Son xəbərlər

 
Bəşəriyyətin ən ali varlığı insandır . Ulu yaradan bu varlığa o qədər imkanlar vermiş ki ... Bütün bu imkanlardan yararlanıb xarüqələr yaratmaq da olar və yaxud tam əksi . Əsl insan ,  insanlıq adına şərəf və ləyaqət gətirən kəslərdir. O , kəslər ki günümüzün reallığında olduqca azdır , demək olar ki , yox dərəcəsindədir. Yazımım qəhrəmanı da belə şəxsiyyətdir . Sözün doğrusu , onunla ilk tanışlıqda çox təəccübləndim. Məsul bir vəzifə adamının , bir idarə rəhbərinin bu qədər intellektə sahibi olmağı idi , təəccübümə səbəb. Başqaları inciməsin , savadlı , bilikli  rəhbər vəzifədə  olanlar var.  Haqqında danışdığım vəzifəli şəxs isə bütün bunlar fövqündə duran bir şəxsdir.

 Zaqatala rayon 17 saylı Yol İstismar İdarəsinin rəisi Mövlud  Qəhrəmanov! Müsahibim o qədər dərin dünya görüşə , hərtərəfli elmi biliklərə , səlis dil qabiliyyətinə malik bir insandır  ki , sanki bir xəzinə tapmışdım . İnsanlıq , mənəvi zənginlik , alicənablıq xəzinəsi.

Tarix , ədəbiyyat , incəsənət haqqındakı mükalimələri , güclü məntiqi  məndə sadəcə heyranlıq hissi yaradırdı.  Məsəl var çox gəzən çox bilər .  Əvvəllər mən də belə düşünürdüm . Lakin Mövlud müəllimi tanıdıqdan sonra tam əminliklə söyləyə bilərəm ki , çox ,  çox özü də , lap çox oxuyan bu qədər ali keyfiyyətləri özündə birləşdirə bilər. Bir də ki genlə gələn nəsnələr var , bir də doğulduğun torpaq , havasını udub , suyunu içdiyin yurd var . Bunlar da insanı kamilləşdirməyə kömək edən ünsürlərdir. Müsahibim  Miskin Abdal , Aşıq Alı , Dədə Ələsgər ocağı ,  adı çəkiləndə dodağımız əsən , könül yaramız . qəlb dağımız Ulu Göyçəmizin övladıdır. Söz , sənət ocağının ruhu , damarlarından axan halal qan , bir də dərin zəhmət , güclü mütaliə kamil bir insan nümunəsi ortaya çıxarıb Mövlud müəllimin timsalında. Hər kəsə , elm xadiminə , vəzifə sahibinə , dövlət məmuruna , sıradan bir insana örnək olacaq nümunə !

    Sevindim , çox sevindim. Belə bir insanla tanışlığa  sevindim.

Tanrı sizi qorusun Mövlud müəlim . Dəyərli yaşam tərzinizlə ,  şəxsiyyətinizlə , elmi , dünyəvi , dini biliklərinizlə sizlərdən öyrənilməli çox  şeylər var.

Qarşıdan iki bayram , Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı gəlir. Hər iki bayram nünasibəti ilə sizi , ailənizi , yaxınlarınızı və rəhbərlik etdiyiniz bütün kollektivi təbrik edirəm . Uğurlu , düşərli , sizə qəlb rahatlığı , könül fərahlığı gətirən bir il arzulayıram. Arzu edirəm ki , 2019- cu il ömür kitabınıza qızıl hərflərlə yazılsın !

  Müşfiq Kişiyev.

 


Bakımızda  gedən ümumi inkişaf və tərəqqi fonunda ən çox dəyişən, yeniləşən rayonalrdan  biri də Nizami rayonudur.Belə ki , ölkə rəhbəri Cənab İlham Əliyevin sosial- iqtisadi sahədə bütün sərəncam və tapşırıqları Nizami yayonunda ən yüksək səviyyədə yerinə yetirilir. Sona çatmaqda olan 2018- ci il də rayonun sosial- iqtisadi , mədəni həyatında uğurlu bir il kimi yadda qalacaq.

Ən yadda qalan hadisə isə  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2018-ci il tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının, 27 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə B.Çobanzadə küçəsi və M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etməsi , 12 sentyabr 2018-ci il tarixində isə Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmaları idi.

Rayon ərazisində ilboyu tikinti – quruculuq , abadlıq işləri aparılmış , xüsusən qışa hazırlıq məsələri yüksək səviyyədə təşkil olunmuşdur.  Belə ki . çoxmənzilli yaşayış binalarının giriş qapıları, blokların və dam örtükləri təmir olunmuş , ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilmişdir. 

Ekoloji təmizlik , yaşıllaşdırma . ətraf mühitin qorunması məsələləri də hər zaman diqqətdə saxlanılır. Bu məqsədlə cari il ərzində  rayon ərazisində  3750 ədəd həmişəyaşıl ağac və 2020 ədəd bəzək kolu əkilib, 17100 m2 qazon döşənib.Həmçinin  Şərifli küçəsi ilə Ş.Mirzəyev küçəsinin, Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçəsinin, A.Manafov küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində və Q.Qarayev prospekti 71 ünvanında uzun illər istismar nəticəsində tam yararsız vəziyyətə düşmüş istirahət parkları yenidən qurularaq sakinlərin istifadəsinə

Sakinlərin dayanıqlı elektrik , mavi yanacaq ,  rabitə xidmətləri , içməli su ilə təminatı hər zaman nəzarətdə saxlanılır , bu yönümdə müvafiq tədbirlər həyata keçirilir.

Respublika əhəmiyyətli bütün tədbirlər  - əlamətdar günlər . bayramlar . anım günlərin və digər tədbirlər Nizami rayonu İcra hakimiyyətinin birbaşa təşəbbüsü və iştirakı ilə yüksək səviyyədə həyata keşirilir.

İcra başçısı Arif Qasımov mütəmadi olaraq rayon sakinləri ilə görüşür , onları narahat edən məsələlərlə , problemlərlə yerindəcə tanış olur , həlli üçün bütün imkanları səfərbər edir.

 
Qarşıdan Yeni il gəlir. Bu münasibətlə başda İcra başçısı Arif müəllim olmaqla İcra hakimiyyəti işçilərini və bütün rayon sakinlərini ürəkdən təbrik edirik. Cansağlığı , fəaliyyətlərində və ailə həyatlarında uğurlar arzulayır. Qoy 2019- cu il hər kəsə düşərli  , uğurlu olsun !

Çıxışlardan sonra A.Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunan Nizami Rayon İcra Hakimiyyəti  başçısının müavini Gülnaz İsrafilovaya “Dövlət qulluğunda fərqlənməyə” görə medalını təqdim edib.

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən “Zəngi” liseyinin riyaziyyat müəllimi Bağırov Arif Rəşid oğlu, 201 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Afət Mürşüd qızı və “Tərəqqi” medalı ilə təltif edilmiş 32 №-li tam orta məktəbin direktor müavini Şıxəliyeva Yeganə Şıxəli qızı, 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlar təbrik edilib və hədiyyələr təqdim olunub.

Təbriklərdən sonra çıxış edən “Zəngi” liseyinin məzunu Leyla Şükürlü təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və bitirdiyi liseyin müəllim kollektivinə qazandığı uğurlara görə təşəkkür edib.

Yığıncağı yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı A.Qasımov təhsil işçilərini və məzunları qazandıqları uğurlara görə bir daha təbrik edib və qarşıda duran vəzifələrə dair aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib.


Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 18 oktyabr 2018-ci il tarixli telefonoqramında bildirilmişdir ki, Nizami rayonunun 4085-ci məhəlləsində ağac kəsimi faktı aşkarlanmışdır. Bunun əsasında “İctimai” və “Lider” televiziyalarında da bu barədə informasiya yayılmışdır. Lakin yerində və ətraf ərazilərdə aparılan araşdırmaların nəticəsində bir ədəd ağacın naməlum yerdə kəsilərək bu əraziyə atılması aşkarlanmışdır. Sözügedən ərazidə mövcud olan ağacların bəzilərində təbii quruma müşahidə edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə razılaşdırılmaqla bu ağacların yeni ağac növləri ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Mövcud yaşıllıqların qorunması məqsədilə həmin ərazi rayonun aidiyyəti qurumları tərəfindən nəzarətə götürülmüşdür.

Hal-hazırda Nizami rayonu ərazisində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır. Şərifli küçəsi ilə Ş.Mirzəyev küçəsinin, Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçəsinin, A.Manafov küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində və Q.Qarayev prospekti 71 ünvanında uzun illər istismar nəticəsində tam yararsız vəziyyətə düşmüş istirahət parkları yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir. Ümumilikdə, ancaq 2018-ci il ərzində 12900 m2 qazon, 2025 ədəd müxtəlif növ ağac və 1600 ədəd dekorativ kol əkilmişdir.

Hal-hazırda rayonda abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Qeyd edək ki, cari il ərzində rayon ərazisində  3750 ədəd həmişəyaşıl ağac və 2020 ədəd bəzək kolu əkilib, 17100 m2 qazon döşənib.

üşavirədə payız-qış mövsümünə hazırlığın daim diqqət mərkəzində saxlanıldığını qeyd edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. A.Qasımov payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon üzrə Tədbirlər Planı təsdiq edildiyini bildirərək, xidmət sahələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin də Tədbirlər Planında nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat verən Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov rayonda çoxmənzilli yaşayış binalarının giriş qapıları, blokların və dam örtüklərinin təmiri, ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilməsi məsələlərinin aidiyyəti təşkilatlar tərəfindən xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Eyni zamanda, rayonda aparılan abadlıq, quruculuq və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Baki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, və Baki Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlandığını, eyni zamanda mövsümlə bağlı tövsiyələrinin rayonlara paylanıldığını diqqətə çatdırıblar. Həmçinin, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlandığını da bildiriblər. Natiqlər payız-qış mövsümündə, xüsusilə qeyri-sabit hava şəraitində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirilməsinin, yollarda yağıntı sularını axıdan drenaj sistemlərinin işlək, kommunal qurumların, digər idarə və təşkilatların sərancamında olan xüsusi texnikaların saz vəziyyətdə olmasının, kifayət qədər inventar, qum və duz tədarüklərinin görülməsinin və işçilər arasında xüsusi iş qrafikinin təsdiq olunmasının, sakinlərin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü, mövcud vəziyyətin təhlil edildiyini və hazırlıq işlərinin gedişatı ilə bağlı hər hansı ciddi bir problemin olmadığını qeyd edib və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyini vurğulayıb.

“Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) nəinki yük­səkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır.”

   Ümummilli lider - Heydər Əliyev .

 
   Həqiqətən də bu gün ADAU bu etimadı yüksək səviyyədə doğrultmaqda , ölkə təhsilinə öz töhfələrini verməkdə , aqrar sahənin inkişafı ilə əlaqədar olaraq hərtərəfli bilik və bacarıqlara malik yüksək ixtisaslı kadrlar hazırlamaqdadır.Bu təhsil ocağına  maraq və tələbat ildən- ilə   artan tələbə sayında bir daha özünü göstərməkdədir. 
 Nahaq yerə deyil  ki, cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə minimum keçid balının 150 olmasına baxmayaraq, faktiki keçid balı əksər ixtisaslarda  200-dən çox olub.  Bu göstərici “meliorasiya və su təsərrüfatı tikintisi” ixtisasında 296 (əvvəlki tədris ilində 294) bal, “torpaqşünaslıq və aqrokimya”da 267 (254), “aqronomluq”da 247 (236), “zootexniklik”də 211 (201), “aqromühəndislik”də  248 (238), “meşəçilik”də 212 (206), “şərabçılıq”da 213 , “ekologiya”da 257 (176),  “baytarlıq”da 211 (167), “əczaçılıq”da 301 (182) bal təşkil edib.
Həmçinin  ,universitetdə həyata keçrilən həvəsləndirici , stimulverici tədbirlər də olduqca təqdirəlayiqdir və yüksək qiymətləndirilməlidir. 

 
 17 sentyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qeyd olunan “Bilik günü”   olduqca əlamətdar və yaddaqalan   keçib.  Belə ki ,  Kənd Təsərrüfatı naziri İnam Kərimovun, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun və digər qonaqların iştirak etdiyi tədbirdə hər fakültə üzrə ən yüksək bal toplayan tələbələrin mükafatlandırılması ilə yanaşı ümumilikdə qəbul imtahanlarında yüksək bal toplayan 82 tələbə ilə də  görüş keçirilib. 

 Görüşdə kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüdün verilməsi elan edilib. Bu, ümumilikdə 44 tələbəni əhatə edib. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr də yaddan çıxmayıb. Tələbələrlə təşkil olan görüşdə qeyd edilib ki, müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə ayda120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd veriləcək.

Beləliklə, dövlət başçısının aqrar sahəyə və aqrar təhsilə diqqət və qayğısı nəticəsində universitetə yüksək balla qəbul olan 82 tələbə hər ay əlavə təqaüdlə təmin olunacaq.

 
  Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü  İbrahim Cəfərov hər zaman tələbələrin , gənclərin arasındadır , onların problemləri , qayğıları ilə maraqlanır , lazım olan  bütün  dəstək və köməkliyini onlardan əsirgəmir. Bu il də hər il olduğu kimi  dərs ilinin  elə ilk həftəsində təhsilin magistratura pilləsinin 1-ci kursuna qəbul olan tələbələrlə görüşüb.Rektor İbrahim Cəfərov tələblərlə görüşdə vurğulayıb : "   Bu gün dövlət sizin mükəmməl və keyfiyyətli təhsil almağınız üçün hər şəraiti yaradıb. Əslində siz bizim üçün kadr bazasısınız. Eyni zamanda dövlət və elm üçün böyük əhəmiyyət kəsb edirsiniz. Elmin gələcəyi sizlərin əlindədi. Odur ki, müəllimlərinizdən daha çox öyrənməyə  çalışın. Elmi nəzəriyyənin təcrübəyə tətbiqi üçün də istənilən şərait var və siz bu şəraitdən bəhrələnə bilərsiniz ".

Qeyd etmək yerinə düşərdi ki , bu il magistratura təhsili almaq üçün 30 ixtisas və 76 ixtisaslaşma üzrə 127 nəfər tələbə məhz bu universiteti seçib. Onlardan 54 nəfəri isə təhsilini dövlət sifarişi əsasında alacaq.


 Görüşdə tələbələr xaricdə təhsil, iş məsələsi, dil öyrənmək, təcrübələrdə iştirak etmək və başqa suallar səsləndirib və qaldırılan sualların hamısına da müsbət cavablar alıblar.

 
 Göründüyü kimi , səriştəli , qayğıkeş , savadlı , işini günün tələbləri səviyyəsində qurmağı bacaran rəhbərliyə , hərtərəfli  hazırlıqlı pedaqoji kontingentə , yüksək maddi - texniki bazaya malik ADAU  respublikamız üçün ali təhsilli  ixtisalı kadrların yetişirilməsi yolunda bütün imkanlarını səfərbər edir , ən yüksək naliyyətlərə imza atmaqda davam edir. 

Müşfiq Kişiyev

b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_beylqan.jpg
b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_balu1.jpg
 Respublikamızın   aqrar sahədə inkişaf etmiş rayonlardan biri də Beyləqan rayonudur. Son zamanlar rayonun soaial- iqtisadi , tikinti- quruculuq , soaial- mədəni həyatındakı dinamiklik diqqət çəkməkdədir. 
b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_balu2.jpg Belə ki , regionların sosial-iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, Ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərini yaxşılaşdırılması, aqrar sektorun, meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və  yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər həyata keçirilməkdədir. 
b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_balu3.jpg Nahaq yerə deyil ki ,  2018-ci  ilin birinci rübündə rayonda  ümumi məhsul istehsalı 52,8 milyon manata çataraq 102 faiz olmuş, o cümlədən sənaye məhsullarının istehsal həcmi 8,5 milyon manat, 103,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 37,1 milyon manat olmaqla 101,2 faiz təşkil etmişdir. Həmçinin adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 379,7 manat olmaqla 101 faiz olmuşdur.  b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_balu4.jpg2018- ci ilin ilk günlərindən Rayon ərazisində genişmiqyaslı tikinti-quruculuq , abadlıq işləri vüsət almışdır. Belə ki , 2018-ci ilin birinci rübündə  Beyləqan Olimpiya İdman Kompleksinin, Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə, 1941-45-ci illərdə həlak olmuş həmvətənlilərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmirinə başlanılmış, qiymətli üzlük daşlarla üzlənmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_balu5.jpg İnfrastrukturun yaxşılaşdırılması , əhalinin içməli  və suvarma suyu , mavi yanacaq . davamlı elektrik enerjisi ilə təminatı ən yüksək səviyyədə həyata keçirilir.

  Yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə də bir sıra tədbirlər həyata keçirilmiş , hal- hazırda da davam etdirilməkdədədir.  Belə ki ,  130 ədəd işıq əks etdirici pərdə yapışdırılmış, 130 yeni siqnal dirəyi basdırılmışdır. Yerli əhəmiyyətli yollardan Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolunda, Bünyadlı-Gödəklər, Qaralılar kəndinin giriş yollarında avtoqreyderlə hamarlanma və çala təmiri işləri aparılmışdır. Birinci Aşıqlı, Əlinəzərli kəndlərinin və Mayak qəsəbəsinin giriş yollarında 6 nömrəli magistral-yol idarəsi tərəfindən əsaslı təmir işlərinə başlanılmış, həmin sahələrdə yol yatağı salınmış, çınqıl materialı tökülərək yol əsaslı tikilmişdir. Yaxın aylarda yol örtüyünün asfalt-beton qarışığı ilə tikintisinə başlanılacaqdır.

 Rayon ərzisində hər zaman diqqətdə saxlanılan məsələlərdən biri də insanların sosial – rifah halının yaxşılaşdırılması , məşğulluğunun artırılmasıdır . Bu məqsədlə ötən 3 1ay ərzində 418- daimi olmaqla , 693 yeni iş yeri açılmışdır.

  Rayonun sosial- mədəni həyatı da daim yeniliklərlə dolu olmuşdur. Belə ki , bütün əlamətdar günlər , bayram tədbirləri , mühüm əhəmiyyətli tədbirlər rayon İcra Hakimiyyətinin birbaşa iştirakı və təəssübkeşliyi ilə  yüksək səviyyədə qeyd edilmişdir.

  İcra başçısı Vaqif Abdullayev mütəmadi olaraq rayon sakinləri , ayrı- ayrı  qəsəbə və kənd sakinləri ilə görüşlər keçirir.İnsanları narahat edən məsələlər və problemlərlə yerindəcə maraqlanır , problemlərin həllinə çalışır , bu barədə heç bir yardımını əsirgəmir.

    Göründüyü kimi , Ölkə rəhbəri Cənab İlham Əliyevin regioanların  sosial – iqtisadi inişafı proqramına uyğun olaraq Beyləqan rayonunda məqsədyönlü işlər görülür , mühüm tədbirlər həyata keçirilir.  Buradakı bütün əməli fəaliyyət dövlətə ,dövlətçiliyə ən yüksək səviyyədə xidmətə köklənib .


    P. S. Son zamanlar İcra başçısı Vaqif Əliyev haqqında qərəz dolu , yalan - yalnış yazılar yer almaqdadır. Bütün bunlar ədalətə kölgə salmaqdan , ağa - qara deməkdən başqa bir şey deyil. Görülən məqsədyönlü işlərəri görməzdən gəlmək , haqsızlıqdır , ədalətsizlkdir! Əlinə qələm alan , özünü peşəkar hesab edənlər belə ədalətsizliyə yol verməməli , haqqı nahaqdan ayırmağı bacarmalıdırlar. Belə hallar nə peşə etikasına sığır , nə də ki vicdana ! 

 Müşfiq Kişiyev.

b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_TUZ4.jpg

Respublikamızın qərb bölgəsində yerləşən Tovuz  sürətlə inkişaf etməkdə olan aqrar rayonudur. Ölkə rəhbəri cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəlik sərəncam , qərar, tapşırıqları rayonda  yüksək məsuliyyət və əhval-ruhiyyə ilə həyata keçirilir.
Nahaq yerə deyil ki , Tovuz  bu gün kənd təsərrüfatı bitkilərinin yetişdirlməsi üzrə ön sıralardadır.

b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_TUZ.jpg  
Hal-hazırda aqrar sahənin bütün sahələrində yüksək məhsuldarlıq əldə edilməkdədir. Belə ki , rayonda taxıl biçini uğurla başa çatmış, 19350 ha sahədə buğda biçilərək 63000 ton (hər ha-dan 32 s), 1061 ha sahədə arpa biçilərək 2780 ton məhsul tədarük edilmişdir.
 Rayonun yüksək inkişaf etmiş sahələrindən biri də kartofçuluqdur. Cari ildə rayonda  6628 ha sahədə kartof əkilmişdir. 85000 ton məhsul yığılmışdır. Hal-hazırda da  sahələrdə kartof yığımı  davam etdirilir.  Məhsuldarlıq hər hektardan 300-350 s təşkil edir.

b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_TUZ1.jpg
Yaxın keçmişdə , yəni podsovet dövründə rayonda  yüksək inkişaf etmiş sahələrdən biri də üzümçülük idi. Lakin müstəqillik illərində  bu sahədə böyük süqut yaşandı. Hal-hazırda isə bu xeyirli sahənin sürətli inkişafı göz önündədir. Həm texniki , həm də süfrə sortları yetişdirilməsi həyata keçirilir.

Rayonda , həmçinin kənd təsərrüfatının digər gəlirli sahələri tütünçülük , baramaçılıq , iri- və xırda buynuzlu heyvandarlıq da sürətli inkişaf mərhələsindədir.

 b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_TUZ2.jpg 
Təbii ki , bütün sahələrin sürətli və dinamik inkişafı rayon rəhbərliyinin  fermerlərə  , yerli sahibkarlara yaratdığı yüksək şərait və qayğı -diqqətin nəticəsidir.

 Bu gün Tovuz rayonunda sürətli inkişaf təkcə aqrar sahədə deyil , rayonun sosial- iqtisadi , tikinti-quruculuq , infrastrukturun yenilənməsi  sahələrində də özünü göstərməkdədir. Belə ki, günü-gündən gözəlləşən , əsrarəngiz simaya bürünən  rayon mərkəzi , ətraf kənd və qəsəbələr belə deməyə əsas verir. Yollar asfaltlanır , səki daşları yenilənir , bardürlərə yeni üzlüklər çəkilir. Hər yerdə bir canlanma , bir qurub-yaratmaq əzmi özünü göstərir.

b_500_300_16777215_10_images_xeber_sekilleri_31oktyabr2017_TUZ3.jpgƏhalinin dayanıqlı elektrik , mobil xidmət , rabitə ,  mavi yanacaq , içməli və suvarma suyuna olan tələbatı yüksək səviyyədə ödənilir.

 Rayonda bütün sosial-mədəni tədbirlər ,   əlamətdar günlər , mühüm əhəmiyyətli tədbirlər rayon İcra hakimiyyətinin göstərişi və birbaşa iştirakı ilə həyata keçiriir.

 İcra başçısı Məmməd Məmmədov rayon sakinləri ilə mütəmadi olaraq görüşlər təşkil edir , onları narahat edən məsələlər , problemlərlə yerindəcə və yetərincə maraqlanır . Müvafiq tapşırıq və göstərişlərini verir , problemlərin yerindəcə həll edir.

Göründüyü kimi Tovuz rayonu günümüzün reallığı ilə ayaqlaşır, günü-gündən inkişaf edir , dövlətimizə , dövlətçiliyimizə öz töhfələrini verir.

Müşfiq Kişiyev


Respublikamızın qərbində yerləşən Ağstafa rayonu son illər sürətlə inkişaf etməkdədir. Elə 2018- ci ilə  də rayon yüksək əhval-ruhiyyə başlamışdır. Sosial- iqtisadi ,  tikinti- quruculuq . mədəni həyatında   qənaətbəxş nəticələrə imza atılmışdır.
 Belə ki ,ötən yeddi ay ərzində  ümumi məhsul buraxılışının həcmi 7.7 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 93.8 faiz,  kənd təsərrüfatı məhsullarının həcmi 36.3 faiz artmış, nəqliyyat xidmətində 6.1 faiz, rabitə xidmətində 8.5 faiz, ticarət sahəsində 8.5 faiz artım olmuşdur.

 Tikinti- quruculuq içləri baxımından möhtəşəm layihələr həyata keçirilməyə başlanılmışdır ki , bunlardan  “Ağstafa Store”, Ağstafa Avtovağzal və Ağstafa Otel kompleksləri də daxil olmaqla yeni şəhərcik buna misaldır.

 Rayon ərazisində fəaliyyət göstərən “Akkord Tekstil”  fabriki öz böyük naliyyətləri ilə öncül sıralardadır. Belə ki ,  10 ildir fəaliyyət göstərən müəssisə topladığı yüksək təcrübə  və səmərəli fəaliyyəti və  əldə etdiyi uğurlar nəticəsində   əməkdaşlıq çevrəsini daha da genişləndirərək ,  xaricə çıxmışdır. Belə ki, “Akkord Tekstil” MMC-nin Ağstafa şəhərində yerləşən tikiş fabrikində  “Akkord Tekstil” MMC ilə “DEHA Üretim Pazarlama ve İhracat Ltd” Türkiyə şirkətinin birgə fəaliyyəti nəticəsində avropa standartlarına uyğun  köynək istehsal edən yeni tikiş xəttinin quraşdırılma işləri başa çatdırılmışdır. Müasir tələblərə cavab verən avadanlıqların quraşdırılmasında Türkiyənin «Astaş» şirkətinin mütəxəssisləri iştirak etmişlər. Yeni tikiş xəttinin istifadəyə verilməsi nəticəsində bir ayda 15 000 ədəd köynəyin istehsal edilməsi mümkün olmuşdur. Burada  istehsal edilən köynəklər  “Made in Azerbaijan” brendi altında “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və s. Dünyaca məşhur ticarət markaları ilə yerli və xarici bazarlara təqdim edilir.
Hazırda tekstil müəssisəsinin yenidənqurma işləri sürətlə davam etdirilir. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.

 Bundan başqa  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafada yaradılmış,  özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L”  EKO sənaye parkı  fəaliyyətini uğurla davam etdirməkdədir. 19 oktyabr  2016-cı il tarixdə  möhtərəm Prezidentimizin Ağstafa rayonuna növbəti səfəri çərçivəsində açılışını etdiyi “Karvan-L” EKO sənaye parkında yaradılan şəraiti yüksək qiymətləndirmişdi. Dövlət başçısı sənaye parkında hazır müəssisələrin açılışını edərək bildirmişdir ki, “Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb”.
 Belə ki, burada polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də  üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir.
Hazırda sənaye parkının layihəsinə uyğun olaraq   istehsal gücü sutkada  500 kv. metr olan keramika dam örtüklərinin istehsalı  zavodunun və satış mərkəzinin inşasında  son tamamlama işləri həyata keçirilir. Keramika dam örtükləri və kərpic istehsal edəcək zavod 1,5 ha ərazini əhatə edir.  Artıq zavodda yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə test-yoxlama qaydalarına uyğun olaraq ilkin məhsul istehsalı həyata keçirilir. Məqsəd həm işçilərin təcrübə toplamasına və həm də istehsalat prosesində məhsulların yüksək keyfiyyətliyinin müəyyənləşdirilməsidir. Müəssisə tam olaraq  fəaliyyətə düşdükdən sonra isə burada  150 nəfərdən çox şəxs işlə təmin olunacaqdır.

Həmçinin rayon ərazisində abadlıq- quruculuq , infrastrukturun yenilənməsi işləri uğurla icra olunmaqdadır.  Rayonun yaşayış məntəqələrində olan çoxmənzilli yaşayış binaları təmir olunur, həyətləri və ətraf əraziləri abadlaşdırılır. Hazırda təmir-bərpa işləri aparılan binalardan Ağstafa şəhəri Ş.Qurbanov küçəsində yerləşən 23 və 24 saylı beşmərtəbəli, çoxmənzilli yaşayış binalarında işlər sürətlə davam etdirilir.
Görülən işlər çərçivəsində hər iki binanın dam örtükləri yenidən qurulmuş, 8 bloklu binaların giriş blokları, pilləkən meydançaları və pilləkən marşları keramit piltələrlə  üzlənmişdir. Giriş bloklarda mövcud olan pəncərə blokları plastik pəncərə blokları ilə əvəz edilmiş, kommunal xətlər  bərpa edilmişdir.

Əhalinin dayanıqlı elektrik , mavi yanacaq , içməli və suvarma suyu ilə , rabitə və digər xidmətlərlə təminatı yüksək səviyyədə həyata keçirilir.

Ağstafa rayonunun sosial- mədəni həyatı da dinamikliyi ilə yadda qalan olmuşdur. Bütün dövlət tədbirləri , əlamətdar günlər , anım günləri rayon İcra Hakimiyyətinin birbaşa göstərişi və iştirakı ilə yüksək səviyyədə həyata keçirilmişdir.

 İcra başçısı Məhərrəm Quliyev mütəmadi olaraq rayon sakinləri ətraf qəsəbə və kəndlərin sakinləri ilə səyyar-qəbul görüşləri təşkil edir ,ayrı- ayrı vətəndaşları fərdi qəbul edir . onların qayğı və problemləri ilə yerindəcə tanış olur ,  müvafiq göstəriş və tapşırıqlar verir.

 P.S . Qarşıdan müsəlmanların müqəddəs bayramı olan Qurban bayramı gəlir.Bayram münasibəti ilə başda İcra başcısı Məhərrəm Quliyev olmaqla bütün ağstafalıları təbrik edir , bol- ruzi bərəkət və firavan həyat arzulayırıq.

 Müşfiq Kişiyev.

 Əli Həsənov
 Nəsimi rayonu 3 saylı TSEK-in sədri 

Müstəqillik tariximizin banisi Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi nadir şəxsiyyətlərdən biridir. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu, qüdrətli bir ölkəyə çevrilməsi yalnız bu dahi şəxsiyyətin sayəsində mümkün olub. Biz bu gün iftixar hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında misilsiz tarixi xidmətidir. Heydər Əliyevin dövlət idarəçiliyi məktəbi, Azərbaycanın hərtərəfli və dinamik inkişafı üçün gördüyü möhtəşəm fəaliyyəti dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübut edən ən dəyərli nümunədir. Tariximizin Heydər Əliyevin siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası naminə atılan qətiyyətli addımlar, tənəzzüldən sürətli inkişafa nail olunması ulu öndərimizin möhtəşəm tarixi nailiyyətidir. 1993-cü ilin iyun ayında Azərbaycanda cərəyan edən hadisələr dövlətçiliyimizi və müstəqilliyimizi böyük təhlükə qarşısında qoymuşdu. Siyasi və iqtisadi böhranla üzləşmiş ölkəmizdə vəziyyət olduqca ağır idi. Azərbaycan öz tarixinin çox çətin, ağır bir dövrünü yaşayırdı, ölkəmizin bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq yaranmışdı. Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bu dövrdə yaxın gələcəkdə ölkədə sabitliyin bərpa olunacağına heç kəsdə ümid yox idi. Problemlər baş alıb gedirdi. Həmin problemləri isə aradan qaldıra biləcək yeganə qüvvə yalnız və yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Respublikada özbaşınalıqdan, hakimiyyətsizlikdən cana yığılan xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatını ancaq böyük şəxsiyyət və nəhəng siyasətçi Heydər Əliyevdə görərək onu təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Öz xalqının çağrışına heç vaxt biganə qalmayan dahi rəhbər xalqının səsinə səs verdi. 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Həmin gün müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, ölkəmizi daxili və xarici qəsdlərdən qorudu, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qeyri-qanuni silahlı qüvvələri zərərsizləşdirdi, dövlət çevrilmişi cəhdlərinin qarşısı alındı, Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar oldu. Qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabr ayının 20-də dünyanın aparıcı iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi", 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması, dünya iqtisadiyyatına inteqrasiya dövrü kimi tarixə yazılmışdır. Müstəqilliyimiz qorunub möhkəmləndikcə, dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi. Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi, mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatları keçirildi. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını və möhkəmləndirilməsini təmin etdi. 15 İyun Milli Qurtuluş günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxtlik və səadət arzulayıram.


Qarabağımızın səfalı güşələrindən biri olan Tərtər rayonu  əsasən aqrar rayonu kimi tanınmışdır. Ötən ili yüksək nailiyyətlərlə başa vuran rayon 2018-ci ilə də gözəl əhval- ruhiyyə ilə başlamış,yeni ilin elə ilk günlərindən rayon ərazisində tikinti-quruculuq , abadlıq işləri geniş vüsət almış ,bu yöndə səmərəli tədbirlər həyata keçirilmiş , hal-hazırda da davam etdirilməkdədir.

  Belə ki ,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər  şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələrinin və giriş bloklarının əsaslı təmir işlərinə başlanılmışdır. Şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəb binalarında əsaslı təmir işləri başa çatdırılmışdır. Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində abadlıq və yenidənqurma işlərinə başlanılmışdır.

Küçələrin istinad divarları bir çox yerlərdə mişar daşı ilə hörülmüş, küçə divarları bütünlüklə aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçələrdə yol kənarlarına bardyorlar düzülmüş, yola asfalt örtüyü salınmışdır. Bundan başqa həmin küçələrdə işıq, qaz, su-kanalizasiya və rabitə xətləri səliqəyə salınmış, yararsız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilmişdir. Hazırda bu işlər davam etdirilir.

Rayon mərkəzində Olimpiya İdman Kompleksinin, Elman Səfərov küçəsində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmışdır.Həmçinin Qaradağlı kənd tam orta məktəbi Yaponiya səfirliyinin xətti ilə əsaslı təmir olunur.

Tikinti-quruculuq işləri baxımından nəzərdə tutulan mühüm əhəmiyyətli bir sıra obyektlər vardır . Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin  ,  şəhərin Heydər Əliyev prospektində Bayraq Muzeyinin,Rayon icra hakimiyyətinin inzibati binasının  və

Nizami küçəsində Xalça İstehsalı Emalatxanasının tikintisi bu sıradandır. Bu obyektlərin layihə-smeta sənədləri üçün sifariş verilmişdir və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır

 Yol infrastrukturunun yaxşılaşdırılması da rayonda hər zaman nəzarətdə saxlanılmaqdadır.  Bu məqsədlə uzunluğu  21.5 km olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması işlərinə başlanılmışdır.


Hər zaman diqqət mərkəzində saxlanılan məsələlərdən biri də rayon ərazisində ekoloji tarazlığın qorunması , yaşıllığın artırılmasıdır.  Bu il də Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 8.5 mindən çox müxtəlif növ ağaclar, 1.5 min gül kolları və 500 min ədəd həmişəyaşıl kolları əkilmişdir.

 2018-ci ilin bir neçə ayı ərzində  rayonda ümumi məhsul buraxılışının həcmi , kənd təsərrüfatı və sənaye məhsullarının həcmi də ötən illərə nisbətən artan dinamika ilə inkişaf etmişdir.

Rayon əhalisinin məşğulluğunun artırılması , sosial-rifah hallarının yaxşılaşdırılması hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxladığı ən mühüm işlərdən biridir .Bu məqsədlə  537 yeni iş yeri açılmışdır ki, onun da 117-si daimi iş yerləridir. Bundan başqa 420 mövsümü iş yerləri də açılmışdır.

Kənd təsərrüfatının əsasını təşkil edən pambıqçılıq ,baramaçılıq və dənli bitkilərin istehsal həcminin artırılması ,daha yüksək nəticələrin əldə olunması məqsədilə ciddi işlər görülmüş,hal-hazırda da davam etdirilməkdədir. Həmçinin sahibkarlığın inkişaf etdirilməsi məqsədilə İcra Hakimiyyəti tərəfindən sahibkarlara hər zaman qayğı və diqqət göstərilir,hərtərəfli dəstək nümayiş etdirilir.

Bundan başqa rayon əhalisinin suvarma ,içməli su , mavi yanacaq , elektrik enerjisi , rabitə xidmətləri ilə yüksək səviyyədə təminatı həyata keçirilməkdədir.

  Tərtər rayonunu sosial- mədəni həyatı da hər il olduğu kimi bu il də dinamik keçməkdədir. Belə ki ,rayon İcra Hakimiyyətinin təşəbbüsü və birbaşa iştirakı ilə bütün əlamətdar günlər ,bayram tədbirləri , anım günləri yüksək səviyyədə qeyd edilir.Ümummilli lider , Heydər Əliyevin 95  , Cümhuriyyətin 100 illiyinə həsr edilmiş möhtəşəm tədbirlər də bu silsilədəndir.

Rayonun İcra başçısı Müstəqim Məmmədov hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanır , insanların narahatçılığına yerindəcə son qoymaq üçün əlindən gələni əsirgəmir.

 Göründüyü kimi,ölkə rəhbəri Cənab İlham Əliyevin qayğı və diqqətini hər zaman öz üzərində hiss edən Tərtər rayonunda həyat dinamik sürətlə inkişaf edir , yeni-yeni uğurlara imza atılır.

.


 Heydər Əliyev siyasi kursu , Azərbaycan Dövlətçiliyinə və Prezidentinə  Milli Dəstək Mərkəzi  Gənclər gününə həsr edilmiş tədbir keçirdi . Tədbirdə Mərkəzin fəalları , ayrı - ayrı rayon şöbələrinin nümayəndələri , ziyalılar , mədəniyyət və incəsənət xadimləri , ictimai - siyasi xadimlər iştirak etdi.
 Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Nəbi Qafarov Azərbaycan gəncliyinin bugünkü həyatından geniş və ətraflı bəhs etdi . Dövlət başçısının gənclərimizə göstərdiyi qayğı və diqqətdən , həmçinin gənclərin respublikamızın mədəni , ictimai- siyasi həyatındakı rolundan danışdı..Gənclərimizi bayram münasibəri ilə təbrik edən Nəbi müəllim omları  hər zaman dövlətimizə , dövlətçiliyimizə belə dəstək olmağa səslədi. Digər iştirakçılar da gəncləri təbrik edərək onlara uğurlar dilədilər.