Son xəbərlər

 
Siraqəddin Cabbarov:  Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur

Cəlilabad Rayon 1№-li Dövlət Notariat Kontoru Lətif Fərəcov - Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz həmin gün-mayın 10-unda anadan olmuşdur.

Tarix dəfələrlə sübut etmişdir ki, Ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.

Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu.

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu gün Ulu öndərin siyasətinin layiqli və alternativsiz davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız özünün geostrateji, iqtisadi və mədəni potensialından daha geniş istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Cəlilabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur. Bu bölgənin dirçəlişi və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli lideri Heydər Əliyev sovetlər dönəmində və müstəqillik illərində dəfələrlə Cəlilabada səfər etmişdir. O hər gəlişində rayonda zəhmət adamları ilə görüşmüş, onun diqqət və qayğısı ilə yüzlərlə sadə əmək adamı müxtəlif orden və medallara layiq görülmüşdür. Dahi şəxsiyyətin təşəbbüsü ilə rayonda Su qurğuları sistemi tikilmiş, ən ucqar kəndlərə belə mavi qaz verilmiş, Kür çayı üzərində nəhəng körpü insa olunmuş, mədəniyyət sarayı, çoxsaylı yaşayış və inzibatı binalar, 40-dan çox yeni məktəb və tibb ocaqları istifadəyə verilmişdir.

Tariximizin unudulmaz səhifələrinə çevrilən həmin illərdə Ulu öndərin tarixi səfərlərini hər bir cəlilabadlı bu gün də xüsusi minnətdarlıq hissi ilə xatırlayır.
27 May 2020 Ədalət Babayev: Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur
11 May 2020 Vətənə həsr edilən ömür
08 May 2020 Ramiz Hümmətov: Azərbaycanda ümummilli liderimizin ideyaları müasir şəraitə uyğun şəkildə uğurla həyata keçirilir
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Vüqar müəllim!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL
26 Dekabr 2019 Böhtanın və şərin son həddi – Bunlar məhkəmə yolu ilə araşdırılacaq
25 Dekabr 2019 Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar
31 Oktyabr 2019 BSU-dan Primakov müsabiqəsi haqda açıqlama
29 Oktyabr 2019 Zaqatala rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir
23 Oktyabr 2019 43 saylı Yol İstismar İdarəsinin uğurları göz qabağındadır
15 Oktyabr 2019 Zamiq Qurbanov: Cəbrayıl rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin hormoniyası
10 Oktyabr 2019 Rəşad Cəfərovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir
22 Sentyabr 2019 Bioloji təbabətlə müalicə 2 aydan 12 aya qədər davam edə bilər-MÜSAHİBƏ
15 İyun 2019 Zakir Hüseyinov-Gəncə Təhsil şöbəsinin müdiri:"Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev!"
12 İyun 2019 Ruslan Həmidov-Lənkəran Dövlət Humanitar Kollecinin direktoru: "Dünya şöhrətli siyasətçi Heydər Əliyev!"
03 İyun 2019 Ruslan Həmidov :Bayramınız mübarək.