"Qalatasaray" növbəti transferini həyata keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Qedson Fernandesi bu mövsümün sonuna kimi icarəyə götürüb.
Qeyd edək ki, "Qalatasaray" 22 yaşlı oyunçu üçün 500 min avro icarə haqqı ödəyib.