Son xəbərlər

 
SON DƏQİQƏ! Əhaliyə ediləcək  köməklə  bağlı Nazirlik siyahını AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən  verlən məlumata görə, bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.

1. Pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə):

Fəaliyyət sahəsi    İşçi sayı, min nəfər 

 Cəmi:                   304,6

Sənaye                  78,8

Ticarət                   106,4

Xidmət                      87

Nəqliyyat                 7,8

Digər                      24,6

Qeyd: Bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur. 

2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə):

Bölgü                          Vergi ödəyicisin sayı        İşçi   sayı,  min nəfər

Fərdi sahibkarlar               248,5                                   53,7

Digər mikro sahibkarlar    43,9                                        3,3

CƏMİ                                292,4                                      57,0

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı:

· Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi.

· Müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar.

· Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar.

· İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi.

· Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi.

· Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi;

· 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması.

· Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması.

· Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi).

· Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi.

· Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması.

· Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.

 

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat): • Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi. • Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması.

• Zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması. • Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması.

5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat): • Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq).

• Bunun üçün xüsusi vəsaitin ayrılması.

• Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi.

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket:

• Sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması.

7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı:

• Xüsusi vəsaitlərin ayrılması.

8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı:

• Əlavə vəsaitlərin ayrılması.

9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı:

• Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması.

10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı:

• Xüsusi vəsaitlərin ayrılması

05 İyun 2020 Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
04 İyun 2020 Prezident “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib — FOTO
04 İyun 2020 Devalvasiya olacaqmı? — AÇIQLAMA
03 İyun 2020 “Azərxalça” ASC-nin Tərtər filialı açıldı — FOTO
02 İyun 2020 Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı
01 İyun 2020 Bibiheybət yolu bu tarixdə açılacaq – RƏSMİ AÇIQLAMA
30 May 2020 Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi — RƏSMİ
29 May 2020 Güzəştli mənzillərin qiyməti açıqlandı
29 May 2020 Azərbaycan nefti kəskin bahalaşdı – Son qiymət
22 May 2020 Bu yollarda təmir və rənglənmə işləri aparılır
21 May 2020 Bu il Azərbaycanda avtobuslar istehsal ediləcək
20 May 2020 Bazarda sürətlə bahalaşma – VİDEO
19 May 2020 “20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdı — VİDEO
18 May 2020 İri ticarət mərkəzləri nə vaxt fəaliyyətə başlayır? — AÇIQLAMA
18 May 2020 Prezident büdcədən pul ayırdı
15 May 2020 “Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə — CAVAB VERDİ - VİDEO
14 May 2020 Tərtərdə 10 kəndi birləşdirən yol yenidən qurulur
14 May 2020 Azərbaycan neftinin qiyməti bahalaşdı
13 May 2020 Elman Rüstəmov bağlanan banklardan danışır – Canlı yayım
12 May 2020 "AGBank" və "NBC Bank" bağlandı
12 May 2020 Dünya böyük böhranın astanasında: Şirkətlər batır, banklar defolt olur, büdcələr boşalır
11 May 2020 SOCAR "Qarabağ" yatağı ilə bağlı növbəti planları açıqladı
10 May 2020 97 il - Ehtiramla anırıq!!!
09 May 2020 Bakıda 3 mərtəbəli yeni metro stansiyası açılır — RƏSMİ
09 May 2020 Ev tikmək üçün rüsum və icazə — EHTİYAC YOXDUR
09 May 2020 Neftin qiymətindən nə xəbər?
07 May 2020 Banklardakı manat əmanətləri ilə bağlı YENİ QƏRAR — 1 iyun tarixindən etibarən
07 May 2020 "Zəif banklar ölkənin imici üçün problemdir" — Baş bankir
06 May 2020 Neftin qiyməti 100 dollaradək bahalaşacaq — ŞAD XƏBƏR
06 May 2020 “Brent” neftinin qiyməti 31 ABŞ dolları keçib