Son xəbərlər

9 saylı Yol İstismar İdarəsinin rəisi Rəşad Cəfərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Rəşad Cəfərovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 9 saylı Yol İstismar İdarəsinin rəisi Rəşad Cəfərovdur.

9 saylı Yol İstismar İdarəsinin rəisi Rəşad Cəfərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rəşad Cəfərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Rəşad Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bakuxeber.info olaraq sorğu apardıq ağız dolusu Rəşad Cəfərovdan danışdılar yaxşı ki, Rəşad Cəfərov 9 saylı Yol İstismar İdarəsinin rəisi təyin olunub… Rəşad Cəfərov öz isguzarlığı ilə tanınır və seçilir….

Payız-qış mövsümünə hazırlıq işləri Rəşad Cəfərovun rəhbərlik etdiyi “9 saylı Yol İstismarı” MMC-nin kollektivi tərəfindən ciddi məsuliyyət və yüksək peşəkarlıqla həyata keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, bu gün İsmayıllı rayonunda da yol infrastrukturunun yenilənməsi istiqamətində geniş miqyaslı işlər aparılır. Müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinin və şəxsən  Saleh Məmmədovun birbaşa  nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə aparılır. Qeyd etməliyik ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, İsmayıllı rayonunda işlərin bilavasitə icraçısı olan “9 saylı Yol İstismarı” MMC -nin səmərəli fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etdiyimiz kimi, əsasən İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bu müəssisə Dövlət Proqramının icrasından irəli gələn tələblərə uyğun olaraq, kəndarası yolların təmiri, bərpası və tikintisi ilə məşğul olur. Diqqətəlayiq haldır ki, müəssisənin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalarda da qeyd olunur ki, məhz idarənin rəisi Rəşad Cəfərovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Vurğulanır ki, Rəşad Cəfərovun rəhbərliyi ilə İsmayıllı rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verməkdədir.

Həmçinin “9 saylı Yol İstismarı” MMC-nin kollektivi hazırda qışa hazırlıq işləri ilə intensiv şəkildə məşğul olur. İlk növbədə payız-qış mövsümünə hazırlıqla əlaqədar maşın-mexanizmlər təmir olunaraq saz vəziyyətə gətirilmişdir. İdarədə qış mövsümündə avtomobil yollarına səpilmək üçün tələb olunan miqdarda qum və duz ehtiyatı yaradılmışdır, bu istiqamətdə işlər davam etdirilir.



Rəşad Cəfərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Rəşad Cəfərov heç vaxt əqidəsindən döndərə bilməz.

Rəşad Cəfərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rəşad Cəfərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rəşad Cəfərov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Rəşad Cəfərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rəşad Cəfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rəşad Cəfərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 9 saylı Yol İstismar İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rəşad Cəfərov özünü doğruldub. Bizdə hörmətli Rəşad Cəfərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
9 saylı Yol İstismar İdarəsinin rəisi Rəşad Cəfərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır9 saylı Yol İstismar İdarəsinin rəisi Rəşad Cəfərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

 

Ardını oxu...

Elxan Yaqubov: “Bu, xəstəliyin simptomlarını yox, səbəbini aradan qaldıran müalicə növüdür

Son illər Azərbaycanda tibb sahəsində tez-tez gündəmə gələn Bioloji təbabət ifadəsi hələ də bir çoxları üçün sirr olaraq qalmaqdadır. İnsanlar bioloji təbabət dedikdə yalnız müxtəlif bitkilər, yəni xalq təbabəti vasitəsilə müalicəni başa düşürlər. Bakıda fəaliyyət göstərən Bioloji Təbabət Klinikasının baş direktoru Elxan Yaqubovla müsahibə zamanı “bioloji təbabət” ifadəsinin məğzini açmağa çalışdıq:

– Bioloji təbabət nə deməkdir? Klinikanızın adını və fəaliyyət istiqamətini açıqlayardız zəhmət olmasa...

– Klinikamız istifadə etdiyimiz müalicə metodlarına uyğun olaraq Bioloji Təbabət klinikası adlanır. Bioloji təbabət deyiləndə insanlar yanlışlıqla ilk olaraq bioloji aktiv əlavələrlə, xalq təbabəti, bitkilərlə müalicəni başa düşürlər. Bu, səhv yanaşmadır. Dünyada Bioloji təbabətlə müalicənin mərkəzi Almaniyadadır. Avropanın digər ölkələrində çox sayda bioloji təbabət klinikaları mövcuddur. İsveçrədə, Belçikada, İtaliyada, Danimarkada bioloji təbabətlə müalicəyə əsaslanan klinikalar var. Kolumbiyada 30-dan artıq belə tibbi mərkəz fəaliyyət göstərir. Adları müxtəlif olsa da, bu mərkəzlərdə müalicələr bioloji təbabət metodları ilə aparılır. Məsələn, İsveçrədə 30 il bundan əvvəl yaranan “Paracelsus” klinikası, “Alpsteyn clinic” adlanan digər klinika eynilə bioloji təbabətlə müalicəni tətbiq edirlər. Azərbaycanda isə bu klinikanın adı məhz Bioloji Təbabətdir; eyni layihə çərçivəsində Sumqayıtda və Göyçayda da klinikalarımız fəaliyyət göstərir. 
Bioloji təbabətlə müalicə müasir müalicə metodudur. Burada əsas məsələ müalicəyə yanaşma prinsipidir.Yəni, orqanizmə vahid bir sistem kimi yanaşan bioloji təbabətlə müalicə zamanı xəstəliyin simptomları deyil, yaranma səbəbləri aradan qaldırılır. Məlumdur ki, müasir zamanda xəstəliklərin 90 faizi xronikidir. Pasiyent şikayətlərinə uyğun olaraq həkimə müraciət edir və mütəmadi olaraq müalicə alır, xəstəlik isə sağalmaq əvəzinə getdikcə ağırlaşır. Həkim dərmanın dozasını, sayını artırsa da müalicə effekt vermir.Çünki müalicə səbəbin deyil, simptomların aradan qaldırılmasına yönəlir. Akademik təbabətlə müalicə zamanı bəzən simptomlar aradan qalxsa da xəstəliklərin çoxu tədricən xronikiləşir və daha ağır nəticələrə gətirib çıxarır. Bioloji təbabətlə müalicə zamanı istifadə olunan preparatlar insan orqanizmində sintez olunan maddələrin miqdarında olduğuna görə orqanizm tərəfindən asan mənimsənilir və heç bir əlavə təsir yaratmır. Akademik təbabətdə isə bu maddə orqanizmə kimyəvi preparatlar şəklində daxil edilir. Buna görə də bir orqana təsir edən dərman başqa bir orqanın sıradan çıxmasına səbəb olur. Ardını oxu...
Bioloji təbabətlə müalicədə xəstəlik zamanı zamanı yaranan ağrılar deyil, onu yaradan səbəblər araşdırılaraq müalicə edilir.
Ağrı bir siqnaldır, orqanizmə və həkimə lazım olan bir siqnaldır ki, problemin kökünü tapmağa kömək edir. Bioloji təbabətdə ağrının yaranma səbəbi tapılır. Xəstəliklərin çoxu hüceyrənin funksiyasının pozulmasından başlayır. Bioloji təbabətdə həmin pozulmuş funksiya bərpa edilir. Yəni, artıq xroniki sayılan xəstəliklər sağalan xəstəliklər sırasına keçir. 

– Klinikanıza xəstələr daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

 Ardını oxu...



– Bizim klinikaya daha çox şəkərli diabeti olan pasiyentlər müraciət edir. Məlumdur ki, şəkərli diabet xəstəliyinin ağırlaşması trofiki xoralara gətirib çıxarır. Hazırda Türkiyədə, İranda, Azərbaycanda, İngiltərədə də xəstənin xoralar olan ətrafını amputasiya edirlər. Lakin amputasiyadan sonda da xora yaranma prosesi dayanmır, hətta, insanların dünyasını dəyişməsinə də səbəb ola bilir. Bizim klinikada artıq 500-ə yaxın trofiki xoralı xəstə müalicə alaraq tam sağalıb. Bu haqda qısametrajlı sənədli film də çəkib youtube-da yerləşdirmişik. (Trofiki xora)
Bioloji təbabətlə müalicə zamanı yalnız xoralar sağalmır, müalicənin gedişində orqanizmin bioloji tarazlığı, orqanların pozulmuş funksiyası bərpa olunur. Bundan başqa, artrozlar, artritlər, onurğa sütununun müxtəlif mənşəli yırtıqları klinikamızda uğurla müalicə edilib. Müalicə müddəti bir qədər uzun çəkir, çünki bütün müalicələr təbii yolla gedir. Rayondan gəlib Bakıda uzun müddət qalmaq imkanı olmayan xəstələri də nəzərə alaraq Şirvan bölgəsi üçün Göyçayda klinika açmışıq. Sumqayıtda da klinikamız fəaliyyət göstərir. Çənub bölgəsi üçün Masallıda yaxın aylarda klinika fəaliyyətə başlayacaq. Bioloji təbabətlə müalicədə hər bir prosedur düzgün və dəqiq yerinə yetirilməlidir, əks-halda gözlənilən effekt alınmır. Bütün filiallarımızdakı kadrlar Bakıdakı mərkəzdə bioloji təbabətlə müalicə kurslarında tam təkmilləşdikdən sonra fəaliyyətə başlayır. Bizdə fizioterapiya çox geniş tətbiq edilir. Məsələn, fəqərəarası disk yırtıqlarını indiyə qədər əsasən cərrahiyyə əməliyyatı ilə aradan qaldırırdılar. Lakin bu halda bir fəqərədəki problem götürülsə də, səbəb aradan qalxmadığına görə problem tam həllini tapmırdı. Çünki növbəti fəqərədə patoloji proses gedirsə, əvvəlcə protruziya yaranır, sonra inkişaf edib yırtığa çevrilir və xəstəlik daha da ağırlaşır. Bioloji təbabətlə müalicədə isə patoloji prosesi aradan götürən ümumi müalicə aparılır. Orqanizm təbii sağlam vəziyyətə qayıdır. Onlarla bu problemdən birdəfəlik xilas olan pasientlərimiz var. Hazırda bu müalicə biotənzimləyici müalicə adlanır. 

– Qiymətlər hansı meyarlarla müəyyənləşdirilir? Xəstəliyin ağırlıq dərəcəsinə, yoxsa müalicənin müddətinə görə?

– Hər hansı bir xəstənin və ya xəstəliyin müalicəsində konkret qiymət demək mümkün deyil: xəstəliyin ağırlıq dərəcəsindən və hər bir pasiyentin fərdi xüsusiyyətlərindən asılı olaraq müalicənin müddəti və qiyməti də dəyişir.

İstifadə edilən dərman preparatları Almaniyada heç bir kimyəvi komponentdən istifadə olunmadan istehsal edilir. Hamısı təbii tərkibli, komponentləri kiçik dozalıdır, ona görə də hüceyrə səviyyəsində təsir edir. Bu dərmanları uşaqlara da, qocalara da, hamilə və südverən qadınlara da tətbiq etmək olur. Kimyəvi dərmanlardan fərqli olaraq bioloji tənzimləyici təbabətdə istifadə edilən dərmanlarda yanaşı istifadə qadağaları yoxdur.

 



– Deməli, digər xəstəxanalarda meydan sulayan dərman firmaları sizə yol tapa bilmir...

– Bioloji Təbabət Klinikasında kimyəvi dərman yazmaq qadağan deyil. Pasiyentin kəskin vəziyyətində bizim həkimlər də kimyəvi dərmanlardan istifadə edir. Lakin sonra xəstəliyə səbəb olan amil aradan qaldırılır, pozulan bioloji tarazlıq bərpa edilir. Bir sözlə, bioloji təbabətlə müalicə o zaman effektli sayılır ki, pasiyent dərman asılılığından xilas olsun. 

– Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə jurnalistlər üçün güzəştli müayinə aksiyası keçirdiniz. İlk öncə, buna görə bir jurnalist kimi sizə təşəkkür edirəm. Eyni zamanda bununla bağlı bir sualımız var: digər peşə sahibləri üçün də belə aksiyalar nəzərdə tutulurmu?

– Müəyyən dövrlərdə bu aksiyanı müxtəlif peşə sahibləri üçün etmişik. Məsələn, bu il qeyd etdiyiniz kimi, jurnalistlər üçün 10 günlük endirim askiyası keçiririk, 8 Martda qadınlar üçün, 1 iyunda Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə uşaqlar üçün, Ramazan və Qurban bayramlarında da bir neçə günlük güzəştlər tətbiq edirik. Bunun da səbəbi odur ki, aztəminatlı ailələr də Bioloji Təbabət Klinikasının xidmətlərindən yararlansınlar.

– Xarici klinikalarla layihələriniz, əməkdaşlığınız olurmu? 

– Biz Azərbaycanda bioloji təbabətlə müalicəni inkişaf etdiririk. Azərbaycan həkimlərini bu sahədə maarifləndiririk. Bunun üçün Azərbaycanda Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti Almaniyanın Baden- Baden şəhərində yerləşən Bioloji Təbabət Cəmiyyətinin xəttilə bioloji təbabətlə müalicə üsullarına aid seminar və konfranslar keçirir. Cəmiyyətin bir çox ölkələrdə nümayəndəliyi var. Azərbaycanda Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti 2004-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və fəaliyyət göstərir. Cəmiyyət vasitəsilə dünyada bioloji təbabət üzrə fəaliyyət göstərən ekspertlərin təcrübələrini bölüşürük, mütəmadi olaraq onları Azərbaycana dəvət edir, kurslar, seminarlar keçiririk. Azərbaycanda istənilən həkim bu kurslarda iştirak edib, öz bilik səviyyəsini artıra bilər. 

Səbuhi QAFAROV



Dünya siyasətinin sönməyən günəşi Azərbaycan xalqının ümummilli lideri, müstəqil
 Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çoxillik zəngin siyasi fəaliyyəti xalqımızın dövlətçilik tarixində müstəsna rol oynamışdır. Müstəqil Azərbaycan sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində ötən əsrin 69-ci illərində qoyulmuşdur. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmiş, ölkəmizin gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl yaradılmışdır. Sürətli iqtisadi inkişaf nəticəsində Azərbaycan İttifaq büdcəsindən dotasiya almayan, öz-özünü təmin edə bilən az sayda respublikalardan biri olmuşdur. Həmin illərdə Heydər Əliyevin səyləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin, dilinin inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Azərbaycan SSRİ-nin tərkibindəki üç respublikadan biri idi ki, onun Konsitusiyasında xalqın danışığı əsas dilə-Azərbaycan dilinə dövlət statusu verilmişdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli və tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. 1993-cü ilin iyununda Azərbaycan parlamentinin sədri seçilən Heydər Əliyev ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşnalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini almışdır. Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxarmışdır. Bu illər ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmiş, müstəqil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirməyə başlanmışdır. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurla hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir. Bir sözlə, Azərbaycan dövlətinin tarixində xalqının yaddaşında əbədi özünə yer eləmiş Heydər Əlirza oğlu Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firəvan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr edib. Təsadüfi deyildir ki, bütün dünyanın tanıdığı bu dahi siyasətçi haqqında nüfuzlu şəxslər, dövlət və hökumət nümayəndəliyi, elm və mədəniyyət xadimləri olduqca yüksək fikirlər səsləndiriblər. "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" (Corc Buş), "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır" (Jak Şirak), "Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi ilə və firəvanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqaladə xidmətləri ilə türk və dünya tarixində şərəfli yer tutmuşdur" (Rəcəb Tayyib Ərdoğan), "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası dünya birliyində layiqli yer tutdu" (II İohan Pavel), "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünki qurucularındandır" kimi fikirlər sübut edir ki, ayrı-ayrıliqda özləri bir dahi olan bu şəxslər Heydər Əliyevi nüfuzlu siyasətçi, güclü dövlət xadimi kimi xarakterizə ediblər. Ümumiyyətlə, bu böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Vətəni, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmış, bizə bugünkü Azərbaycanı əmanət qoymuşdur. Deməli, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olmaqla yanaşı, həm də dahi şəxsiyyətdir. Azərbaycanı dünyaya tanıdan böyük azərbaycanlı, ümummilli liderimiz Heydər Əliyev istedadı və şəxsi keyfiyyətləri ilə milyonlarla ürəkləri fəth etmişdir. Bu gün Azərbaycana Heydər Əliyev yolunun davamçısı İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və yaşayacaqdır. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın bugünkü prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir və bu gün Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür. Bu münasibətlə xalqımızı, bütün dünyada yaşayan azərbaycanlıları, türk dünyasını təbrik edirəm və onun davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevə işlərində uğurlar arzulayıram.

   
 Yaranmışların ən alisi insandır. Ulu Tanrı bəşər övladını yaradarkən ondan heç bir lütfünü əsirgəməmişdir. Ona ən ali hisslər əta etmiş və belə də davam etməsini buyurmuşdur. Bu ali keyfiyyətlər xeyirxahlıq , mərhəmət , alicənablıq , sadəlik ,bütünlükdə yüksək mənəvi dəyərlərdir. Lakin zaman keçdikcə bu dəyərlər də sanki dəyişmiş , bir sözlə insanlıq mənəvi erroziyaya  uğramağa başlamıdır. Günümüzün reallığında  yüksək dəyərlərə sadiq qalan , insanlıq adına şərəf gətirən  . Ulu Yaradanın buyruğunu ləyaqətlə yerinə yetirən insanlar az da olsa var. Çox şükür ki , var.  Elə qəhrəmanım Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov  də belə nadir şəxsiyyətlərdəndir. O , alicənablığı , ləyaqəti , mənəvi dəyərləri yüksək tutan , qiymət verən bir insandır. Bütün həyatını, əməli fəaliyyətini də belə yüksək amala kökləmişdir.

 Yaşadığımız günlər ən müqəddəs günlər hesab edilir. Bütün müsəlman aləmi Müqəddəs Ramazan ayının pak işığına toplaşır , daxilən saflaşır , arınır , təmizlənir.Saflığı , təmizliyi, şərəf və ləyaqəti həyat kredosu edənlərə isə bu günlərin bərəkətindən daha çox pay düşür. Təbii ki , Ruslan  müəllim də bu sıradandır.

   Ruslan  müəllim öz adından qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə başda mıhtərəm prezidentimiz Cənab İlham Əliyev olmaqla bütün xalqımzı təbrik edir. Cənab prezidentə ,  ailəsinə hər zaman Tanrının pənahında olmasını diləyir.

  Biz də öz növbəmizdə Ruslan  müəllimi təbrik edirik . Mərhəmət qapılarının açıq olduğu , bütün duaların qəbul olunduğu  bu günlərdə bütün dualarının , arzu və istəklərinin həyata keçməsini diləyirik . Bayramınız mübarək

Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin ən böyük əsəridir. O, müstəqil respublikamızın qurucusu və memarıdır. Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru addımlar atır. Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi Heydər Əliyev böyük adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki o böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmışdır. Tarix ulu öndərimiz Heydər Əliyev kimi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi, millətimizin dünya millətləri içərisində səsi eşidilməyə başladı. Hər birimiz yaxşı başa düşürük ki, Heydər Əliyev olduqca uzaqgörən iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması və s. kimi tədbirlər aqrar bölmənin strukturuna ciddi təsir göstərmiş, kənd təsərrüfatında ciddi dəyişikliklər baş vermiş, yeni sahələr yaranmışdır. Ən başlıcası isə Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. . Heydər Əliyev fenomeni, tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Moskva meri Yuri Lujkov "Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq", Amerika tarixçisi O.Aldstad "Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir" - demişlər. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətini səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxr hissi duyur. Heydər Əliyev sanki dünyaya gələndə elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi minbir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları oldu. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyevin ideyaları bu gün də yaşayır, reallaşır. Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərin qurduğu müstəqil Azərbaycanı daha qüdrətli dövlətə çevirməyə qadir olduğunu həyata keçirdiyi işlərlə sübut edir. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. 
Bu gün bu böyük və əbədiyaşar şəxsiyyətin doğum günüdür. O , sıralarımızda olmasa da ruhən və mənən bizimlədir , ölməzdir , əbədidir .Ruhun şad olsun , Ulu Öndər!



Tovuz Peşə Liseyinin direktoru Tanrıverdi Tanrıverdiyev!


Ənənəvi mədəniyyət bayramı öz işini Azərbaycanın ən səfalı və füsunkar guşələrindən biri olan respublikanın cənubundan - Masallı rayonunundan davam etdirir.

Festival ulu öndər Heydər Əliyevin 96 - cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Yürüş Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürərək “ASAN” Xidmət Mərkəzinin qarşısında sona çatıb.

Daha sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları “ASAN xidmət” Mərkəzinin qarşısında qurulub.
Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. 
Sərgi çərçivəsində “ABAD” Mərkəzi də öz sənətkarlıq nümunələrini nümayiş etdirib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. 

Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. 
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar və rayon rəhbrəliyi tərəfindən alqışlarla qarşılanıb.
Festivalı “Halay” follklor kollektivinin biri-birindən maraqlı rəqs nümunələrini nümayiş etdirməsi yaddaqalan edib. 

Bundan başqa, qonaqlara cənub kulinariyasından olan təamlarda təqdim olunub.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Festivala Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi bir neçə ölkənin Azərbaycandakı səlahiyyətli nümayəndələri və yüzlərlə masallılar da qatılıblar.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır. 


Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Azərbaycanın dilbər guşələrindən biri, dağlar diyarı, uzunömürlülər məskəni - Lerik rayonu olub.
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Meydanında baş tutub.

Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçiriblər.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi hissəsində çadırlar qurularaq metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. 
Ənənəvi festivalda xalq sənətkarları və rəssamları əl işlərini əyani şəkildə nümayiş etdirməsi izləyicilərin xüsusi marağına səbəb olub. 
Daha sonra xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib.

Festival Rayon Mədəniyyət Mərkəzinin “Bahar” xalq çalğı alətləri ansamblı, Mondigah Kənd Folklor Evinin oğlanlardan ibarət “Lakto” folklor rəqs qrupu, Cəngəmiran kənd Diyarşünaslıq Evinin qızlardan ibarət “Bənövşə ” folklor kollektivinin biri-birindən maraqlı çıxışları ilə davam edib.

Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. Nəsimi obrazı canlandırılaraq qiraət ustalarının ifasında ədibin “Mərhaba” və “Olmuşam” qəzəlləri səsləndirilib.
Festivalda 12 nəfər Lerik rayonundan olan uzunömürlülər də iştirak edib. Rayon rəhbərliyi Lerikin uzunömürlüləri ilə təbiət qoynunda, çay süfrəsi arxasında səmimi söhbət də edib. Bundan başqa, uzunömürlülərə hədiyyələr də təqdim olunub.

Festivalda açılış nitqi ilə çıxış edən rayon icra başçısı cənab, Rövşən Bağırov festivalın mədəniyyət və incəsənət aləminə verdiyi töhvələrindən söz açıb.
Daha sonra icra başçısı Lerik rayonun mədəni həyatında aktiv olan bir neçə mədəniyyət işçilərini də mükafatlandırıb.

Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar və rayon rəhbrəliyi tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.


Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır

 

Vergilər Nazirliyi rəqəmləri açıqladı

Vergilər Nazirliyi dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması sahəsində fəaliyyətini davam etdirir. Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, 2019-cu ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib, proqnoza 110,4% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5% və ya 236,4 milyon manat çox vəsait toplanıb.

Ödənilən vergilərin 30,9%-i neft-qaz sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3% təşkil edib. 

Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə  müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib. 

2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25.536 (3.270 hüquqi şəxs, 22.266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb. 

2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb. 

2019-cu ilin 1-ci rübündə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
2019-cu ilin 1-ci rübündə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9%, başa çatdırılmış yoxlamaların sayı isə 75,2% azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7% azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği isə əvvəlki dövrlə müqayisədə 47.7% artıb. 

2019-cu ilin 1-ci rübündə vergi borcu 14 milyon 624,0 min manat olan 1.858 sayda vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırılıb ki, bunun nəticəsində də borcun 50%-dən çoxu dövlət büdcəsinə ödənilib.

 

Atatürk aeroportunda “Böyük köç” başladı

Atatürk Hava Limanının köçürülməsi prosesinə start verilib. “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, “Böyük köç” Türkiyə vaxtilə saat 03:00-da başlayıb. 

Türk Hava Yollarının (THY) boş təyyarələri Atatürk aeroportundan İstanbul Hava limanına eniş edib. 

Atatürk Hava Limanının köçürülməsində 5 mindən çox ağır tonnajlı maşından istifadə olunur.

Qeyd edək ki, İstanbul Hava limanının oktyabrın 29-da- Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Atatürk Hava Limanı 1912-ci ildə açılıb. İlk uçuş 1933-cü ildə İstanbuldan Ankaraya olub.

***

TYH İdarə Heyətinin sədri İlker Aycı 45 saat davam edəcək köçmə prosesinin 25 faizinin həyata keçirildiyini bildirib.