Son xəbərlər

 


Bazarda müştəri bol olmasa da, qiymətlər ötən illə müqayisədə yüksəkdir…

Azərbaycanda heyvan ətinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, ƏDV-nin ləğv edilməsi xaricdən gətirilən və mağazada satılan ətin qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Ekspert qeyd edib ki, bundan əlavə yemin də üzərindən ƏDV-nin götürülməsi qəssabxanalarda satılan ətin qiymətinə təsir edə, qiymətlər ucuzlaşa bilər.

Bəs hazırda ət bazarında vəziyyət necədir?

“Yeni Müsavat”ın əməkdaşı ət satılan bazarda olub və ümumi vəziyyətlə maraqlanıb.

Tətbiq edilən yeniliklər yanvar ayından qüvvəyə minəcəyi üçün hazırda bazarda hansısa qiymət ucuzlaşmasından söhbət getmir. Sadəcə olaraq, qiymətlər kəsilən malın cavan və ya qoca olmasından asılı olaraq dəyişir. Bazarda müştəri bolluğu yaşanmır. Ancaq alverin də tamamilə dayandığını söyləmək olmaz. Yollandığımız 8-ci kilometr bazarının ət satılan bölməsində müxtəlif qiymətlərin şahidi olduq. Qəssablar bildirdilər ki, bazarda satılan ətin demək olar ki, hamısı yerli maldır. Əsasən Beyləqan, Xaçmaz və İsmayıllıda saxlanılan heyvanların ətinin satıldığını öyrəndik. Bazarda əksər qəssablar əti kəndlidən alıb, bazara çıxarıb. Yəni saxladığı heyvanın ətini bazara çıxarıb satan qəssaba çox az sayda rast gəldik. Söhbət etdiyimiz qəssablar söylədilər ki, bazarda donuz ətindən tutmuş, qoca mal əti, baş əti də satılır. Ancaq leş ətdən söhbət gedə bilməz. Qiymətlərə gəlincə isə hazırda bazarda mal ətinin kiloqramı 11 manat 50 qəpikdir. Quzu əti isə 14 manata satılır. Bu, ötən illə müqayisədə 50 qəpik-1 manat artım deməkdir. Xüsusi alıcıları olan donuz əti 5-7 manat 50 qəpiyə, baş əti isə 8 manata satılır. Onu da qeyd edək ki, bazarda 8 manata mal əti satan qəssaba da rast gəldik. Bildirdi ki, öz həyətinin heyvanının ətidir. Beyləqanda saxladığı heyvanları bazara çıxarır və buna görə də qiymət fərqlidir.

Bazarda qoyun əti sarıdan qıtlıq yaşanır. Qəssablar bildirdilər ki, qoyun ətinin alıcısı az olduğu üçün əsasən quzu və mal ətinə üstünlük verirlər.

ƏDV məsələsindən isə söhbət etdiyimiz 10-dan çox qəssabın heç biri məlumatlı deyildi. Lakin şikayət etdilər ki, bazarda mala verilən yemin qiyməti bahadır. Söylədilər ki, mala əsasən çiyid, arpa çəkilmişi, ot kipi verirlər. Onların sözlərinə görə, hazırda arpanın kiloqramı 35 qəpik, çiyid 40 qəpik, ot kipi isə 3 manat 50 qəpiyə satılır. İmişli çiyidi kimi adlandırdıqları yemin kiloqramı isə 60-70 qəpikdir.

Bazardan sonra iri supermarketlərə də daxil olub, oradakı qiymətlərlə də maraqlandıq. Yuxarıda da qeyd etdiyimiz kimi, ekspertlər bildirirlər ki, ƏDV-nin ləğvi mağazalardakı qiymətlərə təsir edə bilər. Bəs hazırda mağazalarda qiymət necədir?

Mağazaların birində ət satılan bölmədə çalışan Orxan Kərimovun sözlərinə görə, hər gün 800 kiloqrama qədər ət satırlar:

“Bizə ət Beyləqandan gətirilir. Ət gələn zaman hazır doğranmış şəkildə olur. Sadəcə olaraq, mağazada paketləyib, vitrinə qoyuruq. Bizdə malın boyun hissəsi, qabırğa hissəsi və digər bu kimi hissələr olmaqla fərqli qiymətə satılır. Eyni zamanda 11 manat 50 qəpiyə çəkilmiş ət də satılır. Qiymətlər ümumilikdə 5-24 manat arasında dəyişir. Bizim bütün sənədlərimiz qaydasındadır. Ətlə bağlı kiminsə şübhəsi, narazılığı olarsa, geri qaytarmağa hazırıq. ƏDV-nin ləğvi məsələsindən məlumatımız var. ƏDV ləğv edildikdən sonra qiymətlərin necə dəyişəcəyi barədə rəhbərliyimizin qərarı olacaq”.

Sonda Azərbaycana gətirilən ət məhsulları ilə bağlı rəsmi rəqəmlərə də diqqət edək. Belə ki, rəsmi rəqəmlərə görə, bu ilin  yanvar-avqust aylarında ölkəyə 33 min 210 ton ət idxal olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, idxal edilən ətin dəyəri 50 milyon 138 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 8 ayında ölkəyə 43 milyon 660 min dollarlıq 30 min 186 ton ət idxal edilib.

Ukraynanın Dövlət Gömrük Xidməti məlumat yayıb ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi.

Xaricdən idxal edilmiş dondurulmuş ət əsasən ictimai iaşə müəssisələrində, dövlət təşkilatlarında istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə modern.az saytına bildirib ki hazırda Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsi 83 faizdir.

F.Fikrətzadə qeyd edib ki, bu göstərici mal əti üzrə 85 faiz, qoyun əti üzrə 98 faiz, quş və quş əti məhsulları üzrə 76 faizdir:

“Azərbaycanın ümumilikdə 68 700 tonluq ət idxalının 23 800 tonu mal əti, 1700 tonu qoyun əti, 8200 tonu donuz əti, 35 min tonu quş ətidir. Rəsmi göstəricilərdən də göründüyü kimi, idxalda nisbi üstünlük quş əti üzrədir. Bütövlükdə Azərbaycanın ət idxalının əsas mənbəyi MDB ölkələri, o cümlədən Rusiya, Ukraynadır. Donuz əti əsasən kolbasa və sosiska istehsalında istifadə edilir”.

19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu
07 Mart 2024 Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...