UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Axar.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Keçirilən qarşılaşmaların nəticəsində "Dinamo Kiyev", PAOK və "Gent" pley-offa yüksəlib.
"Dinamo" (Kiyev, Ukrayna) - AZ (Niderland) - 2:0
PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 2:1
"Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya) - 2:1
Qeyd edək ki, III təsnifat mərhələsinə bu gün 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.