Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında səfərdə "Atalanta"ya 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
Fransalı mütəxəssis fiziki cəhətdən güclü futbolçulara qarşı oynadıqlarını söyləyib: "Rəqib müdafiədə yaxşı oynadı. Buna baxmayaraq, mübarizəyə davam etdik və qol vurduq".
O, rəqib komandanın 17-ci dəqiqədən azlıqdan qalmasına da münasibət bildirib: "Bunun həddindən artıq ağır cəza olub-olmadığını bilmirəm. Ən yaxşı oyunumuzu oynamadıq, amma əsas olan qələbədir. Ancaq 10 futbolçuya qarşı oynamağımız bizdən asılı deyildi".