Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edəcək
Sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları keçiriləcək. Tura bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
4-cü tur
25 sentyabr
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.