Son xəbərlər

 
Fermerlərə şad xəbər

Ammofos gübrəsinin qiymətləri enib.

Ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhvəsini vermək məqsədilə gubre.az aqrar ticarət şəbəkəsi gübrə qiymətlərini endirib.

Şirkət taxıl əkini edən fermerlərin gübrəyə olan ehtiyaclarını ödəmək və daha çox taxıl sahəsini gübrə ilə təmin etmək, nəticədə fermerlərimizin daha yüksək məhsuldarlıq əldə edə bilməsi üçün ammofos gübrələrinin qiymətini 48.5 manatdan 46.5 manata endirib. Artıq fermerlərimiz gubre.az satış nöqtələrində ammofos gübrəsinin 1 kisəsi üçün 13.95 manat nağd, 32.55 manat isə dövlət subsidiyası hesabına ödəməklə  əldə edə bilə.

 

Onu da nəzərinizə çatdıraq ki, gubre.az son illərdə kənd təsərrüfatı sahəsinə dövlət dəstəyini və ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğısını nəzərə alaraq, sektorun davamlı inkişafına dəstək olaraq, qiymət siyasətinə mütəmadi olaraq nəzər yetirir, fermerlər üçün daha münasib şərtlər təklif etməyə çalışır. Bundan sonrakı dövrlərdə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vətəndaşlar üçün təklif etdiyimiz xidmət səviyyəsini davamlı olaraq artırmağa, fermerlərin ehtiyaclarını yüksək səviyyədə təmin etməyə çalışacağıq.

Əlavə olaraq, fermerlərimiz gubre.az satış nöqtələrindən payızlıq əkin üçün yüksək məhsuldarlıqlı arpa, buğda və yonca toxumları da əldə edə bilərlər. Fermerlərimiz bütün toxum və bitki mühafizə vasitələrini nağd ödəniş etmədən, 100% dövlət subsidiyası hesabına ala bilərlər.  

Şirkətin satış nöqtələrində fermerlərimizə payızlıq əkin üçün aşağıda göstərilən toxum növləri təklif edilir:

P.P.Lukyanenko adına Rusiya Milli Toxum Mərkəzinin istehsalı olan yüksək məhsuldarlığa malik Alekseiç sortu və quraqlığa, şaxtaya davamlı Bezostaya-100 sortu Elit və birinci reproduksiyalı buğda toxumları;

Azərbaycan Respublikasının torpaq və iqlim şəraitində illərlə sınaqdan keçmiş Qarabağ-22 və Xutorok sortu arpa toxumları;

Almaniyanın məşhur toxum istehsalçısı Freudenbergerin istehsal etdiyi Proqreen markalı Plato sortu nitrogeneratorlu, şaxtaya davamlı və yüksək məhsuldarlığa sahib yonca toxumları.

Qeyd edək ki, gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış aqrar ticarət şəbəkəsidir. Şirkət 200-dən artıq satış nöqtəsi ilə respublikanın regionlarında fermerlərə toxum, gübrə və müxtəlif növ aqrokimyəvi məhsulların satışını həyata keçirir. Satış şəbəkəsi aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanınəticəsində kənd təsərrüfatı istehsal vasitələri bazarının liberallaşmasından sonra yaradılıb.

Fermerlər ərtraflı məlumat üçün 828 qısa nömrəsinə zəng edə və yaxud www.gubre.az internet səhifəsinə keçid edə bilər.

Bizimlə əlaqə saxlayın (keçidlər)

Əlaqə: +99450 828 28 28

İnstaqram: Gubre.az

 Feysbuk: gubre.az

info@gubre.az

 

 

30 Oktyabr 2020 “Rahat” Supermarketdən daha bir YENİLİK!
27 Oktyabr 2020 Dolların bu günə olan məzənnəsi
27 Oktyabr 2020 Fransa mallarını boykot etmək olmaz, çünki... - İqtisadçı
23 Oktyabr 2020 Dolların bu günə olan məzənnəsi
20 Oktyabr 2020 Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
20 Oktyabr 2020 Neft ucuzlaşdı
26 Sentyabr 2020 Neft həftəni bu qiymətlə yekunlaşdırdı
25 Sentyabr 2020 SOCAR Belarusa 95 min ton neft göndərir
24 Sentyabr 2020 Azercell abunəçilərinə hədiyyə balans qazandırır!
24 Sentyabr 2020 Dolların bu günə olan məzənnəsi
19 Sentyabr 2020 Neft həftəni bu qiymətlə başa vurdu
10 Sentyabr 2020 “Rabitəbank”dan yeni kredit kampaniyası - “Payız marafonu”
03 Sentyabr 2020 Kapital Bank Raiffeisen Bank International tərəfindən mükafatlandırılıb
31 Avqust 2020 Lirə 0.2318, rubl 0.0229 manatdır
31 Avqust 2020 Neft bahalaşdı
25 Avqust 2020 “Aralıq dənizində də xoş xəbərlər alacağımıza ümid edirəm” - Ərdoğan
17 Avqust 2020 Prezidentdən “Aqrolizinq”lə bağlı — VACİB FƏRMAN
17 Avqust 2020 Prezident Dövlət Agentliyinə 4,6 milyon manat vəsait ayırdı
17 Avqust 2020 Neft 45 dollardan satılıır
12 Avqust 2020 Mərkəzi Bankdan dollarla bağlı — AÇIQLAMA
12 Avqust 2020 Neft 44 dollardan satılır
10 Avqust 2020 Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi
06 Avqust 2020 Neft 45 dollardan satılır
04 Avqust 2020 İyulda satılan valyutanın məbləği açıqlandı
30 İyul 2020 “Maddi vəziyyətlərini tam təmin edə bilməyənlərin köməyinə dövlət gəlir” - Prezident
30 İyul 2020 Prezident yol tikintisinə 22 milyon manat ayırdı
29 İyul 2020 İlham Əliyev yenidən qurulan avtomobil yolunun açılışında — FOTO
29 İyul 2020 İlham Əliyev Balakəndə “ASAN xidmət”in açılışında — FOTO