Son xəbərlər

 


Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi İlyas SəfərovPrezident İlham Əliyevin rəhbərliyi altında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizə ölkə üzrə infeksiyanın yayılma coğrafiyasını məhdudlaşdırıb.
Yoluxma halları ilə bağlı son günlərin statistikası ümidvericidir – artıq sağalanların sayı üstünlük təşkil edir.

Bununla belə, dövlət yenə də tədbirlər görməkdədir, bu məqsədlə xüsusi karantin rejiminin müddəti mayın 4-nə qədər uzadılıb.

Azərbaycan xalqı xüsusi karantin rejimi dövründə həmrəylik nümayiş etdirir.

Əhali, eyni zamanda, Prezidentin ideyaları və siyasətinin arxasında sıx birləşdiyini bəyan edir.

Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları da bunu sübut edir.


Su ehtiyatları – strateji əhəmiyyət kəsb edən milli sərvətimiz

Ölkəmizdə kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edən məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan bölgə iqtisadiyyatının inkişafı üçün Yuxarı Şirvan kanalının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi önəm daşıyır.

Ölkənin su ehtiyatlarının idarə olunması “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir

Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Bu qurum meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılmışdır. Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Qeyd edək ki, magistral kanalların istismarı idarələri su qəbuledicilər vasitəsi ilə su mənbələrindən qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən paylayıcı kanallara verilməsini həyata keçirir. Kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur. Bu idarələrdən biri də Yuxarı Şirvan kanalının istismarı idarəsidır.                                                           
 

Ölkənin ikinci ən böyük kanalı ikinci həyatını yaşayır

İlk növbədə qeyd edək ki, mənbəyini Mingəçevir Su anbarından götürən Yuxarı Şirvan Kanalı Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir, Ağsu və Şamaxı rayonlarının 127 min hektar əkin sahəsini su ilə təmin edir. Ölkəninin ikinci ən böyük kanalı keçdiyi ərazilərdə yaşayan əhalinin texniki suya olan tələbatını da ödəyir. Yuxarı Şirvan Kanalı İstismarı İdarəsindən əldə etdiyimiz məlumata görə, Yuxarı Şirvan kanalı hələ 1958-ci ildə istismara verilib. Fasiləsiz istismar olunduğu 60 ilə yaxın bir dövrdə kanal boyu hidrotexniki və mexaniki avadanlıqlarda, şlüz və qapılarda cari və əsaslı təmir-bərpa tədbirləri görülsə də, kanalın torpaq məcrasında olan dəyişikliklər, beton üzlüklərin dağılması, qurğuların bir hissəsinin öz funksiyasını itirməsi nəticəsində faydalı iş əmsalı bir qədər aşağı düşmüş, su itkisi artmışdı. Digər tərəfdən də ayrı-ayrı vaxtlarda Mingəçevir su anbarının akvatoriyasında suyun səviyyəsinin kəskin azalması nəticəsində baş su qəbuledici qurğunu qidalandıran gətirici məcra kifayət qədər su ilə dolmur ki, bu da böyük problemlər yaradır. İstismarla bağlı mövcud çətinlikləri və dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə əlaqədar su təsərrüfatı işçiləri qarşısında qoyduğu vəzifələri nəzərə alaraq, ötən ilin sentyabr ayında Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 3500 metr uzunluğunda yeni su gətirici məcranın çəkilməsinə başlanılıb və artıq layihə üzrə nəzərdə tutulan işlərin böyük əksəriyyəti başa çatdırılıb.

Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi

yüksək qiymətləndirilir                                              b_500_300_16777215_00_images_xeber_sekilleri_19aprel2019_12434567876yu.jpg

Bu gün Yuxarı Şirvan kanalının üzərində tikilmiş 29 ədəd körpü, 52 ədəd selötürücü, 1 ədəd cəldaxıdan, 1 ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcı kanalın normal iş rejmini təmin edir. Aydındır ki, bütün bu nəhəng təsərrüfata nəzarət etmək, onun işləkliyini təmin etmək heç də asan iş deyil. Kanalın fasiləsiz funksionallığını təmin etmək məqsədilə təcrübəli meliorator İlyas Səfərovun rəhbərlik etdiyi Yuxarı Şirvan kanalı istismar idarəsi tərəfindən mütəmadi olaraq böyük həcmdə işlər həyata keçirilir. Bu məqsədlə bəndlərin və qurğuların cari və əsaslı təmir işləri həyata keçirilir, hidravilik mexanizmlərdə yaranan problemlər aradan qaldırılır. Həmçinin idarə şlüz qapılarının əsaslı təmiri, beton kanalın dağılmış hissələrinin bərpası, hidrotexniki qurğuların, hidrometrik postların, idarənin balansında olan mülki və inzibati binaların təmiri kimi işləri də həyata keçirir. Bundan başqa kanalların lildən təmizlənməsi, daşqına və selə qarşı mübarizə tədbirlərinin görülməsi də idarənin funksiyalarına aiddir. Su kanalının isyismarı idarələrinin fəaliyyətində spesifik cəhətlərdən biri də budur ki, həmin bu fəaliyyət öz təsirini bilavasitə yerli sakinlərin, torpaqda çalışan insanların işində göstərir. İstər fermer təsərrüfatı olsun, istərsə də sadəcə həyətyanı sahə - fərq etməz, bütün hallarda torpağa, əkin və heyvanlara su lazımdır. Odur ki, Yuxarı Şirvan kanalı istismar idarəsinin bütün kollektivinin işi də daim yerli sakinlərin diqqətini özünə cəlb edir. Sevindirici haldır ki, əksər hallarda fermerlər və yerli sakinlər idarənin işindən razılıq edirlər. Aldığımız açıqlamalarda xüsusi olaraq vurğulanır ki, İlyas Səfərovun rəhbərlik etdiyi Yuxarı Şirvan kanalı istismar idarəsi təsərrüfatların su təminatı ilə

bağlı bütün məsələləri vaxtında və effektiv şəkildə həll edir. Bu səbəbdən də torpaqların suvarılmasında demək olar ki, heç bir problem yaranmır
b_500_300_16777215_00_images_xeber_sekilleri_19aprel2019_80.jpg

Təbii ki, bütün bu işlərin vaxtında və səmərəli şəkildə həyata keçirilməsi üçün böyük zəhmət, iş təcrübəsi və peşəkarlıq tələb olunur. Tam səmimi olaraq demək olar ki, Yuxarı Şirvan kanalı istismar idarəsinin rəisi İlyas Səfərov bütün bu keyfiyyətləri özündə cəmləyə bilmişdir. Əbəs yerə deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2018-ci il tarixli Sərəncamı ilə Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup su təsərrüfatı və meliorasiya işçiləri ilə birgə Səfərov İlyas Ağa oğluna da “Əməkdar mühəndis” fəxri adı verilmişdir. İnanırıq ki, dövlətimiz tərəfindən işlərinə verilən bu yüksək qiymət Yuxarı Şirvan kanalı istismar idarəsinin bütün əmək kollektivini bundan sonra daha böyük uğurlara ruhlandıracaq.    

27 May 2020 Ədalət Babayev: Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur
11 May 2020 Vətənə həsr edilən ömür
08 May 2020 Lətif Fərəcov: Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü
08 May 2020 Ramiz Hümmətov: Azərbaycanda ümummilli liderimizin ideyaları müasir şəraitə uyğun şəkildə uğurla həyata keçirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Vüqar müəllim!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL
26 Dekabr 2019 Böhtanın və şərin son həddi – Bunlar məhkəmə yolu ilə araşdırılacaq
25 Dekabr 2019 Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar
31 Oktyabr 2019 BSU-dan Primakov müsabiqəsi haqda açıqlama
29 Oktyabr 2019 Zaqatala rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir
23 Oktyabr 2019 43 saylı Yol İstismar İdarəsinin uğurları göz qabağındadır
15 Oktyabr 2019 Zamiq Qurbanov: Cəbrayıl rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin hormoniyası
10 Oktyabr 2019 Rəşad Cəfərovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir
22 Sentyabr 2019 Bioloji təbabətlə müalicə 2 aydan 12 aya qədər davam edə bilər-MÜSAHİBƏ
15 İyun 2019 Zakir Hüseyinov-Gəncə Təhsil şöbəsinin müdiri:"Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev!"
12 İyun 2019 Ruslan Həmidov-Lənkəran Dövlət Humanitar Kollecinin direktoru: "Dünya şöhrətli siyasətçi Heydər Əliyev!"
03 İyun 2019 Ruslan Həmidov :Bayramınız mübarək.