Son xəbərlər

 


 "15 iyun -Milli Qurtuluş Günü  kimi Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin ən böyük əsəridir. O, müstəqil respublikamızın qurucusu və memarıdır. Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru addımlar atır. Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi Heydər Əliyev böyük adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki o böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmışdır. Tarix ulu öndərimiz Heydər Əliyev kimi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi, millətimizin dünya millətləri içərisində səsi eşidilməyə başladı. Hər birimiz yaxşı başa düşürük ki, Heydər Əliyev olduqca uzaqgörən iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması və s. kimi tədbirlər aqrar bölmənin strukturuna ciddi təsir göstərmiş, kənd təsərrüfatında ciddi dəyişikliklər baş vermiş, yeni sahələr yaranmışdır. Ən başlıcası isə Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. . Heydər Əliyev fenomeni, tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Moskva meri Yuri Lujkov "Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq", Amerika tarixçisi O.Aldstad "Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir" - demişlər. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətini səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxr hissi duyur. Heydər Əliyev sanki dünyaya gələndə elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi minbir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları oldu. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyevin ideyaları bu gün də yaşayır, reallaşır. Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərin qurduğu müstəqil Azərbaycanı daha qüdrətli dövlətə çevirməyə qadir olduğunu həyata keçirdiyi işlərlə sübut edir. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. "

Qurban Əliyev
49 nömrəli Yol İstismarı MMC-nin rəisi 






25 Avqust 2020 Qara kişmişin faydaları
29 İyul 2020 Azarbaycanlı gənc fenomen: Ən böyük dəstəyi atam verdi + MÜSAHİBƏ
14 İyul 2020 Artur Rasizadə: “Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”
12 İyul 2020 “Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya
02 İyul 2020 Bu gün buraxılış imtahanı var
01 İyul 2020 AQSİA sədri qardaş ölkədə nüfuzlu mükafatlara layiq görülüb-YENİLƏNİB
01 İyul 2020 Prezident fələstinli qaçqınlar üçün 300 min dollar yardım ayırdı
01 İyul 2020 Prezidentdən İsmayıllının su tələbatı ilə bağlı sərəncam
29 İyun 2020 Ən çox yoluxma Bakının bu rayonundadır
26 İyun 2020 Rusiyada daha 6800 yoluxma, 176 ölüm
26 İyun 2020 Vasif İmanov: Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!
26 İyun 2020 Rüstəm Xəlilov: Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla 26 İyun Silahlı Qüvvələr Günü elan olunub
25 İyun 2020 Keçmiş deputatlığa namizəd: Özümüzə, özümüzdən olan Millət Vəkilinə hörmətlə yanaşaq!
11 İyun 2020 Vətənə həsr edilən ömür
04 May 2020 Əməkdar mühəndis İlyas Səfərovun rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir
29 Aprel 2020 Lənkaran bu günün reallığında!!!
28 Aprel 2020 Ramsin Abdullayev: Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
16 Mart 2020 Arif Qasımov: Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir
13 Mart 2020 Deputat iclasların keçirilmə saatından narazıdır
06 Mart 2020 Təbrik edirik , Könül xanım!!!
19 Fevral 2020 Bərdə rayon sakini haqsızlığa ehtiraz əlaməti olaraq özünü yandırmaq qərarına gəlib
19 Fevral 2020 Peşə bayramınız mübarək, Mövlud müəllim!!!
19 Fevral 2020 İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
11 Fevral 2020 Xalq ona etimad göstərdi!!!
07 Fevral 2020 “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
07 Fevral 2020 İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasına belə yekun vurdu
07 Fevral 2020 FƏZAİL AĞAMALI " BİZ HAQQIN YANINDAYIQ !
07 Fevral 2020 Vəsilə Abulovanın qalib olması, sanki zamanın tələbidir
07 Fevral 2020 Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR
27 Dekabr 2019 Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı - ÖZƏL