Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.
Ağdam təmsilçisi “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşmalı idi. Rəqibi üzərində inamlı qələbəyə sevinən Polşa təmsilçisi “Qarabağ”ın rəqibi olub.
Püşkə əsasən Azərbaycan təmsilçisi pley-off qarşılaşmasını rəqib meydanında – Polşada keçirməli olacaq.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi
23 sentyabr
Legiya (Polşa) – Drita (Kosovo) 2:0
Qol: Vşolek, 24. Pekhart, 43.