Son xəbərlər

 

UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilmiş görüşdə "Bavariya" əlavə vaxtda qələbə qazanıb - 2:1. İngiltərəli referi Entoni Teylorun idarə etdiyi görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 13-cü dəqiqədə "Sevilya"nın futbolçusu Lukas Okampos penalti ilə açıb. 34-cü dəqiqədə Leon Qoretska bərabərlik qolunu vurub. Əlavə vaxtda "Bavariya" qələbə topuna imza atıb. 104-cü dəqiqədə vurulmuş qolun müəllifi Xavi Martines olub.

Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçirilib.

"Bavariya" tarixində ikinci dəfə UEFA Super Kubokuna yiyələnib. Münhen komandası ilk dəfə bu titula 2013-cü ildə yiyələnib. Superkuboka cəmi bir dəfə yiyələnmiş "Sevilya" isə beşinci dəfə həlledici görüşdə uduzub.

Ümumiyyətlə, Superkuboku indiyədək ən çox İtaliya "Milan"ı və İspaniya "Barselona"sı qazanıb - hərəyə 5 dəfə. Kataloniyalılar 4, "qırmızı-qaralar" isə 2 dəfə həlledici oyunda uduzublar.

Titul uğrunda ötən 11 matçın 9-da İspaniya klubları ("Barselona" 5 dəfə, "Atletiko" və "Real Madrid" 3 dəfə) qələbəni bayram ediblər. Superkuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Superkuboka sahib çıxıblar.

Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.

UEFA Super Kuboku

24 sentyabr

23:00. "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)

Qollar: Leon Qoretska, 34. Xavi Martines, 104 - Lukas Okampos, 13 (pen.)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt. "Ferents Puşkaş" stadionu

Qeyd edək ki, UEFA Super Kubokunun ötənilki qalibi İngiltərənin "Liverpul" klubu olub.

24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı