Son xəbərlər

Şəhid övladlarından maraqlı

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və İKT LAB Tətbiq və Təlim Mərkəzi Beynəlxalq uşaq gününə həsr olunmuş kiçik yaşlı Şəhid övladlarının iştirakı ilə  maraqlı videoçarx hazırlayıb

Zəfər.Az həmin videoçarxı təqdim edir:

Azərbaycanlı gənc müəllimədən 1 iyunla bağlı245 nömrəli tam orta məktəbin Məktəbəhazırlıq qrupu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı video hazırlayıb.

"Ölkə.Az" xəbər verir ki,  Şəhran Gülməmmədovanın rəhbəri olduğu qrupun uşaqları "Mən də uşağam..." şüarıyla arzu və istəklərini, eyni zamanda hüquqlarını dilə gətiriblər. Daha ətraflı videomaterialda tanış ola bilərsiniz:

Allahşükür Paşazdənin: “Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq”

Modern.az jurnalist Səfurə Çərkəzqızının Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadədən illər öncə aldığı müsahibəni təqdim edir:

Qeyd edək ki, müəllifin “Sevdalılar” adlı kitabında yer alan bu müsahibə internet mediada ilk dəfədir yayınlanır.

***

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadəylə görüşüm onun doğum günü ərəfəsində baş tutdu. Olanlardan, ola biləcəklərdən, dindən, dindarlardan, hətta doğum gününü necə keçirəcəyindən də danışdıq…

– Şeyx həzrətləri, bura gələndə məscidin qapısında oturan dilənçi qadınları gördüm. Hara gedir bu millətin axırı? Hamı əl açıb dilənir…

– Bismillahir-Rəhmənir – Rəhim! Yaxşı olar ki, bu sualı dövlət qurumlarına, onun işçilərinə verəsiz. Bu məsələləri dövlət həll eləməlidi.

– Həmişə güzəran ağırlaşanda deyirlər, dinsizliyimizdən bu günə düşmüşük. Siz necə fikirləşirsiz?

– Bizim xalq heç vaxt dinsiz olmayıb. Bugünkü çətin vəziyyəti  dinin üstünə yıxmaq lazım deyil.

– Bəs dinin dövlətə təsiri necədi?

– Azərbaycan dövlətinin Konstitusiyası, qanunu var. Biz də işimizi o çərçivədə görürük. Yəni  həmin qanunda yazılmayıb ki, din dövlətə təsir eləməlidi.  Dinin dövlətə köməyi o olmalıdı ki, məscidlərdə dini işlər aparsın. Şəriət kitablarını, “Quran”ı çap elətdirsin.

– Dinlə siyasət necə?  Din xadiminin siyasətə müdaxiləsi düzgündür?

– Konstitusiyanı oxumusunuzsa, bayaq dediyim kimi, “Vicdan azadlığı” bəndində göstərilir ki, din dövlətdən ayrıdı. Heç bir siyasi işlərə qarışmır.

– Amma sizi ən çox siyasətə müdaxilənizlə suçlayırlar.

– Mən heç vaxt siyasətə qarışmamışam. Amma elə şeylər var ki, kənardan durub baxmaq olmur. Mən də bu ölkənin vətəndaşıyam. Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil. Onun işlərinə müdaxilə eləmək, dövlətçilik ideyasını yaymaq mənim də borcumdu.

-Onda gəlin indiki siyasi vəziyyəti sizin baxışınızla çözək.

– Yaşadıqlarımız bütün dövlətlərin həyatında olub. Bu dövrdə çətinliklər, laxlamalar baş verir. Amma axırda xalq öz doğru yolunu tapır. Camaata da bu dövrdə köməyi biz eləməliyik. Uzun müddət müstəmləkədə olduğumuz üçün azadlığa birdən-birə çatmaq  çətindi. Bu gün bütün müsəlmanların qəlbində iman var, o vaxtsa bunu izhar eləmək mümkün deyildi. İndi məscidlər, mədrəsələr açıq-aşkar öz işiylə məşğuldu. Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq.

– Bununçün xalq kimə arxalanmalıdı? Lap belə deyək: müxalifətə, ya iqtidara?

– Allaha!

– Şeyx, deyirlər, siz türkçülüyə qarşı çıxırsız?

– Yalan söhbətdi, buna heç bir əsas yoxdu. Mən milli məsələlərə yox, dini işlərə baxıram. Milli məsələlər dövlətin işidi. Biz heç bir dini məzhəbi birləşdirmək fikrində deyilik. Amma bunların arasında dostluq yaratmaq borcumuzdu. O sözü deyən ancaq təxribat məqsədi güdür. Əslində, mənim istəyim odur ki, islamdan gələn keyfiyyətləri qoruyub saxlayaq. Heç bir dövlətin xüsusiyyətləri bizdən o keyfiyyəti almasın. Bizim öz modelimiz olmalıdı, ordan-burdan gələn yox. Əgər mənim bu mövqeyimi hər hansı millətin əleyhinə yönəldirlərsə, daha sözüm yoxdu.

– …Bizdə həm çadraya bürünənlər var, həm də  açıq-saçıq geyinənlər…

– Azərbaycan müsəlman dövləti yox, müsəlman ölkəsidi. Burda müxtəlif xalqlar yaşayır. Kim müsəlmançılığa əməl eləyirsə, başını örtməlidi. Bu, mənim sözüm deyil, Allahın, peyğəmbərin, şəriətin tələblərindən biridi. Kim istəmirsə, məcburiyyət yoxdu. Amma təbliğat bizim borcumuzdu.

– Son illər bizdə müxtəlif dinlərin təbliğatı gedir…

– Bir vaxtlar ateizmdən imtahan verib “5” alanda sevinirdik. Həmin nəsil beş-altı ilin içərisində dönüb müsəlman ola bilməz ki… Onların içərisində kök salmış ünsürlər həmin təbliğata tez uyur. Bir də ki Azərbaycanın coğrafi mövqeyi, onu əhatə edən dövlətlərin dünyadakı siyasi yeri buna təsiri göstərir.  Həmin dövlətlər Azərbaycanın gələcəyini öz arzusuyla görmək istəyir. Hər birinin də öz maraqları var.

– Siz onlara qarşı hansı işləri görürsüz?

– Bizimki təbliğdi. “Vicdan azadlığı”nda var ki, xalqın ümumi etiqadına, ənənəsinə yad məzhəblərin, dinlərin yayılması qadağandı. Bu qanunu dövlət qəbul eləyib,  o da cavabdehdi.  Azərbaycanda hər hansı bir dini yayırlarsa, onun fəaliyyəti üçün şərait yaradan, viza verən, sərhəddən keçirən  dövlət məmurlarıdı. Həmin dinlərin təbliği üçün nə qədər pul qoyulur. Özü də gələnlər xüsusi öyrədilmiş adamlardı. Onlar öz dövlətlərində məktəb keçiblər. Bizimsə qarşımızı qanunlarımızdakı qüsurlar, boşluqlar  kəsir. Missionerləri cəzalandıracaq qanunumuz yoxdu.  Bu məsələləri biz dəfələrlə qaldırmışıq.  Milli Məclis xüsusi qərarlar çıxarmalıdı.

– Bizdə İran mədrəsələrinin, dini məktəblərin sayı artır. Sizcə, bu da İran dövlətinin gizli təbliği deyil?

– Elə hesab eləmirəm.

–  O məktəblərin yerləşdiyi binaların üzərində ancaq İranın bayrağı asılır…

– Mənə qalsa, ümumiyyətlə, hər hansı binadan bayraq asılmasının əleyhinəyəm. Özümüzün bayrağı, ya başqasınınkı, fərqi yoxdu. Bu, o deməkdi ki, bu işi mən eləmişəm. Bir növü, elədiklərinə minnət qoymaqdı.

– Keçək başqa məsələyə…Şəriət məhərrəmlikdə baş yarmağa, qan çıxarmağa icazə vermir. Amma belə mərasimlər elə sizin məscidin həyətindəcə olur…

– Qan çıxarmaq müsəlmançılıqda günah sayılır.  Biz dəfələrlə televiziyadan bu barədə çıxışlar eləmişik. O mərasimləri təşkil eləyənlərsə  bizim mollalar deyil. Kənardan gələn camaatdı. Onlar elə bilir ki, zəncirlə özlərini döyməklə Allahın yanında günahlarını yuyurlar. Bir də ki onlar ancaq bir gün bura gəlirlər. Biz onlara necə deyək “gedin burdan!”?

– Sizcə, bu, camaat arasında  dini təbliğatın zəifliyi deyil?

– Düzdü.

– Doğum  gününüzü  təmtəraqlı keçirmək fikriniz var?

– Yox, elə bir şey fikirləşməmişəm.

– Gəlin  bir az da islamda qadının yeri barədə danışaq…

– İslamın qadınlara verdiyi hüquq, ixtiyar heç bir dində yoxdu. Allah-təala Quranda buyurur ki, qadınlar bəzi şeylərdə kişilərdən üstündü.

– İslamın qadına verdiyi o hüquqları müasir Azərbaycan qadını qoruya bilirmi?

– Yox.

– Niyə?

– Çünki cəmiyyət hələ o səviyyədə yetişməyib. Bununçün heç  kəsi qınamaq olmaz. Hələ xeyli zaman gərəkdi. Bax, bilirəm ki, başınızdakı yaylığı bura gələndə örtmüsüz, eləmi?

– Doğrudu.

– Amma çox istəyərdim ki,  həmişə belə örtünəsiz. Siz bu yaylığı Allaha görə yox, mənə görə bağlamısız. Nə vaxt bu işi Allaha görə eləsəz, deməli, azadlığınızı, hüquqlarınızı qoruya bilirsiz. Əgər daxili azadlığınız  daxili hicabınız olsa, bu dediklərinizə çatmaq mümkündü. Qadına verilən ixtiyar  Sovet dövründə onların əlindən alındı.  Biz səkkiz il qabaq bunları qışqırıb deyirdik.  Mən Azərbaycan qadınlarından o qədər də narazı deyiləm.  Amma axır vaxtlar televiziyada, qəzetlərdə  elə açıq-saçıq şeylər verirlər ki. Siz elə bilməyin ki, mən fanatikəm. Amma əgər mən ailəmlə oturub hansısa filmə baxa bilmirəmsə, bu, biabırçılıqdı.

– İslamın verdiyi azadlığı Azərbaycan qadını tarixin daha hansı dövründə yaşayıb?

– Mən Sovet dövründə yaşamışam. Əvvəlki dövrləri də ancaq kitablardan oxumuşam. Hər halda, qadınların hüquqları Sovet dövründə daha çox tapdanıb.

– Sizcə, qadınlarımız o azadlığa çatacaq?

– İnşallah! Bu, sizdən, dinə yanaşmağınızdan asılıdı. Əgər addımınızı şeytana yox, Allaha görə atırsınızsa, gec-tez o zirvəyə çatmalısız.

– Milli Məclis çoxarvadlılıqla bağlı bir ara səs-küy qopardı. Amma qərar qəbul olunmadı…

– Çoxarvadlılıq  Allahın “Quran”da buyurduğu qanundu. Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək  arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə  birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdusa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdı. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdı. Dördüncü də elə. Hanı indi belə kişi? Şəriətə görə bəzi məqamlarda çoxarvadlılıq vacibdi. Müharibələr zamanı nəsil artımı üçün…

– Bəs  şəriətə görə Şeyxin neçə arvadı olmalıdı?

– “Quran”da nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram.

1999-cu il

Səfurə Çərkəzqızı,
Sevdalılar”

İnsanlara qədimdən təbii maddə kimi məlum olan kömür insan həyatı üçün çox faydalıdır. Bu maddə yalnız havanı təmizləmir, həm də dadlı və xeyirli bitkilər yetişdirir və hətta insanı müalicə edir. Kömür unikal absorbentdir. Məhz bu funksiyası da tibdə geniş istifadə edilir. Bu maddə qəbul edildikdə bədəndəki bütün zərərli maddələri özünə hopduraraq orqanizmdən çıxarır. Həmçinin də, orqanizmi lazımlı minerallarla təmin edir. “Qara dərman”ın müalicəvi xüsusiyyətləri onun əmələ gəldiyi ağacdan asılıdır. Ən xeyirli kömür fıstıq və ağcaqayın ağacından hazırlanan kömür hesab olunur.

Medicina.az sizə kömürün faydalarını təqdim edir.

– Əsasən süd məhsullarından həmçinin də, digər zəhərlənmələr zamanı kömür maddəsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 4/1 ç/q kömürü 4/1 stəkan su ilə gün ərzində 3-4 dəfə yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır.

– Podaqra zamanı 1 ç/q kömürü əzin və 4/1 stəkan su ilə qarışdıraraq yeməkdən 1 saat əvvəl gündə 2 dəfə qəbul edin. Kömür böyrəklərdə daş əmələ gəlməsinə səbəb olan sidik turşusunu da özünə çəkir.

– Diareya və dizenteriya zamanı 1 ç/q ağcaqayın kömürünü 1 qədəh qırmızı şərabda həll edərək için. Xəstəliyin əlamətləri keçənə qədər içməyə davam edin.

– Allergiya zamanı gün ərzində 3-4 dəfə yeməkdən əvvəl kömür tozu qəbul edin. Müalicənin kursu 5 həftədir. Müalicəyə bıçaq ucunda kömür tozu ilə başlayın. İlk həftənin sonuna qədər kömürün miqdarını tədricən artırın. Daha sonra 2-3 gün ərzində gündə 3 dəfə olmaqla 1 ç/q kömür tozu qəbul edin. Sonra yenidən eyni qayda ilə miqdarı azaldın.

– Böyrək, qaraciyər, mədəaltı vəz, ateroskleroz, piylənmə və şüa terapiyası və kimya terapiyadan sonra gün ərzində 2-3 dəfə yarım çay qaşığı aktivləşdirilmiş kömür içmək yaxşı təsir göstərir. Radioizotopların bədəndən çıxması üçün gün ərzində 8/1 çay qaşığı kömürü yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır. Bu zaman ağcaqayın yarpaqlarından hazırlanan məhlulla imalə etmək də lazımdır. Bunu üçün 1 x/q ağcaqayın yarpağını 0,5 l suda qaynadın, 1 saat saxlayın daha sonra həmin su ilə imalə edin.

– Kələm, soğan, turp, banan, ərik və digər meyvə və tərəvəzlərlə qidalanma zamanı yaranan köpmə problemini də kömürlə həll etmək mümkündür. Bu zaman 8/1 ç/q əzilmiş kömürü 4/1 stəkan su ilə qarışdıraraq için.

Bu görüntülər Latviyada çəkilib. Oqre şəhərində mərkəzi magistral yolda hərəkət iki ekstravaqant piyadaya görə dayanıb.Yolu keçənlərdən biri tikanlı, digəri qanadlı idi. Başqa sözlə kirpi ilə qarğa.

Öncə insana elə gəlir ki, qarğa balaca kirpini ovlamaq istəyir. Lakin sonra məlum olub ki,o avtomobil yolunu keçməkdə kirpiyə kömək edir, onu arxadan itələyərək hərəkətini sürətləndirməyə çalışır.

Sosial şəbəkə izləyicilərinin bir çoxları hər şeyin əslində göründüyü kimi olmadığını, vəhşi qarğanın kirpinin başını tikanları altından çıxarması üçün cəhd etdiyini yazırlar.Lakin bir başqa qrup bu ağıllı quşların 7 yaşlı uşaq kimi düşünə biləcəklərini, onun bu hadisədə kirpiyə sadəcə kömək etdiyini deyiblər.Niyyət hər nə olsa da kirpi qarğanın köməkliyi ilə yolu keçə bilib.

Sözügedən görüntüləri təqdim edirik. Bəs siz bu barədə nə düşünürsünüz?

/Bizimyol.info/

Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən insanların mütəmadi olaraq maska taxması tövsiyə olunmur.

TASS-ın məlumatına görə, Rusiyada LOR-Klinikanın rəhbəri, tibb elmləri namizədi, ali dərəcəli həkim Vladimir Zaytsev bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığına görə, bəzi şəxslər üçün bu təhlükəli ola bilər.

“Bunlar bronxospazm, yüngül dərəcəli asfiksiya, təngnəfəslikdən əziyyət çəkən insanlardır. Ümumiyyətlə, nəfəs alma problemləri olan pasiyentlərdir”, – deyə V.Zaytsev bildirib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlara bir neçə dəfə istifadə edilən maskalar xüsusən təhlükəlidir.

Tibb işçisi AXOX-dan əziyyət çəkənlərə sərt özünütəcrid rejiminə riayət etməyi məsləhət görüb. (oxu.az)

Dünyanın ən yaşlı kişi sakini vəfat etdi
Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini vəfat edib.

Qafqazinfo xəbər verir ki, bu barədə “Yorkshire Post” xəbər verib.

Britaniyanın Qempşir qraflığının Alton şəhərində “qocalar evi”ndə yaşayan Bob Ueytonun 112 yaşı var idi. Onun ölümünə səbəb onkoloji xəstəlik olub.

Uzunömürlü 1908-ci ilin martın 29-da Kinqston-apon-Hall şəhərində anadan olub. Keçmişdə mühəndis və müəllim işləyib. Onun iki oğlu, bir qızı, on nəvəsi və iyirmi beş nəticəsi var.

Ueytonun ölümündən sonra dünyanın ən yaşlı kişi sakini tituluna namizədlər arasında Rumıniyadan olan 110 yaşlı (08.11.1908) Dumitru Komanesku və 111 yaşlı (08.02.1909) ispan Saturnino de la Fuente var.

TƏBİB və Bakı Media Mərkəzindən koronavirusla bağlı VİDEOÇARX

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan “METODİKİ GÖSTƏRİŞLƏR”lə daha yaxından tanış olması üçün TƏBİB və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.

“İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” əsasında hazırlanmış videoçarxı diqqətinizə çatdırırıq.

Çox sadə gigiyenik qaydalara riayət etməklə, özünüzün və sevdiklərinizin sağlamlığını qoruya bilərsiniz. Unutmayın, sağlamlığınız öz əlinizdədir!

Azərbaycanda keçmiş nazir tanınmaz hala düşüb...
Azərbaycan Baş nazirinin sabiq müavini İsmət Abasov imicini dəyişib.

Gununsesi.org xəbər verir ki, hazırda YAP Siyasi Şurasının üzvü kimi fəaliyyətdə olan Abasov bığ saxlamağa başlayıb.

Yeni görkəmi baş nazirin sabiq müavininin xarici görünüşünü xeyli dəyişib.

İsmət Abasovun yeni görkəmdə olan fotosunu təqdim edirik:

Mövsümi istilər koronavirusu yox edəcək?
“Hazırda şimal yarımkürəsində yay ayları başlayır və hava isinir. Buna baxmayaraq, Azərbaycanda virusun yayılması çoxalır”.

Oxu.az məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O qeyd edib ki, Rusiyada da çox sayda yeni virusa yoluxma aşkarlanıb:

“Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq,bbunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümi isti havalar virusu yox etməyə də bilər”.

“Buna görə də insanlar əl gigiyenasına, sosial məsafəyə diqqət edilməlidir, maska taxmalıdır”, - deyə nümayəndə qeyd edib.