Son xəbərlər

 

                                        

Respublikamızın cənubunda  Ulu Yaradanın bəxş etdiyi gözəlliklərə malik bir diyar var.

Bu,  Lənkərandır. Bu diyar hər zaman ölkə  rəhbərinin və rayon İcra Hakimiyyətinin  qayğı və diqqətini üzərində hiss edir. 

Elə ilin ilk günlərindən rayonda abadlıq , tikinti – quruculuq işlərinə geniş vüsət verildi.  Çoxmənzilli yaşayış binalarında təmir, tikinti - bərpa , bərkitmə işləri , dam örtüklərinin dəyişdirilməsi , yolların asfaltlanması  , şəhərin işıqlandırılması görülən çoxşaxəli işlərin bir qismidir.




    Lakin son bir neçə ayda ölkəmizdə və dünyada baş verən mövcud vəziyyət , pandemiya bəlası Lənkəranda da həyatın simasını dəyişib. Hər şeyin fövqündə insanların sağlamlığdır ki , bu da İcra hakimiyəti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki , respublikamızda koronovirus təhlükəsinin yarandığı ilk günlərdən rayon ərazisində  təxirəsalınmaz , qababaqcıl tədbirlərə start verildi.  Şəhərdə  , ayrı – ayrı kənd və qəsəbələrdə  dəfələrlə  yüksək səviyyədə  dezinfeksiya , işləri aparıldı və bu proses hal – hazırda da davam etdirilməkdədir.  Ölkə ərazisində karantin rejiminin tətbiq edildikdən sonra Lənkəran da bir qayda olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələri həyata keçirilməyə başlandı.İcra  başçısı Taleh Qaraşov xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması , sakinlər arasında fərdi qaydada maarifləndirmə işlərinin aprılması haqqında mütəmadi olaraq göstərişlər verir və bu sahədə görülən işlər tam nəzarət edir. O , həmçinin  şəhər ərazisində çoxmənzilli yaşayış evlərində, binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində məişət tullantılarının atıldığı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında həyata keçirilən dezinfeksiya tədbirləri ilə də tanış olub, müvafiq qurumların rəhbərlərinə göstərişlərini verir. Əhalinin maarifləndirilməsi məqsədilə Şəhər İcra Hakimiyyəti aparatının,  Qeyd etmək yerinə düşərdi ki , pandemiyaya qarşı mübarizənin elə ilk günlərindən İnzibati Ərazi Dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qurumların nümayəndələrindən ibarət  750 nəfərlik mobil qrup yaradılmışdır ki , Taleh müəllim qrupun üzvləri ilə görüşərək onlara insanların bu həssas dönəmində görəcəkləri işlər , həyata keçirəcəkləri tədbirlər barəsində təklif və göstəriçlərini vermişdir.  


   “ Evdə qal “ kompaniyasına qoşulan əhalinin həssas qrupuna yaşı 65 dən yuxarı olanlara ,
aztəminatlı ailələrə ,karantin rejiminə görə işləməyən ehtiyacı olan insanlara həm maddi ,sosial- tibbi , mənəvi dəstək rayonda yüksək templə davam etməkdədir.  Belə ki ,  ölkə başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Lənkəran Şəhər İcra Hakimiyyəti və rayondakı idarə və təşkilatlar, ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi davam etdirilməkdədir.
Ümumilikdə indiyə kimi şəhər və rayonun müxtəlif ərazilərində yaşayan 2000 –dən artıq aztəminatlı ailəyə  daxili imkanlar hesabına ərzaq yardımları çatdırılıb.
Xeyirxah təşəbbüsə sahibkarlarla yanaşı Lənkərandan olan millət vəkilləri də qoşulublar. Belə ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Rüfət Quliyevin şəxsi vəsaiti hesabına  150 aztəminatlı ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları paylanılıb. Eyni zamanda “Green East” MMC tərəfindən də yenidən 50 aztəminatlı ailəyə cəmi 100 ailəyə ərzaq bağlamaları verilib.

Rayon ərazisində hal- hazırki vəziyyəti nəzarətdə saxlayan  İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun rəhbər işçilərinin və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirkı ilə videobağlantı vasitəsilə müşavirə keçirib.
      Müşavirədə rayonda koronavirus (COVID-19) pandemiyası ilə bağlı həyata keçirilən mübarizə tədbirləri müzakirə olunub.Taleh  müəllim görülən işlər və qarşıda duran məqsədlər barədə ətraflı danışıb.Müvafiq göstəriş və tapşırıqlar verib.

   Bir sözlə   , Lənkəran bu günləri geridə qoymaq , normal həyata qayıtmaq üçün bütün qüvvəsini səfərbər edərək ölkə rəhbərinə dayaq və dəstək olduğunu bir daha nümayiş etdirir.
      
     

 Müşfiq Kişiyev

25 Avqust 2020 Qara kişmişin faydaları
29 İyul 2020 Azarbaycanlı gənc fenomen: Ən böyük dəstəyi atam verdi + MÜSAHİBƏ
14 İyul 2020 Artur Rasizadə: “Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”
12 İyul 2020 “Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya
02 İyul 2020 Bu gün buraxılış imtahanı var
01 İyul 2020 AQSİA sədri qardaş ölkədə nüfuzlu mükafatlara layiq görülüb-YENİLƏNİB
01 İyul 2020 Prezident fələstinli qaçqınlar üçün 300 min dollar yardım ayırdı
01 İyul 2020 Prezidentdən İsmayıllının su tələbatı ilə bağlı sərəncam
29 İyun 2020 Ən çox yoluxma Bakının bu rayonundadır
26 İyun 2020 Rusiyada daha 6800 yoluxma, 176 ölüm
26 İyun 2020 Vasif İmanov: Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!
26 İyun 2020 Rüstəm Xəlilov: Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla 26 İyun Silahlı Qüvvələr Günü elan olunub
25 İyun 2020 Keçmiş deputatlığa namizəd: Özümüzə, özümüzdən olan Millət Vəkilinə hörmətlə yanaşaq!
12 İyun 2020 Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət -Heydər Əliyev.
11 İyun 2020 Vətənə həsr edilən ömür
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Könül xanım!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL