Son xəbərlər

 

Lerik rayon Millət Vəkili İqbal Məmmədovun məlum çıxışı sosial şəbəkələrdə paylaşılanda qürur hissi keçirdim və sizin sayt vasitəsilə şəxsən İqbal müəllimə təşəkkür etdim.
Burada məqsədim yaltaqlanmaq deyil, sadəcə bir Lerikli kimi Lerikimizin adını o ali kürsüdə eşidəndə hədsiz dərəcədə sevindim.
Fikrimcə çox dolğun çıxış oldu. Lerikimizi əhatə edən bütün vacib problemlər İqbal müəllimin çıxışında əksini tapdı. İqbal müəllimin səsləndirdiyi fikirlər, sadaladığı problemlər mənim də məqsədim idi.

Bu sözləri Xəbər24-ə açıqlamasınsa Növbədənkənar Parlament Seçkilərində 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Şahlar Məmmədov söyləyib.

Bundan əlavə deputatlığa namizəd, İqbal müəllimə qarşı qarayaxma kompaniyalara da münasibət bildirib. Şahlar müəllimin məsələ ilə bağlı dediklərini Xəbər24 olaraq olduğu kimi sizlərə təqdim edirik:

İqbal Məmmədovun Milli Məclisin Plenar İclasındakı çıxışına görə İqbal müəllimə qarşı çıxıb, heç bir fakta əsaslanmadan böhtan atanlardan soruşuram: Sizin məqsədiniz nədir?! Siz istəmirsinizmi Lerikimiz çiçəklənsin?!
Əgər doğurdan da inkişaf istəyirsinizsə niyə İqbal müəllimin uğurlu addımına don geyindirirsiniz?!

Media mənsublarını müəyyən qədər başa düşürəm. Bəlkə reklam olunmaq üçün (başlığı cəlbedici qoymaqla baxış sayı artsın), bəlkə də kimlərinsə sifarişi ilə belə kompaniyalar təşkil edirlər.

Amma keçmiş namizəd olan həmyerlimi anlamaqda çətinlik çəkirəm. Seçki kompaniyası bir mübarizə meydanı idi, oldu və bitdi! Hamı qalib ola bilməz ki?!
Bu seçki marafonunu düşmənçiliyə çevirməyin nə mənası var?!

Məncə “siyasi etika” deyilən bir anlayış var. Buna əməl etməsən belə ən azından neytral qalmaq olar. Şəxsən mən İqbal müəllimin bu uğurlu addımını dəstəkləyirəm və davamını gözləyirəm. İnanıram ki, bu addımların bəhrəsi olacaq!

Namizəd şər atmaqdan öncə dırnağarası media mənsublarını İqbal müəllimin keçmişini araşdırmağa səsləyib:
İqbal Məmmədovu rüşvətxorluqda, dövlət malını talamaqda günahlandıranlara səslənirəm: Siz bir İqbal müəllimin keçmişini araşdırın, görək hansı pulları dağıdıb?!
Şər atmaq, qara yaxmaq bu qədərmi rahatdır sizlər üçün?! Yoxsa elə bilirsiniz ki, bir gün Allahın hüzurunda bilmədiyinizi danışıb böhtan atdığınıza görə sorğu-sual olmayacaq?!
Məncə bir müsəlman kimi ən azından axirəti unutmayın!

Mən də İqbal müəllimlə seçki kompaniyası müddətində 2 dəfə rəqib olmuşam və çox yaxşı tanıyıram!

İqbal müəllim dövlətin pulunu yox, alnının təri, beyninin zəkası və biləyinin gücü ilə qazanıb hər şeyi! Bir vətənpərvər ziyalı kimi öz sərmayəsini başqa yerlərə yox, məhz Lerikə yatırıb.
Məgər digər yerlərə yatıra bilməzdimi?! Təbii ki, bilərdi. Amma bir Lerikli kimi bunu etmədi. Lerikdə işsizliyi aradan qaldırmağa çalışdı.

Xatırladım ki İqbal müəllim hələ o zaman deputat deyildi.

Deputat seçildikdən sonra da mülklərini qardaşına verib. Bu da qanunlarımızın Millət Vəkilinin elmi fəaliyyətdən başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə vermədiyi üçün.

Məgər sizin hər hansı biriniz İqbal müəllimin yerinə olsaydınız mülkəri başqasınamı verərdiniz?! Təbii ki, yox!

Ona görə də hər bir namizəddən və dırnağarası medianın hiyləsinə uyan hər bir Leriklidən xahiş edirəm ki, özümüzə, özümüzdən biri olan Millət Vəkilimizə hörmətlə yanaşaq.- deyə Şahlar Məmmədov vurğulayıb.

14 İyul 2020 Artur Rasizadə: “Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”
12 İyul 2020 “Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya
02 İyul 2020 Bu gün buraxılış imtahanı var
01 İyul 2020 AQSİA sədri qardaş ölkədə nüfuzlu mükafatlara layiq görülüb-YENİLƏNİB
01 İyul 2020 Prezident fələstinli qaçqınlar üçün 300 min dollar yardım ayırdı
01 İyul 2020 Prezidentdən İsmayıllının su tələbatı ilə bağlı sərəncam
29 İyun 2020 Ən çox yoluxma Bakının bu rayonundadır
26 İyun 2020 Rusiyada daha 6800 yoluxma, 176 ölüm
26 İyun 2020 Vasif İmanov: Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!
26 İyun 2020 Rüstəm Xəlilov: Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla 26 İyun Silahlı Qüvvələr Günü elan olunub
12 İyun 2020 Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət -Heydər Əliyev.
11 İyun 2020 Vətənə həsr edilən ömür
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Könül xanım!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL
26 Dekabr 2019 Böhtanın və şərin son həddi – Bunlar məhkəmə yolu ilə araşdırılacaq
25 Dekabr 2019 Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar