Son xəbərlər

 
AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət!

“American Express” beynəlxalq kart təşkilatının Azərbaycandakı yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı AmEx kartlarından istifadənin müştərilərə daha sərfəli olması üçün yeni kampaniyaya başlayıb.

30 dekabr tarixinə qədər davam edəcək kampaniya müddətində müştərilər AmEx kartı hesabına 100 manat, yaxud kartın valyutasından asılı olaraq 100 ABŞ dolları məbləğində vəsait mədaxil etdikdə 3 illik AmEx Green, 300 manat (yaxud 300 ABŞ dolları) vəsait mədaxil etdikdə isə 3 illik AmEx Gold kartı hədiyyə qazanacaqlar.

Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin müxtəlif kart çeşidlərini təklif edir. Xarici tərəfdaşları ilə birgə həyata keçirilən innovativ layihələri ilə ölkəmizdə ödəniş infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan Beynəlxalq Bankı müştərilərə "American Express" ödəniş kartlarını təklif edən ilk və yeganə Azərbaycan bankıdır.

Azərbaycan Beynəlxalq Bankı həm də ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda Bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 850-ə yaxın ATM-i, ticarət  və xidmət müəssisələrində isə 13 mindən çox POS terminalı var. Bank öz kart sahiblərinə müxtəlif ticarət və xidmət məkanlarında nağdsız ödənişlər zamanı kəşbək imkanları yaradır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

04 Dekabr 2020 Bu, Azərbaycanın əsas hədəflərindən olacaq
04 Dekabr 2020 Neftin qiyməti 50 dollara yaxınlaşır
03 Dekabr 2020 Dolların bu günə olan məzənnəsi
01 Dekabr 2020 Nazirlər Kabinetindən kreditlərlə bağlı yeni qayda
01 Dekabr 2020 Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır
01 Dekabr 2020 BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın!
30 Noyabr 2020 Rubl yenə ucuzlaşdı
26 Noyabr 2020 Noyabr üzrə ünvanlı sosial yardımlar ödənildi
25 Noyabr 2020 Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
25 Noyabr 2020 Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
24 Noyabr 2020 Neft sürətlə bahalaşır
23 Noyabr 2020 “Azəriqaz”dan şəhid və qazi ailələrinə müraciət
23 Noyabr 2020 Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb
23 Noyabr 2020 “Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək
23 Noyabr 2020 "Ziraat Bank Azərbaycan"dan yeni "Səmərəli Əmanət"!
23 Noyabr 2020 Dağılmış şəhərlərimizin bərpası başlayır - Nazir
19 Noyabr 2020 Dolların bu günə olan məzənnəsi
18 Noyabr 2020 Şəhidlərin adına olan nömrələrlə bağlı - Açıqlama
18 Noyabr 2020 Beynəlxalq Bankdan şad xəbər: TamKart ala bilərsiniz
18 Noyabr 2020 Bitkoinin qiyməti 18 min dolları ötdü
18 Noyabr 2020 Dolların bu günə olan məzənnəsi
17 Noyabr 2020 “AccessBank” fermerlərə yeni mikrokreditlər təqdim edir
16 Noyabr 2020 Dolların bu günə olan məzənnəsi
16 Noyabr 2020 Neft bahalaşdı
15 Noyabr 2020 TAP-ın kommersiya istismarı başladı
14 Noyabr 2020 Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı - Naxçıvan MR
13 Noyabr 2020 TANAP-la Türkiyəyə qaz tədarükü 7 milyard kubmetrə çatıb
13 Noyabr 2020 ABB və BP-dən tələbələr üçün yeni fürsət
13 Noyabr 2020 SOCAR şəhid və əlil olmuş əməkdaşlarının ailələrinə yardım edəcək
13 Noyabr 2020 “AccessBank” kompüter alışı üzrə tender elan edir