlayır.
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin. Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil.

Oxatan – Bu günün hadisələri müəyyən vasitə və yollarla keçmişinizlə bağlı olacaq. Ona görə də maraqlandığız suallara məhz həmin əlaqələrdə cavablar arayın.
Valideynlər və ailə üzvləriniz, qohumlarla anlaşılmazlıqlar mümkündür.
Səbrli olun, təmkinli davranın.
Baş verənlərə sakit yanaşsanız, problemlərin həll yollarını tapacaq, əmin-amanlığı bərpa edəcəksiniz.

Oğlaq – Bu gün işdə uğur qazanmağa və peşəkar ambisiyalarınızı təmin etməyə çalışacaqsınız. İşinizə, əməyinizə müsbət təmayüllərin təsiri az olmayacaq. İmicinizə xüsusi diqqət yetirin.
Ətrafdakı insanlara bağışlayacağınız təsirdən çox şey asılıdır.
Bu gün mümkün qədər diqqətli olun, ətrafı sərrastlıqla müşahidə edin. Məhz belə olarsa, şəxsi həyatınızda yaranmış situasiyanı anlaya bilərsiniz.
Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapa biləcəksiniz.

Dolça – Bu gün istənilən işin, o cümlədən ən çətin problemlərin öhdəsindən gələcəksiniz. Heç bir səddə və maneəyə fikir vermədən məqsədinizə doğru irəliləyin.
Bədxahlar sizə mane olmağa çalışacaq, amma uğursuzluğa düçar olacaqlar. Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli gündür. İş yoldaşları və ya tərəfdaşlarla, şərik və dostlarla əməkdaşlıq sərfəli ola bilər.
Şəxsi həyatda hər şey asan deyil. Fəqət situasiyaya fərqli baxsanız, bütün problemlərin həll yolunu tapa bilərsiniz. Səfərə çıxmaq, mühiti dəyişmək pis olmaz.

Balıqlar – Sizin üçün önəmli olan insanla aranızdakı fikir ayrılıqlarına rəğmən, yaranmış anlaşılmazlığı bu gün aradan qaldırmaq olar. Çalışdığınız insanlara ideyalarınızın pis olmadığını, onların perspektivə hesablandığını başa salın. Kəmhövsələ olmayın, tələsməyin.
Ümumi işlərdə yalnız özünüzü düşünməyin.
Gün mühüm məsələlərin həlli üçün əlverişlidir.

Milli.Az


Qoç
 – bu gün sizə maraqlı olan insanların yanında olmağa çalışın.

Gələcəklə bağlı ümumi planları müzakirə edin.

Günü cari öhdəliklərin yerinə yetirilməsinə və planlaşdırılan işin görülməsinə sərf edin.

Yaxın adamların istəklərini nəzərə alın, yardım istəyənə rədd cavabı verməyin.

Ev üçün alış-veriş edə bilərsiniz.

Axşam saatları həyat ritmini dəyişəcək, yaxın gələcəklə bağlı situasiyanın özülü funksiyasını yerinə yetirəcək.

Əyləncə, görüş və təmaslar yeni emosiyalar bəxş edəcək.

Ətrafdakı dəyişikliklər barədə düşünün.

Buğa – şərtlər və yaxın ətrafınızdakı insanlara təsir imkanlarını əldə saxlayın. Maraq və imkanlar dairəsi genişlənir.

Amma təşəbbüs yetərli olmaya bilər. Ümumi işdə, birgə əməkdə maraqlı olan insanları prosesə cəlb edin.

Toplantı, müzakirə, görüşlərə qatılmalısınız. Bütün bunlar gərginliyin artmasına, özünə nəzarətin zəifləməsinə səbəb ola bilər.

Axşam saatlarında dincəlin, ruhunuz sərbəst olsun.

Əkizlər – bu gün bir çox situasiyalar nigaranlıq, təlaş və təşvişlə müşayiət olunacaq. Əhvalınızı pozacaq, xəyallarınızı dağıdacaq, planlarınızı dəyişəcək xəbər alacasqınız. Məqsədə aparan yol çətinləşir.

Çalışdığınız insanlardan birinə münasibətiniz dəyişə bilər.

Hadisələrin sürətli inkişafı, emosiyaların gərilməsi nəticəsində ciddi söhbət və hətta münasibətlərin kəsilməsi mümkündür.

Rəqabət güclənəcək, maraqlar toqquşacaq, açıq bəhs başlanacaq. İmkan varsa, tək qalın, iş və planlarınıza qarışmağa, müdaxilə etməyə imkan verməyin.

Xərçəng – mümkün olmayan heç bir iş və ya çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın.

Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa doğru dəyişikliklər istisna deyil.

Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım bildiyinizi edin.

Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli gündür.

İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ bilər.

Şir – günün ilk yarısı ən müxtəlif işlər üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq ideyanızı da həyata keçirə bilərsiniz.

Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı ola biləcək mühüm informasiya olacaq.

Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss edirsiniz.

Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən çəkinin.

Sərt və aqressiv, davakar olmayın.

Qız – səhər saatlarında qərarlar və emosiyalarınıza hakim olun. İstənilən mühüm addımı atmazdan əvvəl bir qədər gözləyin. Çox yəqin ki, ilkin impulsdan sonra fikrinizi dəyişəcəksiniz.

Axşam saatlarında uğur əldə edə bilərsiniz. Qonaq gedin, gəzintiyə çıxın, kino və ya teatra yollanın. Görüşlər xoş, həm də faydalı olacaq.

Tərəzi – bu gün gərgin keçəcək. Səhər saatlarında söhbətlər və təmaslarda gərginlik müşahidə olunacaq. Dözülməzlik, tələbkarlıq – bütün bunlar yaxşıdır, amma ifrata varmayın.

Axşam saatlarına yaxın əhvalınız qəflətən dəyişə bilər. Şəxsi həyatınız, romantik maraqlarınız diqqət mərkəzində olacaq.

Sevdiyiniz adamla münasibətləriniz daha da intensivləşə bilər.

Əqrəb – peşəkar baxımdan çox uğurlu gündür. Ezamiyyətə yollanan və ya sifarişi yerinə yetirmək üçün ofisdən çıxanları daha önəmli irəliləyişlər gözləyir.

İşdə vəzifənin və ya maaşın artmasını gözləyənlər bununla bağlı rəhbərliklə danışmalıdır. Bu gün çox nəsnələrə nail ola bilərsiniz.

Aktiv istirahət üçün o qədər də yaxşı gün deyil. Köhnə dostlar üçün darıxıbsınızsa, onlarla görüşün. Amma görüşün gecədən xeyli keçmişədək davam etməsinə imkan verməyin.

Oxatan –  pis gün deyil. Ən yaxşı nəticələrə nail olmaq üçün diqqəti aktual problemlərə yönəldin. Gələcəklə bağlı fikirlərə bir qədər sonra dalarsınız.

İşdə karyera pilləkəni ilə irəliləmək imkanları var. Həmkarlarla və rəhbərliklə yaxşı münasibətləri qorumaq çox mühümdür.

Yaşam potensialı yüksək olmasa da, yeni təəssüratlar almağa, səyahətlərə və macəralara can atırsınız. Yaxınlarınız sizi dəstəkləyirlər.

Oğlaq – yaradıcı yanaşma və fantaziya tələb edən istənilən iş üçün əlverişli gündür. Orijinal həllər, tipik problemlərə standart olmayan yanaşma tərzi sizə uğur gətirə bilər. İşdə yoldaşlarınızın rəğbətini qazana bilərsiniz.

Günün ikinci yarısında işin intensivliyini bir qədər azaldın.

Ailə üzvləri ilə təmaslarda sərt və aqressiv olmayın. Yaxınlarınızla çətin məsələlərdə dil tapmağa çalışın.

Dolça – diqqəti ən mühüm işlərə yönəldin. Bu gün onları başa vurmaq gərəkdir.

Konstruktiv əməkdaşlıq, məntiqi güzəştlərə olan dözümlülük səviyyəniz günün axarını müəyyənləşdirəcək.

Mövqelərinizi sərt və aqressiv müdafiə etsəniz, qarşınıza qoyduğunuz məqsədə çatmayacaqsınız. Riskli işlərdən, eksperimentlərdən uzaq durun. Yalnız yeri gələndə, ehtiyac duyulanda təşəbbüskarlıq edin. Əks təqdirdə ciddi çətinliklər və problemlərlə qarşılaşa bilərsiniz.

Balıqlar – bu gün çətinliklər istisna deyil. Amma o problemlərin öhdəsindən asanlıqla və çox tez gələ bilərsiniz. Gün ərzində sizə yardım edə biləcək, işlərinizdə dəstək duracaq insanlarla xoş münasibətlər qurun, onları öz tərəfinizə çəkin. Təşkilati işləri vaxtında və tam başa vurun, liderlik keyfiyyətlərinizi nümayiş etdirin.

Ailədə mübahisə yarana bilər. Fikir ayrılığını aradan qaldırmaq üçün güzəştə gedin, ehtiyac yaranarsa, vasitəçilik də edin. Axşam saatlarına yaxın problemlərin əksəriyyətinin çözülməsinin yaratdığı yorğunluğu çıxarmaq üçün istirahət edin. Eyni zamanda, ehtiyacı olan yaxınlarınız və əzizlərinizə həyan olun.

Milli.Az


TV8 kanalının rəhbəri Acun Ilıcalının eks-həyat yoldaşı Şeyma Subaşıya qadağa qoyulub.

Axşam.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. Şeyma bildirib ki, qadağaya səbəb isə sevgilisi Cuido Senia ilə paylaşdığı yarıçılpaq fotolardır.

Belə ki, Subaşının ailə bu görüntülərə görə narahatlıq keçirib və ona belə paylaşımları qadağan ediblər.

Şeyma isə “Mənə qalsa, dodaqdan öpdüyüm yerdə belə foto paylaşaram” deyə, bildirib.

 

 

 

 

 

 

 

 


Qoç
 – sakit gündür. Tələskənliyə yol vermədən çalışın. Maraqlı saydığınız işlə məşğul ola bilərsiniz. Təkbaşına işləyin, müstəqil olun.

Sizi yaxşı tanıyan insanlarla ünsiyyətdə olun. Zəiflik və ya üzləşdiyiniz situasiyadan sui-istifadə etməyə çalışmayacaq insanlarla təmaslar qurun.

Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Profilaktiki prosedurları unutmayın. Zərərli vərdişlərdən imtina və düzgün qidalanma yaşam enerjinizi artıracaq. Nəzərdə tutduğunuz səfər üçün gərəkli aksessuarları ala bilərsiniz.

Buğa – çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək.

Alış-veriş etmək olar. Simiclik etməyin.

Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.

Əkizlər – ehtiyatlı olun. Ötən günlər həll olunmayan, çözülməyən problemlər indi ciddiləşir, ağırlaşır. Düzgün davranış modelini seçin. Tələsik addımlar atmayın. Emosional və aqressiv olmayın.

Günün ikinci yarısında fikir ayrılıqları, xırda və önəmsiz məsələlərə görə qarşıdurma ola bilər. Güzəştlərə meylli olun ki, mübahisə böyüməsin. Birmənalı olmayan situasiyalarda dostların məsləhətlərinə qulaq asın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Xərçəng – planlaşdırdığınız işləri təkbaşına reallaşdırmaq mümkün deyil. Etibarlı müttəfiq, sınanmış dostun yardımına ehtiyacınız var. Birgə fəaliyyətə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Səfərə yollananda bilin ki, yolda nəzərdə tutduğunuzdan artıq vaxt keçirməli olacaqsınız.

Günün ikinci yarısında romantik hisslər ola bilər. Fəqət, emosiyaların təsiri altına düşməyin, illüziyaların qurbanı olmayın. Axşam saatlarında dəvət olunduğunuz tədbirə qatılın. Orada maraqlı insanla qarşılaşa bilərsiniz.

Şir – yaxşı tanımadığınız, bələd olmadığınız insanlarla ehtiyatlı davranın. Onların ucbatından problemlərlə qarşılaşa bilərsiniz. Zərərli yad təsir altına düşməyin. Yalançı vədlərə aldanmayın, riskli işlərə qatılmayın.

Şəxsi həyatınızla bağlı önəmli qərar qəbul etməyin. İstinad etdiyiniz məlumat yalnız qismən doğrudur.

Günün ikinci yarısında səhhətinizdə yüngül problemlər, yorğunluq hissi olacaq. Yarıyolda dayanmayın. Başladığınız işləri bitirməyə çalışın. Yaşam və fəaliyyət arealında qayda yaradın, prosesləri nizamlamağa can atın. Gərəksiz əşylarla yanaşı, mənasız nigaranlıqdan qurtulun.

Qız – günün ilk yarısı xeyli xoş olacaq. Maraq göstərdiyiniz işlə məşğul olun. Dəyər verdiyiniz insanla təmasda olmağı unutmayın. Yeni ideyalar peyda olacaq. Onların arasında iş və ya biznes müstəvisində irəliləyişlər istisna deyil.

Həmkarlarınızla qeyri-formal şəraitdə müzakirələr apara bilərsiniz.

Günün ikinci yarısı əfsuslar olsun ki, bir o qədər uğurlu deyil. Yaxınlarınızla dil tapmaq, hisslərinizi izhar etmək imkanları azalır. Sevdiyiniz adamdan şübhələnməyin. Heç bir real səbəb olmadan qısqanc davranmayın.

Tərəzi – çətinliklər və problemlərdən xali olmayan gündür. Mürəkkəb, qarışıq işlərə başlamaqdan çəkinməyin. Yeni, faydalı biliklər və təcrübə əxz edə bilərsiniz. Aktual probelmlərin öhdəsindən gəlməkdə sizə yardım edəcək insanları tapın.

Təcrübəli insandan yararlana bilərsiniz.

Günün ikinci yarısında diqqətli olun ki, ağır fəsadlara yol açacaq səhvlər olmasın.

Kiçik maliyyə itkiləri istisna deyil. Alış-veriş uğursuz olacaq. Xərclədiyiniz pullara heyfiniz gəlməsin. Az sonra yaxşı gəlir əldə edəcəksiniz.

Əqrəb – risk etməyin, kiçik məsələlərə görə qıcıqlanmayın. Belədə gününüz pis keçməyəcək. Başladığınız işlərdə ehtiyatlı olun. Cari və rutin məsələlərdə sərvaxt davranın. Maraqlı görüş, tanışlıq ola bilər. Yeni ünsiyyətlər perspektivlidir.

Günün ikinci yarısında bəzi təmaslar ümidlərinizi doğrultmayacaq.

Uzaq səfərə yollanmaq, yola çıxmaq üçün münasib deyil. Mühüm məsələləri adət etdiyiniz, komfortlu şəraitdə müzakirə edin.

Oxatan – hadisələrin nəzərdə tutduğunuz məcrada getməməsi sizi narahat etməsin. Bir qədər gözləyin. Situasiyada müsbət dəyişikliklər olacaq. Düşünülməmiş addımlar atmayın, tələsik qərar verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərini qulaqardına vurmaq olar. Yalnız məntiqli və praqmatik məsləhətləri nəzərə alın.

Günün ikinci yarısı köhnə tanışlarla ünsiyyət üçün yaxşı zamandır. İlk dəfə qarşılaşdığınız insana layiq olduğundan artıq dəyər verməyin. Adi günlərlə müqayisədə yolunuzda sədlər və maneələr çox olacaq. Gözə kül üfürməyin.

Oğlaq – məntiqlə və soyuqqanlı şəkildə davransanız, ciddi problemlərdən qurtula bilərsiniz. Planlarınızdan birini məhz indi, hər şeyə rəğmən həyata keçirməyə çalışmayın. Əlverişli anı gözləməyi bacarın. Bunun effektiv taktika olduğunu bir daha anlayacaqsınız.

Günün ikinci yarısında gəlirlər olacaq. Onlar çox olmasa da, yaxşıdır. Nəzərdə tutulmamış alış-veriş və əyləncə mümkündür. Yaxınlarınızdan biri üçün hədiyyə ala bilərsiniz.

Axşam saatlarında yeni informasiya olacaq.

Dolça – günün ilk yarısında narahatlıq və gərginlik olacaq. Nigaran qalmayın, ciddi problemlər yaranmayacaq. Yaşananları ürəyinizə salmayın. Başqa vaxtlar, ümumiyyətlə, fikir verməyəcəyiniz məsələlərə indi kəskin və emosional şəkildə reaksiya verməyin.

Günün ikinci yarısında emosional fon stabilləşəcək. Əhvalınız yaxşılaşacaq. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Romantik təmaslar üçün yaxşı zamandır.

Balıqlar – indiyədək yalnız nəzəri baxımdan təsəvvür etdiyiniz planı reallaşdıra bilərsiniz. Orijinal metodlardan istifadə edin. Məqsədə doğru öz yolunuzu arayın. Məhz bu minvalla uğur əldə bilərsiniz.

Laqeyd olmadığınız insanla çoxdankı fikir ayrılıqlarını aradan qaldıra bilərsiniz.

Günün ikinci yarısında münaqişəni çözün, qarşılıqlı anlaşmaya nail olun.

Səfərlər və işgüzar görüşlər üçün əlverişli zamandır. Kompüter, avadanlıq, avtomobil almaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. İşlər və hadisələr çox olsa da, ifrat yorğunluq hiss etməyəcəksiniz.//Milli.Az


Whatsapp” təkmilləşdiriciləri istifadəçini qrup söhbətlərinə (çatlarına) əlavə edə biləcək şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verəcək yeni funskiyanı test etməyə başlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “WABetaInfo” portalı xəbər verib.

Yenilik artıq iOS-ların 2.19.110.20, Andorid-lərin isə 2.19.298 beta-versiyalarında tətbiq edilib. Bundan sonra istifadəçilərin onu müzakirələrə dəvət edə biləcək şəxsləri seçmək imkanı olacaq. Bundan əlavə, bəzi şəxsləri “qara siyahı”ya salmaq olar.

Funksiyadan istifadə etmək üçün mesencerin müvafiq quraşdırmalarını tənzimləmək lazımdır (“İstifadəçi hesabı” – “Təhlükəsizlik” – “Qruplar).