Son xəbərlər

 


İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu

Görüşdə  rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri  iştirak etdilər.

Əvvəlcə rayon rəhbəri 19 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə respublika Prezidentinin Tərtərlilər haqqında dediyi xoş sözlərdən, onların əməyinə verilən yüksək qiymətdən qürurlandığını, qazanılan uğurlarda uşaqdan-böyüyə bütün tərtərlilərin payı olduğunu bildirmiş, onları bu münasibətlə təbrik edərək, tərtərlilər adından möhtərəm Prezidentimizə Tərtər rayonu və tərtərlilər haqqında deyilən xoş sözlər üçün öz minnətdarlığını bildirmişdir.

Qeyd olunmuşdur  ki, tərtərlilər ölkə rəhbərinin onlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq bütün sahələrdə hədəfləri keçməyi qarşılarına məqsəd qoyublar.

Sonra icra başçısı  2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.

Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynalxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib.

Sonra rayon rəhbəri son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon Təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel fəaliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq.

İcra başçısı 115 inzibati  binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salındığını bildirmiş, hazırda Bəsti Bağırova küçəsində abadlıq işləri, asfaltlanma aparıldığını qeyd etmişdir.Qeyd olunmuşdur ki, bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması dayanır.

Sonra Xoruzlu  kənd İƏD üzrə nümayəndənin müavini M.Mahmudov kənd haqqında məlumat verdi. Bildirdi ki, Xoruzlu kəndinin 346 təsərrüfatı,1557 nəfər əhalisi, 1050 hektar ərazisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 Körpələr evi-uşaq bağçası, 2 məişət obyekti, 1 ATS, 1 Poçtamp fəaliyyət göstərir.

Bu il Xoruzlu kəndinin sakinləri 160 hektar buğda, 77 hektar pambıq, 60 hektar arpa, 235 hektar yonca əkiblər. Hər hektardan 37,6 sentner taxıl,  26,6 sentner pambıq, 32 sentner arpa götürüblər.

İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz ilə təmin olunduğunu,məcburi köçkünlərin sosial inkişaf fondunun maliyyə dəstəyi ilə 12 km kəndarası yolun təmir olunduğunu, ərazidə 420 ədəd ağac əkildiyini bildirmişdir.

Sonra sakinlərin müraciətləri dinlənildi.

Kənd ağsaqqalı Vəli Xasıyev, Brilyant Musayeva, Mayıl Alışov elektrik təsərrüfatının yenidən qurulmasına, kəndə içməli su çəkilməsinə, 1 ədəd yeni artezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirmiş, Qəmər Məmmədova ürək qüsurlu övladının pensiyasının gecikdirilməsi, Alim Mirzəyev həyətyanı torpaq sahəsinə ehtiyacı ilə, Əsgər Əsədov isə həyətinə gələn su arxının təmizlənməsinə bəzi qonşularının maneçilik törətməsi ilə bağlı müraciət etmişlər.    Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.




Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər ölkə KIV-lərində Müstəqim Məmmədov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.



Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.



İlk olaraq diqqəti, Tərtərdəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.

Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir. Hörmətli Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.



Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.



Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.

27 May 2020 Ədalət Babayev: Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur
11 May 2020 Vətənə həsr edilən ömür
08 May 2020 Lətif Fərəcov: Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü
08 May 2020 Ramiz Hümmətov: Azərbaycanda ümummilli liderimizin ideyaları müasir şəraitə uyğun şəkildə uğurla həyata keçirilir
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Vüqar müəllim!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL
26 Dekabr 2019 Böhtanın və şərin son həddi – Bunlar məhkəmə yolu ilə araşdırılacaq
31 Oktyabr 2019 BSU-dan Primakov müsabiqəsi haqda açıqlama
29 Oktyabr 2019 Zaqatala rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir
23 Oktyabr 2019 43 saylı Yol İstismar İdarəsinin uğurları göz qabağındadır
15 Oktyabr 2019 Zamiq Qurbanov: Cəbrayıl rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin hormoniyası
10 Oktyabr 2019 Rəşad Cəfərovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir
22 Sentyabr 2019 Bioloji təbabətlə müalicə 2 aydan 12 aya qədər davam edə bilər-MÜSAHİBƏ
15 İyun 2019 Zakir Hüseyinov-Gəncə Təhsil şöbəsinin müdiri:"Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev!"
12 İyun 2019 Ruslan Həmidov-Lənkəran Dövlət Humanitar Kollecinin direktoru: "Dünya şöhrətli siyasətçi Heydər Əliyev!"
03 İyun 2019 Ruslan Həmidov :Bayramınız mübarək.