Son xəbərlər

 

Yola salmağa hazırlaşdığımız 2020-ci il ölkəmiz üçün həm çətin, həm də qürurlu il oldu. İlin əvvəlindən pandemiya dövrü zamanı sərt karantin rejimi tətbiq ediləndə, həmçinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda İkinci Vətən müharibəsi başlayanda da xalqımız birliyini nümayiş etdirdi.

Axar.az xəbər verir ki, OBA marketlər şəbəkəsi Qarabağ uğrunda Vətən müharibəsi başlayandan dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər etdi və bir çox dəstək layihələri həyata keçirdi. OBA marketlər şəbəkəsi və qrupa daxil olan digər şirkətlərin dəstəyi ilə Veysəloğlu Şirkətlər Qrupu ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürdü.

Həmçinin OBA marketlər şəbəkəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralanan hərbçilərimizə və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fonduna yardım məqsədilə 1 milyon manat vəsait ianə etdi.

Onu da qeyd edək ki, OBAmarketlər şəbəkəsində çalışan ehtiyatda olan zabit əməkdaşlarımız və adlarını orduya könüllü yazdıran gənc işçilərimiz hərbi xidmətə çağırıldılar və onlar dərhal cəbhəyə yollandılar. Müharibə dövrü başlayandan bu günə kimi şirkətin 238 əməkdaşı ordu sıralarında Vətənin müdafiəsində iştirak etməkdə davam edir.

Bu şərəfli, lakin çətin bir dövrdə şirkət olaraq itkilərimiz də oldu. Belə ki, OBA marketlər şəbəkəsinin 4 əməkdaşı - Ümman Əmiraslanov, Eldəniz Nəsirov, Süleyman Bağırov və Tural Aslanov vətən uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

“OBA” marketlər şəbəkəsi il ərzində yalnız müştərilərinə göstərdiyi xidmətlər və ölkə iqtisadiyyatına verdiyi töhfə ilə kifayətlənmədi, ehtiyacı olan müştərilərilərinə mütəmadi olaraq yardımlar etdi. “OBA” marketlər şəbəkəsi pandemiya dövrünün ilk aylarında "Ehtiyacınız qədər götürə bilərsiniz" layihəsi çərçivəsində aztəminatlı ailələr üçün yardım kampaniyası həyata keçirdi. Şirkətimiz layihə çərçivəsində yüzlərlə aztəminatlı ailəyə ərzaq yardımı etdi.

Həmçinin “OBA” markerlər şəbəkəsi sentyabr və oktyabr aylarında Bakı şəhəri və Azərbaycanın digər bölgələrində yerləşən OBA marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə silsilə tədbirlər həyata keçirdi. “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "COVİD 19” Koronavirus Pandemiyasının aktivləşməsi səbəbindən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində marketlərimizə daxil olan müştərilərə tibbi maskalar və informasiya bukletləri paylanıldı.

“OBA” marketlər şəbəkəsinin xeyriyyə yardımları bununla bitmədi. OBA marketlər şəbəkəsi fiziki məhdudiyyəti olan insanları da unutmadı. “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Bakı-Abşeron ərazilərində yaşayan onlarla aztəminatlı əlil ailələrini ziyarət etdi.

Bundan əlavə, Yeni il münasibəti ilə OBA marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayonu bölməsində qeydiyyatda olan çoxuşaqlı və aztəminatlı ailələrə ərzaq yardımı etdi. Həmçinin “Ümid yeri” uşaq sığınacağında olan uşaqları yeni il hədiyyələri ilə sevindirdi.

Bir sözlə, həmrəy olduğumuz bu ildə OBA marketlər şəbəkəsi dövlətinin və xalqının yanında oldu. OBA Market MMC qarşıdan gələn ildə də bu cür layihələr ilə dəstəyini davam etdirəcəkdir.

OBA markertlər şəbəkəsi 2021-ci ildə Azərbaycan xalqına sülh, əminamanlıq, bol ruzi-bərəkət və xoşbəxtlik arzulayır. Yeni ildə işğaldan azad olunmuş torpaqlarımızda OBA marketlər açıb xalqımızın xidmətində olmağı səbirsizliklə gözləyir.

19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu
07 Mart 2024 Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...