Fransa mallarını boykota çağırmaq məntiqsizlikdir. Türkiyənin Fransaya, Ərdoğanın Makrona etirazı, arqumentli tənqidi anlaşılandır, amma həm də ziyanlıdır.

 

Axar.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

“Son iki ildə Türkiyə Fransaya aldığından daha çox mal satır: 2019-cu ildə Türkiyə Fransaya 7,9 mlrd. dollarlıq mal satıb, Fransadan isə 6,8 mlrd. dollarlıq mal alıb. Türkiyə bu ticarətdə 1,1 mlrd dollar qazanıb, bu isə Türkiyədə yüzminlərlə iş yeri deməkdir.

Bu ilin ilk 8 ayında Türkiyə Fransaya 4,2 mlrd. dollarlıq mal satıb, 3,9 mlrd. dollarlıq isə mal alıb. Müsbət saldo yenə Türkiyənin xeyrinədir, 300 mln. dollar qazanc var.

Qarşılıqlı boykot kimə xeyir verə bilər? Ona görə də haqlı mövqelərin hüquqi və siyasi müdafiəsi daha məntiqli və doğrudur.

Boykota bizdə də çağırışlar var. Bunun da məntiqi və məzmunu yoxdur. Fransa üçün bizim - Azərbaycanın aldığı mal ixracatının 0,01%-i də deyil. Biz isə onlara bu ilin ilk 9 ayında 56 mln. dollarlıq mal satmışıq. Bu bizim üçün heç də az deyil. Ən çox aldığımız mallardan biri avtomobillərdir, o da Fransa malı olsa da, Türkiyədə istehsal olunur.

Bir sözlə, Türkiyə bizim üçün arxadır, dayaqdır, qardaşdır, özəl ölkədir, ikinci vətəndir, amma həmişə qardaş qardaşa sözün düzünü deməli, nəyin səhv, nəyin doğru olduğu haqqında açıq danışmalıdır”.

27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu
07 Mart 2024 Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...
07 Mart 2024 Rabitəbankdan xanım sahibkarlar üçün sərfəli biznes kredit!
07 Mart 2024 Bir ay şəkər yeməsəniz nə olar?
06 Mart 2024 Bu şəxslər də güzəştli şərtlərlə yaşa görə pensiya alacaq
05 Mart 2024 Broyler, yoxsa kənd toyuğu? - AYDINLIQ GƏTİRİLDİ
05 Mart 2024 Tümən yenidən antirekora imza atdı
04 Mart 2024 Soğan biznesi böyük ziyanda - Tonlarla soğan anbarlarda məhv olur
01 Mart 2024 Kanadadan Rusiya almazının idxalına yeni qadağa...
01 Mart 2024 Avropa Azərbaycandan daha çox qaz almaq istəyir - Simson
01 Mart 2024 Ölkədə istehsal ediləcək qazın yarısı ixrac ediləcək - Nazir
27 Fevral 2024 Yanvarda Özbəkistan Türkiyədən mebel idxalını azaldıb
27 Fevral 2024 Bu uşaqların 1 milyonluq müalicə pulu necə ələ keçirilib?
26 Fevral 2024 Sanksiyalar Rusiya iqtisadiyyatına təsir etmir - Sallivan
25 Fevral 2024 Rusiya yoxdur, Avropanı araqla bu ölkələr təmin edir
25 Fevral 2024 Azərbaycanlı şair vəfat etdi