Son xəbərlər

 


Nizami rayonunda dezinfeksiyaedici və profilaktik tədbirlər davam etdirilir

 

Nizami Rayon İcra Hakimiyyətində koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, görülən profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xidmət sahələri və iri ticarət obyektlərinin rəhbərləri ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah yaradıldığını və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq müvafiq profilaktik tədbirlərin görüldüyünü qeyd edib.

A.Qasımov virusun geniş yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki bütün idarə və təşkilatlarda, təhsil, səhiyyə və məktəbəqədər müəssisələrdə, yaşayış binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirildiyini söyləyərək, adamların sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda dezinfeksiya işlərinin və profilakltik tədbirlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

İclasda rayon ərazisində aparılan dezinfeksiya və profilaktik tədbirlərin icra vəziyyəti ilə əlaqədar məlumatlar dinlənilib.

Sonda A.Qasımov xidmət sahələri rəhbərlərinə rayonun sanitar təmizliyinə və məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarətin gücləndirilməsi, məişət tullantıları konteynerlərinin yenilənməsi, dezinfeksiya və profilaktiki işlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib, eyni zamanda iri ticarət obyektlərinin rəhbərlərinə də müntəzəm olaraq obyektlərində dezinfeksiya və profilaktiki işlərin aparılmasını tövsiyə edib.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur.

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Müşfiq Kişiyev
27 May 2020 Ədalət Babayev: Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur
11 May 2020 Vətənə həsr edilən ömür
08 May 2020 Lətif Fərəcov: Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü
08 May 2020 Ramiz Hümmətov: Azərbaycanda ümummilli liderimizin ideyaları müasir şəraitə uyğun şəkildə uğurla həyata keçirilir
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Vüqar müəllim!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL
26 Dekabr 2019 Böhtanın və şərin son həddi – Bunlar məhkəmə yolu ilə araşdırılacaq
25 Dekabr 2019 Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar
31 Oktyabr 2019 BSU-dan Primakov müsabiqəsi haqda açıqlama
29 Oktyabr 2019 Zaqatala rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir
23 Oktyabr 2019 43 saylı Yol İstismar İdarəsinin uğurları göz qabağındadır
15 Oktyabr 2019 Zamiq Qurbanov: Cəbrayıl rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin hormoniyası
10 Oktyabr 2019 Rəşad Cəfərovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir
22 Sentyabr 2019 Bioloji təbabətlə müalicə 2 aydan 12 aya qədər davam edə bilər-MÜSAHİBƏ
15 İyun 2019 Zakir Hüseyinov-Gəncə Təhsil şöbəsinin müdiri:"Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev!"
12 İyun 2019 Ruslan Həmidov-Lənkəran Dövlət Humanitar Kollecinin direktoru: "Dünya şöhrətli siyasətçi Heydər Əliyev!"
03 İyun 2019 Ruslan Həmidov :Bayramınız mübarək.