Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib.

Energetika Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, videokonfrans formatında baş tutmuş tədbirdə dünyanın 180-dən çox dövlətini təmsil edən yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, IRENA-nın Baş direktoru Francesco La Camera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetika naziri Pərviz Şahbazov da çıxış edib. Çıxışda qlobal pandemiyanın dünya iqtisadiyyatına və enerji sektoruna təsirləri, bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobal meyillər, bu sahəyə yönəldilən investisiyalar, iqlim problemləri və davamlı enerji keçidlərinə siyasətin təsiri kimi mövzulara toxunulub.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr, həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixana qazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasının digər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı olduğu qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30 %-ə çatdırılması vəzifəsinin irəli sürüldüyü, habelə, imzalanmış sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi və irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradıldığı diqqətə çatdırılıb.

Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dair müqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrə yekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib.

Tədbirdə, həmçinin Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. Bildirilib ki, ölkə başçısının göstərişinə əsasən, işğal altında olmuş ərazilər “yaşıl enerji zonalarına” çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcəkdir.

Qeyd edək ki, 19-20 yanvar tarixlərində yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Nazirlərin enerji keçidinin təşviqi üçün milli enerji planlaşdırması və tətbiqi, bərpa olunan enerji mənbələri üçün maliyyə həcminin artırılması, karbon neytrallığına aparan yol - innovasiya, yaşıl hidrogen və sosial-iqtisadi siyasət və səhiyyə sisteminin enerji ilə təminatında enerji keçidinin rolu mövzularında plenar iclasları keçiriləcək.

27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu
07 Mart 2024 Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...
07 Mart 2024 Rabitəbankdan xanım sahibkarlar üçün sərfəli biznes kredit!
07 Mart 2024 Bir ay şəkər yeməsəniz nə olar?
06 Mart 2024 Bu şəxslər də güzəştli şərtlərlə yaşa görə pensiya alacaq
05 Mart 2024 Broyler, yoxsa kənd toyuğu? - AYDINLIQ GƏTİRİLDİ
05 Mart 2024 Tümən yenidən antirekora imza atdı
04 Mart 2024 Soğan biznesi böyük ziyanda - Tonlarla soğan anbarlarda məhv olur
01 Mart 2024 Kanadadan Rusiya almazının idxalına yeni qadağa...
01 Mart 2024 Avropa Azərbaycandan daha çox qaz almaq istəyir - Simson
01 Mart 2024 Ölkədə istehsal ediləcək qazın yarısı ixrac ediləcək - Nazir
27 Fevral 2024 Yanvarda Özbəkistan Türkiyədən mebel idxalını azaldıb
27 Fevral 2024 Bu uşaqların 1 milyonluq müalicə pulu necə ələ keçirilib?
26 Fevral 2024 Sanksiyalar Rusiya iqtisadiyyatına təsir etmir - Sallivan
25 Fevral 2024 Rusiya yoxdur, Avropanı araqla bu ölkələr təmin edir
25 Fevral 2024 Azərbaycanlı şair vəfat etdi