Son xəbərlər

 

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov qarşıdakı planları barədə danışıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, idmançı tezliklə mobil rabitədə sahəsində şəxsi operator şirkəti ilə işə başlamaq niyyətindədir. Bu mobil xidmət "Eagle Mobile" adlanır.

Həbib qeyd edib ki, mobil xidmət ilk olaraq Moskva və Moskvaətrafı ərazilərdə reallaşacaq. Əgər işlər müvəffəqiyyətlə getsə, onda Nurməhəmmədov şirkətinin fəaliyyətinin miqyasını artırmağı nəzərdə tutur.

Keçmiş döyüşçü bununla yanaşı, nəhayət ali təhsil almaq niyyətinə köklənib. Həbib Q.V Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsidir, qiyabi təhsil alır. O, 2021-ci ildə diplom işini müdafiə etməlidir. Nurməhəmmədov bundan sonra magistraturaya daxil olmaq, həmçinin aktiv şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarını nəzərdən keçirir.

"Təhsilə daha çox vaxt ayırmaq istəyirəm. Mən qoyunlar aldım, kənd təsərrüfatı ilə məşğul oluram, fəaliyyətimi bir qədər bu istiqamətdə inkişaf etmək istərdim. Kökəldilmədə öküzlərim, inəklərim var", - idmançı deyib.

Oktyabrın 25-də Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib. O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. "Mən dağ kəndindən adi oğlanam. Qardaşım dedi ki, "Google" mənim planetdə ən çox müzakirə edilən insan olduğumu deyir. Mən inanmadım. Sadəcə atamla birlikdə çempion olmaq istəyirdim. Hər şeyin belə çiyinlərimə düşəcəyini düşünmürdüm.

 

Əgər valideynləriniz varsa, onların yanında olun, vəssalam, mənim bir valideynim qaldı - bu, anamdır, istərdim ona daha çox vaxt ayırım", - Həbib Nurməhəmmədov əlavə edib.

"Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi", - Nurməhəmmədov deyib.

24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı