Erməni işğalı vaxtı dağıdılmış idman obyektləri

Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu və ayrı-ayrı kəndlərdə 146 idman meydançası dağıdılıb.

Həmin qurğular bunlardır:

Zəngilan: Səməd Vurğun adına şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları - 13 ədəd.

Ağdam: "İmarət" stadionu, "İdman şəhərciyi" İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları - 26 ədəd, kənd voleybol meydançaları - 26 ədəd.

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası - 3 ədəd, kənd futbol meydançaları - 19 ədəd.

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları - 14 ədəd.

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, "Qarabağ" Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Laçın: Şəhər stadionu, voleybol meydançaları - 3 ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları - 28 ədəd, kənd voleybol meydançaları - 15 ədəd.

Məmmədova bildirib ki, bu obyektlər erməni vəhşiliyinin qurbanı olub: "Təbii ki, biz bu torpaqlara qayıdandan sonra daha yaxşıları olacaq. Yenidənqurma işləri Dövlət İnvestisiya Proqramına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. İdman qurğuları və obyektləri müasir tələblərə uyğun yenidən tikiləcək və bərpa olunacaq".

25 Yanvar 2021 "Çelsi", "Lester" və "Mançester Yunayted" 1/8 finalda
25 Yanvar 2021 "Atletiko" "Valensiya"nı məğlub etdi
25 Yanvar 2021 Öz qapısına qol vuran futbolçudan şok addım
22 Yanvar 2021 "Mançester Siti"də ciddi itki
21 Yanvar 2021 "Mançester Yunayted" yenidən liderliyə yüksəldi
21 Yanvar 2021 "Bavariya" və "Leyptsiq"dən qələbə
21 Yanvar 2021 Premyer Liqamızda qış fasiləsi başa çatır
21 Yanvar 2021 Noyer Kanın rekordunu təkrarladı
21 Yanvar 2021 Mahmud Qurbanov Zidana qarşı - VİDEO
21 Yanvar 2021 “Azərbaycanı dəstəkləyirəm, haqlı olduğunuzu bilirəm” - Dodo
20 Yanvar 2021 Ronaldo "Real"ın prezidenti ilə görüşdü
20 Yanvar 2021 "Barselona" hələ də pulumu ödəməyib" - Setyen
20 Yanvar 2021 Hakan Şükürün atasına şok cəza - Terror təşkilatına yardım...
20 Yanvar 2021 Raul da virusa yoluxdu
19 Yanvar 2021 İbrahimoviç 1999-cu ildən bəri hər il qol vurur
19 Yanvar 2021 Sabiq məşqçisini öz komandasına apardı
19 Yanvar 2021 16 yoluxma – Premyer Liqada
19 Yanvar 2021 Neslihan “Səfirin qızı”ndan getdi
18 Yanvar 2021 Messinin cəzası bu tarixdə açıqlanacaq
17 Yanvar 2021 Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
17 Yanvar 2021 Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
15 Yanvar 2021 İranlı Əhməd qızıl medalını erməni ailəsinə verdi
15 Yanvar 2021 Millidə yeni baş məşqçi
15 Yanvar 2021 Özil "Fənərbağça"ya keçir? - Arteta danışdı
15 Yanvar 2021 Silvio Berluskoni xəstəxanaya yerləşdirildi
15 Yanvar 2021 "Qarabağ"ın matçında 6 qol vuruldu
14 Yanvar 2021 "Beşiktaş", "Başakşəhər" və "Konyaspor" 1/4 finalda
14 Yanvar 2021 Millinin sabiq qapıçısı karyerasını bitirdi
14 Yanvar 2021 İkinci Bundesliqa klubu "Bavariya"nı kubokdan kənarlaşdırdı
13 Yanvar 2021 Tounkara yenidən Bakı klubunda