Türkiyənin daha bir klubunda koronavirusa yoluxma halı aşkarlanıb.
Milli.Az apasport.az-a istinadla bildirir ki, "Yeni Malatyaspor"da 3 nəfərin testinin pozitiv çıxdığı açıqlanıb.
Bu dəfə yoluxanlar futbolçular yox, köməkçi məşqçilər olub. Həmin şəxslər dərhal karantinə alınıb.
Qeyd edək ki, bu mövsüm Super Liqada keçirdiyi 9 oyunda 12 xal toplayan "Yeni Malatyaspor" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.