UFC döyüşçüsü, yüngü çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Geyci arasında döyüş azarkeşsiz keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Nurməhəmmədov özü məlumat verib.
"Yarış qapalı olacaq, azarkeşlər olmayacaq, - Nurməhəmmədov deyib.
Təkbətək döyüş UFC 254 turniri çərçivəsində 24 oktyabrda "Döyüş adası"nda (Əbu-Dabi, BƏƏ) keçiriləcək.