Son xəbərlər

 
Erməni işğalı vaxtı dağıdılmış idman obyektləri

Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu və ayrı-ayrı kəndlərdə 146 idman meydançası dağıdılıb.

Həmin qurğular bunlardır:

Zəngilan: Səməd Vurğun adına şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları - 13 ədəd.

Ağdam: "İmarət" stadionu, "İdman şəhərciyi" İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları - 26 ədəd, kənd voleybol meydançaları - 26 ədəd.

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası - 3 ədəd, kənd futbol meydançaları - 19 ədəd.

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları - 14 ədəd.

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, "Qarabağ" Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Laçın: Şəhər stadionu, voleybol meydançaları - 3 ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları - 28 ədəd, kənd voleybol meydançaları - 15 ədəd.

Məmmədova bildirib ki, bu obyektlər erməni vəhşiliyinin qurbanı olub: "Təbii ki, biz bu torpaqlara qayıdandan sonra daha yaxşıları olacaq. Yenidənqurma işləri Dövlət İnvestisiya Proqramına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. İdman qurğuları və obyektləri müasir tələblərə uyğun yenidən tikiləcək və bərpa olunacaq".

19 Mart 2024 Rövnəq Abdullayevin bu vəzifəsini heç kim istəmir
19 Mart 2024 Qurbanovla maraqlanan “Beşiktaş” qərarını verdi
18 Mart 2024 AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı
18 Mart 2024 "Qarabağ"ın baş məşqçisi cəzalandırıldı
18 Mart 2024 “Qarabağ” son 25 ilin rekordunu təzələdi
16 Mart 2024 Qurban Qurbanov millidən "yola salınanda"...
16 Mart 2024 “Qarabağ” “Betis”ə çatdı
15 Mart 2024 AL-nin püşkü atıldı: “Bayer”in rəqibi...
15 Mart 2024 Qırmızı vərəqəyə görə Elvinə irad bildirmək... - Qurbanov
15 Mart 2024 ÇL: 1/4 finalın püşkü atıldı
15 Mart 2024 “Qarabağ” Vətənə qayıtdı: belə qarşılandı - Video
15 Mart 2024 Qurbanov tarixi oyunu şərh etdi: Sübut etdik ki...
14 Mart 2024 Bütün çempionlar uduzur... - "Qarabağ"ın prezidenti
14 Mart 2024 “Traktor” Tehran komandasını məğlub etdi
13 Mart 2024 Seçkilərdən sonra Putini gözləyirik - Ərdoğan
12 Mart 2024 Əfsanəvi boksçu vəfat etdi
10 Mart 2024 Boksçumuz erməni rəqibini darmadağın etdi
10 Mart 2024 Güləşçimiz Türkiyədə gümüş medal qazandı
10 Mart 2024 Aleksey Spirin 72 yaşında vəfat etdi
09 Mart 2024 İtaliyanın məşhur klubu Qurbanovu istəyir – İddia
08 Mart 2024 “Qarabağ”dan heç-heçə: Azərbaycanın xalı artdı
08 Mart 2024 Mayk Tayson bu bloqerlə döyüşəcək
08 Mart 2024 Qələbə də qazana bilərdik - Qurbanov
07 Mart 2024 “Qarabağ” “Bayer”ə, “Sparta” “Liverpul”a qarşı...
07 Mart 2024 Qurbanov Alonsoya Qarabağ xalçası verdi - Foto
07 Mart 2024 “Qarabağ” “Bayer”i keçərsə, nə qədər qazanacaq?
06 Mart 2024 “Real Madrid”in baş məşqçisi həbs oluna bilər
06 Mart 2024 Qurbanov "Bayer"lə oyundan danışdı: Yaxşı hazırlaşmışıq!
05 Mart 2024 5 mart Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 2024 “Qarabağ”-“Bayer ” oyunu fransalı hakimlərə tapşırıldı