Son xəbərlər

 


Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin AbdullayevPrezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.


Nizami rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilir



Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nizami rayonunda qabaqlayıcı tədbirlər davam etdirilir.

Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları, eyni zamanda Rayon İcra Hakimiyyətində yaradılan qərargahın işçi qrupları tərəfindən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq xüsusi texnika vasitəsilə rayonun Nəsimi, M.Abbasov, A.Manafov, B.Çobanzadə, C.Naxçıvanski, R.Rüstəmov, B.Nuriyev, E.Süleymanov küçələrində, Q.Qarayev və Babək prospektlərində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.

Eyni zamanda, rayon ərazisindəki yaşayış binalarında, pilləkən qəfəsələrində, lift kabinələrində, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda,  parklarda, yol kənarlarında və səkilərdə, məhəllədaxili yollarda, dayanacaqlarda, metro çıxışlarının və ticarət obyektlərinin ətrafında da dezinfeksiyaedici avadanlıqlarla təchiz olunan xüsusi qoruyucu geyimlərdə işçi qruplar tibbi-profilaktiki işlər aparıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur


Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.

Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.

Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayev belə insanlardandır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Ramsin müəllim işlədiyi Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinidə qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Ramsin müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Ramsin müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

25 Avqust 2020 Qara kişmişin faydaları
29 İyul 2020 Azarbaycanlı gənc fenomen: Ən böyük dəstəyi atam verdi + MÜSAHİBƏ
14 İyul 2020 Artur Rasizadə: “Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”
12 İyul 2020 “Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya
02 İyul 2020 Bu gün buraxılış imtahanı var
01 İyul 2020 AQSİA sədri qardaş ölkədə nüfuzlu mükafatlara layiq görülüb-YENİLƏNİB
01 İyul 2020 Prezident fələstinli qaçqınlar üçün 300 min dollar yardım ayırdı
01 İyul 2020 Prezidentdən İsmayıllının su tələbatı ilə bağlı sərəncam
29 İyun 2020 Ən çox yoluxma Bakının bu rayonundadır
26 İyun 2020 Rusiyada daha 6800 yoluxma, 176 ölüm
26 İyun 2020 Vasif İmanov: Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!
26 İyun 2020 Rüstəm Xəlilov: Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla 26 İyun Silahlı Qüvvələr Günü elan olunub
25 İyun 2020 Keçmiş deputatlığa namizəd: Özümüzə, özümüzdən olan Millət Vəkilinə hörmətlə yanaşaq!
12 İyun 2020 Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət -Heydər Əliyev.
11 İyun 2020 Vətənə həsr edilən ömür
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Könül xanım!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL