Son xəbərlər

 

 

 
 
Böhtanın və şərin son həddi – Bunlar məhkəmə yolu ilə araşdırılacaq
Son zamanlar bəzi KİV-lər Azərbaycan Dövlət Aqrar Universitetindən, onun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdan gündə-günaşırı böhtan dolu xəbərlər yayır. Hətta onların arasında elələri var ki, heç bir məsuliyyət daşımadan, sonun necə olacağını anlamadan hər gün bu cür böhtan və şantaj dolu xəbərləri səhifəsində yerləşdirir. İş o yerə çatıb ki, aqrar elmdən anlayışı belə olmayan bəzi sayt və portallar rektorun elmi yaradıcılığına belə kölgə salmağa cəhd edir, öz ağıllarının çürük məhsulunu ictimaiyyətə qəbul etdirməyə çalışır, küçə adamları kimi dedi-qodu ilə məşğul olurlar.

İbrahim Cəfərovun müəllifi olduğu “Fitopatologiya” və “Fitoterapiyanın” mənasını belə anlamayan bu cür saytlar guya həmin dərsliklərin rus müəlliflərindən oğurluq olduğunu deyir və uzun, gərgin illərin zəhməti bahasına başa gələn dərsliklərin üzərinə kölgə salmağa çalışır. Bu, doğrudan da böhtanın son həddidir. Sözügedən kitablar uzun illərdir dərslik kimi istifadə edilir və onun səmərəsini anlamaq isə bayaq dediyimiz kimi terminlərin açılışını belə anlamayan sayt rəhbərlərinin və ya müəlliflərinin başına uyğun deyil. Yəni, belə çıxır ki, ən güclü alimlərin görmədiyini, demədiyini taleyindən yarımayan saytlar bilir və deyir?! Bu, çox ikrah doğurucu, gülməli deyilmi?!

Məlumat üçün bildirək ki, 2013-cü ildə dərslik kimi buraxılan “Fitopatologiya” kitabına ABŞ-ın İllinoyus universitetindən və K.A. Timiryazev adına Rusiya Aqrar Universitetindən də rəylər verilib. Həmin rəylər kitabda müvafiq yerdə öz əksini tapıb. Bu ağlı dayazlar bir az da qabağa gedərək, hətta rektorun namizədlik və doktorluq dissertasiyalarını şübhəyə alır, bu sahədə də böhtandan gen-bol istifadə edirlər.

İbrahim Cəfərov bu gün tək Azərbaycanın deyil, MDB məkanının tanınan alimidir və 10-dan çox nüfuzlu aqrar universitetin fəxri doktorudur. O, 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə kimi “Bitki mühafizəsi” fakültəsini “Lenin” təqaüdi ilə bitirib. 1985–1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası “Fitopatologiya” kafedrasının əyani aspirantı olub.

Məqsədimiz alimin bütün fəaliyyətini və elmi əsərlərini, dərsliklərini sadalamaq deyil. Sadəcə, onu demək istəyirik ki, xidmətləri aqrar elm üçün olduqca dəyərli olan İbrahim Cəfərov həm də Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sual yaranır, aqrar elmin inkişafında kifayət qədər yeri və nüfuzu olan alimin elmi fəaliyyətinə böhtan atmaq, ona şübhə ilə yanaşmaq nə dərəcədə ədalətlidir? Və ya İbrahim Cəfərovun bircə cümləsinin çəkisində olmayan sayt və portallar nə demək istəyir?

ADAU-nun sözçüsü olaraq deməliyik ki, artıq bu böhtan və şantajların hüquqi müstəvidə araşdırılmasının və elmi dəyərləri ucuzlaşdırmağa cəhd edənlərin məhkəmə qarşısında cavab verməsinin vaxtı çatdı. Və biz ADAU olaraq bu addımı atırıq, çünki buna bizi məcbur etdilər.

ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqə şöbəsi

Böhtanın və şərin son həddi – Bunlar məhkəmə yolu ilə araşdırılacaq
 
 
27 May 2020 Ədalət Babayev: Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur
11 May 2020 Vətənə həsr edilən ömür
08 May 2020 Lətif Fərəcov: Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü
08 May 2020 Ramiz Hümmətov: Azərbaycanda ümummilli liderimizin ideyaları müasir şəraitə uyğun şəkildə uğurla həyata keçirilir
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Vüqar müəllim!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL
25 Dekabr 2019 Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar
31 Oktyabr 2019 BSU-dan Primakov müsabiqəsi haqda açıqlama
29 Oktyabr 2019 Zaqatala rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir
23 Oktyabr 2019 43 saylı Yol İstismar İdarəsinin uğurları göz qabağındadır
15 Oktyabr 2019 Zamiq Qurbanov: Cəbrayıl rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin hormoniyası
10 Oktyabr 2019 Rəşad Cəfərovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir
22 Sentyabr 2019 Bioloji təbabətlə müalicə 2 aydan 12 aya qədər davam edə bilər-MÜSAHİBƏ
15 İyun 2019 Zakir Hüseyinov-Gəncə Təhsil şöbəsinin müdiri:"Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev!"
12 İyun 2019 Ruslan Həmidov-Lənkəran Dövlət Humanitar Kollecinin direktoru: "Dünya şöhrətli siyasətçi Heydər Əliyev!"
03 İyun 2019 Ruslan Həmidov :Bayramınız mübarək.