Son xəbərlər

 

Müstəqillik tariximizin banisi Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyev bəşəriyyətin yetirdiyi nadir şəxsiyyətlərdən biridir. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu, qüdrətli bir ölkəyə çevrilməsi yalnız bu dahi şəxsiyyətin sayəsində mümkün olub. Biz bu gün iftixar hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında misilsiz tarixi xidmətidir. Heydər Əliyevin dövlət idarəçiliyi məktəbi, Azərbaycanın hərtərəfli və dinamik inkişafı üçün gördüyü möhtəşəm fəaliyyəti dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübut edən ən dəyərli nümunədir. Tariximizin Heydər Əliyevin siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası naminə atılan qətiyyətli addımlar, tənəzzüldən sürətli inkişafa nail olunması ulu öndərimizin möhtəşəm tarixi nailiyyətidir. 1993-cü ilin iyun ayında Azərbaycanda cərəyan edən hadisələr dövlətçiliyimizi və müstəqilliyimizi böyük təhlükə qarşısında qoymuşdu. Siyasi və iqtisadi böhranla üzləşmiş ölkəmizdə vəziyyət olduqca ağır idi. Azərbaycan öz tarixinin çox çətin, ağır bir dövrünü yaşayırdı, ölkəmizin bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq yaranmışdı. Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bu dövrdə yaxın gələcəkdə ölkədə sabitliyin bərpa olunacağına heç kəsdə ümid yox idi. Problemlər baş alıb gedirdi. Həmin problemləri isə aradan qaldıra biləcək yeganə qüvvə yalnız və yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Respublikada özbaşınalıqdan, hakimiyyətsizlikdən cana yığılan xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatını ancaq böyük şəxsiyyət və nəhəng siyasətçi Heydər Əliyevdə görərək onu təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Öz xalqının çağrışına heç vaxt biganə qalmayan dahi rəhbər xalqının səsinə səs verdi. 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Həmin gün müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, ölkəmizi daxili və xarici qəsdlərdən qorudu, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qeyri-qanuni silahlı qüvvələri zərərsizləşdirdi, dövlət çevrilmişi cəhdlərinin qarşısı alındı, Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar oldu. Qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabr ayının 20-də dünyanın aparıcı iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi", 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması, dünya iqtisadiyyatına inteqrasiya dövrü kimi tarixə yazılmışdır. Müstəqilliyimiz qorunub möhkəmləndikcə, dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi. Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi, mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatları keçirildi. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını və möhkəmləndirilməsini təmin etdi. 15 İyun Milli Qurtuluş günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxtlik və səadət arzulayıram.


 

10 Oktyabr 2019 Rəşad Cəfərovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir
22 Sentyabr 2019 Bioloji təbabətlə müalicə 2 aydan 12 aya qədər davam edə bilər-MÜSAHİBƏ
15 İyun 2019 Zakir Hüseyinov-Gəncə Təhsil şöbəsinin müdiri:"Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev!"
03 İyun 2019 Ruslan Həmidov :Bayramınız mübarək.
09 May 2019 Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət Heydər Əliyev.
03 May 2019 “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda
02 May 2019 “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı uzunömürlülər məskəni Lerikdə
23 Aprel 2019 Vergilər Nazirliyi rəqəmləri açıqladı - 1 milyarddan çox...
05 Aprel 2019 Atatürk aeroportunda “Böyük köç” başladı - Fotolar
06 Mart 2019 Lalə xanım Əmirəliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
06 Mart 2019 Habil Qurbanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
05 Mart 2019 Əhməd Muxtarov: Hacıqabul sürətlə abadlaşır, yeni simasına qovuşur
04 Mart 2019 Azərbaycan Xalqlarının Demokratik Partiyası Təşəbbüs qrupu üzvlərinin növbəti yığıncağı keçirilmişdir
25 Fevral 2019 Gəncə Tibb Kolleci -Günümüzün reallığında .
24 Fevral 2019 Ceyhun Cəfərovun gərgin əməyi və zəhməti sayəsində Kürdəmir sürətlə inkişaf edir
24 Fevral 2019 Əminliklə demək olar ki, son illər ərzində DYP strukturlarında davamlı və ardıcıl olaraq həyata keçirilən islahatlar dünyanın bir çox dövlətlərinə də nümunə ola biləcək səviyyədədirlər.
24 Fevral 2019 Tofiq Məmmədov yüksək insanlığı ilə seçilən bir insan və Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktorudur!
24 Fevral 2019 Yol bəlli, hədəf aydın!
21 Fevral 2019 Əvəz Qocayev: Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayanır
16 Fevral 2019 Ədalət Babayev öz isguzarlığı ilə tanınır və seçilir….
14 Fevral 2019 Eldar Yunusov: Layihələrimizin uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək
23 Dekabr 2018 Şərəfli ömür yolçusu.
18 Dekabr 2018 Tərəqqi yolunda!
21 Sentyabr 2018 ADAU- Yeni tədris ilinə yüksək əhval- ruhiyyə ilə başlayır.
21 Sentyabr 2018 Beyləqan rayonu - Günümüzün reallığında !
14 Sentyabr 2018 Tovuz rayonu sürətli inkişaf yolunda!
19 Avqust 2018 Ağstafa sürətli inkişaf yolunda!
13 İyun 2018 Müstəqillik tariximizin banisi
31 May 2018 Tərtər rayonu - günümüzün reallığında!
27 Mart 2018 Nərimanov rayonunda Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.