Son xəbərlər

 

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.

Dövlət Vergi Xidmətindən Axar.az-a verilən məlumata görə, müvəqqəti vergi rejimi pandemiyadan zərər çəkmiş ictimai iaşə fəaliyyəti sahəsini də əhatə edib, bu sahədə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinin vergi məbləği üzrə 50 faiz güzəşt verilib. Həmçinin ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə ilə bağlı müraciət etmə müddəti 2020-ci ilin 1 sentyabrınadək uzadılıb. Edilmiş müraciət əsasında həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara və xidmətlərə müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir. Müvəqqəti vergi rejiminin müddəti 2021-ci il yanvarın 1-də başa çatıb.

Sadələşdirilmiş vergi ödəyicisi olan və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu müddət bitdikdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərlərsə, sahibliyində qalan mallara görə vergi orqanına müəyyən olunmuş formada məlumat təqdim etməlidirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən belə vergi ödəyiciləri tərəfindən təqdim edilməli olan “Sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 01.01.2021-ci il tarixdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən sahibliyində qalan ictimai iaşə fəaliyyəti üçün alınmış mallar barədə” Məlumat Forması təsdiq edilib və Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumatın təqdim edilməsi sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV-si əvəzləşdirilməyən malların təqdim edilməsi zamanı yenidən ƏDV-yə cəlb edilməməsi, yəni eyni mala görə 2 dəfə ƏDV-nin ödənilməsi yükünün vergi ödəyicisinin üzərində qalmaması məqsədini daşıyır. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilməyəcəkdir.

19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu
07 Mart 2024 Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...