Son xəbərlər

 

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov qarşıdakı planları barədə danışıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, idmançı tezliklə mobil rabitədə sahəsində şəxsi operator şirkəti ilə işə başlamaq niyyətindədir. Bu mobil xidmət "Eagle Mobile" adlanır.

Həbib qeyd edib ki, mobil xidmət ilk olaraq Moskva və Moskvaətrafı ərazilərdə reallaşacaq. Əgər işlər müvəffəqiyyətlə getsə, onda Nurməhəmmədov şirkətinin fəaliyyətinin miqyasını artırmağı nəzərdə tutur.

Keçmiş döyüşçü bununla yanaşı, nəhayət ali təhsil almaq niyyətinə köklənib. Həbib Q.V Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsidir, qiyabi təhsil alır. O, 2021-ci ildə diplom işini müdafiə etməlidir. Nurməhəmmədov bundan sonra magistraturaya daxil olmaq, həmçinin aktiv şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarını nəzərdən keçirir.

"Təhsilə daha çox vaxt ayırmaq istəyirəm. Mən qoyunlar aldım, kənd təsərrüfatı ilə məşğul oluram, fəaliyyətimi bir qədər bu istiqamətdə inkişaf etmək istərdim. Kökəldilmədə öküzlərim, inəklərim var", - idmançı deyib.

Oktyabrın 25-də Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib. O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. "Mən dağ kəndindən adi oğlanam. Qardaşım dedi ki, "Google" mənim planetdə ən çox müzakirə edilən insan olduğumu deyir. Mən inanmadım. Sadəcə atamla birlikdə çempion olmaq istəyirdim. Hər şeyin belə çiyinlərimə düşəcəyini düşünmürdüm.

 

Əgər valideynləriniz varsa, onların yanında olun, vəssalam, mənim bir valideynim qaldı - bu, anamdır, istərdim ona daha çox vaxt ayırım", - Həbib Nurməhəmmədov əlavə edib.

"Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi", - Nurməhəmmədov deyib.

05 Dekabr 2020 “Qarabağ”-“Qəbələ” oyunu təxirə salındı
04 Dekabr 2020 "Napoli"nin stadionuna Maradonanın adı verildi
04 Dekabr 2020 "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq" - Unay Emeri
04 Dekabr 2020 Rusiyalı futbolçulardan ölkəmizə dəstək: "Yaşasın Azərbaycan!" - VİDEO
04 Dekabr 2020 Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
04 Dekabr 2020 Erməni işğalı vaxtı dağıdılmış idman obyektləri
04 Dekabr 2020 Rusiya çempionatında güləşçilər arasında yumruq davası
04 Dekabr 2020 "Qarabağ" Türkiyədən itki ilə qayıtdı
04 Dekabr 2020 "Barselona" iflas həddində: Messi satıla bilər
04 Dekabr 2020 Hər mövqe üzrə ən yaxşı futbolçular - SİYAHI
04 Dekabr 2020 Fransa klubunda istefa - Vieyra göndərilir
04 Dekabr 2020 Avropa çempionatında təxirəsalma - Koronavirusa görə
04 Dekabr 2020 Türkiyə klubunun 3 məşqçisi koronavirusa yoluxdu
04 Dekabr 2020 “Real”ın sabiq futbolçusu müflis oldu
04 Dekabr 2020 Bundesliqada yeni mövsümün başlama tarixi açıqlandı
04 Dekabr 2020 “Qalatasaray” 3 futbolçunu transfer etmək istəyir
04 Dekabr 2020 "Qarabağ"ın yeni UEFA reytinqi açıqlandı
04 Dekabr 2020 “Futbolçular xarakter göstərdilər” - “Qarabağ”ın məşqçisi
04 Dekabr 2020 Holandın qiyməti açıqlandı
03 Dekabr 2020 Neymar Avropa Liqasını aşağıladı
03 Dekabr 2020 Tokio Olimpiadasının 810 min bileti qaytarılıb
03 Dekabr 2020 “Qarabağ” “Makkabi”yə qarşı - Start heyətlər
03 Dekabr 2020 Azərbaycanda 3 oyun koronavirusa görə təxirə salındı
03 Dekabr 2020 “Sumqayıt”ın 20 futbolçusunda koronavirus çıxdı, məşqlər dayandı
03 Dekabr 2020 Neymar yenidən Messi ilə oynamağı arzulayır
03 Dekabr 2020 Samir Abasov və köməkçiləri koronavirusa yoluxdu
03 Dekabr 2020 Millətlər Liqası: Final mərhələsinin püşkü atılır
03 Dekabr 2020 “Gələn il bir yerdə oynamalıyıq” - Neymar Messi barədə
03 Dekabr 2020 "Qarabağ" keyfiyyətli komandadır" - "Makkabi"nin baş məşqçisi
03 Dekabr 2020 Ronaldudan 750-ci qol və rekord