"Atletiko"nun futbolçusu Dieqo Kosta uzunmüddət yaşıl meydanlardan uzaq qala bilər.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan hücumçuda dərin damar trombozu var. Bildirilib ki, 32 yaşlı oyunçu sentyabrda koronavirusa yoluxduqdan sonra bu xəstəlikdən əziyyət çəkir. Onun 6 aya qədər oynamaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, Kosta bu mövsüm 5 matçda 1 qol vurub.